Məhkəmə qərarları › İş №2-1(102)-1376/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1376/2021

11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1376/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası Bakı Şəhəri İddiaçı Cavabdeh1 Ruslan qızı, Cavabdeh2 və Seidbəyov Emil Ruslan oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzilin sökülməsinə görə ödənilən kompensasiya Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X18, Abbasov Aqil Ağarza oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı Bakı Şəhəri İddiaçı nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Bakı Şəhəri İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra cavabdehlər) qarşı (üçüncü şəxs Azərbaycan Respubl ikası Maliyyə Nazirliyi, bundan sonra üçüncü şəxs) “kompensasiya ödənilməklə mənzilin boşaldılması” barədə iddiası, cavabdehlərin iddiaçıya qarşı “maddi və mənəvi kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” barədə qarşılıqlı iddia tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-147/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərarından cavabdehlərin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən 15.12.2018-ci il tarixli RX ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0,01865 ha torpaq sahəsi və ümumi sahəsi 123,4 kv.m. olan yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh1 və 1/2 h issə X9 adına qeydə alınmışdır.

2. Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi dalan 5-də yerləşən 3 nömrəli evin 23.11.2016-cı il tarixli **********14-10301 nömrəli texniki pasportuna əsasən ev iki tikilidən, həmin tikililərdə yerləşən anbar-zirzəmidən, 5 yaşayış otağından, bir zirzəmidən, 3 bağlı eyvandan ibarət olmuşdur, həyətyanı tikililərə 2 ayaqyolu, hasar, taxta hasar, iki taxta qapı daxil olmuşdur. 3. 43 saylı MKİS-in 2018-ci il tarixli may tarixli arayışına görə, cavabdehlər ünvan 1-də qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 16.02.2018-ci il tarixli 51 nömrəli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyov a, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1.130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi iddiaçı müəyyən edilmişdir. Qərarla iddiaçıya tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

5. ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ü nvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin işdə olan Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev küçələri arasındakı ərazilərdə dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alınacaq torpaq sahələrinin yerquruluşu planına görə, ünvan 1 ünvan AR Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarının təsiri altına düşür.

6. Qərarın icrası məqsədilə iddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq Daşınmaz əmlakın alınması qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-ni müstəqil qiymətləndirici qismində cəlb etmişdir. 7. “Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin əsas sahəsi 38 kv.m, köməkçi sahəsi 32,73 kv.m, sanitar qovşağı 2,67 kv.m, 1/2 torpaq sahəsi 93,25 kv.m. təşkil etmiş, qiyməti 154.856 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1.000 manat, bütün kompensasiya növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan 20% əlavə nəzərə alınmaqla, ümumilikdə cəmi 155.856 manat kompensasiya məbləği müəyyən edilmiş, evin əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kv.m. üçün 1.500 manatdan, sanitar qovşağı üçün 800 manatdan, torpaq sahəsi üçün isə 500 manatdan hesablanmışdır. 8. 30.01.2019-cu il tarixli akta əsasən Cavabdeh1 ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və 30.01.2019-cu il tarixdə Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 1 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 155.856 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı 19 fevral 2019-cu il tarixdə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 155.856 manat məbləğdə kompensasiya ödənilərək bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı müəyyən e dilmişdir. Qərarın icrası məqsədilə iddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1-də yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə onun ailə üzvü olmaqla həmin evdə qeydiyyatdadırlar. Həmin əmlak Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli qərarının təsirinə altına düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 155.856 manat məbləğdə kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir.

11. Cavabdehlər iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh1 məxsus ailəliklə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qanunsuz sökülməsi nəticəsində onlara dəymiş 270.975 manat maddi ziyanın, 100.000 manat məbləğdə mənəvi ziyanın iddiaçıdan tutaraq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. Qarşılıqlı iddianın əsaslarına görə, 28.01.2019-cu ildə cavabdehlərin yaşadıqları ev içərisindəki əşyalarla birlikdə iddiaçı tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yaşadıqları evdə 3 nəfərin yaşaması üçün zəruri olan bütün mebel, məişət və mətbəx əşyaları olmuşdur. Sökülmə nəticəsində həmin ev əşyaları qarət olunm uş, təkcə əşyalara görə cavabdehlərə iddiaçının qanunsuz hərəkətləri nəticəsində 20.000 manat ziyan dəymişdir. Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarında Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi yoxdur, yəni evin hansı əsasla sökülməsi aydın deyil. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən evin bu qaydada qanunsuz olaraq, insanları küçəyə atmaqla, ləyaqəti alçaltmaqla sökülməsi nəzərdə tutulmamışdır. Belə ki, evin sökülməsi ilə bağlı məhkəmə qərarı olmamışdır. Evin sökülməsi nəticəsində dəymiş maddi ziyan evin Cavabdeh1 aid olan 73,4 kv.m-nə görə hər kv.m. üçün 1.500 manat olmaqla, 110.100 manat, 93,25 kv.m. torpaq sahəsinə görə hər kv.m. üçün 1.500 manat olmaqla, 138.875 manat, 1.000 manat köçürmə xərci, cəmi 250.975 manat təşk il edir. Halbuki, iddiaçı tərəfindən təşkil edilmiş komissiya onlara bundan aşağı kompensasiya məbləği hesablamışdır ki, torpağın çıxarışı olsa da qiyməti çox aşağı götürülmüş, evin hər kv.m-nə görə də 1.500 manat məbləği hesablamaqdan imtina etmişdir. Bundan başqa, qanunsuz olaraq evlərin sökülməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi kimi 100.000 manat məbləği iddiaçıdan cavabdehlərin xeyrinə tutulmalıdır. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-1500/2019 saylı iş) 22 avqust 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən daşı nmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi X1 iddiaçı tərəfindən 155.856 manat məbləğdə kompensasiyanın ödənilməsi qərara alınmış, cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması hissəsində iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə mənzilin dövlət ehtiyaclar ı üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni - alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, cavabdehlərin qarşılıqlı iddiasında göstərilən evin qanunsuz sökülməsi və ev əşyalarının qarət olunması ilə bağlı iddiaçı tərəfindən cavabdehlərin mülkiyyətində olan əmlak ilə bağlı hər hansı bir cinayət əməlinə yol verməsi cavabdehlər tərəfindən sübuta yetirilməmişdir, eyni zamanda Cavabdeh2 Yasamal rayonu, Vidadi küçəsi, dalan 5, ev 3 ünvandakı evin əşyaları ilə birlikdə iddiaçı tərəfindən sökülməsi nəticəsində mebellərin, məişət texnikasının və əşyalarının qarət edilmə si barədə şikayət ərizəsi əsasında qəbul edilmiş Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı A.Qasımovun 14.02.2019-cu il tarixli qərarına əsasən ərizədə göstərilən cinayət hadisəsinin olmaması əsası ilə həmin şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

15. Cavabdehlər həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın tam rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X10məruzəçi, X12 və X3, 2-1(103)-2616/2019 saylı iş) 17 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı kompensasiya məbləğinə aid hissədə dəyişdirilmiş, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 paylı mülkiyyətində olan ½ hissədə sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh1 160.519 manat məbləğində kompensasiya ödənilmiş, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı orqan eyni ərazidə yerləşən torpaq sahəsinin 1 kv.metrinə görə paylı mülkiyyətçilərə fərqli bazar dəyəri müəyyən edilməklə kompensasiya ödənilməsinin səbəbini izah edə bilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinə görə təklif edilmiş kompensasiya məbləğinin bazar dəyərinə uyğun olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarına olan qiymətləndirmə hesabatına uyğun olaraq 2,67 kv.m sahə üçün 1 kv.m görə 800 manat, qalan sahələrə görə 1 kv.m üçün 1500 manatdan kompensasiya təklif edilməsini haqlı hesab etmişdir. Bundan başqa, dövlət ehtiyacları üçün alınan evin bazar dəyərinin kompensasiya məbləğindən artıq olması, o cümlədən ev sökülərkən içərisində 20.000 manat məbləğində əmlak olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

18. Cavabdehlər apelyasiya instansiyası məhkəməsinin qərarından kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X13, 2-1(102)-1418/2020 saylı iş) 6 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçı orqanın sözügedən evi almasının “Torpaqların dövlət ehtiyacları üçün alınma sı haqqında” Qanuna və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli, sökülmüş evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli, ekspert rəyindən asılı olaraq iddiaçının təklif etdiyi kompensasiya məbləğinin ədalətli və ağlabatan olub-olmadığını qiymətləndirməli, cavabdehlərin qarşılıqlı iddiasında mənəvi ziyana görə tələb etdikləri 100.000 manat məbləğində pul tələbinə münasibət bildirməli və araşdırmanın nəticəsindən asılı olaraq əsaslı və ədalətli qərar qəbul etməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Növbəti apellyasiya baxışı zamanı həm məhkəmə ekspertizası, həm də qiymətləndirmə təyin edilmişdir.

22. Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında 12.11.2020-ci il tarixli Məlumatı ilə Mərkəzdə bu suallar üzrə ekspertizanın aparılmadığı bildirilib, qərardad icrasız saxlanılaraq, inzibati iş geri qaytarılmışdır. 23. "xxxx" MMC-nin 11.01.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçi Cavabdeh1 aid hissəsinin söküldüyü vaxt real bazar qiyməti, mülkiyyətçinin payı (1/2) nəzərə alınmaqla sahəsi, fərdi yaşayış evi 70,73 kv.m x 1 kv.m-nin dəyəri 2.500 manat = 176.825 manat, sanitar qovşağı 2,67 kv.m x 1 kv.m-nin dəyəri 1.000 manat = 2.670 manat, açıq torpaq sahəsi 31,15 kv.m x 1 kv.m-nin dəyəri 1.600 manat = 49.840 manat olmaqla, cəmi 229.335 manat təşkil edir. Rəydə xid mət haqqı 300 manat məbləğdə göstərilmişdir.

24. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X8 və X11, 2-1(103)-147/2021 saylı iş) 5 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı qismən - qarşılıqlı iddia rədd olunan hissədə - ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilərək 4.663 manat məbləğdə kompensasiyanın cavabdehlərə ödənilməsi öhdəliyi iddiaçıya həvalə edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

25. Cavabdehlər 24 may 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın qarşılıqlı iddianın təmin edilməyən hissəsi ndə ləğv edilərək, həmin hissədə qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 26. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4. çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının hərəkətlərini təhlil etdikdə məlum olur ki, cavabdeh sözügedən yaşayış sahəsində 10 ildən artıq müddət yaşadığına görə kompensasiya hesablanarkən ona təklif edilən kompensasiyanın 10 faizi məbləğində çətinliklə bağlı ödəniş də nəzərə alınmalı idi. Lakin, iddiaçı həmin ödənişi kompensasiya hesablanması zamanı nəzərə almamışdır. 27. "xxxx" MMC-nin 11.01.2021-ci il tarixli ƏEM/Y-13-013/21 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçi Cavabdeh1 aid hissəsinin söküldüyü vaxt real bazar qiyməti, mülkiyyətçinin payı (1/2) nəzərə alınmaqla sahəsi, fərdi yaşayış evi 70,73 kv.m x 1 kv.m-nin dəyəri 2.500 manat = 176.825 manat, sani tar qovşağı 2,67 kv.m x 1 kv.m-nin dəyəri 1.000 manat = 2.670 manat, açıq torpaq sahəsi 31,15 kv.m x 1 kv.m-nin dəyəri 1.600 manat = 49.840 manat olmaqla, cəmi 229.335 manat təşkil edir.

28. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə əsasən özünün təyin etdiyi ekspertiza nəticəsində verilən rəyi nəzərə almaq istəməmişdir, halbuki bu məbləğ cavabdehlərin qarşılıqlı iddia tələbindəki məbləğinə olduqca yaxındır. Digər tərəfdən məhkəmə kollegiyası çətinliklə bağlı kompensasiya məbləğinə 10% əlavə edilmə məsələsinə münasibətdə belə qənaətə gəlmişdir ki, hər kvadratmetr üçün təyin edilən 1500 manat məbləğə çətinliklə bağlı ödənilməli əlavə də daxildir, yəni 1500 manat bütün belə əlavələri özündə ehtiva edir. Məhkəmə kollegiyası bu qənaəti ilə Ali Məhkəmənin mövqeyini səhv çıxarmağa çalışm ışdır.

29. Məhkəmə kollegiyası cavabdehlərin evinin qanunsuz sökülməsini bildiyi halda onlara mənəvi zərərin vurulmadığını qərarında qeyd etmiş və bu mövqeyini əsaslandırmağa çalışmışdır. Təbii ki, evi qanunsuz olaraq sökülmüş, küçələrdə qalmış şəxsə mənəvi zərərin vurulmadığını iddia etmək gülüncdür. Başqa nə olmalıdır ki, mənəvi zərərin vurulması təsdiq olunsun?

30. İşdən göründüyü kimi qarşılıqlı iddia tam əsaslıdır, məhkəmə qərarı olmadan iddiaçı cavabdehlərin yaşadıqları, xüsusi mülkiyyətdə olan evi sökmüş, konstitusion normanın tələblərini pozmuşdur, belə olan halda dəymiş maddi və mənəvi ziyanın əvəzi ilkin iddiaçıdan tutulmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdehlərin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

33. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.

34. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 35. “İnzibati icraat haqqında” Qanun: Mad də 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

36. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum o lması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə

157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektləri nin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. (-). 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulm uş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak ın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 38. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi ( mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xü susi mülkiyyətdə olan torpaqlar; (-). Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstəril məklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 39. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyy ən edilmişdir.

40. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştir akçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

41. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

42. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pro sessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İddiaçı iddiasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar mülkiyyətçi Cavabdeh1 155.856 manat məbləğdə kompensasiya ödənilərək bütün cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. İddianın əsaslarına görə, Nazirlər Kab inetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi iddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədilə iddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1-də yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə onun ailə üzvü olmaqla həmin evdə qeydiyyatdadırlar. Həmin əmlak Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 155.856 manat məbləğdə kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir.

46. Cavabdehlər də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ailəlikcə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qanunsuz sökülməsi nəticəsində onlara dəymiş 270.975 manat maddi ziyanın, 100.000 manat məbləğdə mənəvi ziyanın iddiaçıdan tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

47. Cavabdehlər bildirmişlər ki, yaşadıqları mənzil Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarının təsiri altına düşmür.

48. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin işdə olan Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev küçələri arasındakı ərazilərdə dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alınacaq torpaq sahələrinin yerquruluşu planına görə, ünvan 1 ünvan AR Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 nömrəli qərarın ın təsiri altına düşür.

49. Daşınmaz əmlakın dövlət reyestrindən 15.12.2018-ci il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0,01865 ha torpaq sahəsi və ümumi sahəsi 123,4 kv.m olan yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/2 hissə Cavabdeh1 və 1/2 hissə X9 adına qeydə alınmışdır. Texniki pasporta əsasən ev iki tikilidən, həmin tikililərdə yerləşən anbar-zirzəmidən, 5 yaşayış otağından, bir zirzəmidən, 3 bağlı eyvandan ibarət olmuşdur, həyətyanı tikililərə 2 ayaqyolu, hasar, taxta hasar, iki taxta qapı daxil olmuşdur.

50. Cavabdehlər ünvan 1-də qeydiyyatdadırlar. 51. “Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 yanvar 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, ünvan 1 ünvanda yerləşən yaşay ış sahəsinin əsas sahəsi 38 kv.m, köməkçi sahəsi 32,73 kv.m, sanitar qovşağı 2,67 kv.m, 1/2 torpaq sahəsi 93,25 kv.m. təşkil etmiş, qiyməti 154.856 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1.000 manat, bütün kompensasiya növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan 20% əlavə nəzərə alınmaqla, ümumilikdə cəmi 155.856 manat kompensasiya məbləği müəyyən edilmiş, evin əsas və köməkçi sahələri üçün kompensasiya məbləği hər kv.m. üçün 1.500 manatdan, sanitar qovşağı üçün 800 manatdan, torpaq sahəsi üçün isə 500 manatdan hesablanmışdır. 52. 30.01.2019-cu il tarixli akta əsasən Cavabdeh1 ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət ed ilmiş və 30.01.2019-cu il tarixdə Komissiya tərəfindən qəbul edilmiş, qəbul zamanı ünvan 1 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 155.856 manat məbləğində kompensasiya təklif edilmiş, lakin o, könüllü razılaşmadan imtina etmişdir.

53. Kasasiya məhkəməsi qərarında bildirmişdir ki, işə yenidən baxan apelyasiya instansiya məhkəməsi iddiaçı orqanın sözügedən evi almasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməli, sökülmüş evin bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli, ekspert rəyindən asılı olaraq iddiaçının təklif etdiyi kompensasiya məbləğinin ədalə tli və ağlabatan olub-olmadığını qiymətləndirməlidir.

54. Kasasiya məhkəməsinin qərarında şərh edilən göstərişin icrası ilə bağlı apelyasiya instansiyası məhkəməsi həm məhkəmə ekspertizası, həm də qiymətləndirmə təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi haqqında 12.11.2020-ci il tarixli 10/3366 nömrəli məlumatı ilə Mərkəzdə bu suallar üzrə ekspertizanın aparılmadığı bildirilib, qərardad icrasız saxlanılaraq, inzibati iş geri qaytarılmışdır. 55. "xxxx" MMC-nin 11.01.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçi Cavabdeh1 aid hissəsinin söküldüyü vaxt real bazar qiyməti, mülkiyyətçinin payı (1/2) nəzərə alınmaqla sahəsi, fərdi yaşayış evi 70,73 kv.m x 1 kv.m-nin dəyəri 2. 500 manat = 176.825 manat, sanitar qovşağı 2,67 kv.m x 1 kv.m-nin dəyəri 1.000 manat = 2.670 manat, açıq torpaq sahəsi 31,15 kv.m x 1 kv.m-nin dəyəri 1.600 manat = 49.840 manat olmaqla, cəmi 229.335 manat təşkil edir. Rəydə xidmət haqqı 300 manat məbləğdə göstərilmişdir.

56. Apelyasiya məhkəməsi haqlı olaraq "xxxx" MMC-nin 11.01.2021-ci il tarixli mütəxəssis rəyini mötəbər hesab etməmişdir. 57. "xxxx" MMC 11.01.2021-ci il tarixli rəyi tərtib edərkən cavabdehlərin mülkiyyətində olan mənzil mövcud olmamışdır. "xxxx" MMC isə qiymətləndirmə hesabatını mənzil mövcud olarkən tərtib etmişdir.

58. Digər tərəfdən, Nazirlər Kabinetinin 16.12.2018-ci il tarixli qərarının təsiri altına düşən, Cavabdeh1 mülkiyyətində olan evin könüllü alqı-satqı yolu ilə satın alınmasına razılıq barədə alan orqan qismi ndə iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC müqayisə metodlu araşdırma nəticəsində tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mövcud bazar qiymətini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hesablayaraq, ona 155.856 manat (əsas sahə 38 kv.m. x 1.500 manat = 57.000 manat + köməkçi sahə 32,73 kv.m. x 1.500 manat = 4 9.095 manat + sanitar qovşağı 2,67 kv.m. x 800 manat = 2.136 manat + torpaq sahəsi 1/2 93,25 kv.m. x 500 manat = 46.625 manat + 1.000 manat iki aylıq kirayə haqqı və köçmək xərci) məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmişdir.

59. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.

60. Kompensa siyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

61. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən h ər kv.m-ə görə 1.500 manat müəyyən edilmişdir.

62. Odur ki, mübahisə olunan tikilinin dəyərinin 154.856 manat müəyyən edilməsi və iddiaçı tərəfindən həmin məbləğin ödənilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı sayır.

63. Apelyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, mübahisəli yaşayış evinə 1/2 pay hüququ olan digər birgə mülkiyyətçi X14 93,25 kv.m torpaq sahəsinə görə 51.288 manat (1 kv.m 550 manat) kompensasiya ödənildiyi halda, Cavabdeh1 eyni 93,25 kv.m torpaq sahəsi üçün 46.625 manat (1 kv.m 500 manat) hesablanmış, lakin iddiaçı eyni ərazidə yerləşən, hətta bir-birinə bitişik olan torpaq sahəsinin 1 kv.m-nə görə paylı mülkiyyətçilərə fərqli bazar dəyəri müəyyən edilməklə kompensasiya ödənilməsinin səbəbini izah edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia 4.663 manat hissədə (51.288 - 46.625) qismən təmin olunmuşdur.

64. Bu hissədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından, çətinliklərə görə kompensasiya ödənilməsi üçün qanuni əsas olmadığından, cavabdehin mənzili sökülərkən ona məxsus əmlakın zədələnməsi və məhv edilməsi sübuta yetmədiyindən, həmin tələblər, o cümlədən mənəvi ziyan üzrə qarşılıqlı iddianı rədd edərkən apelyasiya məhkəməsi haqlı olmuşdur.

65. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1 -ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-147/2021 saylı, 5 aprel 2021-ci il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar