Məhkəmə qərarları › İş №2-1(102)-1375/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1375/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1375/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddətinin ötürülməsi; (inzibati orqan tərəfindən 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncama düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-647/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.2000-ci il tarixli, 1338 saylı sərəncamı ilə Qala qəsəbəsi, 22 saylı sahədə fərdi ev tikmək üçün 120 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.2000-ci il tarixli, 1338 saylı sərəncamına düzəliş edilməsini xahiş etmişdir.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx. 2000ci il tarixdə iddiaçıya verilmiş, 1338 saylı sərəncama düzəliş olunaraq həmin sərəncamda qeyd edilmiş 120 kv.m torpaq sahəsinin 1200 kv.m yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş, 1338 saylı sərəncamdan məlum olur ki, Qala qəsəbəsi, 22 saylı sahədə fərdi ev tikmək üçün 120 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. Bu sərəncam Milli Arxiv idarəsinin Bakı Filialında da mövcuddur. İddiaçı sərəncama əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə torpağa çıxarış almaq üçün müraciət etdikdə o na məlum oldu ki, sərəncamda 120.kv.m torpaq sahəsi yazılaraq bildirdilər ki, bu kv.m lə də Sizə çıxarış veriləcək. İddiaçı isə sərəncamda səhv yazıldığı və gəlib torpağı ölçüb ona çıxarış verilməsini bildirdi. Belə ki, onun torpağın cəmi 12 sotdur. İddiaçı 1200 kv.m, yəni 12 sota çıxarış verilməsi üçün Bakı İnzibati Məhkəməyə müraciət etdi. Lakin orada hakim bildirdi ki, sərəncamda 120 yazıldığı üçün 1200 kv.m yəni 12 sota çıxarış verilə bilməz, yalnız sərəncama düzəliş olunarsa bu mümkündür.Ona görə də bununla bağlı məhkəmədən işi geri götürüb, Cavabdehnə müraciət etdi. Lakin oradan bildirdilər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Sərəncamda texniki səhvin olması onu günahından deyil. Belə ki, o ərazidə hamıya 1200 kv.m torpaq sahəsi ayrılmamışdır. Hazırda ayrılan həmin torpa q sahəsi iddiaçının istifadəsindədir. İstifadə etdiyi torpaq sahəsi 12 sotdur. Sərəncamda yalnışlıq olmasını da torpağa çıxarış almaq istədikdə bilmişdir.

6. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində Cavabdeh xx.xx.2000-ci il tarixli, 1338 nömrəli sərəncamında torpaq sahəsinin 1200 kv.m qeyd olunmaq əvəzinə 120 kv.m yazıldığını və sərəncamda düzəliş edilməsini xahiş etmişdir. ‘’Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verildiyindən Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000- ci il tarixli, 1338 nömrəli sərəncamında hansı səbəbdən torpaq sahəsinin 120 kv.m xx.xx.1995-ci il tarixli, 84/51 nömrəli Sərəncamına əsasən torpaq sahəsinin sxeminin hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı "Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1338 nömrəli sərəncamında düzəliş edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 2-1(112)-7809/2024 nömrəli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə o lan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadını ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-647/2025 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, E.Əliyev və R.Səmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı inzibati orqanın bundan təxminən 24 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını, yəni sərəncamın dəyişdirilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şi kayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu mə hkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarı

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarı

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2940/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 21(102)-478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının q anuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kolle giyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellya siya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

30. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

31. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2000-ci il tarixdə qəbul edilmiş sərəncama düzəliş edilməsini tələb edir.

32. Həmin sərəncama əsasən Qala qəsəbəsi, 22 saylı sahədə fərdi ev tikmək üçün 120 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır və iddiaçının həmin sərəncamın mövcudluğundan məhz 2000-ci ildən məlumatlı olması mübahisəsizdir.

33. Belə olan halda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyy ən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2940/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-2783/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 21(102)-478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1044/2024 nömrəli qərarları).

34. Hazırkı iş üzrə prosessual müddətin ötürülməsi ilə bağlı üzrlü hal müəyyən e dilmədiyindən, habelə müddətin bərpası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş istisna hal müəyyən edilmədiyindən, 1 ildən çox müddət keçdiyindən, bununla bağlı iddiaçıya hüquqi yardım göstərilməsi halı da mümkün olmamışdır. 35. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

36. Avropa İnsan hüquqları Məhkəməsinin “Novakovic Xorv atiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd edilmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulam ışdır (§ 2021).

37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-647/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar