Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1374/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (i(Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İd arəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-36/2022 saylı, 1 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin vergi yoxlaması xx.xx.2016-cı tarixdən xx.xx.2018-ci ilədək olan vergi dövrünü əhatə etmişdir.
2. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2019-cu il tarixdə başa çatmışdır.
3. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli, **********178520 nömrəli aktla rəsmiləşdirilmişdir.
4. Həmin aktda iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə müəssisə tərəfindən 369290,45 manat məbləğində mənfəət vergisinin, 72638,92 manat məbləğində ƏDV-nin və 4818,80 manat məbləğində ÖMV-nin az hesablandığı, 57208,98 manat məbləğində ƏDV-nin isə artıq hesablandığı qeyd olunmuşdur. Cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********19510 6 saylı qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlaması üzrə xx.xx.2019-cu il tarixli, **********178520 saylı Aktın, **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsinə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195106 saylı qərarın ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir. Cəmiyyətdə nö vbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Həmin səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********178520 saylı aktda göstərilmişdir ki, 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat fərq aşkar edilmişdir və həmin məbləğə görə 184645,23 manat maliyyə sanksiyası tətbiq edilməlidir; 2017-ci il üzrə ƏDV-yə görə 61838,99 manat fərq aşkar edilmişdir və həmin ƏDV məbləğinə görə 36319,46 manat maliyyə sanksiyası tətbiq edilməlidir; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat fərq aşkar edilmişdir və 2409,40 manat maliyyə sanksiyası tətbiq edilməlidir; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 37267,66 manat maliyyə s anksiyası tətbiq edilməlidir; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Qeyd olunan səyyar vergi yoxlaması aktında göstərilən vergi məbləğləri və sanksiyalar tam əsasız və qanunsuzdur. Səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********178520 saylı akt iddiaçıya (vergi ödəyicisinə) xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir v ə ya göndərilir. Bundan əlavə, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********178520 saylı akt xeyli sayda uyğunsuzluqlarla tərtib olunmuşr, aktın 8-ci vərəqində isə, ümumiyyətlə iddiaçıya aid olmayan 57208,98 manat ƏDV məbləği qeyd edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdə başlamış, səyyar vergi yoxlamasının müddəti 3 dəfə uzadılmış, səyyar vergi yoxlaması 10 dəfə müvəqqəti dayandırılmış və bu uzaldılmaların və dayandırılmaların səbəbi cavabdehə bildirilməmişdir. Səyyar vergi yoxlaması üzrə 2 dəfə ekspertiza təyin edilmişdir, lakin ekspert rəyləri səyyar vergi yoxlaması aktında öz əksini tapmamışdır. Qeyd olunan və sair qanun pozuntuları ilə tərtib edilmiş akt ona xx.xx.2019-cu il tarixində təqdim edilməsinə baxmayaraq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlər gözlənilmədən iddiaçının elektron kabinetinə xx.xx.2019-il tarixli, **********195106 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” yerləşdirilmişdir. Qərarla iddiaçı: 2017-ci il üçün mənfəət vergisi üzrə 369290,45 manat vergi məbləği və 184645,23 manat maliyyə sanksiyası; 2017-ci il üzrə ƏDV-yə görə 61838.99 manat vergi məbləği və 36319,46 manat maliyyə sanksiyası; 2017-ci il üçün ödəmə mənbəyindən tutulan vergiyə görə 4818,80 manat vergi məbləği və 2409,40 manat maliyyə sanksiyası; 2017-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 23540,31 manat maliyyə sanksiyası; 2018-ci il üçün ƏDV məbləğinin ödənilməməsinə görə 3330,00 manat maliyyə sanksiyası olmaqla, cəmi 686192,64 manat vergi məsuliyyətin ə cəlb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən, bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onu n müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. xx.xx.2019-cu il tarixli, **********195106 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında 46409,50 manat iddiaçının artıq ödəməsi nəzərə alınmaqla 639783,59 manat ödənilməli olan vəsaitə dair xx.xx.2019-cu il tarixdə **********736800 saylı Tələbnamə təqdim edilmişdir. Tələbnamənin xx.xx.2019-cu il tarixdə təqdim edilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdən iddiaçıya qanunsuz olaraq tələbnamədə qeyd oluna n məbləğə faiz hesablanmaqdadır. Qeyd olunanlara əsasən, hesab edilir ki, cavabdeh tərəfindən tərtib edilmiş vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********178520 saylı Akt etibarsız hesab edilərək, həmin Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********195106 saylı Qərar ləğv edilməlidir və Qərar əsasında tərtib edilmiş **********736800 saylı Tələbnamə müvafiq olaraq etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh 2 saylı Ərazi Baş Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlamasının nəticələri haqqında **********178520 saylı Aktından görünür ki, iddiaçının mal-material silgisinin həcmi müəyyən edilmədiyinə görə mənfəət vergisi Nazirl ər Kabinetinin 55 saylı Qərarına əsasən hesablanmışdır. Halbuki bütün xərc sənədləri yoxlama aparan orqana təqdim edilmişdir, lakin vergi orqanı qərəzli olaraq hesablama metodu ilə tərtib edilmiş xərc sənədlərini nəzərə almadan iddiaçının mənfəət vergisini Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanının xx.xx.2018-ci il tarixli, **********149786 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar v ergi yoxlaması təyin edilmiş, həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, **********149969 nömrəli Tələbnamə verilmişdir. Yoxlanılan xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün 2017-ci il təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğinin forma 2-hesabatlarında olan dövriyyə məbləğindən 714.730,73 manat az göstərildiyi müəyyən edilmişdir. Xərc məbləğlərini müəyyən etmək mümkün olmadığından Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən müvafiq hesablama ap arılmışdır. Belə ki, yoxlanılan dövr ərzində 11.988.643,97 manat (ƏDV-siz) (14.146.599,88 manat ƏDV ilə) dəyərində görülmüş tikinti işlərinin 7.132.293,0 manat dəyərində olan hissəsi subpodrat təşkilatlar tərəfindən, qalan 4.856.350,97 manat dəyərində olan hissəsi isə müəssisə tərəfindən yerinə yetirilmişdir. Subpodrat təşkilatlar tərəfindən görüləcək tikinti işləri üçün mal-materiallar İddiaçı MMC tərəfindən təmin edilmiş, lakin subpodrat təşkilatların gördüyü işlərin tərkibində malmaterial silgisinin həcmini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərcləri təsdiq edən sənədlərin bir qismi yoxlamaya təqdim edilmişdir. Belə ki, 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 221.15-ci, yəni “sair xərclər” sətrində göst ərilən 3.969.767,79 manat xərcin 2.262.950,60 manatının xidməti müqavilə əsasında xidmət göstərən fiziki şəxslərə edilmiş ödəmələrin təşkil etməsinə baxmayaraq, yerdə qalan 1.706.817,19 manat xərc məbləğlərini təsdiq edən sənədlərin yoxlamaya təqdim olunması təmin edilməmişdir. Göstərilənlərə əsasən, mənfəət vergisi NK-nın 55 saylı Qərarına əsasən hesablanmışdır (mənfəət vergisi bəyannaməsinin müqayisəli cədvəli əlavə olunur). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydala rı”na əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Belə ki, 2014cü il sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablandı. M1 = (G1/(100+R))x R Burada: M1- vergi ödəyicisinin mənfəəti, G1-vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır (20%). Beləliklə, (11.647.600,0 /(100+20)) x 20 = 1.941.266,67 manat mənfəət müəyyən edildi. G1=11.647.600,0. Yoxlama zamanı müəssisənin 2017-ci il dövrü üzrə müəyyən edilmiş 1.941.266,67 manat mənfəətdən 388.253,33 manat məbləğində mənfəət vergisi hesablandı. Yoxlama ilə 259.290,45 manat məbləğində əlavə mənfəət vergisi hesablanır. İddiaçı Vergi Məcəlləsinin 58.1-ci maddəs inə əsasən, mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 369.290,45 manat azaldılmasına görə 50% miqdarında, yəni 184.645,23 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Əlavə dəyər vergisinin hesablanması barədə: Müəssisə tərəfindən təqdim edilmiş forma-2-lərdə 2017-ci il üzrə dövriyyə məbləği 11647650,2 manat olmasına baxmayaraq, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 11.583.275,7 manat dövriyyə məbləği göstərilmiş, nəticədə 64.374,40 manat dövriyyə fərqi yaranmışdır. Yaranmış dövriyyə fərqi 2017-ci ilin dekabr ayı üzrə ƏDV-yə cəlb edilmişdir. Müəssisə tərəfindən oktyabr 2017-ci il dövrü üzrə əvəzləşdirilmiş "xxxx" MMC-dən alınmış xx.xx.2017-ci il tarixli, HQ seriyalı 153432 nömrəli VHF-ya əsasən malın dəyəri, yəni 3000,0 manat ödənilmədiyindən 540,0 manat ƏDV məbləği ləğv edilmişdir. Eyni zamanda HO seriyalı, 553603 seriyalı VHF-ya əsasən əvəzləşdirmə iyun 2017 dövrdə nəzərə alınsa da, iyul ayında əvəzləşdirilməli olduğundan qeyd edilən məbləğ yoxlama ilə iyul ayında əvəzləşdirilmişdir. Müəssisə tərəfindən avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN ********* ) alınmış HP seriyalı 380617 nömrəli VHF üzrə 216,60 manat ƏDV məbləği, “PLANET-LC" MMC-dən (VÖEN ********** ) alınmış HP seriyalı 346650 nömrəli VHF üzrə 543,31 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 1750,97 manat ƏDV məbləği, RERAPİER MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 360863 nömrəli VHF üzrə 188,06 manat ƏDV məbləği, "xxxx" MMC-dən (**********) alınmış HP seriyalı 249042 nömrəli 720,0 manat ƏDV məbləği avqust ayında ödənilmədiyindən qeyd edilən məbləğlər avqust ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Avqust ayı ərzində "xxxx" MMC-dən (VÖEN ********** ) alınmış HP seriyalı 296840 nömrəli VHF üzrə 1719,84 manat ƏDV məbləği, HP seriyalı 346651 nömrəli VHF üzrə 522.07 manat ƏDV məbləği ödənilmədiyindən, bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Eyni zamanda avqust 2017-ci il dövrü üzrə “Əlavə dəyər vergisinin bəyannaməsi”nin idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş 184.743,53 manat məbləğ hesabat dövrü ərzində müəssisə tərəfindən idxal edilmiş mallar (işlər, xidmətlər) b arədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 5.433,66 manat az əks etdirilmişdir. Qeyd edilən məbləğ yoxlama ilə bərpa edilmişdir. Eyni zamanda müəssisə tərəfindən oktyabr ayı ərzində "xxxx" MMC-dən VÖEN ********** ) alınmış HP seriyalı 518447 nömrəli VHF üzrə 12,95 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə411,13 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1900.26 manat ƏDV məbləği, HQ seriyalı 186780 nömrəli VHF üzrə 2361,09 manat ƏDV məbləği, HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 1222.21 manat ƏDV məbləği, HQ seriyalı 186834 nömrəli VHF üzrə 341.02 manat ƏDV məbləği, HP seriyalı 946610 nömrəli VHF üzrə 738,98 manat ƏDV məbləği, VELİEV" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 192887 nömrəli VHF üzrə 5940,0 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 296021 nömrəli VHF üzrə 16912,23 manat ƏDV məbləği, “AZCARGO LOGİSTİCS SERVİCES" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 575449 nömrəli VHF üzrə 360,0 manat ƏDV məbləği, “A.E.S.-Trading" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 003582 nömrəli VHF üzrə 5495,85 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) HP seriyalı 836668 nömrəli VHF üzrə 84,43 manat ƏDV məbləği, fiziki şəxs X1 (VÖEN **********) alınmış HP seriyalı 975619 1HF üzrə 900,0 manat ƏDV məbləği oktyabr ayında ödənilmədiyindən qeyd edilən məbləğlər oktyabr ayı 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövr ü üzrə nəzərə alınmışdır. Oktyabr ayı ərzində "xxxx" MMC-dən (VÖEN **********) HO seriyalı 934280 nömrəli VHF üzrə 148,68 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HQ seriyalı 186649 nömrəli VHF üzrə 1609,74 manat ƏDV məbləği, HP