Məhkəmə qərarları › İş №2-1(102)-1378/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1378/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1378/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1378/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2-1(107)-24/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 1999-cu il tarixdən 14 mart 2009-cu il tarixədək gözdən İ qrup əlil olan mərhum qayınatası Nəsib Cabbarova qulluq etdiyi və qayğısına qaldığı illərin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 16 may 1999-cu ildən 14 mart 2009-cu ilədək gözdən İ qrup əlil olan mərhum qayınatası Nəsib Cabbarova qulluq etdiyi illə rin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 16 may 1999-cu il tarixdən 14 mart 2009-cu il tarixə kimi gözdən İ qrup əlil, mərhum qayınatası Nəsib Cabbarova qulluq etmiş və qayğısına qalmışdır. Qeyd olunan illərin sığorta stajına daxil edilməsi üçün 09 fevral 2018-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu prosessual qanunvericiliklə müəyyən edilmiş 35 gün müddətin keçməsinə baxmayaraq ərizəyə cavab verməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2-1(84)-871/2018 saylı qərarı (hakim Rüfət Məcidov) i lə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 16 may 1999-cu il tarixdən 31 dekabr 2001-ci il tarixədək və 01 yanvar 2003-cü il tarixdən 14 mart 2009-cu il tarixədək İ qrup əlil mərhum qayınatası Nəsib Cabbarova qulluq etdiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Şəki şəhər-rayon İHB-nın Qoxmuq kənd nümayəndəsi və daha 4 nəfər kənd sakininin iştirakı ilə tərtib və təsdiq edilmiş aktla öz təsdiqini tapan iddiaçının qayınatasına qulluq etməsi faktı o zaman qüvvədə olan qanunvericiliyə əsasən həmin müddət qulluğu həyata keçirən şəxsin iş stajına daxil edilməlidir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından iddiaçı nın 2002-ci il tarixdə 1 il müddətinə sosial sığorta ödəyicisi olduğu müddət artıq ona iş stajı kimi nəzərə alındığından, 2002-ci il tarixdə qayınatasına qulluq etdiyi dövr təkrar sosial sığorta stajı kimi nəzərə alına bilməz. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2-1(107)-24/2019 saylı qərarı ilə (sədrlik edən hakim Rafail Əliyev, hakimlər Mirbahəddin Hüseynov və İmanverdi Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının qayınatası 14 mart 2009-cu ildə vəfat etmiş, lakin bu müddət ərzində qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir qəyyumluq təyin olunmamış və xidmətin faktiki olaraq həyata keçirilməsi barədə hər hansı bir müayinə aktı tərtib edilməmişdir. 27 yanvar 2018-ci il tarixdə Şəki ŞRİH başçısının Qoxmuq inzibati ərazi dairəsi üzrə nümayəndəsi və 4 nəfər kənd sakini iştirakları ilə tərtib edilmiş akt qanunvericiliyə uyğun olmadığından müayinə aktı kimi qəbul edilə bilməz. Çünki İ qrup əlilə qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı icra hakimiyyəti orqanlarının, cavabdeh inzibati orqanın nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə əsasən tərtib oluna bilərdi. Birinci instansiya məhkəməsinin istinad etdiyi akt isə şəxsin sağlığı dövründə deyil, daha sonra tərtib edilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, onun mərhum qayınatasına qulluq etməyə başladığı dövrdə qüvvədə olan qanunvericiliklə qulluğa ehtiyacı olan şəxslərə qəyyumun təyin edilməsi nəzərdə tutulmamışdır. “Qəyyumluq haqqında” Azərbaycan Respublikası Qanununa 23 noyabr 2013-cü il tarixdə edilmiş dəyişikliyə görə, İ qrup əlilə baxmağa görə pensiya təyin edilərkən qəyyumun təyin edilməsi, müayinə aktının olması müəyyən edilmişdir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin `217, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15-ci maddələri, Azərbaycan Respubılikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının t əsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 23 mart 1983-cü il tarixdə Kamil Cabbarov ilə nikaha daxil olmuş və ona Cabbarova soyadı verilmişdir. İddiaçının əri Kamil Cabbarov 13 sentyabr 1960-cı il tarixdə doğulmuş və iddiaçının qayınatası olmuş Nəsib Cabbarov onun atası olmuşdur. 1928-ci il tarixdə doğulmuş iddiaçının qayınatası 28 avqust 1996-cı il tarixdən birinci qrup əlil olmuş və onun daim kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. İddiaçı 16 may 1999-cu il tarixdən 14 mart 2009-cu il tarixədək İ qrup əlil mərhum qayınatası Nəsib Cabbarova qulluq etmiş və sonuncu 14 mart 2009-cu il tarixdə ölmüşdür. İddiaçının mərhum qayınatasına qulluq etməsi Şəki Şəhər-Rayon İcra Hakimiyyəti başçısının Qoxmuq kəndindəki nümayəndəsi və 4 nəfər Qoxmuq kənd sakini iştirakı ilə tərtib edilmiş və təsdiq edilmiş 27 yanvar 2018-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı qayınatasına qulluq etdiyi illərin iş stajına daxil edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciəti 12 fevral 2018-ci il tarixdə çatdırılmasına b axmayaraq, cavabdeh hərəkətsizlik göstərərək müraciətə münasibət bildirməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə k ollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum qaynatası üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada onun himayəçiliyi təyin edilmədiyindən, habelə səlahiyyətli orqanlar tərəfindən qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı tərtib olunmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı apellyasiya məhkəməsinin bu mövqeyni o əsasla mübahisələndirmişdir ki, 1999-cu ildə yaranmış münasibətlərə hazırda qüvvədə olan qanunvericiliyin müddəalarının tətbiqi düzgün olmamışdır. Beləliklə, mübahisəli məsələ iddiaçının istinad etdiyi halın zamana görə tənzimlənmə qaydası ilə bağlıdır və məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmas ını zəruri hesab edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 02 aprel 1999-cu il tarixində olan redaksiyasına görə (bundan sonra mətndə - Qanun): - 3-cü maddəsənin “j” bəndinə əsasən, qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır:1 qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 75 yaşına çatmış qocalara qulluq edən şəxslər; - 67-ci maddəsinin üçüncü hissəsinin “d” bəndinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 75 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. Maddələrin tələblərindən göndüyü kimi, 1999-ci ilə münasibətdə 1 qrup əlilə qulluq edən şəxslərin pensiya hüququnun yaranmasının əsasları müəyyən edilmişdir. Lakin istinad edilən qanunun 3-cü maddəsinin mətnindən göründüyü kimi, yalnız qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə qulluq etmiş şəxsin əmək pensiyası almaq hüququ yaranmış olur. Bu növ pensiya hüququnun yaranmasının şərtinə qanunun 67-ci maddəsinə əsasən qulluq müddətinin iş stajına daxil edilməsi aiddir. Həmin Qanunun 69-cu maddəsinin üçüncü hissəsində müəyyən olunmuşdur ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı il tarixə qədər qüvvədə olmuşAzərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının t əsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə əsasən, İ qrup əlilə, 16 yaşa qədər əlil uşağa, 75 yaşa çatmış qocalara xidmət dövrü aşağıdakılara əsasən müəyyən olunur: - xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı; - əlillikdə olmanın (İ qrup əlillər və əlil uşaqlar üçün) və yaşı (qocalar və əlil uşaqlar üçün) təsdiq edilən sənədlər. Xidmətin faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələri, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən sosial təminat şöbəsi tərəfindən tərtib olunur. Eyni mahiyyətli tələblər həmçinin zamana görə qüvvədə olmuş Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının11 dekabr 1996-cı il tarix li, 10-7 saylı qərarı ilətəsdiq edilmiş və Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi tərəfindən29 dekabr 1996-cı il tarixdə 22 sayla qeydiyyata alınmış «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqındaİzahatın 4-cü bəndində (“Qulluğa görə iş stajının müəyyən edilməsi qaydaları”)də göstərilmişdir. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, iddiaçının əsaslandığı hallarla bağlı zamana görə qüvvədə olmuş qanunvericilikdə də həmçinin müvafiq yaşa çatmış qocalara qulluq etmiş şəxslərin iş stajının müəyyən edilməsi üçün xidmətin həyata keçirilməsi barədə müayinə aktının təqdim edilməsi tələb olunmuşdur. Həmin aktın tərtib edilməsi isə sosial təminat şöbəsinin səlahiyyətinə aid edilmiş və şöbə tərəfindən alınmış bir sıra mə lumatlar əsasında, o cümlədən qonşuların ifadələri əsasında müayinə aktının tərtibi nəzərdə tutulmuşdur. Qeyd eidlmiş akt şəxsin vəfatından sonra deyil, həmin dövr ərzində tərtib edilməsini ehtiva etmşdir ki, apellyaiya məhkəməsi tərəfindən iddiaçının sübut növü kimi təqdim etdiyi 24 yanvar 2018-ci il tarixli akta düzgün qiymət verilmişdir. 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həmin tarixdə olan: - 21.2.4-ci maddəsinə əsasən, sığortaolunanınsığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə aşağıdakı müddətlər daxil edilir: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. Həmi n maddənin 14 aprel 2009-cu il tarixə qədər olan redaksiyası: - 21.2.4-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə aşağıdakı müddətlər daxil edilir: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 21.2.4-cümaddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Zamana görə qü vvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 saylı qərarı ilətəsdiq edilmiş və Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi tərəfindən 10 oktyabr 2007-cı il tarixdə 3364 sayla qeydiyyata alınmış «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının: - 2..4-ci bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş onları saxlamağa borclu olan qohumlarının — atanın, ananın, (ögey atanın, ögey ananın) oğulun, qızın, (ögey oğulun, ögey qızın) ərin, arvadın, qardaşın, bacının, babanın, nənənin və nəvənin sosial sığorta staj ına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. 70 yaşına çatmış qocalara və digər şəxslərin İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, onların üzərində qanunvericiliklə təyin edilmiş qəyyumlarının (himayəçilərinin), qəyyum (himayəçi) təyin edilmədikdə isə qulluq müddəti məhkəmə qaydasında müəyyən olunduqdan sonra sosial sığorta syajına daxil edilir. İ qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, 70 yaşına çatmış qocalara qulluq dövrü aşağıdakılara əsasən müəyyən olunur: - qulluğun faktiki həyata keçirilməsi barədə müayinə aktı; - əlillikdə olmanı və ya sağlamlıq imkanlarının məhdudluğunu (İ qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün) və yaşı ( 70 yaşına çatmış qocalar və sağlamlıq imkanl arı məhdud 18 yaşınadək uşaqlar üçün) təsdiq edən sənədlər. Qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı mənzil idarələrindən, yerli icra hakimiyyəti orqanlarından alınan məlumatlara, qulluq göstərilən şəxsin və sair məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin işçiləri tərəfindən tərtib olunur. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, 1 qrup əlillərə qulluq dövrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən hesablanan müddət kimi sığorta stajına daxil edilir. Həmin qaydaların tələblərinə görə isə, qulluq edən şəxslər bir halda dairəsi müəyyən edilmiş qohumlar olmalı, digər halda isə qanunvericiliyə uyğun qaydada qəyyum təyin edilməlidirlər. Həmin şəxlər tərəfindən qulluq müddəti digər şərtlərin yerinə yetirilməsi əsası ilə, o cümlədən sosial təminat şöbələri tərəfindən tərtib edilmiş müayinə aktı təqdim edildiyi halda sosial sığorta stajına daxil edilə bilər. İşin hallarına görə isə iddiaçıya münasibətdə bu şərtlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Yəni, iddiaçı saxlamağa borclu olan qohumların dairəsinə aid edilməmiş, qanunveriicliklə müəyyən edilmiş qaydada qəyyum təyin edilməmiş, habelə təqdim etdiyi “Akt” qanunvericiliyin tələblərinə cavab verməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsaən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində gös tərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli, 2-1(107)-24/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar