Məhkəmə qərarları › İş №2-1(102)-1377/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1377/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1377/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firması cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə sərəncamının ləğv edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə (üçüncü şəxslər Abdullayev Arif Nəzər oğlu və X6) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 9 yanvar 2024-cü il tarixli 2-1(103)466/2024 nömrəli qərarından üçüncü şəxs Abdullayev Arif Nəzər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçıya aid sənədlər:

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqında” xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 632 nömrəli razılıq məktubu və iddiaçının xx.xx.2004-cü il tarixli 25 nömrəli müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında İddiaçı firmasının istifadəsinə verilmişdi r.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində 3 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə 2004-cü il tarixli 04/174 nömrəli ayrıc aktı tərtib edilmişdir.

3. İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı firması arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 11655 nömrəli inşaat pasportu əsasında Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcarəyəverən” icarə əsasında sahəsi 30000 kv.m olan torpaq sahəsini i carəçiyə 49 il müddətinə istifadəsinə vermiş, icarəçi isə onu qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi kotec tipli evlərin tikintisi üçün verilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamı və xx.xx.2005-ci il tarixli 565 nömrəli icarə müqaviləsi ilə kotec tipli evlərin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 30000 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli **********1000020 nömrəli “Torpaq sahəsinin Kadastr planı” tərtib edilmiş, əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmiş, X14 kitabında 2328 nömrə ilə uçota alınmışdır. Üçüncü şəxsə aid sənədlər:

5. Səbail Bələdiyyəsinin 873 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 k v.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Abdullayev Arif Nəzər oğlunun adına sənədləşdirilmiş, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və 30 dekabr 2004-cü il tarixdə üçüncü şəxs tərəfindən Bələdiyyənin hesabına ödəniş həyata keçirilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-8/2017 nömrəli qərarı ilə iddiaçı Abdullayev Arif Nəzər oğlunun cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə tələbi təmin edilmiş, qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir. 7. 06.11.2018-сi il tarixdə Bakı şəhər i, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair Abdullayev Arif Nəzər oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** reyestr nömrəli çıxarış verilmişdir.

8. AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Abdullayev Arif Nəzər oğlu mülkiyyətində olan Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini öz mülkiyyətində saxlamaqla, 0,06 hissəsini X1. 9. 1120015248 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Abdullayev Arif Nəzər oğlunun, ********** qe ydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İşin digər halları:

10. Səbail Bələdiyyəsinin 14 may 2020-ci il tarixli məktubuna əsasən, Salyan şossesində İddiaçı firmasına aid olan torpaq sahəsində bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənədləşdirmə aparılmamışdır.

11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, X5 xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktublarına əsasən, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və həmin sərəncam əsasında Abdullayev Arif Nəzər oğluna 1200 kv.m torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2004-cü il tarixli 632 nömrəli razılıq məktubu və İddiaçı Firmasının müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şossesinin “Şahinbağ” y aşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında 49 il müddətinə “Malbi" Firmasının istifadəsinə verilmişdir. “Malbi" Firması və Bakı Şəhər İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmış, torpağın ayrıc aktı tərtib edilmiş, tələb olunan rüsumlar, icarə haqqı və vergilər ödənilmiş, lahiyələndirmə işləri dövlət şəhərsalma qurumları ilə razılaşdırılmışdır. 2020-ci ilin avqust ayında Abdullayev Arif Nəzər oğlu İddiaçı Firmasının istifadəsində olan torpaq sahəsini zəbt etməyə çalışmışdır. Hüquq mühafizə orqanlarının araşdırması zamanı məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayev in adına sənədləşdirilməsi barədə” sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin Abdullayev Arif Nəzər oğlunun adına sənədləşdirilməsinə sərəncam vermişdir. Həmin sərəncam əsasında “Torpaqların alqısatqısına dair” akt tərtib edilmişdir. Aktın tarixi yoxdur və yerli orqanın torpaq şöbəsi tərəfindən qeydiyyata alınmamış və təsdiq edilməmişdir. İddiaçıya ayrılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Səbail Bələdiyyəsi torpaq ayrılarkən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki qaydalara əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlı q və Şəhərsalma Baş İdarəsinin rəyini almamış, nəticədə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bələdiyyəyə məxsus torpaq sahələrinin ayrılması qərar formasında, bələdiyyə iclasında kollegial şəkildə (bələdiyyə üzvlərinin səs çoxluğu əsasında) qəbul olunur. Sözügedən bələdiyyə aktı kollegial orqan olan bələdiyyə tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən qəbul edilən, eləcə də qanunvericiliyə zidd olaraq bilavasitə cari işlərin həll edilməsi zamanı qəbul olunması nəzərdə tutulan, fərdi şəkildə qəbul edilən aktla - sərəncamla Abdullayev Arif Nəzər oğluna və X8 torpaq ayrılmışdır. Göstərilənlərə əsasən Səbail Bələdiyyəsinin cavabdehə ay ırdığı torpaq sahəsinə dair sərəncamı ləğv edilməlidir.

14. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.

15. Üçüncü şəxs Abdullayev Arif Nəzər oğlu iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 1200 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması əsasları ilə işə digər məhkəmələr tərəfindən baxılmış və iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2-1(81)-8/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair onun adına plan və ölçünün verilməsi Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Tərəfindən həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əldə edilmiş və torpaq sahəsinin 0,06 ha hissəsi 7 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmişdir. Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adına yeni plan və ölçü tərtib edilmiş və torpaq sa həsinin kadastr göstəriciləri yenidən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmədə tələbini Abdullayev Arif Nəzər oğlunun adına olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olması ilə əsaslandıraraq iddianın rədd edilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı Firması qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə işdə tərəf olmasa da, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə h üquqi qiymət verilmişdir. Eyni zamanda, İddiaçı Firmasına Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Belə olan halda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Abdullayev Arif Nəzər oğluna məxsus Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə dair birinci və alqı-satqı müqaviləsi əsasında ikinci dəfə kadastr göstəriciləri müəyyən edilərkən torpaq sahələrinin kəsişdiyi aşkar edilməli idi. Hansı ki, Bakı şəhər Ərazi İdarəsi tərəfindən belə bir hal müəyyən edilməmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli Sərəncamı ilə onun adına sənədləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi ilə İddiaçı Firması tərəfindən icarəyə götürülmüş, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimalşərq hissəsində ayrılmış torpaq sahəsinin ünvanlarına diqqət yetirdikdə də, nəinki onların sərhədlərinin kəsişmədiyi, hətta eyni ərazidə yerləşmədiyi aydın şəkildə görünür. Göründüyü kimi, torpaq sahələri ayrı ərazilərdə yerləşdiyindən və sərhədləri kəsişmədiyindən, bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu aşkar olunmadığından, onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ belə mövcu d deyil. Bundan başqa, qeyd edilməlidir ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin kəsişdiyi şərti olaraq qəbul edilsə belə, İddiaçı Firması tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia tələbində istifadəsində olan torpaq sahəsinin 2020-ci ilin avqust ayında Abdullayev Arif Nəzər oğlu tərəfindən zəbt etmək cəhdinin olmasını göstərsə də, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli Sərəncamından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi həmin Sərəncamın verilməsindən əvvəl də Abdullayev Arif Nəzər oğlunun istifadəsində olmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı Firması arasında bağlanmış Torpaq sahəsinin ic arəyə verilməsi haqqında müqavilədən isə görünür ki, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi 26 iyul 2005-ci il tarixdə bağlanmışdır. Belə ki, İddiaçı Firması tərəfindən kotec tipli evlərin tikintisi üçün icarəyə götürülmüş və icarə haqqı kimi hər il hazırkı nominal dəyəri 15575,04 manat icarə haqqının ödənildiyi torpaq sahəsinin Abdullayev Arif Nəzər oğlu tərəfindən guya zəbt edilməsinin onlara 2020-ci ilin avqust ayında, yəni 16 il sonra məlum olması ağlasığmazdır. Göründüyü kimi, mübahisələndirilən bələdiyyə sərəncamının 2004-cü ildə qəbul edildiyinə və mübahisəli torpaq sahəsinin həmin ildən Abdullayev Arif Nəzər oğlunun istifadəsində olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisələndirmə haqqında id dia 16 ildən sonra qaldırılmış, bununla da həmin növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

16. Üçüncü şəxs tərəfindən təqdim edilmiş X11 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki: - Kotec tipli evlərin tikintisi üçün İddiaçı Firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X13 kitabında 2328 nömrə ilə uçota alınmış 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları, həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/1 74 sayla qeydiyyata alınmış 14 iyun 2004-cü il tarixli Ayrıc aktına uyğun yox, 101-134 metr kənara işlənmişdir. - Əsas döngə nöqtələrinin koordinatları Ayrıc aktına uyğun olmadığından, sxem tərtib olunmaqla uyğunsuzluq müəyyən edildi. - Abdullayev Arif Nəzər oğlunun və X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 14 iyun 2004-cü il tarixli Ayrıc aktı ilə İddiaçı firmasına ayrılan torpaq sahəsinin müvafiq olaraq 486 kv.m və 241 kv.m hissəsi ilə üst-üstə düşür. - Abdullayev Arif Nəzər oğlunun, X2 və X7 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair müvafiq olaraq torpaq sahəsinin planı ölçüsü sənədlərində göstərilər koordinatlar İddiaçı firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 06 dekabr 2006-ci il tarixdə tərtib edilmiş kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları ilə bütövlükdə üst-üstə düşür.

17. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********97 nömrəli mütəxəssis rəylərinə, o cümlədən xx.xx.2022-ci il tarixli 10/6230 nömrəli ekspert rəylərinə əsasən: - Bakı Şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli 115 nömrəli Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 il lik müvəqqəti istifadəsinə ayrılan, Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsində yerləşən 30000 kv.m torpaq sahəsinin Kadastr planının koordinatlarına əsasən, torpaq sahəsi 3,0 ha, mövcud koordinatlara görə isə 3,2 ha təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktı koordinatlarla verilməmişdir. Bu səbəbdən də kotec tipli evlərin tikintisi üçün İddiaçı Firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X14 kitabında 2328 nömrə ilə uçota alınmış və 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsini n müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatlarının, həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktına uyğun işlənib-işlənməməsini müəyyən etmək mümkün olmamışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli 115 nömrəli Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şosesinin ““Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsi” və üçüncü şəxs Abdullayev Arif Nəzər oğluna məxsus olan torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şossesi 32" ünvanlarının adlandırılmasına dair dəqiq xəritə məlumatları mövcud deyil. - Abdullayev Arif Nəzər oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri üzrə həmin torpaq sahəsinin faktiki yeri müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 6 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında qeyd olunan İddiaçı Firmasına icarəyə verilmiş torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri sənədində qeyd olunan Abdullayev Arif Nəzər oğlunun xüsusi mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. - Mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyət formasına dair hər hansı məlumat qeyd olunmadığından, Abdullayev Arif Nəzər oğlunun və X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahələrinin xüsusi mülkiyyət kimi qeydə alınanadək dövlətə, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rə yində Abdullayev Arif Nəzər oğlunun və X2 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair sahənin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında onun xüsusi mülkiyyət kimi qeydə alınadək dövlətə, yoxsa bələdiyyəyə məxsus olması ilə bağlı suala cavab olaraq bildirilmişdir ki, torpağın vahid elektron kadastr baza məlumatlarına əsasən, ümumi ərazinin Dövlət mülkiyyətində olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

19. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 26 may 2023-cü il tarixli 21(112)-126/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Səbail Bələdiyyəsinin 30 dekabr 2004-c ü il tarixli 873 nömrəli sərəncamı ləğv edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan həm mütəxəssis, həm də ekspert rəylərinə əsasən, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə Arif Abdullayevə ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, bələdiyyənin həmin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə Abdullayev Arif Nəzər oğluna 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi üçüncü şəxsə ayrılarkən, cavabdehin rayon icra ha kimiyyətinin memarlıq xidmətinin rəyini alması iş materialları ilə müəyyən edilmir. Cavabdeh inzibati orqan mübahisəli qərarı qəbul edərkən müvafiq rəy və razılaşdırmaları almamışdır. Həmin rəylər nəticə yaratmaq xüsusiyyətindən məhrum olsa da, hazırkı halda qəbul ediləcək inzibati aktın nəticəsini dəyişmək xüsusiyyətinə malik olmuşdur. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsinə dair 23 iyul 2004-cü ildə artıq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində 04/174 nömrəli ayrıc aktı mövcud olmuşdur. Əgər cavabdeh üçüncü şəxsə torpaq ayırmaq üçün həmin quruma rəy verilməsi barədə müraciət etmiş olsaydı, mübahisəli sahənin dövlətə məxsus torpaq sahəsinə aid olduğunu və artıq başqa şəxsin istifadəsinə verildiyini müəyyən etmiş olacaq, nəticədə mübahisələndirilən sərəncamı qəbul etməkdən imtina edəcəkdi. Lakin cavabdehin inzibati icraatın gedişində qanunun bu tələbinə əməl etməməsi qanunsuz, iddiaçı üçün isə əlverişsiz inzibati aktın qəbul edilməsinə gətirib çıxarmışdır. Cavabdehin xx.xx.2004-cü il tarixli 873 nömrəli qərarı qəbul edərkən inzibati icraatı pozması şübhəsizdir. Yuxarıda qeyd edilənlərə əsasən, bu pozuntunun yekun qərara təsir etdiyi təsbit edildiyindən, hazırkı halda müvafiq rəylər və razılaşdırmaların alınmaması cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas təşkil edir.

21. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-8/2017 nömrəli iş üzrə proses iştirakçısı olmadığından, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun üçün məcburi xarakt er daşımır. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, məhkəmə icraatı çərçivəsində mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı nə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, nə də sonradan onun səlahiyyətlərini icra edən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəməyə hər hansı bir məlumat təqdim etməmiş, bu hal işin araşdırma predmetini təşkil etməmişdir, baxmayaraq ki, elektron kadastr bazasında sözügedən torpaq sahəsinə dair İddiaçı Firmasının adına **********0020 nömrəli kadastr planının baza məlumatı mövcud olmuşdur.

22. Üçüncü şəxs Abdullayev Arif Nəzər oğlu həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmi şdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 9 yanvar 2024-cü il tarixli, 21(103)-466/2024 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(112)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, bələdiyyə yalnız onun mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malikdir. Lakin iş materialları ilə müəyyən edilir ki, Səbail Bələdiyyəsi tərəfindən üçüncü şəxs A.Abdullayevə xx.xx.2004-cü il tarixdə ayrı lmış 0,12 ha torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsus torpaqlara aid olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abdullayev Arif Nəzər oğlunun və X3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan - ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınanadək dövlətə, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olması barədə suala cavab olaraq bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, ümumi ərazi Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 23040 nömrəli ekspert rəyindən görünür ki, Abdullayev Arif Nəzər oğluna ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin kadastr və yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********48 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən, dövlət mülkiyyəti torpaqlarına aiddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsinin əvvəllər (bələd iyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı Səbail Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının maraqlarına toxunduğuna görə mübahisələndirilən sərəncam etibarsız hesab edilməlidir.

25. Üçüncü şəxs Abdullayev Arif Nəzər oğlu həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kass asiya şikayətinin dəlilləri

26. Üçüncü şəxs kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazın dəlillərinə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidirsə, bununla bağlı dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmalı və bu barədə, müvafiq “Registrdən çıxarış” verilməli idi. Lakin nə iddiaçı, nə də “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həmin sənədləri məhkəməyə təqdim etməmiş və yuxarıda göstərilən qeydiyyatın aparılmasını təsdiq edən hallar məhkəmədə sübuta yetirilməmişdir.

27. Məhkəmə mübahisəli torpaq sahəsinin bələdiyyə qərarı ilə üçüncü şəxsə ayrılarkən hüquqi statusunun müəyyən edilməsi məqsədi ilə ilk öncə, ilkin torpaqayırma sən ədlərini, X13nın məlumatlarını və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq islahatı həyata keçirilərkən tərtib olunmuş bələdiyyə ərazilərinin xəritələrini tələb edərək tədqiq etməmiş, cavabdehin həmin torpağın xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxsin adına qeydə alınanadək dövlət, yaxud bələdiyyə torpağı olmasının müəyyən edilməsinin mümkün olmadığına dair cavabının əsasını araşdırmamış, köhnə xəritələrin harada saxlanılmasına dair müvafiq araşdırma aparmalı olduğu halda, bunu etməmişdir.

28. Tərəfindən təqdim edilmiş X11 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, kotec tipli evlərin tikintisi üçün İddiaçı firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublika sı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X13 kitabında 2328 nömrə ilə uçota alınmış, 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları, həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktının qeydiyyat kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyun 2004cü il tarixli Ayrıc aktına uyğun yox, 101-134 metr kənara işlənmişdir. Lakin məhkəmə bu halı nəzərə almamış, mübahisələndirilən torpaq sahəsi ilə bağlı tərtib edilmiş qeyrimötəbər “Torpaq sahəsinin Kadastr planı”nın koordinatlarının, iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin koordinatları göstərilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktının koordi natları ilə üst-üstə düşüb- düşmədiyini müəyyənləşdirməmiş, işin nəticəsində maraqlı olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən guya torpaq sahəsi ayrılarkən tərtib edilmiş Ayrıc aktının koordinatlarının olmadığına dair aşkar şəkildə verdikləri yalan məlumatlar əsasında iş üzrə yanlış nəticəyə gəlmişdir.

29. İddiaçı firması mübahisələndirmə iddialarına aid edilən sözügedən iddia tələbi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanun la müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddianın mümkünlüyü ilə bağlı qeydlər-mübahisələndirilən inzibati aktın mövcud olub-olmaması

35. Belə ki, hazırkı iş üzrə iddiaçı üçüncü şəxsin adına olan inzibati aktı mübahisələndirir.

36. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yax ud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

38. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

39. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də c avabdehin inzibati aktın qəbul edilməsində ifadə olunan hərəkətlərinin şəxsin hüquqlarına müdaxilə təşkil etməsidir.

40. Nəzərə alınmalıdır ki, hazırkı işin konteksində qeyd edilən tərzdə hüquqlara müdaxilə o halda baş verəcək ki, iddiaçının mübahisələndirdiyi inzibati akt həqiqətən mövcud olmuş olsun.

41. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, X5 xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktublarına əsasən Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və həmin sərəncam əsasında Abdullayev Arif Nəzər oğluna 1200 kv.m torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat aşkar edilməmişdir.

42. İşə baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən sənədlə rin məzmununu nəzərə almadan, mübahisələndirilən aktın həqiqətən mövcud olubolmamasını, başqa sözlə, cavabdeh tərəfindən mübahisələndirilən aktın qəbulu istiqamətində hər hansı araşdırma aparmadan iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul etmişlər.

43. Halbuki, işə baxan məhkəmə mübahisələndirilən inzibati aktın mövcudluğu ilə bağlı müvafiq sorğular verməli, arxivdə və digər orqanlarda həmin aktın aşkar edilməməsi səbəblərini araşdırmalı, cavabdehin eyni tarixli eyni nömrəli başqa aktının olubolmamasını müəyyən etməli, başqa sözlə, həqiqətən cavabdeh tərəfindən belə bir inzibati aktın qəbul edilib-edilmədiyini araşdırmalıdır. Başqa sözlə, iş materiallarından cavabdeh tərəfindən belə bir inzibati aktın qəbul edilməsi, lakin arxivdə aşkar edilməməsi, yaxud ümumiyyətlə belə bir inzibati aktın qəbul edilməməsi ilə bağlı məlumatları əldə etmək mümkün deyil və bu istiqamətdə məhkəmə araşdırması natamamdır.

44. Belə ki, cavabdeh tərəfindən inzibati aktın qəbul edilmədiyi müəyyən olunarsa bu halda iddia mümkün sayılmamaqla, iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinə qarşı iddia qaldırmaqla onun hərəkətlərinin qanunsuzluğunun mübahisələndirilməsi (mövcud olmayan inzibati akt əsasında qeydin aparılmasının qanuniliyi) və çıxarışın ləğv edilməsi ilə bağlı iddia qaldırmağa dair hüquqi yardım edilməlidir. Üçüncü şəxsə aid torpaq sahəsinin dövlət yaxud bələdiyyə mülkiyyətində olmasına dair işin hallarının araşdırılmaması

45. Kassasiya şikayətinin mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən xüsusi halı – mübahisələndirilən sərəncam qəbul edilən anda - xx.xx.2004-cü il tarixdə həmin torpaq sahəsinin bələdiyyə və ya dövlət mülkiyyətində olmasını xidməti vəzifəsinə görə hərtərəfli araşdırmağa borclu olduğu halda bunları etməmişdir.

46. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidirsə, bununla bağlı dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmalı və bu barədə müvafiq registrdən çıxarış verilməli idi. Lakin nə iddiaçı, nə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həmin sənədləri məhkəməyə təqdim etməmiş və yuxarıda göstərilən qeydiyyatın aparılmasını təsdiq edən hallar məhkəmədə sübuta yetirilə bilinməmişdir. Eləcə də, apellyasiya məhkəməsi ilkin torpaqayırma sənədlərini, X13nın məlumatlarını və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq islahatı həyata keçirilərkən tərtib olunmuş bələdiyyə ərazilərinin xəritələrini tələb edərək əldə etməmişdir.

47. İstər iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan, istərsə də, mütəxəssis və ekspert rəylərində göstərilmişdir ki, bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli qurum tərəfindən başa çatdırılmadığından mübahisələndirilən torpaq sahəsinin dövlət, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi (yaxud Səbail rayon Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torp aq sahəsi) olmasını müəyyən etmək mümkün olmamışdır.

48. Halbuki, digər inzibati iş (üçüncü şəxsə plan-ölçü sənədinin verilməsi tələbinə dair) üzrə məhz həmin orqanın verdiyi mütəxəssis rəyi əsasında tərtib edilən ekspert rəyində torpaq sahəsinin dövlət torpağı olması qeyd edilmişdir. Bundan əlavə, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində Abdullayev Arif Nəzər oğlunun və X3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair sahənin plan ölçü sənədlərində göstərilən koordinatlar əsasında onun xüsusi mülkiyyət qeydə alınadək dövlət, yoxsa bələdiyyəyə məxsus olması ilə bağlı suala torpağın vahid elektron kadastr baza məl umatlarına əsasən ümumi ərazi Dövlət mülkiyyətində olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməməsi ilə kimi cavab verilmişdir.

49. Göründüyü kimi, eyni qurum tərəfindən verilmiş rəylər arasında ziddiyyət var və bu ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansı əlavə araşdırma aparılmamışdır.

50. Bundan əlavə, iş materiallarına əlavə edilmiş (üçüncü şəxs tərəfindən təqdim edilmiş) “X9 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilən sxem ilə sonradan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəylərində göstərilən sxemlər arasında ciddi ziddiyyətlər mövcuddur.

51. Belə ki, “X9 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus ayrıc aktı ilə mübahisələndirilən torpaq sahəsinin bir hissəsi üst-üstə düşür, üçüncü şəxs Abdullayev Arif Nəzər oğlunun bacısı X8 məxsus 0,12 ha torpaq sahəsi isə üst-üstə düşmür. Lakin iddiaçıya məxsus kadastr planına əsasən həm üçüncü şəxslərin, həm də X7 torpaq sahələri bütövlükdə üst-üstə düşür.

52. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş mütəxəssis rəyindən və həmin rəy əsasında tərtib edilən ekspert rəyindən görünür ki, müqayisəli tədqiqat iddiaçıya məxsus kadastr planı əsasında aparılmışdır.

53. Digər tərəfdən, kassatorun da əsas dəlillərindən biri müqayisəli tədqiqatın iddiaçıya məxsus kadastr planına deyil, ayrıc aktına uyğun aparılmasıdır.

54. Lakin, nə birinci, nə də ape llyasiya instansiyası məhkəməsi “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə işdə olan digər mütəxəssis və ekspert rəylərinin qarşılıqlı təhlilini aparmamış, mübahisələndirilən torpaq sahələrinin həm faktiki, həm də sənəd üzrə üst-üstə düşməsinin real əsaslarını müəyyən etməmişdir. İşin hallarından asılı olaraq iddiaçının hüquqi marağına uyğun iddia qaldırmaqla bağlı hüquqi yardımın edilməsi zərurəti

55. Məhkəmə kollegiyası hesab edir ki, əgər üçüncü şəxsə ayrılmış torpaq sahəsinin ayrılan anda dövlət mülkiyyətində olması mötəbər sübutlarla təsdiq edildiyi halda, iddiaçının tələbi mübahisəli torpağa dair üçüncü şəxsin adına olan inzibati aktın ləğvinə deyil, etibarsızlığı ilə bağlı olmalıdır.

56. Belə ki, bələdiyyə tərəfindən mülkiyyətində olmayan (ona ayrılmam ış) torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti yoxdur və bu qəbildən olan aktlar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktlardır.

57. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən qərarın əsaslandırma hissəsində yazmışdır ki, bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2004-cü il tarixli 8 73 nömrəli sərəncamı Səbail Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının maraqlarına toxunduğuna görə mübahisələndirilən sərəncam etibarsız hesab edilməlidir.

58. Halbuki, iddiaçının tələbi xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamın ləğvidir və birinci instansiya məhkəməsinin nəticəsi də sərəncamın ləğv ilə bağlı olmuşdur. İddianın mümkünlüyü ilə bağlı qeydlər- müddətlə bağlı şərtlərə riayət edilibedilməməsi

59. Yuxarıda qeyd edildiyi kimi, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Hazırkı iddia bələdiyyə sərəncamının ləğvi ilə bağlı olduğundan mübahisələndirmə haqqında iddia növünə aidd ir. Mübahisələndirmə haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətidir.

60. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin 2004-cü il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi sərəncam xx.xx.2011-ci ilədək qəbul edilmişdir.

61. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məluma olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.

62. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş ak tların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab verməd iyindən mümkün sayılmamalıdır.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, üçüncü şəxs Abdullayev Arif Nəzər oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2023-cü il tarixli 2-1(103)-466/2024 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

64. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

65. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın mümkün sayılmaması tələbinə aid hissədə təmin oluna bilməz.

66. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2-1(103)-466/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar