Məhkəmə qərarları › İş №2-1(102)-1372/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1372/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1372/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət nümunəli diplom blankının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universiteti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 08/58 saylı əmrdən çıxarışa əsasən, iddiaçı həmin ali məktəbin fizikariyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, xx.xx.2006-cı il tarixli 08/54 saylı əmrlə başqa ali məktəbə köçürülməsi ilə əlaqədar ali məktəbin fizika-riyaziyyat fakültəsinin tələbələri sırasından çıxarılmışdır.

2. Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2006-cı il tarixli əmrinə əsasən, RF S.Stalski adına Açıq Sosial Universitetin fizika-riyaziyyat fakültəsinin “riyaziyyat” ixtisasının qiyabi şöbə üzrə İİ (iki nci) kurs tələbəsi iddiaçı fərq imtahanlarını vermək şərti ilə “Riyaziyyat və informatika” fakültəsinin qiyabi şöbə üzrə İİ (ikinci) kursuna köçürülmüşdür. Əmrin verilməsinə əsas kimi digər sənədlərlə yanaşı “Təhsil Nazirliyinin 07.08.96-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməsi və razılıq məktubu” qeyd edilmişdir. Daha sonra həmin Universitetin rektorunun xx.xx.2006-cı il tarixli əmri ilə iddiaçıya hərbi xidmətə getməsi ilə əlaqədar ərizəsinə əsasən xidmət müddəti başa çatana qədər akademik möhlət verilmiş, xx.xx.2008-ci il tarixli əmrlə isə hərbi xidmət müddəti başa çatdığına görə təhsilinin 2008-2009-cu tədris ilinin İİİ semestrindən həmin fakültənin qiyabi şöbə üzrə İİ (ikinci) kursunda davam etdirməsinə icazə verilmişdir.

3. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.20 08-ci il tarixədək müddətli həqiqi-hərbi xidmətdə olmuşdur.

4. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B № 192236 seriyalı diploma əsasən dövlət attestasiya komissiyasının 16 iyun 2010-cu il tarixli 12/157 nömrəli qərarı ilə iddiaçıya riyaziyyat-informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.

5. Qobustan rayon İcra Hakimiyyəti başçısının 14 yanvar 2021-ci il tarixli 002 saylı əmrindən görünür ki, Qobustan rayon İHB Nabur kənd İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi iddiaçının adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası olmadığına görə son hesabı ödənilməklə tutduğu vəzifədən azad edilmişdir.

6. X5 Qobustan rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.202 1-ci il tarixli məktubundan görünür ki, “Dövlət Qulluqçularının Reyestri" informasiya sisteminə daxil edilmiş diplom məlumatlarının araşdırılması üçün X8 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Qobustan rayon İcra Hakimiyyətində çalışan 17 iyun 1988-ci il təvəllüdlü iddiaçının adına yazılan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 nömrəli diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən iddiaçı hər hansı ali təhsil müəssisəsinə qəbul olmamış və onun barəsində X8 (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən qəbul əmri verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 18 may 2022-ci il tarixdə cavabdehlər Azərbaycan Respubli kası Təhsil Nazirliyinə və X4rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddianı dəqiqləşdirərək cavabdeh kimi yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyinin saxlanılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı ərizəsində hazırkı qərarın 1-6-cı bəndlərində qeyd olunan məlumatlara istinad edərək hesab etmişdir ki, X5 elektron arxiv məlumatlarında iddiaçının hər hansı ali təhsil müəssisinə qəbul olunmaması və barəsində Mərkəz tərəfindən qəbul əmrinin verilməməsi iddiaçının yox, həmin qurumun öz vəzifəsinə layiqincə yanaşmaması və etinasızlığının nəticəsi kimi qəbul olunmalı, iddiaçının Azərbay can Respublikası Konstitusiyası ilə qorunan təhsil və əmək fəaliyyəti ilə məşğul olma kimi hüquqları təmin olunmalıdır. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyasının S.Stalski adına Açıq Sosial Universitetindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”də ali məktəb tələbələrin müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə" xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığı nəzərə alınaraq, yuxarıda qeyd edilən əmrdə dəyişikl ik edilməsi barədə təhsil nazirinin xx.xx.2002ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinin əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin əmrinə əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılaraq, Nazirliyin müvafiq razılığı olduğu halda köçürülməsinə baxıla bilərdi. Beləliklə, köçürülmə yalnız Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilə bilərdi. Sə nədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə Nazirlik tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında və adının “Tələbə-Məzun” X2masına heç bir problem olmazdı. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiy i nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1928/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən iddiaçının adına verilmiş B N192236 nömrəli diplom blankının əvəzinə dövlət nümunəli diplom blankının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1, 27.2, 29.0.29 və 22.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qayda”larının 2.2, 3.1, 3.2 və 3.4-cü bəndlərinə istinad edərək qeyd etmişdir ki, adıçəkilən diplomu n iddiaçıya təqdim edilməsinə görə cavabdehliyi ali təhsil müəssisənin rəhbərliyi daşımışdır. Qanunvericilikdə həmin pozuntuların təqdim edilmiş diplomun etibarsızlığına səbəb olacağı nəzərdə tutulmamışdır. İddiaçı ali təhsilini başa vurması nəticəsində peşə ixtisası dərəcəsi əldə etməsinin sübutu olaraq diplom almaq hüququna malikdir. İddiaçının attestasiyası müvafiq dövlət orqanının, ona diplomun qanunvericiliyə uyğun olaraq təqdim edilməsi isə ali təhsil müəssisəsinin öhdəliyidir və ola biləcək hər hansı pozuntuya görə məsuliyyəti həmin müəssisə daşıyır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarım ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2-1(105)-93/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1928/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh məhz iddiaçının 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olmasına istinad etmişdir. Belə ki, iddiaçının köçürülməsi barədə əmrdə Təhsil Nazirliyinin 07.08.96-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə və razılıq məktubuna istinad edilsə də, cavabdeh iddiaçının köçürülməsinə razılığın verilmədiyini bildirmiş, iddiaçı isə belə bir razılığın mövcud olmasını sübut edə bilməmişdir.

