Məhkəmə qərarları › İş №2-1(102)-1372/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1372/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1372/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi filialının iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət ünvanlı sosial yardımın təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının iştirakı ilə) qarşı iddiaçıya dövlət ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-871/2021 nömrəli iş üzrə 01.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddiaçıya dövlət ünvanlı s osial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN-dən iddiaçının **********99901 nömrəli ÜSY təyin olunması barədə 26.11.2019-cu il tarixli imtina məktubu verilmişdir. İmtinanın cavabı kimi göstərilmişdir ki, iddiaçı və onun oğlu kommunal və rabitə xərclərinin minimumdan 10% artıq işlətmişdir. AR ƏSSMN tərəfindən müraciətə düzgün baxılmayıb, araşdırılmayıb, kommunal və rabitə xərclər düzgün riyazı hesablanmayıb. İddiaçı və onun oğlu evsiz vətəndaşlar kimi Sabunçu RPİ-nin 8-ci inzibati binasında qeydiyyatdadır. DÜSY yaşayış yeri üzrə təyin olunur. Qaz, işıq, su kodları iddiaçının deyil, ev sahibinin və onun oğlunun adındadır. Kommunal xərclər iddiaçıya və onun oğluna tam aid deyil. Ev sahibinin ailəsi 9 nəfərdən ibarət olmaqla, ümumilikdə 11 nəfər təşkil edir. Kommunal xərclər 2 nəfər arasında deyil, on bir nəfər arasında bölünməli idi. İddiaçı hazırda əmək müqaviləsi əsasında minimal maaşa 250 manata sosial işçi (xadimə) vəzifəsində 143 MTS-də çalışır.

3. Bundan sonra iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsi” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” ilə əvəz edilməsini xahiş etmişdir.

4. Daha sonra inzibati iş üzrə üçüncü şəxs qismində Azərbaycan R espublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialı cəlb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

5. Birinci instansiya məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)2456/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun 3, 4.2.1, 6.2, 6.3, 10.2 və 10.3-cü maddələ rinə, Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı 16.11.2005-ci il tarixli Fərmanına, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na, “Qazdan istifadə” Qaydalarına, “Sudan istifadə” Qaydalarına, “Elektrik enerjisindən istifadə” Qaydalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21.05.2004-cü il tarixdə qəbul etdiyi qərara istinad etməklə belə hesab etmişdir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilmə si və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7.6-cı bəndinə göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtina həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-2456/2020 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.04.2021-ci il tarixli, 2-1(103)-871/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Fuad Talışinski) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19.10.2020-ci il tarixli, 2-1(112)-2456/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun 3, 4.2.1, 6.2, 6.3, və 10.2-cü maddələrinə, Azərbaycan Respubli kası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı 16.11.2005-ci il tarixli Fərmanına, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na, “Qazdan istifadə” Qaydalarına, “Sudan istifadə” Qaydalarına, “Elektrik enerjisindən istifadə” Qaydalarına istinadən belə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

10. Cavabdehin kasasiya şikayəti on unla əsaslandırılmışdır ki, ünvanlı dövlət sosial yardımı konkret ev və ya mənzildə yaşayan aztəminatlı ailələrə təyin olunur. Lakin sözügedən mənzildə iddiaçı və onun oğlundan başqa digər 2 ailə də yaşayır. İddiaçı “ərizəbəyənnamə”ni doldurarkən bu barədə məlumat qeyd etməmişdir. Həmçinin bildirmək istəyir ki, iddiaçıya çıxış yolları - yaşayış yerini dəyişdirmək və ya yaşadığı mənzilə əlavə sayğac yerləşdirmək - təklif olunsa da iddiaçı bundan imtina etmişdir. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur.

11. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 01.04.2021-ci il tarixli 2-1(103)-871/2021 nömrəli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı iddiaçı və üçüncü şəxs tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01.04.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəməni n İnzibati Kollegiyasından xahiş etmişdir.

14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

17. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətindəki dəlilləri əsassızdır.

21. Belə ki, Azərbaycan Respublikası «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanununun 3-cü maddəsinə görə ünvanlı yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işs iz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

22. Həmin Qanunun 4.2.1-ci bəndinə əsasən sosial yardımının əsas prinsiplərindən biri, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunmasıdır.

23. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

24. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəf indən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

25. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

26. Azərbaycan Respublikası “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı 16.11.2005-ci il t arixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

27. Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur, ehtiyac meyarı dedikdə isə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün m üraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir.

28. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.

29. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 04.09.2020-ci il tarixli **********8 saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə əsasən Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X15 Hüquqi şəxsindən 01.02.2018-ci il tarixdən 31.08.2019-cu il tarixədək ünvanlı sosial yardım almışdır.

30. Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 55 saylı MənzilKommunal İstismarı Sahəsinin 31.08.2020-ci il tarixli, 55/908 saylı arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan Novruzovlar ailəsinin ailə tərkibi aşağdakılardır: X4, X5, X6, X2, X7, X8, X10, X3, X12, X13 və X11.

31. Cavabdeh kasasiya şikayətində və iddiaçının müraciətinə cavab olaraq verilmiş imtinada dəlil olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və ve rilməsindən imtina edilməsi Qaydaları”nın müddəalarına istinad edilərək, dəlil kimi məhz ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmasını qeyd etmişdir. 32. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada «Elektron hökumət» və ya Nazirliyin «esosial» internet portallarında yerləşdirilmiş X14 və X16 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəh ər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

33. Həmin qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir.

34. Həmin qaydaların 3.4.2-ci bəndinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır.

35. Həmin qaydaların 3.7.6-cı maddəsinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, sosial yardımın təyin olunmasından imtina edilir.

36. Lakin Ali Məhk əmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçı hazırda oğlu ilə birgə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu PYUA 38/10 ünvanında yerləşən 44 saylı mənzilin illik kommunal xərcləri ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmasına baxmayaraq, həmin mənzildə İddiaçı və onun oğlundan başqa, əlavə olaraq Novruzovlar ailəsindən 8 fərdin və Məmmədov ailəsindən 3 fərdin yaşadığını iddiaçının oğlu ilə birgə həmin mənzilin 9 kv.m hissəsində, yəni mənzilin bir otağında yaşadığı, cavabdeh tərəfindən isə iddiaçının müraciətinə imtina edilərkən mənzildə iddiaçı və onun oğlundan başqa yaşayan digər şəxslərin də kommunal xidmətlərində istifadə etməsi və məhz bu səbəbdən də mənzil üzrə kommunal xərcləri ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizin dən çox olması halı ümumiyyətlə nəzərə almadığı müəyyən etmişdir.

37. Halbuki, iddiaçının yaşadığı mənzildə ondan başqa yaşayan bütün fiziki şəxslər tərəfindən istifadə olunan qaz, su, işıq və sair bu kimi kommunal xidmətlərə aid xərclərin sadə ümumi hesablaması apardığı halda, kommunal xərcləri ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmadığı aşkar edilir.

38. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı, cavabdeh inzibati orqanın imtinası isə əsassız olmuşdur.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənlər i və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.04.2021-ci il tarixli, 21(103)-871/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar