Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1373/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınmasından imtina; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(107)-108/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir.
2. X1 20 iyun 2002-ci il tarixli ərizəsi i lə torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və 6 dekabr 2004-cü ildə iddiaçının adına Mingəçevir «Toxuculuq» Kombinatı «Günəşli» bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportda bağ sahəsinin 1988-ci ildə ayrıldığı, iki otaqlı yaşayış evinin 2001-ci ildə tikildiyi qeyd edilmişdir.
3. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmiş, həmin sənədin Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli sərəncamı ilə 499.93 kv.m fərdi bağ sahəsi ilə bağlı tərtib edildiyi qeyd edilmişdir.
4. İddiaçı 7 sentyabr 2020-ci il tarixində həmin fərdi bağ sahəsi üzərində mülkiyyət hüquql arını qeydə alınması məqsədilə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh 11 sentyabr 2020-ci il tarixli **********65 nömrəli imtina məktubunda bildirmişdir ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasport verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20 iyun 2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü yaşayış evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 6 dekabr 2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XKnin Mingəçevir şöbəsi tərəfindən 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Həmin torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi üzərində torpaq sahəsinin ilkin sahibi X1 mülkiyyət hüququnun qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd edilən sənədlərin rəsmi təqdim edilməklə müraciət edəcəyi təqdirdə cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 20 iyun 2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun 20 iyun 2002ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə verilmiş və 6 dekabr 2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da ora da müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəyə əlavə edə bilmir. Ancaq cavabdeh tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsini 2010-cu ildə X4 və X5 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manata satmaq istəsə də, 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətinə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qası mov və Günel Qasımova ona ödəmişdir. Hazırda torpaq sahəsini Günel Qasımova və Ayaz Qasımovun adına sənədləşdirib qalıq pulunu almaq istəyir. Bu əsasla da cavabdeh orqana müraciət etsə də, imtina almışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sənəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20 iyun 2002-ci il tarixli ərizə ilə iddiaçının istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü evinin inşa olunması qeyd edilmişdir. İddiaçının adına bağçılıq təsərrüfatı tərəfindən 6 dekabr 2004-cü il tarixl i, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçının adına DT və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcuddur. İlkin hüquq sahibi X3 ilə iddiaçı arasında şifahi razılaşma əsasında qeyrirəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.
9. Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı (hakim İ.H.Cabbarov) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin hüquq sahibi X3 ilə iddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyya ta alınmasına hüquq vermir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2-1(107)-293/2021 nömrəli qərarı (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 20 iyun 2002-ci il tarixli imtina məktubu əsasında iddiaçıya verilmiş və 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla iddiaçının adına çıxarış verilməsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(102)-114/2022 nömrəli qərarı (hakimlər N.İ.Rəsulbəyova /məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 21(107)-293/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın iddiaçıya şamil olunduğunu və bununla bağlı iddiaçının hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini öz qərarında əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahəsinin iddiaçıya Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008ci il tarixli, 161 nömrəli sərəncamı ilə verildiyini qeyd etsə də, iş materiallarına həmin Sərəncam əlavə olunmamışdır. İşə baxan məhkəmə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentya br 2008-ci il tarixli, 161 nömrəli sərəncamını tələb etmədən, onu araşdırmadan iddiaçının həmin sərəncam əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığını qeyd etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Məhkəmə sorğusu əsasında əldə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmiş; Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yer li orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçotinventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilmiş; təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir.
17. Məhkəmə sorğusu əsasında əldə edilmiş, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 8 sentyabr 2008-ci il tarixli yekun aktında göstərilmişdir ki, komissiya tərəfindən Mingəçevir şəhərində vətəndaşları n qanuni istifadəsində olan bağ torpaq sahələrinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 8, 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnamələrə əsasən onların mülkiyyətinə verilməsi məqsədilə görülmüş işlər təhlil edilərək aşağıdakılar müəyyənləşdirilmişdir: Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 noyabr 2006-cı il tarixli vəsatətini nəzərə alaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 noyabr 2006-cı il tarixli 17-5/3725 saylı tapşırığı ilə Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerli orqanların verdiyi ilkin siyahıya əsasan ərazidə planaalma işləri aparılmışdır. İşin icrası zamanı məlum olmuşdur ki, 1979-1985-ci illərdə nəzdində kollektiv bağçılıq təsərrüfatı yaradılmış müəssislərin bəziləri fəaliyyətini dayandırmış, bəziləri səhmdar cəmiyyətə çevrilmiş və ya tam özəlləşdirilmiş, bir çox hallarda kollektiv bağçılıq üzvləri yaşayış yerlərini dəyişmiş və ya bağ torpaq sahələrini əldə hüquqi sənəd olmadan başqa şəxslərə satmışdır. Mingəçevir şəhər Bağlar təsərrüfatı idarəsinin ləğv edilərək sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi zamanı da müəyyən qarışıqlıq yaranmışdır. Komissiya vətəndaşlarda, idarə, müəssisə və təşkilatlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiqləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sah ələrinin qanuni ölçüləri müəyyənləşdirilərək yekun siyahı hazırlanmışdır.
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(107)-108/2022 nömrəli qərarı (hakimlər Ə.T.Məcidov /sədrlik edən və məruzəçi/, M.A.Əsədli və A.A.Mahmudov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın ona şamil olunduğunu və bununla bağlı onun hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini təs diq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” adı çəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas hesab edilə bilməz. Çünki, sözügedən torpaq sahəsinin iddiaçıya Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli sərəncamı ilə verildiyi qeyd edilsə də, həmin sərəncamda Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. Komissiyanın vətəndaşlarda, idarə, müəssisə v ə təşkilatlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə apardığı qeyd edilmişdir.
20. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(102)-114/2022 nömrəli qərarındakı göstərişlərini yerinə yetirməmişdir. Belə ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 n ömrəli sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahının təsdiq edilməsi ilə bağlı olmuşdur. Məhz həmin dürüstləşdirilmiş Siyahının əldə edilməsinin zəruriliyi ilə əlaqədar 18 aprel 2022-ci il tarixdə vəsatət versə də, apellyasiya məhkəməsinin Ali Məhkəmənin məcburi göstərişlərini tam yerinə yetirməyərək Ali Məhkəmənin “zəruri olduqda əlavə sübutlar tələb etməli və həmin sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməlidir” tələbini yerinə yetirməmişdir. Məhkəmə qanunsuz olaraq onun mötəbər hesab edilən sənədlərini və dəlillərini nəzərə almamışdır. Cavabdeh orqan ona imtina verərkən sənədləri deyil, torpaq sahəsinin əvvəlki sahibinin Bəşir Hüseynov olmasına istinad etmişdir. Halbuki, Bəşir Hüseynov 2004-cü ildə torpaq sahəsindən imtina etmiş və sənədləri həmin vaxt fəaliyyət göstərən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinə təqdim etmiş, bunun əsasında həmin torpaq sahəsinə iddiaçının adına «vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu» tərtib edilmiş və torpaq sahəsi onun qanuni idarəçiliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. D aşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınma z əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərr üfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə mü nasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəb ul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məluma t verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınma z əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.... Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsini n qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “ Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Belə ki, işə apellyasiya instansiya məhkəməsində təkrar baxılan zaman məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2-1(102)-114/2022 nömrəli qərarında qeyd edilənlərə müvafiq araşdırma aparılmış, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli sərəncamı və həmin sərəncamla təsdiq edilən, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 8 sentyabr 2008-ci il tarixli yekun aktı iş materiallarına əlavə edilmiş və hərtərəfli araşdırılmışdır.
33. İş m aterialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi ilk dəfə X2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Həmin xüsusat Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısı ilə də təsdiq olunmuş, X1 adı həmin siyahıda 52 sıra nömrəsi ilə qeyd olunmuşdur.
34. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 8 sentyabr 2008-ci il tarixli yekun aktında qeyd edilmişdir ki, 1979-1985-ci illərdə nəzdində kollektiv bağçılıq təsərrüfatı yaradılmış müəssislərin bəziləri fəaliyyətini dayandırmış, bəziləri səhmdar cəmiyyətə çevrilmiş və ya tam özəlləşdirilmiş, bir çox hallarda kol lektiv bağçılıq üzvləri yaşayış yerlərini dəyişmiş və ya bağ torpaq sahələrini əldə hüquqi sənəd olmadan başqa şəxslərə satmışdır. Mingəçevir şəhər Bağlar təsərrüfatı idarəsinin ləğv edilərək sənədlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi zamanı da müəyyən qarışıqlıq yaranmışdır. Komissiya vətəndaşlarda, idarə, müəssisə və təşkilatlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiqləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək yekun siyahı hazırlanmışdır.
35. Göründüyü kimi yekun siyahı hazırlanan zaman ilkin siyahıya istinad edilmiş və ilkin siyahı əsasında dürüstləşdirmə aparılmışdır. Yuxarıda da qeyd edildiyi kimi Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adı deyil, 52 sıra nömrəsi ilə X1 adı qeyd olunmuşdur.
36. Ona görə də, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 9 sentyabr 2008-ci il tarixli, 161 nömrəli sərəncamı ilə təsdiq edilən komissiyanın yuxarıda qeyd edilən yekun aktı iddiaçı barəsində hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.
37. Digər tərəfdən iddiaçı ilə X3 arasında olan qeyri-rəsmi razılaşma əsasında torpağın iddiaçıya verilməsi və bu barədə iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənməsi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsaslı hesab edilə bilməz. Çünki həmin xüsusatların heç biri daşınmaz əmlak üzərində hüq uqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslara aid edilə bilməz.
38. Ümumiyyətlə, iddiaçı tərəfindən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı yuxarıda göstərilən Qanunun 8-ci maddəsində qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim edilməmiş, habelə, məhkəmə araşdırması zamanı belə sübutların mövcudluğu öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların tam və hərtərəfli araşdırılmaması, kassasiya instansiya məhkəməsinin tələblərinin yerinə yetirilməməsi ilə bağlı dəlilləri əsassızdır.
39. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(107)-108/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.