Məhkəmə qərarları › İş №2-1(102)-1378/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1378/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1378/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: maliyyə sanksiyasının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “maliyyə sanksiyalarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "Sinteks” MMC xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "CROCODİLE” mağazasının "PAUL & SHARK” və "HUGO BOSS” brendlərinin əmtəə nişanlarını qanunsuz olaraq vitrin şüşəsinə əlavə etdiyini, halbuki həmin brendlərin əmtəə nişanlarının aşağıda göstərilən Əqli Mülkiyyət Agentliyinin verdiyi bildirişlərə və WİPO qeydiyyatına əsasən (WİPO qeydiyyat nömrələri -496286 saylı "PAUL & SHARK yachtinq”; 75 4225 saylı "HUGO BOSS”) Azərbaycan Respublikasında qorunduğunu və müvafiq müqavilələr əsasında onların rəsmi idxal və təmsil etmək hüququ ilə "Sinteks” MMC-yə məxsus olduğunu bildirərək, "CROCODİLE” mağazasının vitrin şüşələrində yuxarıda göstərilən brendin əmtəə nişanlarının yığışdırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. 2. "SİNTEKS” MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə "PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan "DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "SİNTEKS” MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə "HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. 3. "SİNTEKS” MMC xx.xx.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor online məlumat bazasında "HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim emişdir.

4. Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən "DAMA S.P.A” (ünvan: VİA Piemonte 174, 1-21100 VARESE (İT) adına qeydiyyata alınan 496286 saylı "PAUL & SHARK yachting” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 05, 09, 14, 16, 18, 21, 22, 23, 24, 25, 28, 30, 34 və 35-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 2 avqust 2025-ci il tarixinə qədər qüvvədədir.

5. Təqdim edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2019-cu il tarixli bildirişinə əsasən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən 754225 saylı "HUGO BOSS” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 09, 14, 18, 24, 25, 28, 35 və 42-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 8 fevral 2021-ci il tarixinə qədər qüvvədədir.

6. Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli AİBNDX-05/01- 5/2080 №li və xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-5/33 №li məktublarla "CROCODİLE” adlı mağazanın sahibi X3 müraciət olunaraq, müvafiq olaraq "PAUL & SHARK” və "HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə "PAUL& SHARK” və "HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur.

7. X4 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktublarla (daxiloma qeydiyyatları: 5/74, xx.xx.2021-ci il və 5/125, xx.xx.2021-ci il) bir sıra məl umatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam şəkildə Xidmətə təqdim edilməmişdir. 8. "SİNTEKS” MMC yenidən 005 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən "CROCODİLE” adlı mağazanın "PAUL & SHARK” və "HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyini bildirmişdir. Məktuba əlavə edilmiş kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən olunmuşdur.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” 15 mart 2021-ci il tarixli qərarı ilə qeydiyyat ünvanı AZ 1010, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 60 olan fiziki şəxs X4 (VÖEN: **********) barəsində "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X3 (VÖEN: **********) "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinin beşinci abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 5 faizi miqdarında, yəni 2.818,77 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” 11 iyun 2021-ci il tarixli göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 09 iyun 2021ci il tarixli qərarı ilə iddiaçı barəsində tətbiq edilmiş 2818,77 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Antiinhisar qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyasının tətbiq edilməsi və işə baxılmasının dayandırılması haqqında” 25 iyun 2021-ci il tarixli qərarı ilə Xidmət tərəfindən verilmiş icrası məcburi olan xx.xx.2021-ci il tarixli Göstərişi (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) yerinə yetirmədiyi üçün qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X3 (VöeN: **********) "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzasına əsasən 2021-ci ilin mart-may ayı ərzində əldə etdiyi 56.375,48 manat gəlirin 10 faizi miqdarında, yəni 5637,55 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının ödən ilməsi haqqında” 29 iyun 2021-ci il tarixli Göstərişi ilə qeydiyyat ünvanı AZ 1010, ünvan 4 ünvanı isə AZ 1095, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9 olan fiziki şəxs X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli FA-07 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının 25 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş 5637,55 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq təqdim olunmuş hesaba köçürülməsi tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Resp ublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixli,FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021-ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, xx.xx.2021-ci il tarixli qərarla tətbiq olunan, xx.xx.2021-ci il tarixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyalarının ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli, FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixli FA- 07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli qərarların ləğv olunması, hüquqi nəticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021ci il tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021 -ci il tarixli göstərişlə tələb olunan 2.818,77 manat, xx.xx.2021-ci il tarixli qərarla tətbiq olunan, xx.xx.2021-ci il t arixli göstərişlə tələb olunan 5.637,55 manat maliyyə sanksiyalarnın ləğv olunması (geri çağırılması), Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci il tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barələrində apardığı araşdırmaya xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

16. Daha sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərarlarının ləğv olunması, hüquqi n əticələri olmayan kimi qiymətləndirilməsi, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021 tarixli FA07 əmrlə yaradılmış komissiyanın xx.xx.2021 tarixli qərarı ilə tətbiq olunan, xx.xx.2021 tarixli göstərişlə tələb olunan 2 818,77 manat, xx.xx.2021-ci il tarixli qərarla tətbiq olunan, xx.xx.2021 tarixli göstərişlə tələb olunan 5367, 55 manat maliyyə sanksiyalarının ləğv olunması (geri çağırılması) və Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021 tarixli FA-07 əmrlə yaradılmış komissiyanın barəsində aparılmış araşdırmaya xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur.

17. İddiaçı iddia ərizəsində (və ona əlavələrdə) göstərmişdi r ki, Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) xx.xx.2021-ci il tarixli qərarla tələb olunan sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq etmiş və tələb etdiyi sənədləri sadalamışdır. xx.xx.2021-ci il tarixli göstəriş ilə tətbiq olunmuş 2.818,77 manat maliyyə sanksiyasının ödənilməsi və qərarda sadalanan sənədlərin 3 gün ərzində təqdim edilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixli qərarla qurum xx.xx.2021-ci il tarixli göstəriş (çıxış nömrəsi: G00059, xx.xx.2021-ci il) yerinə yetirmədiyi üçün 5.637,55 manat maliyyə sanksiyası tətbiq etmiş və xx.xx.2021-ci il tarixli göstəriş ilə bu məbləğin göstərilən hesaba köçürülməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixli qərar xx.xx.2021 -ci il tarixində, xx.xx.2021-ci il tarixli göstəriş xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli qərar xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixli göstəriş xx.xx.2021-ci il tarixində ünvanına daxil olmuşdur. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra qurum) "Sinteks” MMC-nin onlara olan müraciəti əsasında barəsində iş qaldırmışlar. Bundan sonra araşdırmalar üçün müxtəlif tarixlərdə iclaslar keçirilmiş, iclaslarda təmsilçisi iştirak etmiş, iş qaldırılması üçün qanuni əsasların olmadığı, qəbul edilən qərarlar üçün qurumun səlahiyyətli olmadığı, tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunmuş, mövqelə rinin hər bir məqamı müvafiq qanunvericilik aktları ilə birlikdə təqdim olunmuşdur. Qərarlarda tələblər iclaslardakı çıxışlarından, müraciətlərindən sonra dəfələrlə dəyişdirilmiş, qurum tərəfindən faktiki olaraq yanlışlığı qəbul edilmiş, lakin buna baxmayaraq onlara maliyyə sanksiyası tətbiq olunmuşdur

18. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Sinteks” məhdud məsuliyyətli cəmiyyətinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 7/9 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən "DAMA S.P.A” şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2020 -ci il tarixli 305 №li müraciəti (daxiloma qeydiyyatı: xx.xx.2020, 5/1626) daxil olmuşdur. Müraciətdə "CROCODİLE” adlı mağazada "DAMA S.PA” şirkətinə məxsus "pAuL & SHARK” və "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanından qeyri- qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "SİNTEKS” MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə "PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan "DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "SİNTEKS” MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə "HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar "CROCODİLE” adlı mağazanın sahibi X1 Xidmətin xx.xx.2020-ci il tarixli AİBNDX-05/01 -5/2080 nömrəli məktubu ilə "PAUL & SHARK” və xx.xx.2021-ci il tarixli AİBNDX-05/01-5/33 nömrəli məktubu ilə isə "HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə "PaUl & SHARK” və "HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi xahiş olunmuşdur. X4 tərəfindən daxil olmuş məktublarla (daxiloma qeydiyyatları: 5/74, xx.xx.2021-ci il və 5/125, xx.xx.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "SİNTEKS” MMC-nin 005 nömrəli xx.xx.2021-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/155,, xx.xx.2021-ci il) ilə ünvan 2 ünvanında yerləşən "CROCODİLE” adlı mağazanın "PAUL & SHARK” və "HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözü gedən ünvanda fiziki şəxs X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "SİNTEKS” MMC xx.xx.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında "HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənəd lərin surətini təqdim etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla X2 fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması xx.xx.2021-ci il tarixinə təyin edilərək, müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. X4 lazımı sənədləri təqdim etməmiş və bu səbəbdən Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli Qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə fiziki şəxsə xx.xx.2021-ci il tarixli Göstəriş verilmişdir. Lakin Göstəriş icra edilməyərək, tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Xidmətə təqdim olunmamışdır.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/ 2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia tələbi təmin edilməmişir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarlardan görünür ki, "Sinteks” MMC-nin iddiaçının fəaliyyət göstərdiyi "CROCODİLE” adlı mağazada "DAMA S.PA” şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən "CROCODİLE” adlı mağazanın sahibi X1 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən müv afiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir.

21. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: P.A.Hüseynov və C.A.Yusifov) apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1631/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinh isar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur.

24. İddiaç ı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə, “Əməətə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 33, 34-cü maddələrinə, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqınd a” Qanunun 3, 21-27-ci maddələrinə və İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirir.

26. Qeyd edilir ki, Şikayətçi "xxxx" MMC iddiaçı tərəfindən, onun mağazasında (Rəsul Rza 7/9) qanunsuz istifadəni təsdiq edən heç bir materialı cavabdehə verməmişdir, iş materiallarında belə bır fakt yoxdur. İddiaçının mağazasında “Hugo Boss” və ya “Paul Shark yachting” əmtəə nişanlı malların mənşəyi bəlli olmadan, qanunsuz satıldığını təsdiq edən heç bir fakt iş materiallarında yoxdur. Çünki belə bir hal ümumiyyətlə olmamışdır. Mağazada heç bir yoxlama, təhqiqat aparılmamışdır. İddiaçı tərəfindən əmtəə nişanları üzrə malların uçotu aparılmamaqdadır, buna qanunvericilik nəinki icazə verir hətta belə bir u çotun qaydalarını müəyyən edir (vergilər məcəlləsi maddə 139,4). Orijinal malların (əmtəə nişanının sahibi tərəfindən və ya onun razılığı İlə üzərində əmtəə nişanları yerləşdirilən) alınması, idxalı, kommersiya fəaliyyətində istifadəsində heç bir məhdudiyyət yoxdur. Orijinal malların kommersiya fəaliyyətində istifadə olunması üçün mənşə sertifikatının olması qanunvericilikdə tələb olunmur. "xxxx" MMC-nin, nə digər başqa bazar oyunçusunun eyni ilə iddiaçı kimi belə bir sertifikatı yoxdur, ona görə ki belə bir sertifikat tərtib olunması qətiyyən mümkün deyildir. Şikayətdə “Sinteks" MMC özünü zərərçəkən kimi təqdim etmişdir, amma bu şəxs respublikaya malların idxalı ilə, satışı ilə məşğul olmur. İş materiallarında françayzınq müqaviləsi başqa hüquqi şəxslər arasında bağlanmışdır. Müstəsna Hüq uq sahibi xarici şəxs tərəfindən verilən etibarnamə "xxxx" MMC-ni hüquq sahibinə çevirmir.

27. Daha sonra qeyd edilir ki, məhkəmənin gəlmiş olduğu nəticə tamamilə yanlışdır. Nəticədən belə çıxır ki, iddiaçının göstərilən əmtəə nişanlarından qanunsuz istifadəsi müəyyən və təsdiq olunmuş, əmtəə nişanından istifadə üçün tələb olunan sənədləri təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki heç cavabdehin özü belə bu nəticəyə gəlməmiş, araşdırmasını sonlandırmamış. araşdırmanın sonlandırılması, yekun qərar verilməsi üçün əmtəə nişanlarından istifadəni təsdiq edən sənəd və ya bu barədə izahat, həmçinin konkret əmtəə nişanlı malların mücərrəd tarixlərlə bağlı istifadəsi, alışları, qalıqları, satışları, bu satışlardan əldə olunan gəlirlər barədə hesabat xarakterli sənədlərin tələb edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə

11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subye ktlərinin vəzifələri

1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. Maddə

12. Maliyyə sanksiyaları

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək ma liyyə sanksiyası; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. 30. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu Ma ddə

3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.2 Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə

25. Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsin də sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Maddə

32. Qeydə alınmış əmtəə nişanına və coğrafi göstəriciyə dair hüquqların pozulması Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.... Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti. Maddə

34. Hüquqların pozulmasına görə sanksiyalar Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.... Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibin in tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. 31. “Antinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1 Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında”, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ- hüquqi aktlardan ibarətdir. Maddə

3. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra ha kimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. Maddə 16.1 Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati- idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” "Anti inhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən ed ir. Bənd 1.1 Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. Bənd 2.1 Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. Bənd 2.2 Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. Bənd 2.3 Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. Bənd 2.4 Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlə dən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. Bənd 2.10 Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. Bənd 2.12 Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

34. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apel yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.

38. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna b ilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Mübahisələndirilən qərarlardan görünür ki, "Sinteks” MMC-nin iddiaçının fəaliyyət göstərdiyi "CROCODİLE” adlı mağazada "DAMA S.P.A” şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz isti fadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən "CROCODİLE” adlı mağazanın sahibi X1 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X4 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində maliyyə sanksiyaları tətbiq edilmişdir

41. İddiaçı inzibati orqana qarşı hazırkı iddia ilə müraciət etmiş, yuxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir.

42. Apellyasiya şikayətində olduğu kassasiya şikayətində də iddiaçı cavabdehin "Sinteks” MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırması, bundan sonra araşdırmalar üçün müxtəlif tarixlərdə iclaslar keçirilməsi, iclaslarda təmsilçisi iştirak etməsi, iş qaldırılması üçün qanuni əsasların olmadığı, qəbul edilən qərarlar üçün qurumun səlahiyyətli olmadığı, tələb etdikləri sənədlərin mücərrəd olduğu, icrası üçün dəqiqləşdirilməli olduqları barədə dəfələrlə həm şifahi, həm yazılı müraciətlər olunması, Qərarlarda tələblər iclaslardakı çıxışlarından, müraciətlərindən sonra dəfələrlə dəyişdirilməsi, qurum tərəfindən faktiki olaraq yanlışlıq qəbul edilməsi, lakin buna baxmayaraq onlara maliyyə sanksiyası tətbiq olunması kimi dəlillər irəli sürmüşdür.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin dəlillərə olan mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, "SİN TEKS” MMC 327 №li xx.xx.2020-ci il tarixli məktubu (daxiloma qeydiyyatı: 5/2425, xx.xx.2020-ci il) ilə "PAUL & SHARK” beynəlxalq əmtəə nişanın sahibi olan "DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "SİNTEKS” MMC-nin 330 nömrəli xx.xx.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2511, xx.xx.2020-ci il) ilə "HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. "SİNTEKS” MMc xx.xx.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/526, xx.xx.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında "HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə xx.xx.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim etmişdir.

44. Cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Sinteks” MMC-nin müraciəti əsasında iddiaçı barəsində iş qaldırmasının əsassız olmasına dair dəlili tətbiq edilən hüquq normaları baxımından da təsdiqini tapmır.

45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu barədə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Qaydaların 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar suby ektlərinin müraciətləri əsasında baxır.

46. İş materiallarından və mübahisələndirilən qərarlardan da aydın olur ki, cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də yuxarıda adı çəkilən Qaydaların 1.1-ci bəndinə uyğun olaraq bazar subyekti olan "Sinteks” MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırmışdır.

47. Həmçinin, iddiaçı apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də qeyd etmişdir ki, cavabdehin fəaliyyəti üçün əsas olan qanunvericilik normaları onu bazar subyektlərindən daxil olan şikayətlərə baxması ilə və bazar subyektlərinə yönəlik tədbirlərin görülməsi ilə məsul edir və məhdudlaşdırır. Bununla birgə "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi konkret və birmənalı şəkildə cavabdehin yalnız bazar subyektlərinə aid olan əmtəə markalarından istifadə halları ilə bağlı məsələlərə qarışa biləcəyi, araşdırma və s. tədbirlər görə biləcəyi göstərilməkdədir. Bazarın subyekti olmayan hüquq sahibləri ilə bazar subyektləri arasındakı münasibətlərin tənzimlənməsi başqa müstəvidə həll olunmalıdır ki, cavabdehin belə səlahiyyətləri mövcud deyildir. Ölkə qanunvericiliyinə görə bazar subyektlərinə aid olmayan, xarici ölkələrdə qeydiyyatda olan, dövlətimizin iştirakçısı olduğu beynəlxalq sazişlərlə, öhdəliklərlə qorunan əmtəə nişanları üzrə mübahisələr "Haqsız rəqabət haqqında” qanunla tənzimlənmyərək məhkəmələrdə baxılır.

48. Bununla bağlı da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, "Sinteks” MMC "PAUL & SHARK” və "HUGO BOSS əmtəə nişanları sahiblərinin maraqlarının müdafiəsi üçün lazımı səlahiyyətə malik olmaqla bazar subyektidir və cavabdeh Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.1-ci bəndinə uyğun olaraq bazar subyekti olan "Sinteks” MMC-nin onlara olan müraciəti əsasında iddiaçı barəsində iş qaldırmışdır.

49. Bundan başqa iddiaçı şikayətdə qeyd edir ki, iddiaçının satdığı mallar orijinaldır, mənşəyi məlumdur, şəffaf şəkildə d əyəri ödənilməklə əldə edilərək qanuni yollarla ölkəmizə idxal olunmuşdur.Əmtəə nişanlarının, markalarının sahibləri tərəfindən və ya onların razılığı ilə üzərlərinə yerləşdirilən əmtəə nişanlı, markalı (qısa olaraq orjinal mallar) digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan malların ölkəmizə idxal olunmasında heç bir məhdudiyyət yoxdur, bunu qadağan edən qanunvericilik aktları mövcud deyildir, əksinə belə bir halda istisna kimi məhudlaşdılmaması müddəası ("Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsi) mövcuddur.

50. Qeyd edilən dəlilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi malların idxalına və istifadəsinə hüquq verən mənşə sertifikatları və digər sənədlərin təqdim edilməsini təkrar iddiaçı ya təklif etməsinə baxmayaraq iddiaçı yalnız Gömrük rəsmiləşdirilməsinə istinad etməyə əsas vermiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli "İNVOYS”ları Kollegiyaya təqdim etmişdir.

51. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin "İNVOYS”larda "Paul&Shark” və "Hugo Boss” əmtəə nişanına aid məhsulların adları və onlar barədə məlumatlar mövcud deyildir. Qeyd edilən "İNVOYS”larda yalnız iddiaçının gömrükdən keçirdiyi müxtəlif məhsulların adları, məsələn, şalvar, sviter və.sair, həmçinin pambıq, yun materialdan olması, istehsal olunan ölkənin adı-Türkiyə, Çin və sair sadalanmışdır ki, bu siyahıdan əmtəələrin hansı nişana aid olduğu müəyyən olunmur.

52. Beləliklə, iddiaçının kassasiya şikayətində göstərdiyi arqumentlər "Əmtəə nişanları və coğrafi göstəricilər haqq ında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinin təsir dairəsinə düşmür. Mübahisələndirilən qərarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının "Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) Qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir.

53. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin poz ulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmu ş müvafiq nəticələrə səbəb olur. Mübahisələndirilən qərarlardan görünür ki, "Sinteks” MMC-nin iddiaçının fəaliyyət göstərdiyi "CROCODİLE” adlı mağazada "DAMA S.PA” şirkətinə məxsus "PAUL & SHARK” və "HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus "HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qanunsuz istifadə edilməsi barədə müraciəti ilə əlaqədar, cavabdeh inzibati orqan tərəfindən "CROCODİLE” adlı mağazanın sahibi X1 adları çəkilən əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə həmin əmtəə nişanlarından istifadənin dayandırılaraq, bu barədə Xidmətə məlumat verilməsi tələb edilmiş, lakin X4 tərəfindən müvafiq sənədlər Xidmətə təqdim olunmadığından, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq onun barəsində mali yyə sanksiyaları tətbiq edilmişdir.

54. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktlar, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati aktlar qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərarlar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə hazırki qərarda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğundur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-193/2023 saylı iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar