Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1371/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ag entliyinə (üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon 19 saylı Şəhər Poliklinikası) qarşı “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2-1(103)-442/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilkin olaraq xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – onurğanın yayılmış osteoxondrozu, vertebro-bazilyra qan dövranı çatmamazlığı, tez-tez baş verən vegeto-vestibulyar krizlər, OU-nagiopatiya. 2. xx.xx.2016-cı ildə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – onurğanın yayılmış osteoxondrozu, vertebro-bazilyra q an dövranı çatmamazlığı, tez-tez baş verən vegeto-vestibulyar krizlər, OU-nagiopatiya.
3. İddiaçıya xx.xx.2017-ci ildə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir, diaqnoz – başın travmalarının nəticələri, qapalı kəllə-beyin travması. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 2 oktyabr 2022-ci il tarixədək müəyyən olunmuşdur.
4. Bakı şəhər 19 saylı Şəhər poliklinikası tərəfindən iddiaçı barəsində 0108003AAD56 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda xəstəliyin başlanma tarixi xx.xx.2019-cu il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz 170 – Ateroskleroz Ateroskleroz; ağırlaşma 187.0 – postrombotik sindrom aşağı ətraf venalarının postrombotik sindromu; 183.0 – aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, hər iki aşağı ətrafla rın varikoz xəstəliyi, aşağı ətrafların İİ-İİİ dərəcəli varikoz çatmamazlığı, hər iki baldırın hipermepiqmentasiyası, çapıqları trofiki xorası kimi göstərilmişdir. 0108003AAD56 saylı göndərişin TSEK-ə göndərilməsi üçün əsas iddiaçının maşın alması olmuşdur.
5. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökumət portalından çıxarılmış 0108003AAD56 saylı Forma 88 üzrə məlumata əsasən bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və ya sağlamlıq imkanının məhdudluğu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi tələb olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində Forma 88 0108003AAC1L saylı göndəriş əsasında xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik 2 oktyabr 2017-ci ildən təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 0108003AAD56 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına onlayn sistemdə göndəriş verilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd olunan göstəriş üzrə heç bir münasibət bildirilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sən ədlərlə birlikdə cavabdeh inzibati orqana getməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1 və 97.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. İmtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-702/2022 nömrəli qərardadı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Baxışova və C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 010800 3AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilənin əksinə olaraq, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli məktubu ilə iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmağı cavabdehə həvalə edilməmişdir. Həmin məktubda iddiaçı barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəri şə dair münasibət bildirilib-bildirilməməsi, münasibət bildirildiyi halda həmin münasibətin surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Göründüyü kimi məhkəmənin müvafiq məktubu iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunmasının cavabdehin üzərinə qoyulması ilə bağlı olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müayinəyə cəlb olunması barədə məhkəmə qərardadı da mövcud deyildir. Birinci instansiya məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardad və ya göndəriş məktubu mövcud olmamasına baxmayaraq, əsassız olaraq iddiaçının təyin edilməmiş əyani müayinəyə getməkdən imtina etməsinə istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
13. Cavabd eh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)1417/2022 nömrəli qərarı ilə (ilə (hakimlər: R.Nəbizadə - sədrlik edən, İ.Dadaşov və A.Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-702/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. İşə baxmış məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apellyasiya instansiyası məhkəməsi işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuş, lakin bunu edə bilməməsini qərardadda göstərməmişdir. Qanunverici apellyasiya məhkəməsinə zəruri sənədləri tələb etmək, yeni təqdim olunmuş sübutlar və faktları nəzərə almaq, bu səbəbdən bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll etmək səlahiyyəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı halın araşdırılması Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsində təsbit edilən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva etmir. ç. apellyasiya instans iyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2-1(103)-442/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyini üçün göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir və iddiaçının diaqnozu minik avtomobilinin təyin edilməsi üçün tibbi göstərişlər sırasında nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərar ı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin» 5.2.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nın 3.1-ci bəndinə istinad etmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən 0108003AAD56 nömrəli göndərişə (Forma 88) münasibət bildirilməmişdir. Halbuki 0108003AAD56 nömrəli gönd ərişdə qeyd edilən diaqnoz NK-nın 413 nömrəli Əsasnaməsinə əsasən 5.2.3.8-ci bəndinə uyğun olaraq “aşağı ətraf venalarının xəstəlikləri, aşağı ətraflarda İİ və ya İİİ dərəcəli venoz çatmamazlıq (İ180.3)” minik avtomobili almaq üçün tibbi göstəriş hesab olunur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 5.2.3. avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); 5.2.3.3. bir aşağı ətrafın ifl ici və ya nəzərəçarpan parezi (G92.9); 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0); 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); 5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); 5.2.3.10. hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məh dudlaşması) (M24.6); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7); 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73S73.0); 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontraktur ası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6); 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); 5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi (Z 96.6); 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); 5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45) 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); 5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1).
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavə
57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİİV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orq an iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları ye tərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi ilə bağlıdır.
31. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci ildə 1 il müddətinə ümumi xəstəlik səbəbindən onurğanın yayılmış osteoxondrozu, vertebrobazilyra qan dövranı çatmamazlığı, tez-tez baş verən vegeto-vestibulyar krizlər, OUnagiopatiya diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir, əlilliyin bitməsi səbəbindən xx.xx.2016-cı ildə təkrar eyni diaqnozlar ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
32. Sonradan xx.xx.2017-ci ildə 0108003AAC1L saylı göndəriş (Forma 88) əsasında ona hərbi xidmət dövrü ilə əlaqədar başın travmalarının nə ticələri, qapalı kəllə-beyin travması diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və əlilliyin müddəti 2 oktyabr 2022-ci il tarixədək müəyyən olunmuşdur.
33. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçının əlilliyinin bitməsi səbəbindən onun əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və xx.xx.2023-cü ildə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
34. Göründüyü kimi hazırkı qərarın 21-22-ci bəndində qeyd olunan maddi hüquq normaları baxımından iddiaçıya göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya təyin edilmiş sonuncu əlilliyin müddəti 2 oktyabr 2022-ci il tarixdə bitdiyin dən və ona növbəti təyinatla bağlı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edildiyindən o, hal hazırda əlilliyi olmayan şəxsdir və bu səbəbdən iddiaçının hazırkı iddiası əsassızdır.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 21-23(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 21(103)-442/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.