Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1373/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburetmə haqqında iddianın mümkünlüyü; inzibati orqana təkrar müraciət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi) “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli 2-1(103)-1046/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2019-cu il 31 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli, 2-1(112)-1577/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbin də qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 2009-cu il 01 sentyabr tarixdə müraciətin təmin edilməsindən imtina etmiş və bu barədə iddiaçıya məktubla cavab verilmişdir. Lakin iddiaçı yenidən eyni məsələ ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 2019-cu il 18 iyun tarixli məktubla eyni məzmunlu müraciətə 2009-cu il 01 avqust tarixdə baxılaraq cavab verildiyini bildirmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə isə 9 ildən çox vaxt keçdikdən sonra 2019-cu il 31 iyul tarixdə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti 9 ildən artıq vaxt ötürülmüşdür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə 1 ildən artıq ötürülmüş iddia müddətlərinin bərpası üzrə ərizələrin verilməsinin mümkün sayıldığı halların hazırkı işdə mö vcudluğu ilə bağlı hər hansı sübut, dəlil gətirilmədiyindən, məhkəmə İPM-in 13-cü maddəsi baxımından iddiaçıya “müddətin bərpası barədə” ərizə verilməsinin tövsiyə olunmasını zəruri saymamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli 2-1(103)-1046/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və idd ia tələbinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi məhkəmədə bildirmişdir ki, iddiaçı həmin tələblə 2009-cu ildə iddia qaldırmış, ona imtina cavabı verilsə də o zaman vaxtında iddia qaldırılmamışdır. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçı kimdənsə mal, pul, əmlak və s. tələb etməmişdir ki, bu məsələyə iddia müddəti tətbiq edilsin. İddiaçının Konstitusion hüquqlarının, təhsil, əmək hüquqlarının bu günə kimi pozulmasından söhbət getdiyi halda, məhkəmə iddia müddətinin keçməsini əsas götürərək bu qərardadı qəbul etməsi qanunauyğun deyildir. Yən i, sadə formada ifadə etsək, iddiaçının diplomunun tanınması beynəlxalq hüquq normalarına (Haaqa konvensiyası) və daxili qanunvericiliyə uyğun olduğu halda iddianın baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsi hakim tərəfindən kobud qanun pozuntusudur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 11.İPM: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sa yda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi t ələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddianın qanunla nəzərdə tutulmuş müddətdə verilməsi şərtinə iş üzrə əməl olunmur. Belə ki, işdən göründüyü kimi, iddiaçı eyni tələblə 04.05.2009-cu il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh 01.09.2009-cu il tarixli H-8529/03-24 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmiş, iddiaçı yenidən eyni məsələ ilə əlaqədar 2019-cu ilin mart və ap rel aylarında cavabdehə müraciət etmiş, cavabdeh 18.06.2019cu il tarixli M-3637/04-ANİ nömrəli məktubla eyniməzmunlu müraciətə 01.08.2009-cu ildə baxılaraq cavab verildiyini bildirmiş, bununla da iddiaçı 9 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir.”.
16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmır və məhkəmənin istinad etdiyi həmin halları hazırkı məzmunda iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, İPM-in 38.2-ci maddəsinə görə, məhkəmə məcburetmə haqqında iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımını tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablamalıdır. Hazırkı halda, iddiaçının 2 019-cu il 13 mart və 2019cu il 1 aprel tarixli müraciətlərinə cavabdeh 2019-cu il 18 iyun tarixli məktubla cavab vermişdir.
17. İddiaçının cavabdehə əvvəllər (2009-cu ildə) müraciət etdiyinə və cavabdehə hazırkı müraciətin əvvəlkinin təkrarı olduğuna gəldikdə, müraciətin təkrarlığına dair məsələnin həlli hazırkı halda məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı “təkrar” müraciəti məhkəməyə deyil, inzibati orqana edib. Həmin müraciətin təkrarlığını müəyyən etmək və onun hüquqi taleyini həll etmək də müraciətin edildiyi inzibati orqana aiddir. 18. “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə v ermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;...
19. Hazırkı halda, cavabdeh inzibati orqan “təkrar” hesab etdiyi müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməyib. Cavabdeh özünün əvvəlki - 2009-cu il 1 sentyabr tarixli H-8529/03-24 nömrəli cavab məktubuna istinadla iddiaçının sonuncu müraciəti üzrə onun arzuladığı inzibati aktı qəbul etməkdən imtina edib. İddiaçı da məhkəmədən onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymağı tələb edir.
20. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin 2009-cu il 1 sentyabr tarix li H-8529/03-24 nömrəli cavab məktubuna istinadına gəldikdə, bu istinad yalnız hazırkı məzmunda iddiaya mahiyyəti üzrə baxıldığı halda (cavabdehin göndəriş etdiyi, imtinanın səbəblərini göstərən mənbə kimi), yaxud sonuncu müraciətin baxılmamış saxlanması barədə inzibati orqanın qərarından verilmiş iddiaya baxıldığı halda qəbulediləndir. Hazırkı işdə belə hallar yoxdur.
21. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının 2019-cu il 13 mart və 2019-cu il 1 aprel tarixli müraciətlərinin (bu müraciətlərin təkrarlığına görə) baxılmamış saxlanmalarına dair qərar qəbul etmədiyindən, cavabdehin 2019-cu il 18 iyun tarixli cavab məktubu iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan 2009-cu il 1 sentyabr tarixli H-8529/03-24 nömrəli cavab məktubundakı məzmunda imtinası kimi qiymətləndirilməli, mə cburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavabdehin 2019-cu il 18 iyun tarixli cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır.
22. İddia tələbinin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi barədə tələbə gəldikdə, şikayət həmin hissədə təmin oluna bilməz. Belə ki, hazırkı iddia tələbi ilə bağlı inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən, həmin iddiaya mahiyyəti üzrə apellyasiya instansiyası məhkəməsində baxılmasının mümkünlüyünə dair məsələni həll etmək həmin məhkəmənin səlahiyyətinə aiddir (İPM-in 87.7, 87.7.2-ci maddələri).
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 mart tarixli 21(103)-104 6/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.