Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1372/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X1) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 21(107)-64/2019 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Oğuz rayonu, S.Vurğun küçəsi ev 13-də 600 kv.metr torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı evi 1993-cü il 23 mart tarixdə X2 notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında almış, evin yerləşdiyi 599,45 kv.m torpaq sahəsinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli Qərarı ilə iddiaçının adına A seriyalı 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq X5 kitabında 2012-ci il 21 fevral tarixdə uçota alınmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Oğuz şəhərində yerləşən 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 8 sentyabr tarixli məktubla müraciət in təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli Qərarı ilə iddiaçıya 0,059945 ha torpaq sahəsi verilmişdir. Həmçinin, 1987-ci ilin avqust ayında tərtib edilmiş texniki pasportda sənəd üzrə qrafasında torpaq sahəsinin ölçüsü göstərilməmişdir. 2001-ci il 1 yanvar tarixədək texniki pasportda “sənəd üzrə” qrafada torpaq sahəsinin miqdarı qeyd edildiyi halda torpaq sahəsi qeydə alına bilər. İddiaçı 2017-ci il 27 sentyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2012-ci il 21 fevral tarixli, 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alın araq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 2012-ci il 21 fevral tarixli, 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 599,45 kv.m həyətyanı torpaq sahəsi və həmin ünvanda faktiki istifadəsində olan 60,55 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 1993-cü il 23 mart tarixdə X2 notarial qaydada bağlanmış alğısatqı müqaviləsi əsasında almışdır. İddiaçı evinə çıxarış almaq istəmiş, bu zaman ona məlum olmuşdur ki, evin altında yerləşən 0,02 ha torpaq sahəsinə 8 nəfər ailə üzvünün adına şəhadətnamə mövcuddur. Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli Qərarı ilə 599,45 kv.m torpaq sahəsinə dair iddiaçının adına A seriyalı 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. İddiaçı göstərilənlərə və “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 73.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Ca vabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 599.45 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədinin ləğv edilməsi və 700 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci-ci il 31 oktyabr tarixli 2-1(084)-984/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Oğuz şəhərində yerləşən və elektron DWJ baza məlumatlarında 4220B nömrədə bələdiyyə mülkiyyəti kimi göstərilmiş, 2012-ci il 21 fevral tarixli, 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin planına uyğun 2012-ci il 21 fevral tarixli, 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 599,45 kv.m həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi torpaq sahəsinin planı və ölçüsü sənədində olan məlumatlar qanunun tələbi baxımından daha üstün qüvvəyə malikdir və qeydiyyatın aparılması zamanı məhz sənədə üstünlük verilir ki, iddiaçı elektron xəritələrdə olan uyğunsuzluqlara görə məsuliyyət daşımır. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan 599.45 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyatı məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 11-ci bəndinə uyğun A seriyalı 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən aparılmalıdır. İddiaçı və cavabdeh həmin qərarı mübahisələndirməmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı üçüncü şəxsə 2019-cu il 22 yanvar tarixdə təqdim edilmişdir. Üçüncü şəxs həmin qərardan 2019-cu il 19 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kas sasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,1996-cı ildə Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya, onun ailə üzvlərinə və üçüncü şəxsə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” X və X seriyalı şəhadətnamələr hazırlanıb verilmişdir. Həmin şəhadətnamədə ümumilikdə 0,12 ha həyətyanı torpaq sahəsi göstərilir. JN 292 A KOD X “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsi 8 nəfərin mülkiyyətindədir. Üçüncü şəxs həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Sözügedən fərdi yaşayış evi JN 292 A KOD X Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 ha həyətyanı torpaq sahəsində yerləşir. JN 292B saylı şəhadətnamədə 0,10 ha həyətyanı torpaq sahəs i qeyd edilmişdir. Həmin şəhadətnamədə də üçüncü şəxsin adı var. Hər iki şəhadətnamədə göstərilən torpaq sahəsinin ortasında Oğuz şəhər