Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1376/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3663/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 058 nömrəli, 22 aprel 2005-ci il tarixli “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə” qərarı ilə, Bilgəh qəsəbəsi ərazisində Az.Qadını küçəsi Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2- ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqısatqı yolu ilə) ünvan 1 ünvanda yaşayış İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 058 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xah iş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8671/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3776/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən olunması üçün işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)446/2023 saylı işi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh B ələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 058 nömrəli qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində 2000 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Eyni zamanda, bununla bağlı Torpaqların alqı-satqısına dair 22 aprel 2005-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsi 2005-ci il tarixdən etibarən hazırki vaxta kimi qanuni əsaslarla iddiaçının sahibliyində və daimi istifadəsindədir. Hazırda sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh qanunsuz və əsassız olaraq **********86 nömrəli xx.xx.2022-ci il tarixli imtina məkt ubu ilə torpaq sahəsinə (torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" tərəfindən qeydə alınmaması səbəbi ilə) dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtina məktubunda göstərdiyi hallar istifadəsində olan torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. Cavabdehin verdiyi imtinanın heç bir hüquqi əsası olmadığına görə əsassız və qanunsuzdur. Qanunla tələb edilən sənədlər təqdim edilsə də, cavabdeh heç bir hüquqi əsas olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. Cavabdeh Bakı Ərazi İdarəsi şablon xarakterli imtina məktubunda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsaslansa da, həmin maddənin tərkib hissəsindəki imtinaya əsas olan halların hazırki iş ilə heç bir əlaqəsi yoxdur. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan müraciəti qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim edilən sənədlərə etinasız yanaşaraq kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8844/2023 nömrəli, 25 iyun 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 058 nömrəli qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi üz ərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 058 nömrəli xx.xx.2005-ci il tarixli qərarı əsasında İddiaçı fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbəsi ərazisində Az.Qadını küçəsi Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi ayrılmış, həmin qərar əsasında tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçıya ayrılmış 2000 kv.m ölçüdə torpaq s ahəsinə dair bələdiyyə tərəfindən torpaq sahəsinin eskiz sxemi tərtib edilmişdir. Yəni iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcuddur.
9. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya dair etirazın əsası kimi istinad etdiyi halları - “torpaq sahəsinin Abşeron rayonunda yerləşməsi”- iddiaçıya göndərdiyi imtina məktubunda qeyd etməmiş, həmin halları təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3663/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya qanunvericiliyin tələblərinə zidd olaraq normadan artıq torpaq sahəsi ayrılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiy a şikayətində və yuxanda qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir.
16. İddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı- satqısına dair aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır.
17. İdarənin elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Eyni zamanda torpaq sahəsi sənəd üzrə 2000 kv.m qeyd olunsa da faktiki 1940 kv.m təşkil edir.
18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İ nzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qər arı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli, 2-1(103)-3663/2023 nömrəli qərarla cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(112)8844/2023 saylı qərarın dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, “cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinasının əsası iddiaçı tərəfindən təqdim olunan torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, hüquqların dövlət qeydiyyatı na alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.”
24. Daha sonra apellyasiya məhkəməsi öz xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, “Apellyasiya şikayətinin mübahisəli torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazisində yerləşməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hal cavabdeh inzibati orqanın idd iaçıya göndərdiyi imtina məktubunda qeyd edilməmişdir. Bundan əlavə, işdən də göründüyü kimi birinci instansiya məhkəməsi həmin əsasa görə məhkəmə aidiyyəti məsələsini qaldırılmış və iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Son nəticədə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
25. Eyni zamanda apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, “Həmçinin, apellyasiya şikayətində qeyd olunan, yeni bir dəlil olan (nə imtina məktubunda, nə də iddiaya etiraz ərizəsində göstərilməyən) torpaq sahəsinin sənəd üzrə 2000 kv.m qeyd olunması, faktiki isə 1940 kv.m təşkil etməsi halı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.”
26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, onun mübahisəli torpaq sahəsi ilə bağlı istinad etdiyi yeganə sənəd – Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 058 nömrəli qərarıdır ki, həmin qərarla iddiaçıya Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir.
28. Qeyd edilməlidir ki, işin 10, 11-ci səhifələrində yerləşən Bilgəh Bələdiyyəsinin sözügedən qərarı yalnız bir şəxs tərəfindən, yəni Bilgəh Bələdiyyəsinin sədri T.K.Rzayeva tərəfindən imzalanmışdır.
29. Halbuki Bələdiyyə ümumiyyətlə kollegial orqan olmaqla, belə bir qərarın qəbul edilməsi bütün bələdiyyə üzvlərinin iştirakı ilə olmalı və onların imzaları ilə təsdiq edilməlidir.
30. Lakin belə bir sənəd işdə mövcud deyildir, belə ki, işin 24-cü səhifəsində olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-03762-2022 saylı məhkəməyə verdiyi cavab məktubunda göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə müraciət et məyiniz tövsiyyə olunur.”
31. Lakin iş materiallarından görünür ki, bu məsələyə dair Bilgəh Bələdiyyəsindən hər hansı bir mötəbər sənəd təqdim edilməmiş, beləliklə apellyasiya instansiyası məhkəməsi həmin istiqamətdə araşdırma aparmamışdır.
32. Digər tərəfdən belə olan halda mübahisəli torpaq sahəsinin mövcud koordinatlarının, Bilgəh Bələdiyyəsinin ümumi koordinatlarına aid olub-olmaması da araşdırılmamışdır.
33. Beləliklə bütün yuxarıda göstərilən məsələlər, işin halları kimi mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır.
34. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməy ə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-3663/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.