Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1379/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Qəribov Rəşid Vəliyəddin oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 8 yanvar tarixli 21(107)-23/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə ic lasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1954-cü il xx.xx. tarixdə doğulmuş, 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək ünvan 1 işləmiş, 1973-cü il 25 noyabr tarixdən 1975-ci il 12 noyabr tarixədək hərbi xidmətdə olmuş, 1997-ci il 1 yanvar tarixdən 2003-cü il 31 dekabr tarixədək Şamaxı rayonu ünvan 2 işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 17 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, pensiya təyin olunması üçün hüquq verən sosial sığorta stajı və pensiya kapitalı təsdiq olunmadığından, ərizənin təmin olunması mümkün olmamışdır. İddiaçı 2018-ci il 5 sentyabr tarixdə Şəki İnzibati-İqt isadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Qəbələ Mədəniyyət Mərkəzində 1997-ci il tarixdən 2004-cü il tarixədək və 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək işləməsi faktının müəyyən olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1997-ci il 1 yanvar tarixdən 2003-cü il 31 dekabr tarixədək Şamaxı rayonu Maddi Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat Birliyində və 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək ünvan 1 işlədiyi illərin iş stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1997-ci il 1 yanvar tarixdən 2003-cü il 31 dekabr tarixədək Şamaxı rayonu Madd i Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat Birliyində və 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək ünvan 1 işləmişdir. Bu, Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, 634 nömrəli arxiv arayışı və 1973-cü il 5 iyun tarixli xasiyyətnamə ilə təsdiq olunur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün i ş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qeyd olunan səbəbdən Şamaxı rayon dövlət arxivi tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, 634 nömrəli arayışda qeyd olunmuş 1997-2003-cü illərdə iş dövrü, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajının hesablanmasında nəzərə alınmamış, əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmətdə olma dövrü nəzərə alınmaqla isə 19 il 5 ay sığorta stajı və 13.620,36 manat pensiya kapitalı təsdiq olunmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 oktyabr tarixli 2-1(84)-1546/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, 1997-ci il 1 yanvar tarixdən 2003-cü il 31 dekabr tarixədək Şamaxı rayonu Maddi Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat Birliyində və 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək ünvan 1 işlədiyi illərin iş stajına daxil olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrdə işləməsi Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, 634 nömrəli arxiv arayışı və 1973-cü il 5 iyun tarixli xasiyyətnamə ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 8 yanvar tarixli 2-1(107)-23/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 23 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 20 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, iddiaçının tələbi təmin olunarkən Şamaxı rayon dövlət arxivi tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli arayışa istinad olunmuş, lakin həmin arayışın əsaslılığının dəqiqləşdirilməsi üçün şahid ifadələri nəzərə alınmamış və digər ciddi əsaslara istinad olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə ə sasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1954-cü il avqust 7-də doğulduğu nəzərə alındıqda, onun 63,5 yaşının tamam olduğu 2018-ci il 7 fevral tari xdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdeh təsdiq edir ki, əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmətdə olma dövrü nəzərə alınmaqla iddiaçının 19 il 5 ay sığorta stajı və 13.620,36 manat pensiya kapitalı vardır. Cavabdeh iddiaçının 1972-ci il 1 dekabr tarixdən 1973-cü il 5 iyun tarixədək ünvan 1 v ə 1997-ci il 1 yanvar tarixdən 2003-cü il 31 dekabr tarixədək Şamaxı rayonu Maddi Texniki Təchizat və Mexanikləşdirilmiş İstehsalat Birliyində işlədiyi illəri iş stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən illərdə işlədiyi müddətin Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, 634 nömrəli arxiv arayışı və 1973-cü il 5 iyun tarixli xasiyyətnamə ilə təsdiq olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçının mübahisələndirilən illər üzrə (1997-2003) əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasə n, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayıl an digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların tələbindən göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar,...xasiyyətnamələr... nəzərə alınır. Şahid ifadələrindən isə yalnız o hallarda istifadə olunur ki, əmək fəaliyyəti barəsində sənəd olmasın və ya həmin sənədi bərpa etmək mümkün olmasın. Burada, “sənəd” dedikdə, qanunverici təkcə əmək kitabçasını (iş stajını sübut edən əsas sənədi) deyil, yuxarıda qeyd edilən digər sənədləri də (o cümlədən, arayışı və xasiyyətnaməni) nəzərdə tutur. İddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən təqdim etdiyi sənədlərdəki iş müddətləri də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı ha lda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz Digər tərəfdən, cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivi nin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməy ibsə, mötəbər hesab olunur. İddiaçının arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-ci il 8 yanvar tarixli 2-1(107)-23/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1379/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1379/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver