Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1375/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İ darəsinə qarşı 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(106)314/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151660 nömrəli qərarına əsasən fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Yo xlama 18 noyabr 2021-cü il tarixli KY211695503 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti: xx.xx.2021 – xx.xx.2022, yoxlanılan dövr: xx.xx.2018 – xx.xx.2021 müəyyən edilmişdir.
3. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: • 557.204,04 manat gəlir vergi si və 278.602,02 manat MS • 14.953,8 manat ƏDV artıq hesablama • 50,0 MDSSH və 25 manat MS • 200 manat MS (VM 57.1). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən sahibkara 2018-ci il üzrə 312549,33 manat, 2019-cu il üzrə isə 244654,71 manat olmaqla ümumilikdə 557204,04 manat gəlir vergisi hesablanmış və vergilərin azaldılmasına görə 278602,02 manat maliyyə sanksi yası tətbiq edilmiş, 2020-ci ilin İİİ rübü üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 50,0 manat MDSS haqqı hesablanmış, 2018-ci ilin İV rübü, 2019-cu ilin İİ—İV rübləri və 2020-ci ilin İ rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin vaxtında təqdim edilməməsinə görə 200,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda yoxlama dövrü üzrə 14953,80 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. İstər tərtib edilmiş səyyar vergi yoxlaması aktı, istərsə də onun nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara nəzər yetirdikdə görülür ki, aparılmış hesablamalar Azərbaycan Respubl ikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələri ilə əsaslandırmağa çalışılmışdır. Yuxarıda aydın şəkildə qeyd olunduğu kimi Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində əvvəlki hesabat dövrləri üçün vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş vergi bəyannamələrindən söhbət gedir. Göründüyü kimi sözü gedən maddədə vergi orqanı tərəfindən kameral vergi yoxlaması və ya əvvəlki səyyar vergi yoxlaması ilə əlavə vergilər hesablanmış bəyannamələrdəki göstəricilər bu maddənin məqsədləri üçün istifadə edilə bilməz. Halbuki yoxlamanı aparan vergi orqanı fərdi sahibkar İddiaçı 2018 və 2019-cu illər gəlir vergisi üzrə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı 2017-ci il üçün sahibkarın özü tərəfindən təqdim edilmiş vergi bəyanna məsindən deyil, əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə etmişdir. Bu isə qanunvericiliyin aşkar və kobud şəkildə, eyni zamanda bilərəkdən pozulması faktıdır. Bu cür hesablamanın aparılması qərəzli mövqedən xəbər verir. Onu da bildirir ki, yoxlayıcı əvvəlki səyyar vergi yoxlaması ilə hesablama aparılmış 2017-ci il gəlir vergisi bəyannaməsindən istifadə edərkən heç bir normativlərə və qaydalara əsaslanmadan həmin bəyannamə üzrə yoxlama ilə müəyyən edilmiş ticarət əlavəsi göstəricisini 2018 və 2019-cu ilə tətbiq etmişdir ki, bu çox güman ki, vergi qanunvericiliyi sahəsində əsası olmasa belə bir yenilikdir. Çünki hər bir kəsə məlumdur ki, əmtəə bazarında rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi o laraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyri-dəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Rentabellik səviyyəsi nəinki ildən ilə, hətta aydan aya müsbət və ya mənfi olaraq dəyişəbilən bir haldır. Buna bir çox faktorlar səbəb ola bilər. Odur ki, bu cür qeyridəqiq və əsası olmayan hesablamanın aparılması qanunsuz və yolverilməzdir. Səyyar vergi yoxlaması aktında hesablama aparılarkən guya Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9- cu maddələrinə də istinad edilmiş olduğu göstərildiyinə görə həmin məsələ ilə bağlı da qısa münasibət bildirirlər ki, səyyar vergi yoxlaması zamanı əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67.1.3 və 67.1.9-cu maddələrinin tətbiqinə dair qeydlərin əsassız olması ilə yanaşı gəlirdən çıxılmalara aid edilən xərclərin hansı qanunvericilik aktına, hansı metodiki göstərişə əsasən tətbiq edilməsinin anlaşılan olmaması bu cür yanaşmanın əsassız olmasına dəlalət edir. Belə ki, həmin Məcəllənin 67.1.3-cü maddəsinə uyğun olaraq sahibkar tərəfindən çəkilmiş nəqliyyat xərclərinin illər üzrə bölgüsü müəyyən edilərkən də analoqu olmayan və qeyri-dəqiq bir formada məbləğlər müəyyən edilmişdir. Yəni ki, yoxlayıcı tərəfindən idxal edilmiş malların invoys dəyərində nəqliyyat xərclərinin xüsusi çəkisi - 1 (bir) manat dəyərində mal-materiala düşən nəqliyyat xərci müəyyən edilmişdir. Bundan sonra həmin xüsusi çəkidən istifadə etməklə illər üzrə nəqliyyat xərclərinin həcmi müəyyənləşdirilmişdir. Belə bir hesablama metodu qeyri-dəqiq olmaqla yanaşı, bu cür mücərrəd yanaşma vergi qanunveric iliyi ilə uzlaşmır. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi barədə qeyd isə səyyar vergi yoxlaması aktında şablon olaraq göstərilmiş, həmin maddəyə istinadən hər hansı bir hesablamadan söhbət gedə bilməz. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş səyyar vergi yoxlaması aktı ilə tanış olan zaman xx.xx.2020-ci ilin sonuna sahibliyində 2158823,58 manat dəyərində mal qalığının olması qeyd edilmişdir. Təəccüblüdür ki, respublikanın radio, televiziyalarında, sosial şəbəkələrdə, qəzet- mətbuatda böyük ajiotaja səbəb olan fövqəladə hadisə haqqında, yəni Z.Bünyadov prospekti 2095-2096 məhəllə ünvanda Bakı şəhəri İcra Hakimiyyətinin X1 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində baş verən fövqəladə hadisə, yəni baş vermiş yanğın geniş işıqlandırılması na rəğmən, yoxlayıcı-müfəttiş bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamaqla sahibkarın sahibliyində qalan mal qalığının dəyərini süni olaraq şişirtmişdir. Belə ki, sahibkar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20952096 məhəllə ünvanda Birliyin balansında olan tikinti materiallarının satışı bazarının ərazisində icarəyə götürülmüş satış sahəsində yoxlamanın əhatə etdiyi dövrdə, yəni xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın zamanı satış məqsədli meşə materialları yanaraq yararsız vəziyyətə düşmüşdür. Rəsmi olaraq 150 kv.m sahə qeyd olunsa da sahibkara məxsus satış məqsədli malların faktiki olaraq yer çatışmazlığı ilə əlaqədar sahəyə bitişik təxminən 700-800 kv.m ərazidə də yığdığı 9000 m3 taxta materialı da tam olaraq yararsız hala düşmüşdür. Bu barədə FHN X3 Xi dməti 3-cü ərazi X3 İdarəsi tərəfindən verilmiş müvafiq arayış mövcuddur. Hal-hazırkı səyyar vergi yoxlaması üzrə heç bir qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış hesablamalar vergi orqanı tərəfindən hələ 2019-cu ilin aprel ayından sahibkara qarşı qərəzli mövqe nümayişinin məntiqi sonluğudur. Cavabdehin etirazları:
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********151660 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yo xlama xx.xx.2021 -ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi xx.xx.2022-ci il tarixli **********158688 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Aparılmış araşdırmalarla vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən idxal edilmiş malların faktiki dəyəri ilə vergi bəyannamələrində malların mədaxilində göstərilmiş dəyərdə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd olunan vergidənyayınma riskinin araşdırılmasının zəruriliyi nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********151660 nömrəli qərar, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021 -ci il tarixli **********151726 nömrəli tələbnamə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211695503 nömrəli çıxarış xx.xx.2021-ci il tarixli **********485700 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Yoxlamaya aid sənədlər tələbnamədə göstərilən müddətdə yoxlamaya təqdim edilməmiş və bu hal xx.xx.2021 -ci il tarixdə aktla rəsmiləşdirilmişdir. Aktın surəti xx.xx.2021 -ci il tarixli **********162200 nömrəli məktubla vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında“ xx.xx.2021 -ci il tarixli **********152496 nömrəli qərar çıxarılmış və xx.xx.2021 -ci il tarixdə *** *******115600 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinə göndərilmişdir. Sənədlər təqdim edilmədiyi və götürülməsinə şərait yaradılmadığı üçün 18,05,2022-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə akt tərtib edilmişdir. VM-nin 43.11 -ci maddəsinə əsasən 26.01,2022-ci il tarixli **********351000 nömrəli məktubla sənədlərin məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət edilmiş, Şirvan inzibati Məhkəməsi tərəfindən sənədlərin götürülməsi barədə qərar qəbul olunmuş, lakin iddiaçı tərəfindən sənədlər təqdim edilməmişdir. Belə ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqında” 18,05,2022-ci il tarixli **********157817 nömrəli qərar əsasında vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, mallar ın, o cümlədən qeyri- maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyasının keçirilməsi nəzərdə tutulmuşdur. İnventarizasiyanın keçiriməsi haqqında qərar xx.xx.2022-ci il tarixli **********021000 nömrəli məktubla tanış olmaq üçün vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmiş, həmçinin 23,05,2022-ci il tarixdə saat 10:00-da vergi ödəyicisinin fəaliyyət göstərdiyi Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında mülkiyyətində və istifadəsində olan daşınan və daşınmaz əmlakın, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin inventarizasiyanın keçiriləcəyi və keçiriləcək inventarizasiyaya şərait yaradılması barədə 18,05,2022-ci il tarixli **********739800 nömrəli məktubla məlumat verilmişdir. Lakin qeyd olunan tarixdə vergi ödəyicisi özü v ə səlahiyyətli nümayəndəsi inventarizasiyada iştirak etməmiş, inventarizasiyanın keçirilməsinə şərait yaradılmamışdır. İnventarizasiyanın keçirilməsinə şərait yaradılmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN № ******* seriyalı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Yoxlamanın gedişi zamanı 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********7020 nömrəli qərarı əsasında vergi ödəyicisinə məxsus, Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 (bir) nəfər işçinin rəsmi əmək müqaviləsi bağlanmad an işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarətinin nəticəsi xx.xx.2022-ci il tarixli DVX 005569 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları əsasında aparılmışdır.
7. ƏDV-nin yoxlanması üzrə: Vergi ödəyicisi ƏDV qeydiyyatına alınması məqsədi ilə xx.xx.2016-cı il tarixdə (AVİS qeydiyyatı № **********875300) ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ödəyicinin müraciətinə əsasən 01,05.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və **********0 saylı “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat Bildirişi” verilmişdir. Vergi ödəyicisi xx.xx.2016-cı il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDV-nin ödəyicisi olmuşdur. Həmin dövrdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə idxal olunmuş tikinti materiallarının satışı ilə məşğul olmuşdur ki, bu da yoxlama ilə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq vergitutma obyekti hesab edilmiş və ƏDV hesablanmışdır. Yoxlama zamanı əvəzləşdirilən ƏDV məbləği Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələb ləri nəzərə alınmaqla müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyənnamələri üzrə ƏDV-yə cəlb edilən əməliyyatların həcmi 19305576,67 manat, ƏDV məbləği 3475003,80 manat, əvəzləşdirilən ƏDV məbləği 2623747,26 manat, azaldılan ƏDV məbləği 9152,46 manat büdcəyə hesablanan ƏDV məbləği 842104,08 manat olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lar üzrə 7864.31 manat və YGB üzrə 7089.49 manat ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümümilikdə 14953.8 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə ƏDVnin ümumilikdə 14953,80 manat artıq hesablandığı müəyyən edilmişdir.(ƏDV-nin müqayisəli cədvəli əlavə olunur)
8. Gəlir vergisinin yoxlanılması üzrə: 2018-2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Vergi Məcəlləsinin 96.1 -cı maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi yoxlamaya sənədləri təqdim etməkdən və yoxlamada iştirak etməkdən imtina etdiyi üçün yoxlama vergi ödəyicisinin iştirakı olmadan banklara edilmiş sorğular əsasında bank hesabı və əməliyyatları barədə əldə edilmiş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, idxal əməliyyatları barədə məlumatlar, qarşılıqlı əlaqələr üzrə aparılmış əməliyyatlar barədə əldə edilmiş sənəd və məlumatlar və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim etdiyi bəyənnamə məlumatları əsasında aparılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi idxal olunan taxtanın və digər tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Malların bir qismi elektron qaimə faktura əsasında nağdsız qaydada, bir qismi isə vergi ödəyicisinin fəaliyyət göstərdiyi tikinti materialları mağazasında nağd qaydada satı lmışdır. Yoxlama zamanı vergi ödəyicisinin obyektində quraşdırılmış nəzarət kassa aparatınının dövrü fiskal hesabatlarını əldə etmək mümkün olmadığı üçün vergi ödəyicisinin gəlirlərini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunan səbəbdən vergi ödəyicisinin gəlirlərinin VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edilməsinə zərurət yaranmışdır. Vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə aparılmış araşdırmalarla vergi ödəyicisi kimi 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinin İddiaçı sahibkarlıq fəaliyyətinə oxşar olması müəyyən edilmişdir. Lakin "xxxx" MMC və "xxxx" MMC tərəfindən satış məqsədi ilə yalnız meşə materiallarının idxal edildiyi, İddiaçı tərəfindən meşə materialları ilə yanaşı həm də əlavə olaraq dam örtüyü üçün asbest şiferlərin və armaturların idxal edildiyi müəyyən edilmiş, həmçinin işçi sayının, obyekt sayının və obyekt sahələrinin fərqli olması səbəbindən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Vergi ödəyicisinin fəaliyyəti üzrə bundan əvvəlki yoxlama 6 saylı Ərazi Vergilər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168738 nömrəli qərarı əsasında aparılmış, vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fəaliyyət dövrü əhatə olunmaqla, nəticəsi 24.01,2020-ci il tarixli ***** *****170382 nömrəli SVY aktı ilə rəsmiləşdirilmişdir. AKT vergi ödəyicisi tərəfindən imzalanmış və hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Vergi ödəyicisinin 2018 və 2019cu illər ərzində də taxtanın, armaturun, asbest dam örtüklərinin idxalı və satışı ilə məşğul olduğu nəzərə alınmaqla VM-nin 67.1.1-ci, 67.1.3-cü və 67.1.9-cu maddələrinə əsasən 2017-ci il üçün SVY aktı ilə təsdiqlənmiş gəlir vergisi bəyənnaməsinin göstəriciləri 2018 və 2019-cu illər üçün gəlir dövriyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə əlaqəli məlumat kimi istifadə olunmuşdur. 2020-ci ildə malların təqdim edilməsi müəyyən edilmədiyi üçün əlaqəli məlumatdan istifadə olunmamışdır. Belə ki, vergi ödəyicisinin 2017-ci il gəlir vergisi bəyannaməsi üzrə ümumi gəlirləri 10422277,56 manat, malın may a dəyəri 8604875,31 manat olmaqla ticarət əlavəsinin 21.12 % olması müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən mal-materialların hərəkəti, yoxlamanın əvvəlinə və sonuna mal qalığı barədə məlumatlar təqdim edilmədiyi üçün 2018-2020-ci illər üzrə gəlir vergisi bəyannamələrinin yoxlanılması zamanı təqdim edilən malların maya dəyərinin müəyyənləşdirilməsi üçün statistik (gömrük) dəyərlə əks etdirilmiş malların invoys dəyəri müəyyən edilmiş və mal qalığı barədə məlumatlar nəzərə alınmışdır. Belə ki, gəlir vergisi bəyannamələrində bundan əvvəlki yoxlama ilə 2017-ci ilin sonuna, yəni 2018-Cİ ilin ƏVVƏİİnƏ mal qalığı 386646,88 manat (invoys dəyəri ilə) müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə 2018-ci ilin sonuna mal qalığı 4579303,10 manat göstərilmişdir. 2018-ci il ərz ində idxal olunmuş malların invoys dəyərinin (16740521,61 manat) statistik dəyərdə (19573879,72 manat) xüsusi çəkisinin 0,********** (16740521,61/19573879,72) olması nəzərə alınmaqla 2018-ci ilin sonuna invoys dəyər ilə mal qalığının 3916439,85 manat (4579303,10 x 0,**********) olması müəyyən edilmişdir. Beləliklə, 2018-ci il üzrə satılmış malın invoys dəyərinin 13210728,64 manat (386646,88+16740521,61-3916439,85) olması müəyyən edilmişdir. 2018-ci ildə satılmış malın dəyərinə 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi tətbiq edilməklə ümümi gəlir 16000915,30 manat müəyyən edilmişdir. Ümumi gəlir = 13210728,64 + (13210728,64 x 21,120611101 %) = 16000915,30 manat 2018-ci il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları əsasında müəyyən edilmişdir. Vergi ödəyicisinin əldə etdiyi elektron qaimə fakturalara əsasən 2018-ci il ərzində daşımaların dəyəri 1461841,66 manat olmuşdur. Nəqliyyat xərcinin 2018-ci ilə düşən hissəsinin tapılması məqsədi ilə əldə edilmiş e-qaimə fakturalar üzrə nəqliyyat xərclərinin (1461841,66 manat) idxal olunmuş malların invoys dəyərində (16740521,61 manat) xüsusi çəkisi tapılmışdır. Nəqliyyat xərcinin 2018-ci ildə idxal olunan mallara görə çəkildiyi nəzərə alınmaqla satılmış malın dəyərindən ilin əvvəlinə qalan mal qalığı məbləği çıxılmaqla qalan məbləğ xüsusi çəkiyə vurulmaqla 2018-ci il üçün nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərci = (13210728,64 - 386646,88) x 0,**********=111984 4,26 manat malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 341997,40 manat nəqliyyat xərci (1461841,66 -1119844,26) 2019-cu ildə nəzərə alınmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 15388749,72 manat, xərclərin 15375217,00 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1056,00 manat, malın dəyəri 14966801,00 manat, nəqliyyat xərcləri 402560,00 manat olduğu vergiyə cəlb edilən gəlirin 13532,72 manat, gəlir vergisinin 2706,54 manat olduğu göstərilmişdir. Yoxlama ilə 2018-ci il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 16000915,30 manat, (gəlir dövriyyəsi VM-nin 67-ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur) xərclərin 14424635,93 manat, o cümlədən əmək haqqı xərci 4800,00 manat, sosial sığorta haqqı 1075,00 manat, malın dəyəri 13210728,64 manat, icarə haqqı 1200,00 manat, nəqliyyat xərcləri 1119844,26 manat, bank xidməti üzrə xərclər 68255,69 manat, mənfi məzənnə fərqi 7858,68 manat, digər xərclər 8773,66 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 2100,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1576279,37 manat, mənfəət vergisinin 315255,87 manat olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə gəlir vergisinin 312549,33 manat (315255,87-2706,54) azaldılması müəyyən edilmişdir. Təqdim olunmuş bəyənnamə məlumatları üzrə 2019-cu ilin əvvəlinə mal qalığı 4579303,10 manat, ilin sonuna mal qalığı 2423495,27 manat təşkil etmişdir. Bəy annamədə göstərilən mal qalığı statistik dəyərlə göstərildiyi üçün həmin malların invoys dəyərinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 2019-cu il ərzində idxal olunmuş malların invoys dəyərinin (8630139,06 manat) statistik dəyərdə (9867084,43 manat) xüsusi çəkisi tapılmış və tapılan xüsusi çəki statistik dəyərlə göstərilmiş mal qalığına vurulmaqla 2019- cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri müəyyən edilmişdir. cu ilin əvvəlinə qalıq qalmış malların invoys dəyəri 3916439,85 manat, 2019-cu ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2119684,02 manat (2423495,27 x 0,**********) müəyyən edilmişdir. Beləliklə, 2019-cu il üzrə satılmış malın invoys dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. Malın dəyəri = 3916439,85 + 8630139,06 - 2119684,02 = 10426894,89 manat 2017-ci il üçün müəyyən edilən ticarət əlavəsi (21,120611101 %) 2019-cu ildə təqdim edilmiş malın invoys dəyərinə tətbiq edilməklə ümumi gəlir müəyyən edilmişdir. 2019-cu ilin Ümumi gəliri = 10426894,89 + (10426894,89 x 21,120611101%) = 12629118,80 manat 2019-cu il üzrə Gəlir vergisinin yoxlanılması zamanı xərc maddələri vergi ödəyicisinin bank hesabı və əməliyyatları haqqında əldə olunmuş məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatları əsasında müəyyən edilmişdir. Nəqliyyat xərclərinin araşdırılması zamanı il ərzində malların daşınması ilə əlaqədar 785199,90 manat e-qaimə fakturalar əldə edilmişdir. Satılan mallara çəkilən nəqliyyat xərclərini müəyyən etmək üçün nəqliyyat ilə əlaqədar əldə edilmiş e-qaimə fakturaların dəyərinin (785199,90 manat) idxal olunmuş ma lların invoys dəyərində (8630139,06 manat) xüsusi çəkisi tapılmışdır. Göstərilən nəqliyyat xərci 2019-cu ildə idxal olunan mallara görə çəkildiyi üçün satılmış malın dəyərindən ilin əvvəlinə olan mal qalığı çıxılaraq xüsusi çəkiyə vurulmuş və 2019-cu ilin nəqliyyat xərcləri müəyyən edilmişdir. Nəqliyyat xərcinin 2018-ci ildən 2019-cu il üçün müəyyən edilən hissəsi (341997,40 manat) nəzərə alınmışdır. 2019-cu il üçün nəqliyyat xərci =(10426894,89-3916439,85) x 0,**********=592343,72 +341997,40 = 934341,12 manat təşkil edir. Malların daşınması ilə əlaqədar əldə edilmiş e-qaimə fakturalar üzrə 192856,18 manat (785199,90 -592343,72) daşınma xərci növbəti illərin xərclərinə aid edilməlidir. 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim ed ilməsindən əldə etdiyi gəlirlərin 12759608,76 manat, xərclərin 12751964,64 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1470,00 manat, malın dəyəri 12009002,00 manat, nəqliyyat xərcləri 606244,00 manat, digər xərclərin 128108,64 manat olduğu vergiyə cəlb edilən gəlirin 7644,12 manat, gəlir vergisinin 1528,82 manat olduğu göstərilmişdir.Yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsindən əldə etdiyi gəlirlərin 12629118,80 manat (gəlir dövriyyəsi VM-nin 67ci maddəsinə əsasən əlaqəli məlumatlar əsasında müəyyən edildiyi üçün ƏDV dövriyyəsi arasında fərqin yaranmasına səbəb olmuşdur), xərclərin 11398201,13 manat, o cümlədən əmək haqqı xərci 7140,00 manat, sosial sığorta haqqı 1564,50 manat, malın dəyəri 10426894,89 manat, icarə haqqı 3300,00 manat, nəqliyyat xə rcləri 934341,12 manat, bank xidməti üzrə xərclər 18490,62 manat, mənfi məzənnə fərqi 4970,00 manat, gəlirdən çıxılan vergi (sadələşmiş 1%) 1500,00 manat olduğu, vergiyə cəlb edilən mənfəətin 1230917,67 manat, gəlir vergisinin 246183,53 manat olduğu müəyyən edilmişdir. 2019-cu il üzrə gəlir vergisinin 244654,71 manat (246183,53-1528,82) azaldılması müəyyən edilmişdir. ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlirlərin olmadığı, xərclərin 35255,30 manat, o cümlədən nəqliyyat xərclərinin 35115,30 manat, digər xərclərin 140,00 manat, maliyyə nəticəsinin 36255.30 manat zərər olduğu göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsi müəyyən edilməmiş, xərclərin 8707,26 manat, o cümlədən əmək haqqı xərci 655 0,00 manat, sosial sığorta haqqı 1365,25 manat, icarə haqqı 600,00 manat, bank xidməti üzrə xərclər 52,01 manat, digər xərclərin 140,00 manat olmaqla 8707,26 manat zərər müəyyən edilmişdir. 2020-ci ilin əvvəlinə invoys dəyəri ilə mal qalığının 2119684,02 manat, 2020-ci il ərzində idxal olunan malların invoys dəyərinin 39139,56 manat olması nəzərə alınmaqla 2020-ci ilin sonuna qalıq qalmış malların invoys dəyəri 2158823,58 manat (2119684,02 + 39139,56) müəyyən edilmişdir. Vergi ödəyicisinin idxal olunmuş malın daşınmasına görə əldə edilmiş manat e-qaimə fakturanın dəyəri növbəti illərin xərci kimi tanınmışdır. Yoxlama zamanı gəlir vergisinin ümumilikdə 557204,04 manat azaldılması müəyyən edilmişdir.
9. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsiz likdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı 50,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, kameral vergi yoxlaması ilə 2020-ci ilin 3-cü rübü üzrə (iyul ayı üzrə) 1400,00 manat əmək haqqı məbləğinə 364,00 manat MDSS haqqı hesablanmış, lakin vergi ödəyicisinə sahibkarlıq fəaliyyət ilə əlaqədar MDSS haqqı hesablanmadığı üçün yoxlama zamanı “Sosial sığorta haqqında” AR qanunun həmin dövrdə qüvvədə olan 14.5.1-ci maddəsinə əsasən respublika tabeli şəhərlərdə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 50,00 manat (250*25%*80%=50) MDSS haqqı hessablanmışdı r.
10. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMC-nin (VÖEN:**********) təqdim etdiyi e-qaimə fakturalara əsasən 2018-ci ilin 4-cü rübü üzrə 1200,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 1500,00 manat, 2019-cu ilin 3-cü rübü üzrə 900,00 manat, 2019-cu ilin 4-cü rübü üzrə 900,00 manat, 2020-ci ilin 1-ci rübü üzrə 600,00 manat icarə haqqı ödənilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ÖMV bəyənnamələri vergi orqanına təqdim edilməməsinə görə hər rüb üzrə 40 manat olmaqla ümumilikdə 200,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şirvan İnzibati Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirli yi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş ekspert rəyində qeyd olunmuşdur ki, “Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktı və həmin akt əsasında qəbul edilmiş vergi orqanının “xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında öz əksini tapmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmur. Yəni, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış gəlir vergisi və maliyyə sanksiyası vergi qanunvericiliyinin tələblərinə uyğun hesablanmamışdır. Bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (kassa sənədləri, e-qaimələr, ödəniş tapşırılan, müqavilələr, YGB-lər, bəyann amə məlumatları və s.) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayış öz əksini tapmışdır ki, həmin arayışda aşağıdakılar göstərilmişdir: "Verilir vətəndaş İddiaçı ondan ötrü ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095-2096-cı məhəllə ünvanda Bakı şəhəri İH-nin X1 balansında olan tikinti materiallarının satışı bazarının ərazisində onun tərəfindən icarəyə götürülmüş satış sahəsində 150 kv.m sahədə yanğın hadisəsi baş vermişdir” Yəni, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidməti 3-cü ərazi X3 idarəsinin 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli Arayışında hadisənin baş verdiyi tarix səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə aid, həmçinin həmin Arayışın verilmə tarixi səyyar vergi yoxlaması Aktının tərtib edildiyi tarixdən əvvəlki dövrə təsadüf etsə də, xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli Səyyar vergi yoxlaması Aktında həmin halın nəzərə alınması öz əksini tapmamışdır.”
13. Şirvan İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2-1(120)-1089/2023 nömrəli qərarı ilə (hakim H.Nəcəfov) iddia tələbi təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********162634 nömrəli qərarı ləğv edilmişdir.
14. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaq la yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(106)-314/2023 nömrəli qərarı ilə (hakimlər S.Həsənov - sədrlik edən və məruzəçi, M.Həsənov və C.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə qanunvericiliyin tələbləri və təfsiri ilə bağlı inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərl iyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
18. Bundan əlavə qeyd edilmişdir ki, səyyar vergi yoxlaması üçün müddətin iş günləri ilə deyil, təqvim günləri ilə hesablanması məhz qanunvericinin iradəsindən irəli gəlir. İş materiallarından görünür ki, xx.xx.2021-ci ildə başlanmış səyyar vergi yoxlaması xx.xx.2021-ci ildə başa çatdırılmalı olduğu halda, yoxlama 30 iş günü davam etdirilərək xx.xx.2021-ci il tarixinədək davam etmiş və həmin tarixdə yoxlamanın 49 gün müddətinə uzadılması barədə qərar qəbul edilmiş və yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılmalı olduğu halda yo xlama xx.xx.2022-ci ildə başa çatdırılmışdır. Həmçinin, cavabdeh özünün qərarları ilə səyyar vergi yoxlamasını dayandırarkən MMC-nin rəhbərinin əmək qabiliyyətinin itirilməsinə istinad etsə də bunu təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş KY211695503 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 20 gün müddətinə dayandırılmışdır. Ancaq səyyar vergi yoxlaması aktdan görünür ki səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə bitmişdir. Yəni, səyyar vergi yoxlamasının dayandırıldığı halda cavabdeh inzibati orqan tərəfindən həmin müddət ərzində yoxlama hərəkətləri həyata keçirilmişdir. Ümumiyyətlə, xx.xx.2022 -ci il tarixindən sonra yoxlama müddətinin uzadılması və aparılması ilə bağlı qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.
19. Həmçinin qeyd edilmişdir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı cavabdeh inzibati orqan tərəfindən əlavə araşdırma aparılmamış sadəcə olaraq Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən vergilər hesablanmışdır.
20. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün «İnzibati icraat haqqında» Qanunun 11.1, 19, 24.1, 24.2, 48.1, 61.1, 61.2, 61.5, 37.1, 67.1, 67.2 Vergi Məcəlləsinin 3.8, 3.11, 15.1.3, 24.0.2, 53.3, 64-cü və İPM-in 14.1, 58.7-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmi n edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
22. Kassator apellyasiya məhkəməsinin “yoxlama aktında vergi ödəyicisinin meşə materialları, asbest şiferləri, armatur idxal edildiyi göstərilmişdir ki, həmin malların əmtəə bazarında rentabellik səviyyəsi müsbət və ya mənfi olaraq dəyişə bilər.” dəlilinə münasibətdə qeyd etmişdir ki, yoxlamada istinad olunan 21,12 % ticarət əlavəsi malın alış dəyəri (invoys dəyəri) ilə satış dəyərini göstərən amildir. Ancaq vergi ödəyicisi malları idxal etdikdən sonra nəqliyyat, əmək haqqı, icarə haqqı, sosial sığorta, bank xərcləri və s. xərclər çəkib həmin xərclər gəlir vergisi bəyannaməsində nəzərə alınmışdır. Belə ki, 2018ci ilin gəlir vergisi üzrə ümumi gəlirlər 16000915,30 manat cəmi xərclərinin 14424635,93 manat təşkil etdiyini nəzərə alaraq 2018-ci il üzrə rentabellik 10,93% ((16000915,30 14424635,93): 14424635,93 = 10.93), 2019-cu ilin gəlir vergisi üzrə ümumi gəlirlər 12629118,80 manat, cəmi xərclərinin 11398201,13 manat təşkil etdiyini nəzərə alaraq 2019-cu il üzrə rentabellik 10,80% ((12629118,80 - 11398201,13): 11398201,13 = 10.80) təşkil etmişdir.
23. X2 Nazirliyi X3 Xidməti tərəfindən İddiaçı təqdim olunmuş arayışla bağlı qeyd edilmişdir ki, həmin arayış yoxlamaya təqdim edilmədiyi üçün ona münasibət bildirilməmişdir. Ekspert həmin arayışa istinad etmiş, lakin həmin arayışda məhv olmuş və ya yararsız hala düşmüş malların miqdarı və məbləği barədə heç bir məlumat verilməmişdir. Arayışda həmin məlumatların olmaması və ekspert t ərəfindən 150 kv.m sahədə məhv olmuş və ya yararsız hala düşmüş malların olub-olmamasının və ya onların dəyərinin müəyyən edilməsi qaydası barədə məlumat verilməmişdir.
24. Bununla da, müəyyən olunmuşdur ki, məhkəmə baxışı zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının verdiyi ekspert rəyində vergi borcunun azaldılmasına səbəb olmuş qeyd edilən yanğın hadisəsi nəticəsində fiziki şəxs İddiaçı zərərə düşməsi barədə 18 iyul 2022-ci il tarixli, xx/xx-00174 nömrəli arayış tamamilə əsassızdır. Qeyd olunan məlumatlar və sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutlar üzrə tədqiqat aparmamış və sübutların qiymətləndirilməsini həyata keçirmədən ekspertin hüquqi rəyini olduğu kimi qərarına köçürmüşdür.
25. Ümumiyyətlə kassator hesab edir ki, iş üzrə alınmış ekspert rəyi üzrə heç bir araşdırma aparmadan həmin rəyi mötəbər hesab etmək və qiymətləndirmə aparmamaq İPM-nin 12.1-ci maddəsinin tələblərinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və v əzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən so rğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyy ən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məl umatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu ap armadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətin də və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qayd ada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. 28. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamə 3.4. Reyestrə yoxlama ilə ba ğlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri
29. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər ma teriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir.
30. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlamanın nəticəsinə dair xx.xx.2022-ci il tarixli, **********158688 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli qərar qəbul edilmiş. Həmin qərarla iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: • 557.204,04 manat gəlir vergisi və 278.602,02 mana t MS • 14.953,8 manat ƏDV artıq hesablama • 50,0 MDSSH və 25 manat MS • 200 manat MS (VM 57.1).
36. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən 23 sentyabr 2022-ci il tarixli, **********162634 nömrəli qərarın ləğvinə yönəlmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən keçirilən növbədən kənar səyyar vergi yoxlaması VM-nin bir sıra maddi hüquq normalarının pozulması ilə keçirilmişdir.
38. Belə ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənilmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Bu hal aşağı instansiya məhkəmələri tərəfindən pozuntu kimi müəyyən edilmişdir.
39. Vergi Məcəlləsinin 38.3.5- ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər.
40. Cavabdeh kassasiya şikayətində bununla bağlı bildirmişdir ki, səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi üzrə əsaslandırılma aparılmışdır.
41. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nə zərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
42. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzə rində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə b orclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
43. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (m ənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
44. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin hə yata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.
45. Qeyd edilənlə r nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildir dikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz.
46. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da ləğv edilməlidir.
47. Digər tərəfdən, işin hallarından müəyyən olunur ki, aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (9 dəfə) dayandırılmış və uzadılmış (1 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlam anın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir.
48. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına baxmayaraq cavabdeh tərəfindən dayandırma və uzatma qərarlarında göstərilən məqsədlərə uyğun davranıldığı müəyyən edilmir, iş materiallarında cavabdehin sözügedən qaydada davrandığını təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.
49. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində işə əlavə olunmuş ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergi ödəyicisinin fəaliyyəti üzrə gəlir vergisinə dair az hesablanmanın olması müəyyən olunmadı.
50. Beləliklə, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasının əsaslı olduğunu sübut edə bilməmişdir.
51. Cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qanunveric iliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 21(106)-314/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.