Məhkəmə qərarları › İş №2-1(102)-1374/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1374/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1374/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: Bakı ŞİH-in sərəncamının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(103)-634/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq a şağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Ünvan1 0,3377 ha. ölçüdə xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 42,6 kv.m. qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur

2. Ünvan1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçıya məxsusdur və həmin qeyri-yaşayış sahəsinə dair 31.08.2012-ci il tarixli texniki pasport tərtib edilmişdir.

3. Üçüncü şəxs "xxxx" MTK-nın 26.04.2016-cı il tarixli müraciətini nəzərə alaraq Cavabdeh Başçısının 05.05.2016-cı il tarixli, 182 nömrəli Sərəncamı ilə Ünvan yaşayış binasının şərq hissəsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MTK-ya icazə verilmişdir və həmin sərəncamla Ünvan yaşayış binasının cizgidə göstərilən sərhədlər dax ilində 0,8000 ha yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya 2016-cı il tarixli, 16/58 nömrəli ayrıc aktı verilmişdir.

4. Suraxanı Rayon İcra Hakimiyyəti iddiaçının göstərilən ünvanda ona məxsus torpaq sahəsinə edilən müdaxilənin aradan qaldırılması ilə bağlı müraciətini təmin etməmiş, iddiaçıya 06.04.2018-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, Cavabdeh başçısının 05.05.2016-cı il tarixli 182 saylı sərəncamı ilə Ünvan yaşayış binasının şərq hissəsində yaşayış binalarının tikintisi üçün 0,80 ha. torpaq sahəsi icarə əsasında "xxxx" MTK-ya ayrılmışdır.

5. İddiaçı “torpaq sahəsinə qanunsuz müdaxilənin aradan qaldırılması və yolun bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin 30.05.2018-ci il tarixli qətnamə si ilə İddiaçı iddiası təmin edilmiş, onun xüsusi mülkiyyətində olan Ünvan1 yerləşən 0,3377 ha. torpaq sahəsinin "xxxx" MTK tərəfindən zəbt edilmiş 65 kv.m. hissəsi iddiaçıya məxsus RX seriyalı, ******* saylı çıxarışın koordinatları yerə köçürülməklə boşaldılıb iddiaçıya təhvil verilməsi, "xxxx" MTK tərəfindən həmin torpaq sahəsi zəbt edilməklə bağlanmış yolun açılması qət edilmiş və həmin yolun gələcəkdə bağlanması MTK-ya qadağan edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2019-cu il tarixli, 2(103)-1348/2019 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 30.09.2019-cu il tarixli 2(102)6476/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 05.05.2016-cı il tarixli 182 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinə və tikiliyə iddiaçının mülkiyyət hüququ çıxarışla təsdiq olunur ki, reyestrdən çıxarışın qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tanınmışdır. Lakin mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə olunmuş, ona məxsus ərazinin bir hissəsi zəbt olunmuşdur. İcra hakimiyyətinin 05.05.2016-cı il tarixli, 182 nömrəli Sərəncamı iki səbəbdən iddiaçının maraqlarına toxunur. Birincisi, sərəncamda göstərilən ərazinin koordinatları ona məxsus torpaq sahəsinin üstünə düşür. İkincisi, ona məxsus torpaq sahəsinə uzun illər mövcud olmuş giriş-çıxış yolu həmin sərəncamda üçü ncü şəxsə verilmişdir. Bu fakt 07.03.2018-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.10.2018-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli 2-1(112)-1155/2020 nömrəli qərarına əsasən (hakim Aygün Abdullayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh Başçısının 05.05.2016-cı il tarixli, 182 nömrəli Sərəncamının iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə, yəni 168 kv.m. hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)350/2018 saylı iş üzrə aparılmış ekspertiza rəyi mötəbərdir və həmin rəyə əsasən mübahisəli sərəncama əsasən verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin bir hissəsi (168 kv.m.) iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 21(103)-634/2021 saylı qərarına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Elmira Nağıyeva və Xəyalə Cəmilova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1155/2020 nömrəli 24.09.2020-ci il tarixli qərarı yoxlanılan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qəra rı iddiaçıya 14.04.2021-ci il tarixində təqdim edilmişdir. İddiaçı 14.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 2-1(103)-634/2021 saylı qərarının ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 135, 152, 154, 178-ci və Mülki Prosessual Məcəllənin 385, 386-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə qərar qəbul edərkən Suraxanı Rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın nəticələ rinə istinad etsə də, nəzərə almamışdır ki, mübahisələndirilən sərəncamla Bakı ŞİH tərəfindən "xxxx" MTK-ya ayrıc aktı ilə verilmiş torpaq sahəsi iddiaçıya mülkiyyət hüququ ilə mənsub olan sahəni tam əhatə edir. Beləliklə, göstərilən sərəncam “İnzibati icraat haqqında” Qanunun 24, 58.1, 67.1, 67.2-ci maddələrinin tələblərini pozmaqla qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”na dair 1 saylı Protokol 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük ve rilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

27. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 28. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

29. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzi bati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

30. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, iddiaçı mübahisələndirilən sərəncamın onun mülkiyyət hüququnu pozduğuna istinad edərək həmin sərəncamın ləğv olunmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-350/2018 saylı iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən isə müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisəli sərəncama əsasən verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin yalnız bir hissəsi (168 kv.m.) iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hazırkı qərarın 27-ci bəndində göstərilən normaya uyğun olaraq bu hal mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən yenidən sübut edilmir.

35. İddiaçı isə kassasiya şikayətində ona istinad edir ki, Bakı Şəhəri İcra Hakimiyyətin 05.05.2016-cı il tarixli 182 nömrəli sərəncamı onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin yalnız 168 kv.m. hissəsini yox, bütün torpaq sahəsini əhatə edir. Bu səbəbdən həmin sərəncam qismən yox, tam ləğv edilməlidir.

36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normalardan da görünür ki, istər “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nda, istərsə də Azərbaycan Respublikası Konstitusiyasında “mülkiyyət hüququ” şəxsin toxunulmaz hüquqularından biri kimi göstərilmiş, qanunda göstərilən istisna hallardan başqa şəxsin mülkiyyətindən məhrum edilməsi qadağan edilmişdir.

37. Göstərilən normalara uyğun olaraq iddia tələbinin təmin edilməsi üçün iddiaçı 05.05.2016-cı il tarixli 182 nömrəli sərəncamın mübahisələndirilən hissədə onun mülkiyyət hüququnu pozmasını əsaslandırmalı idi.

38. İddiaçı isə üçüncü şəxsə ayrıc aktı ilə verilmiş torpaq sahəsinin ona mənsub olan sahəni tam əhatə etdiyini bildirsə də, işə aşağı instansiya məhkəmələrində baxılarkən bu hal öz təsdiqini tapmamışdır. İddiaçı kassasiya şikayətinə də öz dəlillərini təsdi q edən heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı sərəncamın mübahisələndirilən hissəsinin onun qanunla qorunan mülkiyyət hüququnu pozduğunu əsaslandıra bilməmişdir.

39. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən sərəncam iddiaçının torpaq sahəsinə qismən müdaxilə edir. İddiaçının da həmin qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ olduğundan, məhkəmələr haqlı olaraq mübahisələndirilən sərəncamı yalnız iddiaçının torpaq sahəsi ilə üst-üstə düşən hissəsində, yəni 168 kv.m. hissədə ləğv etmişdir.

40. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 2-1(103)-634/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

41. Yuxarıda göst ərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli 21(103)-634/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar