Məhkəmə qərarları › İş №2-1(102)-1372/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1372/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1372/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi, is tehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1051/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadından ərizəçi SOCAR-ın X9 Tresti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “SOCAR-ın Maraqlı şəxs işçisi İddiaçı 23 sentyabr 2015-ci il tarixdə iş vaxtında səhhətinin pozulması halı baş vermişdir.

2. İddiaçı bununla bağlı təhqiqatın aparılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə müraciət etmiş, cavabdeh 08 avqust 2016-cı il tarixli məktubla ona bildirmişdir ki, X1 tərəfindən səhhətin pozulması halının istehsalatda əmək şəraiti ilə əlaqəli olması barədə tibbi rəy təqdim edilmədiyindən baş vermiş hadisənin təhqiqatı aparılmamışdır.

3. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat akının tərtib edilməsinin X3 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun təhqiqatının aparılması və təhqiqat aktının tərtib edilməsi vəzifəsi cavabdeh X3 həvalə edilmişdir.

5. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2-1(103)-562/2017 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 20 sentyabr 2017-ci il tarixdə baxılmış, 2-1(102)-1324/2017 saylı qərarla kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2-1(103)-562/2017 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

7. Bakı Apelyasiya Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli, 2-1(103)-2353/2017 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti tə min edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-3969/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh yenidən apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1(102)-660/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Daha sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı iddia tələbi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktı”nın ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarı ilə iddia təmi n edilmiş, “SOCAR-ın Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)-660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının “Təhqiqat aktı” ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, 11 may 2023-cü il tarixli qərarı 13 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

11. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı iddiası ilə bağlı Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-781/2023 saylı qərarının ləğv edilməsi, işin icraatının təzələnməsi, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

12. Ərizədə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-781/2023 saylı qərarına əsasən SOCAR-ın "X9” Trestinin sabiq işçisi İddiaçı iddiası təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1(102)-6 60/2018 nömrəli qərarına əsasən yaradılmış komissiyasının Təhqiqat aktı ləğv edilmiş və İddiaçı istehsalatda əmək şəraitində keçirdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək, uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X6 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı əvvəllər SOCAR-ın Maraqlı şəxs 5-ci dərəcəli elektrik avadanlıqlarına xidmət edən elektrik-montyoru peşəsində işləyərkən, xx.xx.2015-ci il tarixdə, saat 11-00-də 13 saylı Dərin Dəniz özülündə qrafikə əsasən briqada üzvləri ilə birgə növbə dəyişməsi zamanı h elekopter gözləyərkən, özünü narahat hiss etmiş, tibb feldşeri tərəfindən ilkin yardım göstərildikdən sonra briqada üzvləri ilə birgə helekopterlə sahilə çıxarılan işçi təcili tibbi yardım maşını ilə “Tibbi sığorta proqramı” üzrə SOCAR-ın işçilərinə xidmət göstərən X1na aparılmışdır. Xəstəxanada müayinə zamanı ona “hiportoniya, beyin sol yarım kürəsinin hemogen nsultu” diaqnozu qoyulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, işçi bundan əvvəlki illərdə eyni xəstəliklə uzun müddətdir ki, əziyyət çəkmiş və müalicələr almışdır. Göründüyü kimi İddiaçı SOCAR-ın Maraqlı şəxs işçisi olmuşdur. Baxılmış iş üzrə iddia tələbinin əsası kimi işdə stress keçirdiyinə istinad etmişdir. Məhkəmə İZ forma aktın tərtib edilməsi tələbini X6 Xidməti üzərinə öhdəlik qoysa da, həmin aktın aid edildiyi tərəf iddiaçın ın əvvəllər işlədiyi SOCAR-ın Maraqlı şəxs olması mübahisəsizdir. Yəni qərarla müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən yerinə yetirməsi, birbaşa SOCAR-ın Maraqlı şəxs üzərindən aparılacağı bəllidir və bu aşkar şəkildə qərarın özündə şərh edilmişdir. Bunun da ona aid hüquqa toxunacağını istisna etmir. Belə olan halda işə baxarkən, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməli, işə onun iştirakı ilə baxılmalı idi. Lakin iddiaya baxılan zaman SOCAR-ın “X9" Tresti cəlb edilməmişdir. Bu da mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsasdır. Bu baxımdan da maraqlarına toxunan şəxs olaraq SOCAR-ın “X9" tresti cəlb edilməklə işə yenidən baxılmalıdır.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-781/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim X2) ərizə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları da, “SOCAR-ın Maraqlı şəxs sabiq işçisi olmuş İddiaçı iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 24 aprel tarixli, 2-1(102)660/2018 nömrəli qərarına əsasən yaradılmış təhqiqat komissiyasının təhqiqat aktının ləğv edilməsi və İddiaçı istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Xidmətinin üzərin ə qoyulmasından ibarətdir ki, bununla bağlı məsələ də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdıraraq təhqiqatını və uçotunu aparmaq bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq cavabdehin vəzifələrinə daxil olduğundan, "X9” Trestinin maraqlarına toxunmur, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur. Odur ki, inzibati iş üzrə qəbul edi ləcək qərarla "X9” Trestinin 3-cü şəxs qismində maraqlarına toxunma məqamı hazırki mərhələdə müəyyən edilmədiyindən üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi əsassızdır.

15. Ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin icraatının təzələnməsini, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1051/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər X4 (məruzəçi) X5 və X7) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Ərizəçi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin icraatının təzələnməsini, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydalara istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

20. Ərizəçi qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı – cavabdeh X6 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibat i Məhkəməsinə müraciət edərək, istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının, o cümlədən İZ formalı aktın tərtib olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Maraqlı şəxs sabiq işçisi İddiaçı iddiası üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 218-ci il 24 aprel tarixli 21(102)-660/2018 nömrəli qərarın əsasən yaradılmış təhqiqat komissiyasının Təhqiqat aktını ləğv edilməsi, iddiaçının istehsalatda əmək şəraitində keçirtdiyi insultun istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alı nması və istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının iddia tələbi bir neçə hissədən ibarət olub, həm də İZ formalı Aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi ilə bağlıdır. İZ formalı aktın tərtib edilməsi halları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalar ilə tənzimlənir. Həmin Qaydalarının 1.8-ci bəndinə görə isə istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılm asına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsinə işəgötürən cavabdehdir. Göründüyü kimi, qanunverici İZ formalı aktın tərtib edilməsini işəgötürənin məsuliyyəti kimi müəyyən etmiş, belə olan halda isə hazırki işə baxılması ilə əlaqədar Maraqlı şəxs də üçüncü şəxs kimi işə cəlb edilməli idi. Əgər işçi işlədiyi müəssisədə bədbəxt hadisə olmasını iddia edirsə, bu hal işəgötürənin iştirakı ilə müzakirə edilməli və araşdırılmalı idi. Buna görə də Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

212. Əməyin mühafizəsi nin dövlət tərəfindən tənzimlənməsi

1. Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

2. Müvafiq icra hakimiyyəti orqanı: əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir; həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndəli orqanları ilə məsləhətləşməklə əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına dair proqramları təsdiq edir, onların yerinə yetirilməsini təşkil və təmin edir; əməyin mühafizəsi vasitələrinin i stehsalı barəsində müəssisələrə dövlət sifarişini müəyyən edir, bu vasitələrin hazırlanması və istehsalı üzrə müəssisələr yaradılmasına dair qərarlar qəbul edir; əməyin mühafizəsi sahəsində elmi tədqiqat işini təşkil edir və əlaqələndirir, müəyyən edilmiş qaydada təsdiq olunmuş milli proqramları həyata keçirir, bu işlərin maliyyələşdirilməsi qaydasını və şərtlərini müəyyən edir; əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təşkil edir; əməyin mühafizəsi üzrə respublikada vahid dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir. Maddə

217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş v erən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada mə suliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları" 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən... 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib e dilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X6 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır.

2. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uço ta alınması 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X6 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X6 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr- X6 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər- işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X6 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mət buatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X6 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 2.3. İşəgötürən tərəfindən bu Qaydaların 1.7-ci bəndində nəzərdə tutulmuş orqanlara haqqında məlumat verilməmiş, həmçinin əmək qabiliyyətinin dərhal itirilməsi ilə nəticələnməmiş bədbəxt hadisə baş verdiyi vaxtdan sonra işçi əmək qabiliyyətini itirərsə (ölərsə), zərərçəkənin, yaxud onun mənafeyini təmsil edən şəxsin ərizəsi əsasında, ərizə verilən gündən bir ay müddətində həmin bədbəxt hadisə bu Qaydalara əsasən təhqiq edilir. 2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzif ələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. 2.7. Zərərçəkənin əmək qabiliyyətinin müvəqqəti itirilməsi vaxtı qurtaran kimi, hadisə baş vermiş müəssisənin (bölmənin) rəhbəri İZ formalı aktın bədbəxt hadisənin nəticələri haqqında 14-cü bəndini doldurur və bu barədə X6 Xidmətinə məlumat göndərir (əlavə 3). 2.8. İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və yaxud əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə ç alışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxsləri n vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qə rardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ

28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

29. İş materiallarından görünür ki, ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi, istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə yönəlmişdir.

30. Ərizəçi qeyd etmişdir ki, məhkəmə İZ forma aktın tərtib edilməsi tələbini X6 Xidməti üzərinə öhdəlik qoysa da, həmin aktın aid edildiyi tərəf iddiaçının əvvəllər işlədiyi SOCAR-ın Maraqlı şəxs olması mübahisəsizdir. Yəni qərarla müəyyən edilmiş öhdəliyin cavabdeh tərəfindən yerinə yetirməsi, birbaşa SOCAR-ın Maraqlı şəxs üzərindən aparılacağı bəllidir və bu aşkar şəkildə qərarın özündə şərh edilmişdir. Belə olan halda işə baxarkən, SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməli, işə onun iştirakı ilə baxılmalı idi.

31. Birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi də SOCAR-ın Maraqlı şəxs üçüncü şəxs qismində cəlb etməkdən imtina etmişdir.

32. İmtina barədə qərardad qəbul edən apelyasiya instansiyası məhkəməsi gəlmiş olduğu n əticəni onunla əsaslandırmışdır ki, inzibati iş üzrə qəbul edilmiş qərar ərizəçinin hüquqi marağına toxunmur.

33. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və öz mövqeyini yuxarıda qeyd edilən normativ aktlara istinad etməklə əsaslandırmağı məqsədə müvafiq hesab edir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehd ir.

35. Həmçinin həmin Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır.

36. Eyni zamanda Əmək Məcəlləsinin 217-ci maddəsində də istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmə k qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur.

37. Beləliklə, yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin uçotu müvafiq işçinin işlədiyi müəssisənin işəgötürəni tərəfindən aparılır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, istehsalatda baş verən bədbəxt hadisələrin uçotu müvafiq işçinin işlədiyi müəssisənin işəgötürəni (ərizəçi) tərəfindən aparıldığından, iddia tələbi ilə bağlı məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunduğundan işəgötürənin (ərizəçinin) həmin prosesə üçüncü şəxs qismində cəlb edilməsi bu qərarın 22-25-ci bəndlərinə əsasən məqsədəmüvafiqdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsasl ı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət qalan hissədə rədd olunmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-1051/2024 saylı qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar