Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1378/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, X8, X5, X10 və X13) qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışa düzəliş edilməsi; yeni ünvan və texniki pasport verilməsi; işin hallarının tam və hərtərəfli araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İ darəsinə (üçüncü şəxslər X12, X8, X5, X10 və X13) qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) dövlət reyestrindən çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66.2 kv.m, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359.0 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla, onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-1668/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsində, 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X2 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X6 adına 1/6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissədə “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 k v.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X9 adına 1/6 hissədə (ü/s-51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış vermişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 70 saylı evə dair İddiaçı və başqalarının adına tərtib edilmiş **********24-10301 reyestr nömrəli texniki pasporta əsasən, torpaq sahəsinin faktiki sahəsi 0.21527 ha, tikinti altı sahə 0.07905 ha, digər sahələr 0.13622 ha təşkil edir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 70 saylı yaşayış evinin tikililərinin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu, İddiaçı faktiki istifadəsində olan tikililərin ümumi sahəsinin onun 1/6 payına düşən sahəyə uyğun olduğunu nəzərə alaraq, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən ona məxsus olan 1/6 hissənin İnşaat Norma və Qayd aları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı rəyə əlavə edilmiş planda ətraflı qeyd olunmuşdur.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililərin həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın döv lət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı məxsus 1/6 payının naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvanın (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) İddiaçı özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarım tikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir.
5. Qətnamədən üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı məhkəmə qətnaməsinin icra edilməsi və ayrıca hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin ona məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yük götürən divarlara malik olmaqla, vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən, müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinə dair onun adına olan (********** qeydiyyat nömrəsi ilə qeydə alınmış) dövlət reyestrindən çıxarışdan digər mülkiyyətçilərin adlarının çıxarılması, çıxarışda - “Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)” qrafasında daşınmaz əmlakın ümumi sahəsinin 66.2 kv.m göstərilməsi, “torpaq sahəsinin (ölçüsü, hektarla)” qrafasında torpaq sahəsinin ölçüsünün 359 kv.m göstərilməsi, naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilmiş həmin evə yeni ünvan verilməsi, qeyd edilən ev və torpaq sahəsi barədə göstərilən məlumatlar nəzərə alınmaqla, onun adına yeni texniki pasport tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin onun adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililərin həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan- sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin yaşayış evinin ona məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4 kv.m) onun sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarım tikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, cavabdeh inzibati orqan tərəfindən həmin qətnamə icra edilmiş, lakin yeni çıxarış verilən zaman digər mülkiyyətçilərin də adları həmin çıxarışda göstərilmiş, torpaq sahəsinin ölçüsü isə düzgün göstərilməmişdir. Belə ki, qeyd edilən paylı mülkiyyətdə olan daşınmaz əmlak artıq məhkəmə qətnaməsinə əsasən naturada ayrıldığına görə həmin əmlaka dair verilən çıxarışda digər mülkiyyətçilərin adları göstərilməməli, çıxarışda qətnamədə göstərilən məlumatlar öz əksini tapmalı və həmin evə dair texniki pasportda yalnız evin naturada ayrılmış hissəsi göstərilməli idi. Cavabdeh inzibati orqanın konstruktiv cəhətdən vahid olan bina kimi istinad etdiyi fərdi yaşayış evinin naturada ayrılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə naturada ayrılaraq onun mülkiyyətinə verilməli olan yaşayış sahəsinin ölçüsü və hissəsi, eləcə də istifadəsinə verilməli olan torpaq sahəsinin ölçüsü və yeri dəqiq göstərilmişdir. Cavabdeh öz səlahiyyətlərinə aid olan hərəkətləri etməkdən imtina edir. Bu səbəbdən, məhkəmə qətnaməsi ilə naturada ayrılaraq onun mülkiyyətinə verilən yaşayış sahəsindən və istifadəsinə verilən torpaq sahəsindən o, öz iradəsinə uyğun istifadə e tmək, həmin əmlak üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur.
9. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin, fərdi yaşayış evi vahid konstruktiv yük götürən divarlara malik olmaqla, vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmir. Həmçinin, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X6, 1/6 hissəsi X4, 1/6 hissəsi X2, 1/6 hissəsi - “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31,7 kv.m, 20,1 kv.m və 14,4 kv.m) İddiaçı, 1/6 hissəsi X1 və 1/6 hissəsi (ü/s-51,07 kv.m) isə X9 adına d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. Ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtib edilməsi zəruridir. Əks halda, payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özba şına tikililərin, daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyildir. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6467/2022 nömrəli qərardadı ilə X8, X5, X10, X3 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6467/2022 nömrəli qərardadı ilə X1 prosessual iştirakına xitam verilmiş, X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 04 noyabr 2022-ci il tarixli 21(112)-6467/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evindən naturada ayrılmış hissəsinə - ümumi sahəsi 66.2 kv.m ölçüdə olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ, 359 kv.m torpaq sahəsinə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla və həmin ayrılmış əmlaka yeni ünvan verilməklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı, 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi 6 nəfərin adına paylı mülkiyyət hüququ ilə qeydə alın mış, paylı mülkiyyətçilərdən biri olan hazırkı İddiaçı mülki məhkəmə icraatı qaydasında digər payçılara və üçüncü şəxs DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, payının naturada ayrılmasını mübahisələndirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-155/2019 nömrəli mülki iş üzrə payın naturada ayrılmasının mümkünlüyü ilə bağlı məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən ona məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ay rılmasının texniki cəhətdən mümkünlüyü barədə xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyi verilmişdir. Tədqiq olunan evdən İddiaçı payına düşən 1/6 hissənin naturada ayrılma variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Qeyd edilən ekspert rəyinə əsaslanaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililərin həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı çıxarışa əsasən həmin yaşayış evinin İddiaçı məx sus 1/6 hissədən ibarət payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv m) onun özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarım tikilisinin yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə istifadəsinə verilməsi qət edilmişdir. Sözügedən mülki iş üzrə əmlakın digər payçıları qətnamə ilə razılaşmış, qətnaməni mübahisələndirməmişlər. Həmin iş üzrə üçüncü şəxs qismində çıxış edən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi apelyasiya şikayəti verərək sözügedən fərdi yaşayış evinin naturada ayrılmasının qeyri-mümkün olmasını əsas gətirməklə, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan 31.7 kv.m, 20.1 kv.m və 14.4, kv.m olmaqla, cəmi 66.2 kv.m hissənin onun mülkiyyətində, həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarım tikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə istifadəsində qalması qət edilmişdir. Cavabdehin özünün də iştirakçısı olduğu mülki məhkəmə i craatında hüquqi qiymət verilmiş iddiaçıya aid hissənin naturada ayrılmasının mümkün olmaması kimi məsələlərə yenidən inzibati məhkəmə icraatında imtina əsası və ya etirazın dəlili kimi irəli sürülməsi yolverilməzdir. Beləliklə, iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuşdur. Belə olan halda, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılmış olduğundan, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər.
15. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-1668/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin hallarına görə, iddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, aparılan ətraflı araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsi ilə digər payçılara məxsus hissələr bir dam altında yerləşir. Həmçinin, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla, vahid dam örtüyündən ibarətdir. Fərdi yaşayış evinin “A” tikilisinin 1-ci mərtəbəsi digər mülkiyyətçinin, 2-ci mərtəbəsi isə iddiaçının mülkiyyətindədir. İddiaçı tərəfindən fərdi yaşayış evindəki payına ayrıca yeni çıxarışın və texniki pasportun tərtib edilməsi və yeni ünvan verilməsi iddia edilsə də, onun payı “A” tikilisinin 2-ci mərtəbəsində yerləşdiyindən və heç bir torpaq sahəsinə bağlı olmadığından müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
18. Belə ki, işin araşdırılan hallarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X4 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X2 adına 1/6 hissədə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X6 adına 1/ 6 hissədə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına 1/6 hissədə -“A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m, 14.4 kv.m) xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X1 adına 1/6 hissədə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, X9 adına 1/6 hissə (ü/s-51.07 kv.m) xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, çıxarışdan görünür ki, sahəsi 0.0539 ha olan torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla, yaşayış məntəqələri torpaqlarına aiddir. Hazırda iddiaçı qanun qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad edərək həmin qətnamə ilə iddiaçının is tifadəsində saxlanılmış və texniki pasporta əsasən X yarımtikilisinin yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinə və fərdi yaşayış evindəki payına vahid əmlak olaraq ayrıca yeni çıxarışın və texniki pasportun tərtib edilməsi və yeni ünvan verilməsini iddia edir, baxmayaraq ki, iddiaçının payı “A” tikilisinin 2-ci mərtəbəsində yerləşdiyindən və heç bir torpaq sahəsinə bağlı olmadığından müraciətin təmin olunmasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin göstərilən imtinası əsaslıdır və iddianın təmin edilməsi ilə bağlı məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. İddiaçıya məxsus hissə fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyindən, yəni birbaşa torpaqla bağlı olmadığından vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi mü mkün deyildir. Beləliklə, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən və iddiaçının fərdi yaşayış evindəki payı torpaq sahəsi ilə birləşik olmamaqla, ikinci mərtəbədə yerləşməsi səbəbilə iddia təmin edilə bilməz. Həmçinin, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı fərdi yaşayış evinin 1/6 hissəsi X6, 1/6 hissəsi X4, 1/6 hissəsi X2, 1/6 hissəsi - “A” tikilisi 2-ci mərtəbədən 2 otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv.m və 14.4 kv.m) İddiaçı, 1/6 hissəsi X1, 1/6 hissəsi (ü/s-51,07 kv.m) isə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
19. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Kassasiya şikayətində işin hallarına istinad edilərək qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi öz qərarında konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünə bilməməsini göstərsə də, hansı normaya əsasən belə nəticəyə gəldiyini əsaslandırmamış, qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tə ləblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərard ad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati müba hisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməs i hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
26. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə, ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər payçılarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir. Payın natur ada ayrılması isə texniki cəhətdən mümkün olmalı, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alınmalıdır.
27. Hazırkı işin hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, sahəsi 0.0539 ha olan torpaq sahəsində yerləşən 70 saylı 306.40 kv.m-dən ibarət fərdi yaşayış evi 6 nəfərin adına paylı mülkiyyət hüququ ilə qeydə alınmış, paylı mülkiyyətçilərdən İddiaçı mülki məhkəmə icraatı qaydasında digər payçılara və üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, payının naturada ayrılmasını mübahisələndirmiş, işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2 019cu il tarixli, 20664 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan tikililərə uyğun şəkildə tədqiq olunan evdən ona məxsus olan 1/6 hissənin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Tədqiq olunan evdən İddiaçı 1/6 payına düşən hissəsinin ayrılma variantı da rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur.
28. Ekspert rəyi əsas götürülərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 70 saylı yaşayış evinin İddiaçı adına olan 1/6 hissəsi və faktiki istifadəsində olan tikililə rin, həmin evin digər mülkiyyətçilərinin payından hazırkı işdəki ekspert rəyinə və rəyə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılması, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, həmin yaşayış evinin İddiaçı məxsus 1/6 payı naturada ayrılaraq, yaşayış evinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan (31.7 kv.m, 20.1 kv m və 14.4, kv. m) onun özünün sahibliyinə (mülkiyyətinə) və həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə istifadəsinə verilməsi qət edilmişdir.
29. Sözügedən qətnamə ilə əmlakın digər payçıları olan cavabdehlər razılaşmış, qətnaməni mübahisələndirməmişlər. İş üzrə üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, sözügedən fərdi yaşayış evinin naturada ayrılmasının qeyri-mümkün olmasını əsas gətirmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5134/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
30. Göründüyü kimi, hazırkı iddianın hüquqi əsasını təşkil edən sənədlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 20664 nömrəli ekspert rəyi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-155/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
32. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov k üçəsi, 70 saylı fərdi yaşayış evinin İddiaçı aid hissəsinin “A” tikilisinin ikinci mərtəbəsində olan iki otaq və bağlı eyvan 31.7 kv.m, 20.1 kv.m və 14.4, kv.m olmaqla, cəmi 66.2 kv.m hissənin onun mülkiyyətində, həmin yaşayış evinin qarşısında yerləşən, texniki pasporta əsasən X yarımtikilisinin də yerləşdiyi torpaq sahəsinin 359 kv.m hissəsinin isə istifadəsində qalması qət edilmişdir. Həmin məhkəmə araşdırması zamanı iddiaçının payının naturada ayrılması texniki cəhətdən mümkün hesab olunmuşdur.
33. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçıya məxsus hissə fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşdiyindən, yəni birbaşa torpaqla bağlı olmadığından, vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ayrıca çıxarışın verilməsi mümkün d eyildir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən və iddiaçının fərdi yaşayış evindəki payı torpaq sahəsi ilə bitişik olmamaqla ikinci mərtəbədə yerləşməsi səbəbilə iddia təmin edilə bilməz.
34. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya məhkəməsi işin yuxarıda qeyd edilən halları ilə bağlı tam və hərtərəfli araşdırma aparmamış, beləliklə də İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərini pozmuşdur.
35. Digər tərəfdən məhkəmə kollegiyası iddiaçının kassasiya dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının payının naturada ayrılmasının və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmadığını bildirsə də, mövqeyini əsaslandırmamışdır. Halbuki, iş materiallarında bu halı təkzib edən sübutlar – müvafi q ekspert rəyi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(103)-1668/2023 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.