bələdiyyəsinə məxsus 0,07 ha həyətyanı torpaq sahəsi yerləşir ki, bu da hazırda iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsidir. Həmin torpaq sahəsində üçüncü şəxs tikinti işlərinə başlamışdır. İddiaçı iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının üçüncü şəxsə qadağan olunmasını xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 2017-ci il 7 dekabr tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-ci il 29 mart tarixli qətnaməsi ilə Oğuz Rayon M əhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 30 avqust tarixli qərar ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2018-ci il 30 oktyabr tarixli qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin 2017-ci il 7 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi heç vaxt ona aid olmamışdır. Onun mübahisələndirdiyi torpaq sahəsi Oğuz şəhər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. 1996-cı il tarixdə islahat aparılan zaman üçüncü şəxs həmin evdə gəlin olmuş, islahat aparılan zaman o da daxil olmaqla iddiaçıya və ailə ü zvlərinə JN 292A və JN 292B seriyalı şəhadətnamələr əsasında 0,10 ha və 0,02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hazırkı mübahisədən görünür ki, iddiaçının 599,45 kv.m həyətyanı torpaq sahəsi üzərində hüquqları Aqrar İslahat Komissiyasının 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli Qərarı əsasında həyata keçirilir. Belə olduğu halda sual yaranır ki, Aqrar İslahat Komissiyasının qərarı ilə yalnız bir dəfə həyətyanı torpaq sahəsi verilə bilər. Görünür ki, Aqrar İslahat Komissiyasının belə bir qərarı yoxdur. Bu səbəbdən, həmin torpaq sahəsinə işlənilən torpaq sahəsinin plan-ölçü sənədi DVJ baza məlumatlarında aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyəti nə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpa qlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər. İşdə iştirak edən şəxslərin izahatları: Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı, nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Daşınm az əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (...) Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 20 15-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Həmin Siyahının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunmuşdur ki: - Vartaşen şəhər sovetinin 1969-1971-ci il tarixli, 08 nömrəli Təsərrüfatbaşına kitabında X3 təsərrüfatının şəxsi mülkiyyəti hesab olunan, 1918-ci ildə tikilmiş yaşayış evi və təsərrüfatın istifadəsində olan 7 sot həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsi iddiaçının hüquq sələfinin qanuni istifadəsində olmuşdur; - iddiaçı mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini 1993cü il 23 mart tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən X2 almış, həmin müqavilədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmişdir. Beləliklə, iddiaçı müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsinə hüququ həmin evlə birlikdə əldə etmişdir; - mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 1987-ci ilin avqust ayında tərtib edilmiş 1126 nömrəli texniki pasportunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri 830,6 kv.m göstərilmişdir. Cavabdeh imtina məktubunda torpaq sahəsinin miqdarının evə dair Texniki pasportun “sənəd üzrə” qrafasında qeyd olunmadığına əsaslansa da, yuxarıda istinad edilən Fərmanla təsdiq edilmiş Siyahının 24cü bəndində torpaq sahəsinin ölçüsünün “sənəd üzrə” göstərilməli olduğun a dair tələb yoxdur; - cavabdeh imtinanın əsası kimi qeyd edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 5 noyabr tarixli, 75 nömrəli Qərarı ilə iddiaçıya 0,059945 ha torpaq sahəsi verilmişdir. İddiaçı hazırkı tələbində məhz həmin torpaq sahəsinə və həmin ölçüdə (599,45 kv.m) iddia edir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarından irəli gələn tələb hüququ vardır. Üçüncü şəxsin şikayətdə istinad etdiyi dəlillərə gəldikdə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, həmin dəlillər iddianın əsaslılığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına ala bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri təmin olunmuş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Digər tərəfdən, üçüncü şəxs iddiaçıya məxsus daşınmaz əmlaka münasibətdə yuxarıda istinad edilən qanunvericilik aktlarının tələblərindən irəli gələn üstün hüquqa malik olduğunu və bu hüququn pozulduğunu iddia edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakiml ər: imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1372/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1372/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver