Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1372/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı, X13 və X7 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) 03.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx), X13 (xx.xx.1989-cu il təvəllüdlü; FİN: 4NU4Q48) və X7 (xx.xx.1991-ci il təvəllüdlü; FİN: 55HQH20) Cavabdehnə (üçüncü şəxslər: X15 /xx.xx.1973-cü il təvəllüdlü; FİN: 5EP6923/, X19 /xx.xx.2007-ci il təvəllüdlü; FİN: 6PDWSGW/, X22 /xx.xx.2012-ci il təvə llüdlü; FİN: 6DZT65T/, X4 /xx.xx.1960-cı il təvəllüdlü; FİN: 5GVJB2M/, X8 /xx.xx.1962ci il təvəllüdlü; FİN: 4ASSTRT/ və X5 /xx.xx.1988-ci il təvəllüdlü; FİN: 578TW03/) qarşı “üçüncü şəxslərin iddiaçıların mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2022-ci il tarixli, 21(107)-73/2022 nömrəli qərarından üçüncü şəxs X15 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29 mart 2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsi X10 mülkiyyətində olmuşdur. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 27 fevral 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X20 24 avqust 2019-cu il tarixdə ölmüş, vərəsələri arvadı İddiaçı, oğlu X23 və qızı X16 olaraq müəyyən edilmiş, miras əmlak Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsindən ibarət olmuşdur.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sentyabr 2020-ci il qeydiyya t tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsi hər birinə 1/3 hissə olmaqla iddiaçıların mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. İddiaçı ona məxsus Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evindən kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmişdir.
5. Cavabdehin iddiaçıya ünvanladığı 15 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmən in qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin onların mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 6 fərdi yaşayış evinin tam mülkiyyətçiləridir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sentyabr 2020-ci il qeydiyyat tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışı ilə Yevlax şəhəri, Ə.Bayramov küçəsi 2 saylı yaşayış evi onların mülkiyyəti olmaqla dövlət orqanında qeydiyy ata alınmışdır. Evdə qeydiyyatda olan üçüncü şəxslər evə razılıq olmadan, səhlənkarlıq səbəbindən qeydiyyata alınmışlar. Bu şəxslər iddiaçıların uzaq qohumlarıdır. İddiaçılar üçüncü şəxslərin onların mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
8. Üçüncü şəxslər X4, X8 və X5 ərizə ilə məhkəməyə müraciət edərək Yevlax şəhəri, Ə.Bayramov küçəsi 2 saylı yaşayış evindən qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər.
9. X11 və X14 anası Nümayəndə məhkəməyə teleqramla müraciət edərək iddiaçının onların evini sökdüyünü, mal-materialını sataraq onlara ziyan vurduğunu, torpaq sahələrini öz torpaq sahəsinə qatdığını, onlara vurulan ziyanın Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin olun duğunu, onların öz evlərində qeydiyyatda olduğunu, iddia tələbini rədd etdiyini bildirmişdir.
10. Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, üçüncü şəxslərin iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayı ş evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.
12. Üçüncü şəxs X9 nümayəndəsi (arvadı) Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası m əhkəməsində icraat
13. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 27 avqust 2019-cu il tarixli, **********89 nömrəli məktubuna əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində X10 tam mülkiyyət hüququ 29 mart 2009-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax RTDİ və MHQİ tərəfindən verilmiş 27 yanvar 1992-ci il tarixli, 1301B nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır.
14. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, ilkin olaraq Ə.Bayramov küçəsi, 2 nömrəli ünvanda 439.24 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair avqust 1987-ci il tarixli, 2722 inventar nömrəli texniki pasport tərtib olunmuş, daha sonra iyun 2001-ci il tarixində 1062.38 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yenidən texniki pasport tərtib olunmuş (artıq aralarında heç bir sərhəd olmadan hər iki ünvan birləşdirilmiş) və X6 adına xx.xx.2001-ci il tarixində 3046 reyestr nömrəli müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi notariat kontorunun xx.xx.2001-ci il tarixli, 2V-2-31 reyestr nömrəli qanun üzrə vərəsə lik hüququ haqqında şəhadətnamə əsasında X10 adına keçmiş, 0.05 ha (faktiki 0.106238 ha) torpaq sahəsi və onun üzərində yerləşən 8 otaqlı fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi xx.xx.2009-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 vəfatından sonra daşınmaz əmlak Notariat kontorunun xx.xx.2007-ci il tarixli, 2V-261 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hər birinə 1/3 hissə ilə iddiaçıların adlarına keçmiş və xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Aralarında heç bir sərhəd olmayan hər iki ünvan bir ünvanda Ə.Bayramov küçəsi 2-də yerləşir.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 21 aprel 2022-ci il tarixli, 2-1(107)-73/2022 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)1072/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, üçüncü şəxslərin ünvan 1 ünvanından istifadə hüququ yoxdur, onlar həmin evdə yaşamamışlar və hal-hazırda da yaşamırlar. Məhkəmə kollegiyası üçüncü şəxs X9 nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd etdiyi iddiaçının həyat yoldaşı tərəfindən onlara məxsus ünvan 5 ünvanda olan yaşayış evinin sökülərək zərər vurulduğu ü çün onların həmin ünvandan qeydiyyatdan çıxarılmasının qanunsuz olması dəlili ilə də razılaşmamış və qeyd etmişdir ki, vurulmuş zərərə görə iddia qaldırmaq hüququ vardır. Həm də həmin faktın mövcud olması apellyasiya şikayəti vermiş şəxsin və digər üçüncü şəxslərin ünvan 6 ünvandan qeydiyyatdan çıxarılmamasına əsas vermir.
17. Üçüncü şəxs X9 nümayəndəsi (arvadı) Nümayəndə həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Üçüncü şəxs hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ədalətli deyildir. Çünki onların yaşadıqları fərdi yaşayış evi həmin torpaq üzərindədir. İddiaçının həyat yoldaşı həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evlərini tamamilə sökmüş, onları inandırmışdır ki, ev alacaqdır. Bu səbəbdən də digər fərdi yaşayış evini torpaq sahələrinin yanında tikmişdir. X9 həbsdə olmasından istifadə edərək onun adına olan bütün əmlakı tamamilə yox etmişdir. Yaşadıqları fərdi yaşayış evi tam söküldüyündən bu günə kimi kirayələrdə yaşayırlar. Ə.Bayramov küçəsi 2, Ə.Bayramov küçəsi 4-ə münasibətdə bir ünvan altında sənədləşmişdir. Uşaqları və X15 qeyd olunan bu ünvanda daimi qeydiyyatdadırlar. X2 mülkiyyətində olan ev və torpaq sahəsi hazırki iddiaçılar tərəfindən sökülərək Ə.Bayramov 2-yə qatılmışdır. Bu mübahisə üzrə vurulan ziyanla bağlı tələb Şəki Apellyasiya Məhkəməsində baxılmaqdadır. Həmin evin sakinləri olmaqla burada daimi qeydiyyatdadırlar. Bu səbəbdən də çıxarılan qərarla razılaşmır. İddiaçılar çı xarış əldə edərək torpaqlarını öz ərazilərinə cəlb etmiş, eləcə də yaşadıqları evi sökərək bütün əşyalarını mənimsəmişlər. Yaşayış və qeydiyyat üçün başqa heç bir yerləri yoxdur. Şəki Apellyasiya Məhkəməsi tərəfindən hazırki qərar qəbul edilərkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 5 və 9-cu maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hü ququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər....
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə döv lət tərəfindən tanınan və qorunan hüququdur..... 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat ic azə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə
5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması... Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınm az əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....
23. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:...
10. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yalnız aşağıdakı hallarda şəxsi yaşayış yeri üzrə qeydiyyat dan çıxarır: a) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; b) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; v) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; q) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında; ğ) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; d) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və old uğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkə mə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat veri lir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirilsə d ə, üçüncü şəxslər X4, X8 və X1 şəhəri, Ə.Bayramov küçəsi 2 saylı yaşayış evindən qeydiyyatdan çıxmağa razı olduqlarını bildirdiklərindən və apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermədiklərindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı digər üçüncü şəxs X9 və onun yetkinlik yaşına çatmayan övladları - X11 və X14 qeydiyyatdan çıxarılması hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə münasibətdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdır ılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki, X10 üçüncü şəxs X12 məxsus Ə.Bayramov küçəsi 4 ünvanında yerləşən evi sökərək torpaq sahəsini öz əmlakına qatmış, onun vəfatından sonra da daşınmaz əmlak onun vərəsələri olan hazırkı iddiaçıların adına sənədləşmişdir. Bununla bağlı, mülki mübahisə üzrə məhkəmə çəkişməsi davam etməkdədir. Eyni zamanda, kassasiya şikayəti verən üçüncü şəxs apellyasiya instansiya məhkəməsinin qərarını mübahisələndirərkən onların yaşayış və qeydiyyat üçün başqa yerlərinin olmamasını da qeyd etmişdir.
32. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatları nın təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
33. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Ə.Bayramov küçəsi, 2 nömrəli ünvanda 439.24 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair avqust 1987-ci il tarixli, 2722 inventar nömrəli texniki pasport tərtib olunmuş, daha sonra iyun 2001-ci il tarixində 1062.38 kv. m torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yenidən texniki pasport tərtib olunmuş (artıq aralarında heç bir sərhəd olmadan hər iki ünvan birləşdirilmiş) və X6 adına xx.xx.2001-ci il tarixində 3046 reyestr nömrəli müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Fərdi yaşayış evi notariat kontorunun xx.xx.2001-ci il tarixli, 2V-2-31 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X10 adına keçmiş, 0.05 ha (faktiki 0.106238 ha) torpaq sahəsi və onun üzərində yerləşən 8 otaqlı fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi xx.xx.2009-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 vəfatından sonra daşınmaz əmlak Notariat kontorunun xx.xx.2007-ci il tarixli, 2V-261 reyestr nömr əli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hər birinə 1/3 hissə ilə iddiaçıların adlarına keçmiş və xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
34. Aralarında heç bir sərhəd olmayan hər iki ünvan bir ünvanda – Ə.Bayramov küçəsi 2-də yerləşsə də, iddiaçıların mülkiyyət hüququ sadəcə olaraq dövlət qeydiyyatına alınan 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə tanınmışdır. Ə.Bayramov küçəsi 4 ünvanında yerləşən və üçüncü şəxsə məxsus olan evin sökülməsi və torpaq sahəsinin də iddiaçılara məxsus torpaq sahəsinə birləşdirilməsi ilə bağlı tərəflər arasında mülki mübahisə mövcuddur. Lakin bu mübahisənin heç bir halda iddiaçıların miras kimi qəbul etdikləri, dövlət qeydiyyat ına alınaraq qanunla qorunan Ə.Bayramov küçəsi, 2 ünvanına dair mülkiyyət hüquqları ilə heç bir bağlılığı yoxdur.
35. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması qanuni və əsaslı olmuşdur.
36. Belə ki, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı üzrə qeydiyyata alına bilərlər.
37. Qanunvericil iyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi üçüncü şəxslərin iddiaçıların mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X9 nümayənd əsi Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2022-ci il tarixli, 21(107)-73/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.