Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1375/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov (sədrlik edən və məruzəçi), İlkin Rəcəbov, Nazim Mövsumovdan ibarət tərkibdə Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili X1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq bir dəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 2-1(103)-527/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1962-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 03 sentyabr 1979-cu il tarixində Sabirabad rayonunun “Pitomkin” sovxozunda fəhlə kimi başlamış, 04 sentyabr 1981-ci ildə təhsili ilə əlaqədar işdən azad olunmuş, 22 avqust 1981-ci ildən 09 iyul 1983-cü ilə kimi Bakı Maliyyə Texnikumunda təhsil almış, 13 oktyabr 1983-cü ildən 02 yanvar 1989-cu ilədək Sabirabad rayonunda yerləşən “Azmelioremmaş” İB-in RMZ-də satış üzrə mühasib vəzifəsində, 01 oktyabr 2003-cü ildən 10 iyun 2004-cü ilə kimi Bakı Metropolitenində xadimə, 10 iyun 2004-cü ildən hal-hazıradək Bakı Metropolitenin yol xidmətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən yol nəzarətçisi vəzifəsində işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən 52 yaşı 09.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən 10 il əmək stajı 10.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan 20 illik ümumi əmək stajı 24 avqust 2014-cü ildə tamam olmuşdur.
2. İddiaçı ərizə ilə cavab dehə müraciət edərək, 24.08.2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən 03.10.2018-ci il tarixli 16/01-5491 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina olunduğu bildirilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində yol nəzarətçisinin nəzərdə tutulmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 12 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə mür aciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 24 avqust 2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən 52 yaşı 09.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 10 il iş stajı 10.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan 20 illik ümumi iş stajı 11 sentyabr 2014-cü ildə tamam olmuşdur və “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 19, 31.1, 37.7-ci maddələ rinin tələblərinə uyğun olaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və ödənilməmiş əmək pensiyasının hesablanaraq bir dəfəyə ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
6. Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş əsaslarla eynidir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2-1(82)362/2019 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 24 avqust 2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, "xxxx" QSC-nin 06 fevral 2017-ci il tarixli A/45 nömrəli arayışında yol nəzarətçisinin yol fəhləsi hesab edildiyi və iddia çının tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablandığı qeyd edilmişdir. Yol nəzarətçisi ilə yol fəhləsinin gördükləri iş məzmunca eyni olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bölməsində yol nəzarətçisinin qeyd edilməməsi texniki məsələ hesab olunur və yol nəzarətçisi peşəsi Siyahıya əlavə olunanadək, fəhlə peşəsi ilə əhatə olunmalıdır.
9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 16 iyul 2019-cu il tarixli 2-1(103)- 1391/2019 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2-1(82)-362/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddiaçının iddia tələbi rədd edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nda yol nəzarətçisi peşəsi qeyd edilmədiyindən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yol fəhləsi peşəsi üzrə işlədiyi müddət qanunvericiliklə pensiya hüququnun yara nması üçün əsas olan 10 illik xüsusi sığorta stajından az olduğundan cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2-1(102)-3031/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2-1(103)-1391/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kollegiyası, apelyasiya məhkəməsinin iddiaçının işlədiyi yol nəzarətçisi peşəsinin g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərin siyahısında nəzərdə tutulmadığı barədə qərarı ilə razılaşmamış, qərarın İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olmadığını, prosessual normaların tələbləri pozularaq qəbul edildiyini, bundan əlavə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajların dəqiqləşdirilməli olduğunu bildirmişdir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2020-ci il tarixli 2- 1(103)-321/2020 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019- cu il tarixli 21(82)-362/201 9 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası isə əsassız olmuşdur və birinci instansiya məhkəməsi iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli 2-1(102)-1518/2020 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 28 yanvar 2020-ci il tarixli, 2-1(103)-321/2019 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxışa göndərilmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiya məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən sosial sığorta stajının dəqiqləşdirilməsini təmin etməmişdir və işin hallarının araşdırılması prinsipinə, habelə sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına əməl etmədən qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
20. İddiaçı 12.02. 2021-ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pens iyası hüququnun yarandığı gündən - 11 sentyabr 2014-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 21(103)-527/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli, 2-1(82)-362/2019 nömrəli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “24 avqust” sözləri “11 sentyabr” sözləri ilə əvəz edilmiş, qərarın qalan hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmış və cavabdehin apelyasiya şikayəti qismən təmin edilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instan siya məhkəməsinin iddianın güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissədə təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normaları baxımından qanuni olsa da, məhkəmənin əmək pensiyasının təyin edilməsinin tarixi ilə bağlı qərarı doğru olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin qərarında pensiyanın hansı tarixdən ödənilməli olmasının göstərilməməsinə baxmayaraq, qərarın icrası “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həllini tapmalıdır.
23. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində yol nəzarətçisi qeyd edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən həmin normanı işin hallarına düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olu nmasını xahiş etdi.
27. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pen siyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.11-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömr əli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” Bənd
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd
3. Əmək kitabçasının doldurulması 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. 32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”
3. Sosial sığorta stajının hesablanm ası proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
4. Əmək pensiyalarının təyin edilməsi 4.1.11. 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən y aşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. 2 nömrəli əlavə: Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
21. Nəqliyyat 21.5. Metropolitenlər yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul ol an fəhlələr: (metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, Drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri, geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər), bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri), qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər, elektrik mexanikləri).
34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası” Vahid Tarif-İxtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq metropoliten sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə - təşkilatlarda məcburi xarakter daşıyır.
35. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 28 iyun1999-cu il tarixli 14-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 56 - 2)” (hissə 1) Fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri altı dərəcəli tarif cədvəli üzrə əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmişdir. Bu peşələrin X3 üzrə əməyin ödəniş dərəcələri peşələrin ixtisas dərə cələri səviyyəsində təyin edilir. 36. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.2.Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 38.Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 39.Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 40.Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilm əmişdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 42.Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bölməsinin 21.5-ci bəndində sadalanan vəzifə adları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi kollegiyasının 11 iyun1997-ci il tarixli 20-3 nömrəli və 28 iyun1999-cu il tarixli 14-7 nömrəli qərarları ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası” və “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 56 - 2)”nda qeyd edilən vəzifə adlarının heç biri eyni deyildir və görülən işin (xidmətin) xüsusiyyətləri əsasında vəzifələrin adlarının uyğunlaşdırılması mümkündür. 43.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 11 iyun 1997-ci il tarixli 20-3 nömrəli qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nda qeyd edilən dərəcələnmə üzrə ilk 3 dərəcə yalnız fəhlə kateqori yasında qeyd edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 28 iyun1999-cu il tarixli 14-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu kitabçası (hissə 56 - 2)”na daxil olan ən aşağı qulluqçu vəzifə kateqoriyası 4-cü dərəcədən başlamışdır. 44.İddiaçının təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq qaydada təsdiqli surətindən də göründüyü kimi, iddiaçı 10.06.2004-cü ildən "xxxx" QSC-nin Yol xidmətinin 2 saylı Yol hissəsinin 4-cü sahəsində 3-cü dərəcə üzrə yol nəzarətçisi təyin edilmişdir ki, bu da onun Metropoliten sahəsinə aid fəhlə peşəsi üzrə çalışdığını təsdiq edir. 45.Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun o laraq bildirir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətləri və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, peşələrin və vəzifələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedi r. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətində deyil.
46. Yuxarıda istinad olunan normalardan görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 47.İddiaçının təqdim etdiyi əmək kitabçasında və "xxxx" QSC tərəfindən verilən 06.02.2017-ci il tarixli A/45 nömrəli arayışda da iddiaçının, gecə, yeraltı xüsusi zərərli iş şəraitində işlədiyi və yol nəzarətçisinin yol fəhləsi hesab edildiyi, yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24% ödənc hesablandığı qeyd edilmişdir.
48. Yuxarıda istinad olunan normalara əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsi l müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edildiyindən, iddiaçının 1981-ci ildən 29.06.1983-cü ilədək Bakı Maliyyə Kredit Texnikumunda mühasibat uçotu üzrə tam kursu bitirməsi və ona mühasib ixtisasının verilməsi haqqında 03.10.1983-cü il tarixli DT-İ 773858 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş sürəti əsasında həmin müddətlər də iddiaçının ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır. 49.İstinad edilən qanunvericilik normalarının və faktların təhlili göstərir ki, şəxsin 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ aşağıdakı hallar təsdiq olunduqda mümkündür: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələri və göstəricilərin siyahısında nəzərdə tutulan peşələrdə minimum 10 il iş stajı olduqda, 20 il ümumi iş staj olduqda, xüsusi və ümumi iş stajı 01.07.2017-ci il tarixədək mövcud olduqda və güzəştli şərtlərlə pensiya hüququ verən işdə işlədiyinin sübutu kimi əmək kitabçasında qeyd və iş yerindən arayış olduqda. İşin hallarından da görünür ki, şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün tələb olunan həmin hallar mövcuddur. 50.Belə ki, iddiaçı 10 iyun 2004-cü ildən hal-hazıradək Bakı Metropolitenin yol xidmətində güzəştli şərtlərlə əmək pensiyası hüququ verən yol nəzarətçisi vəzifəsində işləyir. Güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən 52 yaşı 09.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 10 il əmək stajı 1 0.06.2014-cü ildə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün lazım olan 20 illik ümumi əmək stajı 11 sentyabr 2014-cü ildə tamam olmuşdur.
51. Yuxarıda istinad olunan normalara əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği onu almaq hüququnun yarandığı gündən, lakin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin bu tələbi məhkəmə qərarının icrası zamanı nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi də qərarın “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun icra edilm əsi ilə bağlı göstəriş vermişdir.
52. Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. 53.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2021-ci il tarixli 21(103)-527/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.