seriyalı 946609 nömrəli VHF üzrə alınmış 578,00 manat ƏDV məbləği, "xxxx" MMC-dən (VÖEN **********) alınmış HP seriyalı 815498 nömrəli VHF üzrə 6426,22 manat ƏDV məbləği ödənilmədiyindən bu vergi-hesab fakturaları üzrə əvəzləşdirmə məbləğləri ləğv edilmişdir. Müəssisə tərəfindən noyabr ayı ərzində "xxxx" ASC-dən (VÖEN **********) alınmış HQ seriyalı 420642 nömrəli VHF üzrə 244,96 manat ƏDV məbləği, HQ seriyalı 420641 nömrəli VHF üzrə 1631,08 manat ƏDV məbləği, HQ seriyalı 420648 nömrəli VHF üzrə 1023,43 manat ƏDV məbləği, HQ seriyalı 420645 nömr əli VHF üzrə 1600,64 manat ƏDV məbləği noyabr ayında ödənilmədiyindən, qeyd edilən məbləğlər noyabr 2017-ci il dövrü üzrə təqdim edilmiş ƏDV bəyannaməsindən çıxarılaraq, yoxlanılan dövrün sonuncu ƏDV bəyannaməsinə, yəni mart 2018-ci il dövrü üzrə nəzərə alınmışdır. Beləliklə, yoxlanılan dövrdə aylar üzrə 72.638,92 manat ƏDV məbləğinin azaldıldığı, 57.208.98 manat artıq hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən aylar üzrə azaldılmış ƏDV məbləğinə 50% miqdarında, yəni 36.319,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən müəssisə tərəfind ən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə müəssisəyə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 40597,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Ödəmə mənbəyində tutulan verginin hesablanması barədə: xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən yoxlanılan xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə forma-2-lər üzrə əmək haqqının 2.359.210,0 manat olduğu göstərilmişdir. Bəyannamələrdə göstərilmiş 61.840,0 manat əmək haqqı, eyni zamanda fiziki şəxslərə müəssisə tərəfindən ödənilmiş 2.262.950,0 manat dəyərində xidmət haqqı çıxıldıqda (2.359.210,0-61.840,0-2.262.950,0=) 34.420,0 manat vergiyə cəlb edilməmiş əmək haqqı 14% həcmində vergiyə cəlb edildik də, 4.818,80 manat əlavə vergi hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli məbləğinə nisbətən 4.818,80 manat azaldılmasına görə 50% miqdarında, yəni 2.409,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2019-cu il tarixli, **********178520 nömrəli aktla rəsmiləşdirilmiş və səyyar vergi yoxlaması aktı xx.xx.2019-cu il tarixdə müəssisənin faktiki ünvanına poçt vasitəsilə göndərilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması aktının vergi ödəyicisi tərəfindən imzalanmamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərə k vergi orqanına təqdim edilməsi üçün Vergi Məcəlləsinin 39.5-ci maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, **********996100 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqəsinin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı məqsədilə xx.xx.2019-cu il tarixdə vergi orqanına dəvət edilmişdir.xx.xx.2019-cu il tarixdə aktın müzakirəsi ilə bağlı müəssisənin direktoru X2 iştirakı təmin edilmiş, müvafiq olaraq xx.xx.2019-cu il tarixli, **********264000 saylı protokol tərtib edilmişdir. Protokoldan göründüyü kimi, müəssisənin direktoru Z.Y.Səmədov tərəfindən səyyar vergi yoxlaması aktında yazılmış kənarlaşmalarla bağlı heç bir təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir(protokol əlavə edilir). Eyni zamanda, xx.xx.20 19-cu il tarixdə (xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə göndərilmiş olan) yoxlama aktının 1 nüsxəsi əlbəəl olaraq müəssisənin rəhbərinə təqdim edilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2019-cu il tarixli, **********865100 nömrəli məktubla müəssisənin direktoru və ya nümayəndəsi şəxsiyyəti təsdiq edən vəsiqənin surəti və səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirak üçün xx.xx.2019-cu il tarixdə vergi orqanına dəvət edilmişdir. xx.xx.2019-cu il tarixdə müəssisənin direktoru X2 iştirakı təmin edilmiş, Z.Y.Səmədov tərəfindən yazılı surətdə etiraz bildirilməsinə baxmayaraq, əsaslı sübut və dəlillər gətirilməmişdir. Qeyd olunan akta əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195106 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.
8. İddiaçının vəsatətinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərardadları ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, verilmiş rəylərə əsasən vergi borcunun dəqiqliyini müəyyən etmək mümkün olma mışdır. 9.Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, 2017-ci il üzrə dövriyyə məbləğinin forma-2 hesabatlarında olan dövriyyə məbləğindən 714.730,73 manat az göstərilməsi, eyni zamanda bəyan edilmiş xərcləri təsdiq edən sənədlərin yoxlamaya tam təqdim edilməməsi səbəbindən şərti rentabellik norması tətbiq olunmaqla, 359.290,45 manat mənfəət vergisinin hesablanması qanuni olmuşdur. Vergi orqanı tərəfindən hesablanmış ƏDV üzrə məhkəmə qeyd etməyi zəruri bilir ki, müəssisə tərəfindən təqdim edilmiş forma-2-lərdə 2017-ci il üzrə dövriyyə məbləği 11647650,2 manat olmasına baxmayaraq, müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində 11.583.275,7 manat dövriyyə məb ləği göstərilmiş, nəticədə 64.374,40 manat dövriyyə fərqi yaranmışdır. Bundan başqa, müəssisə tərəfindən ƏDV-nin əvəzləşdirilməsi bəyan edilən elektron vergi-qaimələrinin bir hissəsinin ləğv edilməsi səbəbindən həmin mallar üzrə ƏDV-nin əvəzləşdirilməsi mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən hesablanmış ƏDV qanuni olmuşdur. Bundan başqa, əmək haqqı ilə bağlı vergi ödəyicisi tərəfindən bəyannamələrdə 61.840 manat əmək haqqının ödənilməsi göstərilmiş, lakin forma 2 sənədi üzrə əmək haqqının 2.359.210 manat olduğu və müəssisə tərəfindən fiziki şəxslərə 2.262.950 manat xidmət haqqının ödənilməsi öz əksini tapmışdır. Belə olduğu təqdirdə vergi ödəyicisi tərəfindən (2.359.210-61.840-2.262.950=) 34.420 manat vergiyə cəlb edilməmiş məbləğin olması müəyyən edil mişdir. Ona görə də məhkəmə hesab edir ki, 34.420 manat pulun 14% məbləğində 4.818.80 manat əlavə verginin hesablanması qanunauyğundur.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-36/2022 nömrəli, 01 aprel 2022-ci il tarixli (hakimlər İ.Dəmirov-sədrlik edən və məruzəçi, H.Babayeva və R.Ağayev) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayət i verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin dəlilləri ilə razı olmadığını bildirmiş və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati ak tın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusi yyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə
38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsilə təmsil olunmaq hüququ 38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır. 38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər. Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşk ar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.1 Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilm əsi qaydalarını müəyyən edir. Maddə 2.2 Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 36.3 Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 36.4 Bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Maddə 38.1 Səyyar ve rgi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2.2 Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 54.0.1 və 54.0.2 Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. Maddə 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Maddə 62.2 Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Maddə 67.1 Bu məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallard a, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: -67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri -67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; -67.1.3. vergi ödəyic isinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; -67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; -67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digə r məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: -67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; -67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; -67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 71 Vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verm əyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195106 saylı qərarın ləğv edilməsinə və **********736800 saylı Tələbnamənin etibarsız sayılmasına yönəlmişdir. İddiaçı həmçinin cavabdehin xx.xx.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlaması üzrə xx.xx.2019-cu il tarix li, **********178520 saylı Aktın etibarsız hesab edilməsini də tələb edir.
24. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
25. Məhkəmə kollegiyası səyyar vergi y oxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı ə lamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
26. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi barədə akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi or qanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetmədən imtina barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradan inzibati akt qismində qəbul olunmalıdır.
27. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərar, eləcə də həmin yoxlamanın nəticələri barədə tərtib olunmuş akt vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Bundan başqa, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi, yoxlamanın nəticələri barədə tərtib olunmuş akt isə müvafiq olaraq yoxlamanın gedişatını və yoxlamanın nəticələri üzrə təklifləri əks etdirən, xarici hüquqi təsirə malik olmayan sənəd kimi qəbul edilməlidir.
28. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbəd ənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
29. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlama sının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
30. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səl ahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
31. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqan ının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
32. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.
33. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət öd ənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
34. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə y uxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
35. Belə ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsin ə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır.
36. Bundan başqa, iddiaçıya münasibətdə vergi yoxlaması 7 may 2018-ci il tarixdə başlanılmış və 26.09. 2019-cu il tarixdə yekunlaşmışdır. Bu dövr ərzində yoxlama 10 dəfə dayandırılmış, 4 dəfə yoxlamanın müddəti uzadılmış və 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh əlavə vergi yoxlaması tədbirləri barədə qərarını əsaslandırmamış, yoxlama tədbirlərinin açıqlaması qeyd edilməmiş, cavabdeh sadəcə olaraq Vergi Məcəlləsinin 23 və 49-cu maddələrinə istinad etməklə kifayətlənmişdir.
37. İş materiallarına əlavə olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışdan görünür ki, yoxlamanın dayandırılması və yoxlama müddətinin uzadılması barədə qərarlar reyestrdə qeydiyyatdan keçirilsə də, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar reyestrdə qeydiyyatdan keçirilməmişdir.
38. Vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınması ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə d əqiq və hərtərəfli şəkildə müəyyən edilməsi vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrdə qeydiyyata alınması da həmin məqsədlərə xidmət edir və inzibati orqanlar tərəfindən sahibkarlarıq fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biri kimi qiymətləndirilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların reyestrdə qeydiyyatdan keçirilməsi ilə bağlı məsələnin həllinə də vergi qanunvericiliyinin yuxarıda qeyd olunan ümumi məqsədləri və inzibati orqanların müdaxilə xarakterli fəaliyyətinə nəzarət imkanları baxımından yanaşmaq lazımdır. 39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalar ının mahiyyətinə əsasən, inzibati orqanların yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə keçirmək imkanına malik olduqları yoxlamalar reyestrdə qeydə alınmalıdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyinin istinad olunan normalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması məqsədi ilə həyata keçirdiyi tədbirlərdən biri də səyyar vergi yoxlamasının keçirilməsindən ibarətdir. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarlıq fəaliyyəti subyektinin fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfin dən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər.
41. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın qəbul edildiyi təqdirdə, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. Yuxarıda qeyd olunan Əsasnamənin müddəalarının ümumi təhlilinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilm əsindən fərqlənmədiyini, həmin yoxlamanın da vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparıldığını və ya ən azından sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə yoxlamanın aparılması imkanının mövcudluğunu, eyni zamanda əlavə vergi yoxlaması tədbirləri zamanı da vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqların verildiyini nəzərə aldıqda, həmin yoxlamanın da ilkin yoxlama kimi qeydə alınması zəruridir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadı qda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır. Apelyasiya məhkəməsi tərəfindən qeyd olunan xüsusata qiymət verilərkən analoji işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmamışdır.
43. Bu zaman apelyasiya məhkəməsi nəzərə almamışdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin no rmanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır (bununla bağlı bax bu qərarın 41-53-cü bəndlərinə). Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzə rə alınmamışdır.
45. Bundan başqa, iş üzrə materiallara görə, iddiaçı MMC-də aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (4 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə y anaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın həmin hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.
46. Cavabdeh vergi ödəyicisinə əlavə vergilərin hesablanmasının və şərti rentabelliyin tətbiqinin səbəbi qismində həm də zəruri olan sənədlərin yoxlamaya təqdim olunmamasına istinad edir. Bununla bağlı nəzərə alınmalıdır ki, vergiy ə cəlb olunan əməliyyatları təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsi, bu qərarda ifadə olunmuş hüquqi mövqeyə əsasən, cavabdehi icraat çərçivəsində həmin sənədlərin əldə olunmasına yönəlik mümkün tədbirlərin görülməsi vəzifəsindən azad etmir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əlavə verginin hesablanması zamanı cavabdehin istinad etdiyi sənədləri məhkəməyə, eləcə də ekspertizaya təqdim etmək vergi orqanının məsuliyyət sferasına aiddir və onun vəzifəsidir.
47. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi ödəyicisi tərəfindən büdcəyə çatacaq verginin azaldılması və ya gizlədilməsi halları yalnız yuxarıda istinad olunan normalara və tələblərə uyğun aparılmış inzibati icraat nəticəsində müəyyən edilə və qiymətləndirilə bilər.
48. İnzibati-Prosessual Məcəllənin 70.1-ci m addəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
49. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
50. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməlidir. İddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195106 saylı qərarın ləğv edilməsi və **********736800 saylı Tələbnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Tələbnamə məsuliyyətə cəlbetmə qərarına bağlı olduğu və ona əsaslandığı üçün, qərarın ləğv edildiyi təqdirdə əsası aradan qalxdığından həmin Tələbnamə hüquqi qüvvəsini itirmiş sayılır.
51. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin xx.xx.2018-ci il tarixli, **********149786 saylı qərarına əsasən İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********178520 saylı Aktın etibarsız hesab edilməsi hissəsində yuxarıda qeyd olu nan səbəblərdən mümkün sayılmamalıdır.
52. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(105)-36/2022 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195106 saylı qərarı ləğv edilir, **********736800 saylı Tələbnamə etibarsız hesab edilir. İddia tələbi İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlaması üzrə xx.xx.2019-cu il tarixli, **********17 8520 saylı Aktın etibarsız hesab edilməsi hissəsində mümkün sayılmır. Qərar qətidir.