Məhkəmə qərarları › İş №2-1(102)-1376/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1376/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1376/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və yeni texniki pasportun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənz ilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və yeni texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(103)-937/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli, 188M nömrəli əmrinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin yaşayış sahəsi 25 kv. metr olan 2 otaqdan ibarət 1 saylı mənzilinin şəxsi hesabı 3 nəfər ailə üzvü (özü, bacısı – İddiaçı, bacısı oğlu – Əliyev Fuad) olmaqla X2 adına dəyişdirilmiş və onunla icarə müqaviləsi bağlanmışdır.

2. X2 həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, bu barədə, ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 3. 26 oktyabr 2013-cü il tarixli, 172402 nömrəli bağışlama müqaviləsinə əsasən, X1 mənzili bacısı İddiaçı bağışlamış, sonuncunun mənzilə dair mülkiyyət hüququ xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, bu barədə, ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

4. Sözügedən mənzilə dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan gör ünür ki, tikilinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0,0112 ha, mənzilin ümumi sahəsi isə 46,8 kv.metrdir. Mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, 1949-cu ildə inşa edilmişdir, bünovrəsi beton, xarici divarları daşdandır.

5. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 346 nömrəli Sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş, mənzilin yenidənqurma layihəsi təsdiq edilmişdir.

6. Həmin sərəncamla təsdiq edilmiş layihədən görünür ki, Akim Abbasov küçəsi, ev 28, mənzil 1 ünvanında yerləşən R.Məmmədovaya məxsus fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi hazırlanmış, layihədə mənzilin fərdi yaş ayış evi olması, zirzəmi və 2 mərtəbədən ibarət olması müəyyən edilmişdir.

7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 46,8 kv.metr, faktiki olaraq ümumi sahəsi 46,8 kv.metr; layihə üzrə yaşayış evi, hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 284,1 kv.metr, faktiki olaraq ümumi sahəsi 284,1 kv.metr; torpaq sahəsinin ölçüsü 580,0 kv.metrdir. Torpaq sahəsinin 1 tərəfi yol, 3 tərəfi qonşudur. Qeydiyyatdan keçmiş mənzilin 5 saylı yerləşkəni, açıq eyvanı və 1-2 saylı yerləşkənlərin bir hissəsi sökülmüşdür. Torpaq sahəsində əlavə olaraq layihə əsasında yeni yaşayış evi inşa olunmuşdur. Təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında daxili ölçülər də fərqlər var və üzərində əlavə mansard mərtəbəsi inşa olunmuşdur. 1-ci mərtəbənin döşəmə səviyyəsindən mansardın tavanına qədər olan məsafə 10,0 metrdir.

8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməmiş, imtina edərək bildirmişdir ki, texniki inventarlaşdırma işləri aparılan zaman daşınmaz əmlakın dövlət reyes trində qeydiyyatdan keçmiş mənzildə yenidənqurma işləri aparılmışdır. Odur ki, mənzildə aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması ilə bağlı, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı təqdim olunmamışdır. Bundan başqa, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 2019-cu il tarixli, 346 nömrəli sərəncamına əsasən, ona Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmişdir. Belə ki, sözügedən mənzilə dair xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixdə sözügedən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən 2019-cu ildə mənzilin yeni layihəsi təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 saylı mənzili onun tərəfindən yenidən qurulmuşdur, Odur ki, bu barədə yeni texniki pasportun tərtib edilməsi və qeydiyyatdan keçirilərək çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət olunmuş, lakin cavabdeh tərəfindən sö zügedən ərizəyə imtina cavabı verilmişdir.

12. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçının müraciətindən imtinanın dəlillərinə ilə əsaslandırmış, həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzilin 5 saylı yerləşkəni, açıq eyvan və 1-2 saylı yerləşkənin bir hissəsi sökülmüş, fərdi yaşayış evi inşa olunmuşdur. Bundan başqa, yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqan ına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda bildiririk ki, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında fərq vardır. Bundan əlavə mansard mərtəbəsi inşa edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 13 sentyabr 2023-cü il tarixli 2-1(112)-9700/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı bu sənədlərdən heç birinə malik olmamış, bu sənədləri nə inzibati orqana, nə də məhkəməyə təqdim etmişdir.

15. İddiaçı həmin qərardan apell yasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) 16 oktyabr 2024-cü il tarixli, 21(103)-937/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi 46,8 kv.metr olmasına baxmayaraq, iddiaçı tərəfindən əlavə tikililər aparıldığından, həmin daşınmaz əmlakın ümumi sahəsi 284,1 kv.metrə çatdırılmış və layihədə də onun ümumi sahəsi 284,1 kv.metr kimi qeyd olunmuşdur. Bu da iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlakın mənzil deyil, fərdi yaşayış evi olduğunu göstərir. İddiaçı ona məxsus ümumi sahəsi 46,8 kv.metr olan 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə yenidənqurma (yerləşkələrin sökülməsi) işləri aparmaqla yanaşı, həmin 1 mərtəbəli binada əlavə tikililər inşa etməklə zirzəmi+2 mərtəbəli ev inşa etmiş, mənzilin sahəsi 46,8 kv.metrdən 284,1 kv.metrə artırılmışdır. İddiaçı nə hazırkı inzibati işin birinci instansiya məhkəməsində icraatı zamanı, nə də ki apellyasiya icraatı zamanı mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyi həmin daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim edə bilmə mişdir. Ona görə də onun tələbinin təmin olunmasından cavabdeh tərəfindən edilən imtina qanunazidd olmamışdır. Odur ki, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal, cavabdehin üzərinə iddiaçının tələb etdiyi məzmunda öhdəliyin qoyulmasını istisna edir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qanunvericilik normalarını sadalayaraq bildirmişdir ki, işin halları nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri tərəfindən tam və hərtərəfli araşdırılmamış, sözügedən iş üzr ə müvafiq ekspertiza təyin olunmalı halda təyin edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri.... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəll əsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evl ərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti l ayihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınm az əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edi r. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzib2ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 28 saylı evin 1 sa ylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış və yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının qeyd edilən məzmunda tələbinin təmin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən ol unmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüququn qeydiyyatı həmin əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlər əsasında və həmin sənədlərin məzmununa uyğun olaraq aparılır. Nəzərə almaq lazımdır ki, cavabdeh həmin hüquqmüəyyənedici sənədlərin məzmununa bağlıdır və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatları və göstəriciləri özbaşına dəyişdirmək haqqına malik deyildir. Bu baxımdan, iddiaçı hazırkı məzmunda tələbinin təmin olunması üçün mübahisəli evin hazırkı vəziyyətinə uyğun hüquq müəyyənedici sənədlərə istinad etməli və həmin sənədləri təqdim etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən belə sənədlərin təqdim edildiyi görünmür.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2-1(103)-937/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar