Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1375/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-ci i l tarixli 2-N(N05)-58/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh N2 aprel 202N-ci il tarixli N/C-9N37 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Mərkəzi Arxivin N9 fevral 202N-ci il tarixli 9/2-N429 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP NN/NN3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı barəsində N noyabr N992-ci il tarix dən xx.xx.N996-cı il tarixə kimi 706, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialların olması barədə məlumat aşkar edilməmişdir.
3. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Xaçmaz rayon hərbi komissarlığına göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasın ı xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N992-ci ildə Xaçmaz rayon hərbi komissarlığı vasitəsilə hərbi səfərbərliyə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992- ci il tarixli N9 №-li əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Sonradan N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №İi əmrilə hərbi hissənin tərkibinə daxil edilərək, bütün növ müavinətlərlə təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 26 №-li əmri ilə 6-cı MAT-nin qulluqçusu İddiaçı ailə vəziyyətilə əlaqədar qısa müddətli məzuniyyətə buraxılmışdır. “Pereküşkül” şəxsi heyətin qəbulu və hazırlığı məntəqəsindən gəlmiş N970-ci il tə vəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. İddiaçı Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq silahlı qüvvələr sırasından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatdan çıxarılaraq, qeydiyyata düşmək üçün Xaçmaz RHK-na göndərilmişdir. Beləliklə, o bu hərbi hissələrin tərkibində Ağdam, Laçın və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, hətta kontuziya almış və ağır eşidir, qulaqlarında karlaşma gedir.
6. Cavabdeh iddia dair etiraz verərək bildirmi şdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 fevral 202N-ci il tarixli 9/2-N429 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N992-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığından hərbi səfərbərliyə çağırılmış və N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N9 nömrəli əmrilə V taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Müdafiə Nazirliyinin arxiv arayışına əsasən iddiaçı 4 may N994-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı N may N994-cü il tarixdə N saylı hərbi hissəni tərk etdikdən sonra hərbi hissədə hərbi xidmətini davam etməsi könüllü olmamışdır. İddiaçı hərbi xidmətini davam etdirmək üçün N7 nömrəli (“Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsinə məcburi qaydada gətirilmiş və başqa bir hərbi hissənin tərkibinə xidmətini davam etməsi barədə N nömrəli hərbi hissə komandirinin N fevral N995-ci il tarixli 56 nömrəli əmrilə təkrar olaraq şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək baş qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının N may N994-cü il tarixdən N fevral N995-ci il tarixədək hansı hərbi hissənin tərkibində xidmət etməsi barədə arxivdə məlumat aşkar edilməmişdir, həmçinin bu barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı xidmət yerini tərk etməsi qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. İddiaçının hərbi xi dmətdən qanuni əsaslarla ehtiyata buraxılması sübut olunsa da, Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş və məcburi qaydada təkrar olaraq “Pereküşkül” şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsinə gətirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. İddiaçının döyüş əməliyyatları aparılan zaman N may N994-cü il tarixdən, yəni N nömrəli hərbi hissəni tərk etdikdən sonra N7 nömrəli hərbi hissəyə qayıdanadək harada olması barədə heç bir məlumat yoxdur. Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hiss əni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməməsi, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməli olmasını təsdiq edən hal deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquq əsasları baxımından hüquqi qiymət verərək hesab edirlər ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələ rini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində N may N994-cü il tarixdən hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz.
7. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-N(NN8)N769/2022 nömrəli qərarı (hakim L.Mirzəyeva) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilə n halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il 9/2-N429 saylı arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N23 nömrəli əmrində hərbi hissəni özbaşına tərk etdiklərinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli direktivinə müvafiq olaraq, şəxsi heyətin siyahısından çıxarılaraq hərbi biletləri və müvəqqəti vəsiqələri, adlı siyahı tərtib olunaraq Respublika Hərbi Komissarlığına təhvil verilmiş əsgərlərin siyahısında İddiaçı adının qeyd edildiyi bildirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində hərbi hissəni özbaşına tərk edən şəxslərə müharibə veteranı adının və statusunun verilməsinin istisna edildiyi imperativ olaraq öz əksini tapmışdır. İddiaçı isə qeyd olunan halı təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir..
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-ci il tarixli 2-N(N05)-58/2023 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkə məsinin 29 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.202N-ci il tarixli arayışından görünür ki, iddiaçının məhkumluğu yoxdur
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarında tərəflərin təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normaları düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N9 fevral 202N -ci il tarixli 9/2-N429 nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan sənədlərdən görünür ki, iddiaçı N992-ci ildə Xaçmaz r ayon Hərbi Komissarlığından hərbi səfərbərliyə çağırılmış və N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli N9 nömrəli əmrilə “V” taborun siyahısına salınaraq, bütün müavinətlərlə təmin olunmuşdur. Xidmətini davam edilməsi üçün iddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş və komandirinin N0 yanvar N994-cü il tarixli N0 nömrəli əmrilə hərbi hissənin tərkibinə daxil edilərək, bütün növ müavinətlərlə təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 26 nömrəli əmrilə o, ailə vəziyyəti ilə əlaqədar qısa müddətli (yeddi günlük) məzuniyyətə buraxılmışdır. Məzuniyyətdən qayıtmadığına görə 4 may N994-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin əmrində hərbi hissəni tərk etməsi qeyd edilmişdir. 4 may N994-cü il tarixdən N fevral N995-ci il tarixədək iddiaçının xidməti barədə arxivdə məlumat aşkar edilməmişdir. Yalnız 9 aydan sonra, Pereküşkül” təkrar qəbul və hazırlıq məntəqəsinə məcburi qaydada gətirilmiş və başqa -N nömrəli hərbi hissəyə göndərilmiş və bu barədə hərbi hissə komandirinin N fevral N995-ci il tarixli 56 nömrəli əmri ilə təkrar olaraq şəxsi heyətin siyahısına və bütün növ təminatlarla daxil edilərək baş qumbaratan köməkçisi vəzifəsinə təyin edilmişdir. Beləliklə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı N may N994-cü if tarixdən yeddi günlük qısa məzunuyyətdən qayıtmamış bununla da döyüş aparılan zaman yəni 4 may N994-cü il tarixdən N2 may N994-cü il tarixədək hərbi hissəni özbaşına tərk etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-ci il tarixli 2-N(N05)-58/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyab rın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə N. Müharibə vete ranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994- cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi h issə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların ın aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
17. İnzibati Prosessual Məcəllə: Maddə N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayə tdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfi ndən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İddiaçının hüquqi marağı hazırkı mübahisədə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir.
27. Hazırkı qərarın N5-N6-ci bəndlərin də göstərilən normaların məzmununa əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən baş qa sənədlər əsasında verilir.
28. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-25/2-4/3-2xxxx/2023 nömrəli apellyasiya məhkəməsinin sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə, N nömrəli hərbi hissə xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib.
29. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 9/2-N429 saylı arxiv arayışında iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N9 №-li əmrilə V taborun siyahısına salınaraq bütün müavinatlarla təmin olunması, N №-li hərbi hissənin xx.xx.N994-xx.xx.N994-cü il tarixli adlı siyahılar qovluğunda qeyd edilmiş “xx.xx.N994-cü il tarixdə hə rbi hisəyə göndərilmiş Xaçmaz RHK-nın çağırışçılarının” siyahısında adının olması, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 26 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar yeddi günlük qısa müddətli məzuniyyətə buraxılması, o cümlədən Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmrinə müvafiq olaraq Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilməsi göstərilmişdir.
30. Belə olan halda, iddiaçının xidmət ediyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilir.
31. Eyni zamanda iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün tələb olun şər tlərdən biri də, onun ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasıdır.
32. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən də görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Xaçmaz rayon hərbi komissarlığına göndərilmişdir.
33. Cavabdehin iddiaçının N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etməsi barədə təkrarlanan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki,, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir.
34. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı qərarın N7-ci bəndində qeyd ediən prosessual normanın tələbləri baxımından məcburetmə haqqında iddialarda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispoz isiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti, iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevr al 2023-ci il tarixli 2-N(N05)-58/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.