16. Azərbaycan Beynəlx alq Universitetinin xx.xx.2006-cı il tarixli əmrində iddiaçının “Riyaziyyat və informatika” fakültəsinin qiyabi şöbə üzrə İİ (ikinci) kursuna köçürülməsi üçün əsaslardan biri kimi cavabdehin razılıq məktubuna istinad edilsə də, ümumiyyətlə həmin məktubun tarixi və nömrəsi göstərilməmiş, cavabdeh belə bir razılıq məktubunun olmadığını bildirmiş, iddiaçı isə bunun əksini sübut edən halı, yəni razılığın mövcudluğunu təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.

17. Digər tərəfdən, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi müvafiq sənədlərə əsasən B№192236 nömrəli qeydə alınmış diplom iddiaçının adına deyil, 2010-cu ildə “Maliyyə-kredit” ixtisası üzrə Odlar Yurdu Universitetinin məzunu X1 adına yazılmışdır.

18. Eyni zamanda, iddiaçının təqdim etdiyi köçürmə, akademik möhlət və bərpa barədə müvafiq əmrlərin tarixlərini, onun habelə müddətli hərbi xidmətdə olması nəzərə alındıqda onun 2010-cu ildə təhsilini başa vurmasının mümkün olmaması barədə cavabdehin dəlillərini də əsaslı hesab edir. Belə ki, qeyd edilən dəlillərlə bağlı iddiaçının nümayəndəsi iddiaçının Bakı şəhərinə yaxın ərazidə yerləşən hərbi hissədə hərbi xidmətdə olmaqla mütəmadi olaraq təhsil aldığı Universitetdə semestr imtahanlarında iştirak etdiyini bildirsə də, həmin dəlil ağlabatan olmamaqla yanaşı tələbələrə verilən akademik məzuniyyətin və müddətli həqiqi hərbi xidmətin mahiyyəti ilə də öz-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, həqiqi hərbi xidmətə çağırılmış tələbələrə akademik məzuniyyət məhz xidmət müddəti başa çatanadək verilir.

19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Mübahisə üzrə işin faktiki hallarının tam və hərtərəfli araşdırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2006-cı il tarixli əmrində iddiaçının “Riyaziyyat və informatika” fakültəsinin qiyabi şöbə üzrə İİ (ikinci) kursuna köçürülməsi üçün əsaslardan biri kimi cavabdehin razılıq məktubuna istinad edilsə də, ümumiyyətlə həmin məktubun tarixi və nömrəsi göstərilməmiş, cavabdeh belə bir razılıq məktubunun olmadığını bildirmiş, iddiaçı isə bunun əksini sübut edən halı, yəni razılığın mövcudluğunu təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.

28. Həmçinin qeyd edilməlidir ki, cavabdehin apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərə əsasən B№192236 nömrəli qeydə alınmış diplom iddiaçının adına deyil, 2010-cu ildə “Maliyyə-kredit” ixtisası üzrə Odlar Yurdu Universitetinin məzunu X1 adına yazılmışdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının təqdim etdiyi köçürmə, akademik möhlət və bərpa barədə müvafiq əmrlərin tarixlərini, onun müddətli həqiqi-hərbi xidmət dövrünü nəzərə alaraq onun 2010-cu ildə təhsilini başa vurmasının mümkün olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

31. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar