Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1373/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya və satınalma qiymətinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın və satınalma qiymətinin 20%-nin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən, ümumi sahəsi 138 kv.metr olan ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1 otaq, y/s-14 kv.m, k/s-50,2 kv.m hissəsi İddiaçı mülkiyyətrindədir. 2. 07.05.2019-cu il tarixli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bölgü sxeminə görə, müvafiq fərdi yaşayış evinin yerləşdiyi 0,0304 ha torpaq sahəsinin 100.kv.metri İddiaçı mülkiyyətindədir.
3. Tərəflər arasında bağlanmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərç ivəsində layihələndirilən yolun tikintisi altına düşən İddiaçı aid əmlakın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş müqaviləyə əsasən haqqında bəhs olunan əmlak cavabdehə satılmışdır.
4. Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndirici “X4” MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesbatından görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin (faktiki qeyri-yaşayış sahəsinin) 23 oktyabr 2018-ci il tarixə orta bazar dəyəri 128 000,0 (yüz iyirmi səkkiz min) manat təşkil edir.
5. İddiaçının ərizəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının ərizəsi ilə əlaqədar həyata keçirilmiş “Bakı şəhəri Xarici Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirə n yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrin qiymətləndirilməsini aparmış qiymətləndirici "xxxx" MMC-yə müraciət olunmuşdur. Alınmış cavabdan müəyyən olunmuşdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri Xarici Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus əmlaka mütəxəssislərimiz tərəfindən baxış keçirilmiş və ilkin olaraq 18 mart 2018-ci ildə həmin obyektə qiymətləndirmə standartlarına uyğun olaraq üç yanaşma ilə baxılmış və müqayisəli yanaşmaya əsasən (qiymətləndirilən tarixə yaxın həmin əraziyə yaxın ünvanlardakı analoqların notarial qaydada alqı-satqısı olmuş obyektlərin əldə edilməsi və analizi) 86.226,00 (səksən altı min iki yüz iyirmi altı) manat məbləğində qiymətləndirilmişdir. Belə ki ölçü işləri aparılmış əmlakın əsas 59.9 kv.m, köməkçi 1.82 kv.m., sənədlə torpaq 101.35 kv.m sahəsindən ibarət olduğu müəyyən olunmuşdur. Qiymətləndirmə zamanı əsas və köməkçi sahələrin (59.9 kv.m və 1.82 kv.m) ümumilikdə 1 kv.m hissəsi 1200 manat, torpaq sahəsinin isə 1 sotu 12.000 manat dəyərində (nəzərdə tutulmuş əlavələrlə) qiymətləndirilmişdir. Bu da yerləşdiyi yerə, analoqlara və obyektin təmir vəziyyətinə görə ən uyğun məbləğdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən evin 44,4 kv metrinə görə (1 kv metr 2000 manat qiymətləndirilməklə) üm umilikdə 88800 manat, nəzərə alınmayan 19,2 kv metr (64,244,4=19,8) üçün 39600 manat (19,8x2000=39600) və nəzərə alınmayan 101,35 kv metr torpaq sahəsinə görə 121600 (101,35x1200=121600) manat olmaqla ümumilikdə 250000 (88800+39600+121600) manat və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007ci il tarixli fərmanında nəzərdə tutulmuş satınalma qiymətinin 20%-i – 50000 manat məbləğində pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan əsas və köməkçi sahə cəmi bir yerdə 64,2 kv.m olduğu halda cavabdeh tərəfindən kompensasiya ödənilərkən 44,4 kv.m. sahə hesablanmışdır. İddiaçının mülkiyyətində olan 101, 35 kv.m torpaq sahəsi isə ümumiyyətlə nəzərə alınmamışdır. Cavabdeh həmin sahələrin nəyə görə nəzərə alınmaması ilə bağlı mövqeyini əsaslandırılmamış və indiyə qədər iddiaçıya bu barədə cavab verilməmişdir. İddiaçı ona dəyən ziyanın məbləğinin müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyətində olan əsas və köməkçi sahələrin 1 kv.m. hissəsi 1200 manat, torpaq sahəsinin 1 sotu isə 12000 manat qiymətləndirilir. İddiaçı hesab edir ki, hal-hazırda onun mülkiyyətçisi olduğu Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 136 ünvanında yerləşən 64,2 kv.m tikili sahəsinə görə (1 kv.m. görə 2000 manat qiymətləndirməklə) 88.800 manat, 101,35 kv.m (1200 manat) torpaq sahəsinə gör ə 121.600 manat, ümumilikdə 250000 manat məbləğində kompensasiya, əlavə 20% - 50000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməlidir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında iddiaçıya məxsus tikilinin 19,8 kv.m hissəsinə görə 29700 manat və torpaq sahəsinə görə 50000 manat kompensasiya, daşınmaz əmlakın bazar qiymətinin (132980 manat məbləğinin) 20% miqdarında satınalma qiymətinə əlavə haqq 26596 manat, cəmi 106296 manat məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilərək, iddia qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Bakı şəhərində Yasamal rayonunda torpaqların dövlə t ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın (tikilinin)dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m -ə görə 1500 manat, torpağın hər kv.m-ə görə 500 manat müəyyən edildiyindən, hər kvadratmetrə görə 2000 manat, torpağa 1200 manat kompensasiya ödənilməli olması barədə iddia ərizəsinin dəlilləri əsaslı hesab edilmir.
10. Məhkəmə vahid məhkəmə praktikasına əsaslanaraq hesab edir ki, iddiaçı 19,8 kv metr tikilisinə və 100 kv.m torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbində haqlıdır və qeyd edilən məbləğ (19,8 x 1500 manat) 29700 manat tikintialtı sahəyə və (100x 500 manat) 50000 manat torpaq səhəsinə görə, cəmi 79700 manat ödənilməlidir.
11. Eyni zamanda işin faktiki hallarından göründüyü kimi “Azərbaycan Respublikası Mülki Məcəlləsin ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq da iddiaçıya ödənilməmişdir ki, həmin ödənilməmiş məbləğ (53280+ 29700+ 50000= 132980 manatın 20%) 26596 manat təşkil edir. Beləliklə, iddiaçı 106296 manat məbləğinin (kompensasiya və 20% əlavə) cavabdehdən tələb etməkdə haqlıdır və onun tələbi qanunvericiliyə uyğundur, iddia tələbinin qalan hissəsi isə əsassızdır. Belə ki, iddiaçının mülkiyyətində olan tor paq sahəsi 101.35 kv metr deyil, bölgü sxeminə əsasən 100 kv metr təşkil edir.
12. Habelə iddiaçı ilə cavabdeh arasında imzalanaraq notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən tərəflər 44,4 kv.m tikintialtı sahəyə görə kompensasiya məbləğinin 53280 manat olmasını razılaşdırmışlar, cavabdeh qeyd edilən müqavilə ilə razılaşdırılan məbləği iddiaçıya ödəmiş, iddiaçı həmin ödənişi qəbul etmişdir. Odur ki, məhkəmə həmin tikili sahəsinin 1 kv.metr sahəsinin 2000 manat olmaqla yenidən hesablanması və həmin sahəyə 88000 manat məbləğdə kompensasiyanın ödənilməsi tələbini əsassız və müqaviləyə zidd hesab edir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikay əti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, M.Rüstəmli və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı “torpağa aid kompensasiyanın ödənilməsi hissəsində” dəyişdirilmiş, İddiaçı “torpaq sahəsinə görə 34.000 ( 100x340) manat, daşınmaz əmlakların bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq (23.396 manat) olmaqla, cəmi 87.096 (səksən yeddi min doxsan altı) manat məbləğində pulun ödənilməsi” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin xx.xx.2019-cü il tarixdə bağlanmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 2022-2023-cü illər üzrə olan məlumatlar hazırki iş üzrə qiymətləndirmə üçün əsas hesab edılə bilməz.
17. Bu səbəbdən də məhkəmə kollegiyası Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə Bakı Apellyasiya Məhkəməsində baxılmış analoji inzibati işlərə müraciət edilməsini məqsədəmüvafiq hesab edərək, Bakı Apellyasiya Məhkəməsində baxılmış analoji inzibati işlər ürə müəyyən edilmişdir ki, analoji dövrdə dövlət ehtiyacları üçün alınmış tor paq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyərinin 1 kv.m-ə görə təxmini dəyəri 340 manat olmuşdur.
18. Məhkəmə kollegiyası vahid məhkəmə praktikasına əsaslanaraq hesab edir ki, iddiaçının 100 kv.m torpaq sahəsinə görə (100x 340 manat) 34.000 manat kompensasiya ödənilməli və buna uyğun olaraq da “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 2 0% miqdarında satınalma qiymətinə əlavə haqq da yenidən hesablanmalıdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
21. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Xarici Dairəvi avtomobil yolunun A.M.Şərifzadə küçəsi ilə birləşdiriləcək yeni avtomobil yolunun lahiyələndirilməsi, tikinti altına düşən o byektlərin, əhalinin köçürülməsi və yolun tikinti layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı aid əmlaka dəymiş ziyan dəvət olunmuş ekspert tərəfindən qiymətləndirilərək, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən 20 % əlavə edilməklə 59.9 kv.metr əsas sahəyə görə 71880 manat, 1.82 kv.metr köməkçi sahəyə 2184 manat, 101.35 kv.metr torpaq sahəsinə görə 12162 manat kompensasiya hesablanmışdır. İddiaçı həmin kompensasiyanı 16 may 2019-cu il tarixində notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən 74064 manat məbləğində qəbul etmiş və əlavə olara q torpaq sahəsinə görə də 12162 manat vəsait ödənilmişdir.
22. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan tikilinin 19.8 kv.metr hissəsinə və 100 kv.metr torpaq sahəsinə görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompensasiya hesablanmamışdır.
23. Halbuki, sözügedən layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus tikinti altına düşən əmlaka dair qiymətləndirilmə barədə hesabat hazırlanmış, iddiaçı qiymətlə razılaşmış və alqı-satqı üçün müqavilə imzalanması üçün notariat orqanına dəvət olunmuşdur.
24. Alqı-s atqı müqaviləsinə əsasən satıcı daşımaz əmlakını satır, alıcı isə həmin qiymətlə razılaşır. Satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir.
25. Bundan əlavə bildirir ki, əmlakın qiymətləndirilməsində Agentlik hər hansı məsuliyyət daşımır. Dövlət ehtiyacları üçün alınan əmlaklar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Mazirliyi tərəfindən həyata keçirilmişdir.
26. Alqı-satqı mü qaviləsi tərəflərin könüllü iradəsi əsasında bağlanmış və tərəflər qiymət barədə qarşılıqlı razılaşaraq müqavilə imzalamışlar. Müqavilənin müvafiq bəndinə əsasən satıcı həmin daşınmaz əmlakı ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Hal-hazırda həmin müqavilə qüvvədədir.
27. Müvafiq daşınmaz əmlaka görə ödəniləcək kompensasiyanın qarşılıqlı razılaşma əsasında qiymətinin təzahür etməsinin nəticəsi kimi tərəflər öz aralarında alqı-satqı müqaviləsini bağlamışlar və notarial qaydada təsdiq edilmişdir.
28. İddiaçıya mülkiyyətində olan əmlak və ya mülkiyyətində olmayan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alındığından, buna görə də iddiaçıya müvafiq kompensasiyaya görə müqavilə bağladığından, qiymətlə razılaşmaqla və həmin məbləği qəbul etməklə fərdi yaşayış evi üzər ində mülkiyyət hüququndan imtina etdiyindən o hazırki, tələbində irəli sürdüyü həmin evin yerləşdiyi torpaq sahəsinə və 19 kv.metrə dair mülkiyyət hüququnu da əldə edənə vermişdir. Faktiki olaraq ödənilmiş kompensasiya həm fərdi yaşayış evinə, həm də onun yerləşdiyi torpaq sahəsinə görə ödənilmiş kompensasiya olmuşdur.
29. İddiaçı həmin əmlakı üzərindəki bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdehə keçdiyindən iddiaçının əlavə olaraq istifadəsində olan əmlakının bir hissəsinə və torpaq sahəsi ilə bağlı ona kompensasiya ödənilməsinə dair və onunla bağlı hazırkı tələbi əsassızdır.
30. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, qərarın ləğv edilərək, kassasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 32. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; Maddə 65.1. Kompensasiya aşağıdakı formalarda ödənilə bilər: 65.1.2. İtirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili 65.1.5. torpaq və digər kapital itkisinə gö rə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi.
33. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məlum olduğu kimi, İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən evin 44,4 kv metrinə görə (1 kv metr 2000 manat qiymətləndirilməklə) ümumilikdə 88800 manat, nəzərə alınmayan 19, 2 kv metr (64,2-44,4=19,8) üçün 39600 manat (19,8x2000=39600) və nəzərə alınmayan 101,35 kv metr torpaq sahəsinə görə 121600 (101,35x1200=121600) manat olmaqla ümumilikdə 250000 (88800+39600+121600) manat və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007ci il tarixli Fərmanında nəzərdə tutulmuş satınalma qiymətinin 20%-i – 50000 manat məbləğində pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında iddiaçıya məxsus tikilinin 19,8 kv.m hissəsinə görə 29700 manat və torpaq sahəsinə görə 50000 manat kompensasiya, daşınmaz əmlak ın bazar qiymətinin (132980 manat məbləğinin) 20% miqdarında satınalma qiymətinə əlavə haqq 26596 manat, cəmi 106296 manat məbləğinin ödənilməsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı “torpağa aid kompensasiyanın ödənilməsi hissəsində” dəyişdirilmiş, İddiaçı “torpaq sahəsinə görə 34.000 (100x340) manat, daşınmaz əmlakların bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq (23.396 manat) olmaqla, cəmi 87.096 (səksən yeddi min doxsan altı) manat məbl əğində pulun ödənilməsi” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, işin 8-ci səhifəsində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya RX №0872748 çıxarışda, İddiaçı adına paylı mülkiyyət olaraq ünvan 4 ünvanında, onun payı ümumilikdə 64,2 kv.m. (yaşayış və köməkçi sahələri) müəyyən edilmişdir.
40. İşin 9-cu səhifəsində olan 07 may 2019-cu il tarixli “Bölgü sxemi”ndə iddiaçıya məxsus torpaq sahəsi 100 kv. metr olaraq müəyyən edilmişdir.
41. Lakin işin 10-cu səhifəsində olan notarius tərəfindən təsdiq edilmiş 16 may 2019cu il t arixli müqaviləyə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış bu müqavilədə göstərilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən evin həyətyanı tikililərin və qurğuların texniki göstəricilərin qrafasında qeyd olunan “Liter E tövlə tikinti sahə” 44,4 kv.m. görə cavabdeh ümumilikdə 53.280,00 manat məbləğində kompensasiyanı iddiaçıya ödəməyi öhdəsinə götürür, iddiaçı sözügedən 44,4 kv.m. tövlə tikinti sahəsindən cavabdehin xeyrinə imtina edir.
42. Beləliklə, həmin müqavilə ilə yalnız yuxarıda göstərilmiş 44,4 kv.m. ölçüsü olan tövlənin alqı-satqısı rəsmiləşdirilmiş, yəni yaşayış və köməkçi sahəsindən 19,8 kv.m. (64,2 kv.m. çıxılsın 44,4 kv.m., bərabərdir 19,8 kv.m.) və 100 kv.m. torpaq sahəsi adıçəkilən müqavilədə alqı-satqı predmeti olmamışdır.
43. Başqa sözl ə sözügedən müqavilə ilə 44,4 kv.m. tövlənin alqı-satqısı həyata keçirilmişdir.
44. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin özbaşına tikiliyə dair iddiaçıya ödədiyi kompensasiyanın, mülkiyyət hüququ dövlət qeydiyyatında keçmiş tikiliyə ğörə ödənilən kompensasiyaya hec bir aidiyyatı yoxdur, yəni İddiaçı mülkiyyətində olan tikilinin 19,8 kv.metr hissəsinə (64,2 - 44,4) görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompensasiya hesablanmadığı müəyyən edilir.
45. Apellyasiya məhkəməsi eyni zamanda qərarında qeyd etmişdir ki, “birinci instansiya məhkəməsinin iddiaçının 19,8 kv. metr tikilisinin hər kv. metrinin 1500 manat (cəmi 29700 manat) məbləğində qiymətləndirməsi və 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olmas ı barədə gəldiyi nəticə ilə razılaşsa da, 100 kv.m torpağın hər kv.metrinin 500 manat məbləğində dəyərləndirməsini əsassız heab edir.”
46. Bununla yanaşı apellyasiya məhkəməsi yaranmış zərurətlə əlaqədar ünvan 2 ünvanda və ona yaxın ətrafda yerləşən yaşayış və torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin (hər biri üzrə azı 3 müqavilə) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 2-1(103)-1633/2023 nömrəli müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsi xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-5362/23 nömrəli cavab məktubunda əmlakların qiymətləndirilməsinə dair müvafiq notariat ofislərində 2022-2023-cü illər ərzində bağlanmış alqı-satqı müqavilələri barədə məlumat vermişdir.
47. Lakin apellya siya məhkəməsi qərarında göstərmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin xx.xx.2019-cu il tarixdə bağlanmasını nəzərə alaraq 2022-2023-cü illər üzrə olan məlumatlar hazırkı iş üzrə qiymətləndirmə üçün əsas hesab edılə bilməz.
48. Həmçinin apellyasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsində baxılmış analoji inzibati işlərə müraciət etmiş və müəyyən etmişdir ki, dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyərinin 1 kv.m-ə görə təxmini dəyəri 340 manat olmuşdur.
49. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-34/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-5 49/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir.
50. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 100 kv.m torpaq sahəsinə görə (100x 340 manat) 34.000 manat kompensasiya ödənilməli və buna uyğun da “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq da yenidən hesablanmalıdır. Hesablamanın nəticəsində müvaf iq məbləğ (53280+29700+34000 = 116980 manatın 20%) 23.396 manat təşkil etmişdir.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus ünvan 6 ünvanında tikilinin 19,8 kv.metr hissəsinə 29700 manat, torpaq sahəsinə görə 34.000 ( 100x340) manat, daşınmaz əmlakların bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq (23.396 manat), cəmi 87.096 manat məbləğin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Agetliyinə həvalə edilməlidir.
52. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏ RARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1633/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.