Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1377/2021 11.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı “X5” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi, iddianın uğurluluq ehtimalı) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X2, nümayəndəsi Əfəndiyev Mehrac Füzuli oğlunun iştirakı ilə, İddiaçı “X5” MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri ba rədə ərizəyə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(103)-873/2021 nömrəli iş üzrə qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı “X5” MMC-i cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.06.2020-ci il tarixli **********137424 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 2760203,61 manat əlavə vergi məbləği və 1380181,81 manat maliyyə sanksiyasının silinməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı eyni zamanda vəsatətlə Bakı İn zibati Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 16.09.2020-ci il tarixli **********9 nömrəli qərarının icrasının dayandırılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat 3.Vəsatət belə əsaslandırılmışdır ki, iddiaçı 18.06.2020-ci il tarixli **********137424 nömrəli qərarı mübahisələndirməsinə baxmayaraq, həmin inzibati aktla hesablanmış vergi məbləğinin dövlət büdcəsinə alınması istiqamətində cavabdeh tərəfindən 16.09.2020-ci il tarixli **********9 nömrəli qərar qəbul edilmiş və iddiaçının əmlakı siyahıya alınmışdır. Vergilərin hesablanmasına əsas olmuş inzibati aktın mübahisələndirildiyi dövrdə vergi orqanı tə rəfindən borcun ödənilməsini təmin etməyə yönəlmiş belə tədbirlərin həyata keçirilməsi yolverilməzdir. Bu özlüyündə iddiaçıya təsir göstərmək, onu əsassız olaraq hesablanmış vergilərin ödənilməsinə məcbur etmək məqsədi daşıyır. Bu səbəbdən inzibati aktın mübahisələndirildiyi müddətdə 16.09.2020-ci il tarixli qərarın icrası dayandırılmalıdır.
4. Bakı İnzibati Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-5368/2020 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərardadı ilə “X5” MMC-nin (VÖEN: **********) müvəqqəti xarakterli müdafiə barədə vəsatəti təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 16.09.2020-ci il tarixli **********9 nömrəli qərarının icrası dayandırılmışdır.
5. Bi rinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddianın uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirilərkən isə, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir.
6. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizəçinin inzibati aktın icrasının dayandırılması barədə vəsatətinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 21(103)-873/2021 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yu sifov) qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 25.11.2020-ci il tarixli, 2-1(112)-5368/2020 nömrəli qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə təkrar baxışa göndərilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qərardadında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olduğunu qeyd etsə də, bu zərurətin nədən ibarət olduğunu öz aktında müzakirə etməmiş və əsaslandırmamışdır.
9. Məhkəmə qərardadı 16.05.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir.
10. İddiaçı 21.05.2021-ci il tarixində kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kasasiya şikayəti ona əsaslanır ki, İPM-in 43.1.1-ci maddəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin tənzimləmənin zəruri olması açıq-aşkar göstərilmişdir. Eynilə vəsatətdə qeyd olunduğu kimi, siyahıya alınmış əmlakların açıq hərracdan satılacağı və inzibati akt ləğv olunacağı təqdirdə, iddiaçının mülkiyyət hüquqlarının qorunması mümkün olmayacaq və ya xeyli dərəcədə çətinləşəcəkdir. Bu baxımdan ilkin tənzimləmənin aparılması Bakı inzibati Məhkəməsi tərəfindən zəruri hesab edilmişdir. Lakin, apelyasiya instansiyası məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbiri haqqında qərardadın yalnız iddianın uğurlu olacağı qənaətinə gəldikdən sonra qəbul edilməsi barədə, İPM-ın 43.1.1-cı maddəsində qeyd olunan zərurətin nədən ibarət olmasının göstərilməməsi və vəsatətin əsaslandırılmaması ilə bağlı məsələlərdə yanlış qənaətə gələrək qərardadı ləğv etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apelyasiya məhkəməsinin qərardadının əsaslandırma hissəsinin dəlillərinə və eyni zamanda cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə istinad edərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apelyasiya Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçıl arının izahatları
13. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdilər.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehti malla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər;
16. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilmə sinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi;
17. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.
18. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 20.04.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfində n maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmada n, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(102)01/2020 nömrəli 04.03.2020-ci il tarixli qərarı: “...Qeyd olunan normalardan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi qanunvericiliklə birbaşa olaraq iddianın böyük ehtimalla uğurlu olması ilə şərtləndirilmişdir. Başqa sözlə, işin ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlindiyi hallarda belə tədbirlər tətbiq oluna bilər...”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 22.Apelyasiya instansiyası məhkə məsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 24.Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun gəldiyi nəti cələrlə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 25.Bu qərarın 15-17-ci bəndlərində göstərilən normalardan görünür ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: iddianın böyük ehtimalla uğurlu olacağı barədə məhkəmənin qənaəti; mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Məhkəmə mü vəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin əsaslılığını qeyd edilən şərtlər baxımından yoxlamalı və məsələnin həlli zamanı qiymətləndirməni işin faktiki və hüquqi hallarının ilkin araşdırılmasına əsasən aparmalıdır. Araşdırmanın həcmi yalnız iddianın uğurlu olacağına dair böyük ehtimalın və ilkin təcili tənzimləmənin müəyyən edilməsi ilə məhdudlaşmalıdır. Araşdırma həcminin məhdud olması icraatın təcili xarakterindən irəli gəlir. İddianın uğurluluğu barədə böyük ehtimal o zaman mövcud olur ki, obyektiv əlamətlər əsasında ərizəçinin iddia icraatında qalib gələcəyi barədə məhkəmənin gümanları daha çox olsun. Böyük ehtimal və ya güman proqnoz səviyyəsində olsa belə, məhkəmə tərəfindən ilkin araşdırma nəticəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən səviyyədə müəyyən edilməlidir.
26. Məhkəmə Kollegiyası Apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işdə iddianın uğurluluq ehtimalı və ya ziddiyətli maraqlar yetərincə qiymətləndiriliməmiş, eyni zamanda ilkin təcili tənzimləməni zəruri edən və tənzimləyici normanın dispozisiya şərtlərinə uyğun gələn hallar müəyyən edilməmiş və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsaslandırılmamışdır. Halbuki, məhkəmənin mövqeyinin əsasında duran səbəblər məhkəmə aktında göstərilməlidir.
27. Məhkəmə Kollegiyası vurğulayır ki, məhkəmə tərəfindən lazımı araşdırmanın və qiymətləndirmənin həyata keçirilməsi üçün, eyni zamanda ərizəçi də tətbiq olunan tənzimləyici normada nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılm ış şəkildə məhkəməyə təqdim etməlidir. Bu tələb hazırki qərarın 17-ci bəndində qeyd olunan tənzimləyici normanın tələbindən irəli gəlir. Bundan əlavə, ərizəçi tərəfindən hazırkı iş üzrə verilmiş kassasiya şikayətində də ərizəçiyə münasibətdə ilkin təcili tənzimləmənin zəruri olmasını təsdiq edən əsaslı dəlilə istinad edilməmiş, şikayətin yalnız ümumi ifadələrlə əsaslandırıldığı müəyyən edilmişdir.
28. Məhkəmə Kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. 29.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixl i, 21(103)-873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.