Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1375/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X3 və X2) “Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013- cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 6 dekabr 2013-cü il tarixli, RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(105)-72/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin 908 kv.m. torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair 23 avqust 2013-cü il tarixli 11 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2-1(118)-52/2021 nömrəli qərarı ilə (hakim İ.R.Quliyev) Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 06 dekabr 2013cü il tarixli RX ******* seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarı etibarsız hesab edilmişdir.
4. Məhkəmə hesab e tmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Sumqayıt Bələdiyyəsinin mübahisəli torpaq sahəsi üzərində hüququnun olmadığı müəyyən olunmuşdur. Belə ki, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən qərarları qəbul edilərkən, Sumqayıt şəhər Məhkəməsinin 6 iyun 2008-ci il tarixli, 2(1124)-2008 nömrəli qətnaməsi qüvvədə olduğuna görə, həmin vaxt etibarı ilə mübahisələndirilən qərarlar qanunsuz olmamışdır. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 5 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsi qanuni qüvvəyə minəndən sonra həmin qərarların qəbul edilməsinin qanuni əsasları ortadan qalxmışdır. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır.
5. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Üçüncü şəxs X3 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(105)-72/2022 nömrəli qərardadı ilə (hakimlər: İ.K.Dəmirov – sədrlik edən və məruzəçi, R.Ə.Ağayev, Z.T.Məmmədov) birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989- cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum Fərzullayev Rukaxan Şahməmməd oğlunun icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müəyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra Fərzullayev Rukaxan Şahməmməd oğlunun torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda Fərzullayev Rukaxan Şahməmməd oğlu 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum icarəçinin vəfatından sonra onun vərəsələrinin qeyd olunan1650j saylı bağ torpaq sahəsindən faktiki istifadə etmələri müəyyən olunmur, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir. Eyni zamanda iddiaçı ən azından 2005-ci ildə n, yəni Fərzullayev Rukaxan Şahməmməd oğlunun ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir. Belə olan halda iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir.
9. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 6 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş tələb edilərək öyrənilmişdir. Həmin mülki üzrə verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən sat ılması barədə bələdiyyənin nümayəndəsi tərəfindən verilən məlumat qeyd olunmuşdur. Yəni mübahisələndirilən torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin 2013-cü ilə aid qərarlarının mövcudluğundan iddiaçının ən azından, 2018-ci ilin avqust ayından məlumatı olduğu halda, iddiaçı həmin qərarları yalnız 2019-cu ilin oktyabr ayında mübahisələndirmişdir. Bununla da iddiaçı həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsində təsbit olunan iddia müddətini ötürmüşdür.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddia çı kassasiya şikayətində qeyd edir ki, o atası ölən gündən bu torpağı qəbul edib və vərəsəlik onun tərəfindən faktiki qəbul edilmiş hesab edilmişdir. Həmin bağ sahəsinin bir hissəsi zəbt edildiyi üçün hələ Bələdiyyə tərəfindən atasına məxsus bağ sahəsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməmişdən qabaq Bələdiyyə ilə onun arasında həmin bağ sahəsinin 6 sotuna icarə müqaviləsi bağlanmışdır və bu icarə müqaviləsi bu gün də qüvvədədir və həmin icarə müqaviləsi iş materiallarında olmasına baxmayaraq məhkəmə kollegiyası bu halı nəzərdən qaçırmış və hüquqi qiymətini verməmişdir. Bundan əlavə, Bələdiyyənin iddiası ilə iddiaçının atasına məxsus icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə verdiyim apellyasiya şika yəti üzrə qətnamə qəbul edən apellyasiya məhkəməsinin qətnaməsi ilə iddiaçının subyektiv hüquqa malik olmağı öz təsdiqini tapmışdır və əksinə, həmin qətnamədə göstərilmişdir ki, Bələdiyyənin bu torpaqlara dair hər hansı iddia qaldırmaq və sərəncam vermək hüquqları olmamışdır. Qanuni qüvvədə olan bu məhkəmə qətnaməsinə düzgün hüquqi qiymət verməyən apellyasiya məhkəməsi sonda səhv olaraq onu belə bir iddia verməyə subyektiv hüququ olmayan şəxs hesab etmişdir ki, bu halda məhkəmə qərardadı qanuni və əsaslı hesab edilə bilməz.
12. İddiaçının iddia müddətini ötürməsi barədə olan dəlil də əsassız və qanunsuz olmuşdur. Belə ki, iş materiallarından da görünür ki, o, bu qərarlar barədə məlumat alan kimi məhkəməyə müraciət edib, bu barədə iddia üzrə məhkəmə mübahisələri illərlə davam etmiş və sonda belə bir nəticəyə gəlinmişdir ki, iddia inzibati məhkəməyə verilməlidir. İddiaçı da həmin vaxt bu iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə kollegiyasının iddia müddətini keçməsi ilə əlaqədar irəli sürdüyü dəlillər tam qanunsuz olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul e dir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Apellyasiya instansiyası məhkəməsi i ddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir.
19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olması Sumqayıt Bələdiyyəsinin Fərzullayev Rukaxan Şahməmməd oğluna qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyas ı İddiaçı qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanımış və birinci instansiya məhkəməsinin qətnaməsini onun şikayətinə əsasən ləğv etmiş, Sumqayıt Bələdiyyəsinin iddiasını rədd etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin digər qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. Məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin həmin dəlilini də iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, hazırkı halda iddiaçı mübahisələndirmə haqqında deyil, tanınma – cavabdehin qərarının etibarsız hesab edilməsi haqqında iddia irəli sürmüşdür. İPM-də həmin növ iddianın verilməsi üçün prosessual müddət nəzərdə tutulmamışdır.
22. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması qanunvericiliyə zidd olmuşdur.
23. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aiddir.
24. Hazırkı məzmunda iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə İPM-in 12.1, 35.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qərardad ləğv edilməli, iş tək rar apellyasiya baxışına göndərilməlidir.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 21(105)-72/2022 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.