Məhkəmə qərarları › İş №2-1(102)-1379/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1379/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1379/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “mağazanın sökülməsinə görə kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(112)-3850/2017 nömrəli qərarının icra edilməməsinə görə cavabdehin cərimə olunması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1433/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)3850/2017 nömrəli qərarı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxslər Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı ərzaq-market mağazasının sökülməsinə görə kompensasiyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsi, Bakı – Şamaxı yolunun cənub hissəsində yerləşən, ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə görə 171.850 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1753/2018 saylı qərarı ilə İddiaçı MMC-nin, cavabdeh "xxxx" ASC-nin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)- 3850/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1336/2019 say lı, xx.xx.2019cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1753/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)3850/2017 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1336/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdə qanuni qüvvəsini almışdır. Lakin həmin qərar cavabdeh tərəfindən hazırki tarixədək icra edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

5. Məhkəmə qərarının icra edilməməsindən narazı qalan iddiaçı qeyd olunan qərarın icrasının təmin edilməsi üçün Bakı İ nzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)-3850/2017 nömrəli qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən, ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə görə 171.850 (bir yüz yetmiş bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiya cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı “Ruzı-N" MMC-yə ödənilməlidir. Lakin qeyd olunan qərarın icrası ilə bağlı bu günədək heç bir əməli tədbir görülməmişdir. Məhkəmə icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin icra tədbirlərini məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. Qeyd edilənlərə əsasən, borclu Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3850/2017 saylı qərarının icrasının təmin olunmasını xahiş edir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərarın icrası üçün cavabdehə müddət müəyyən olunmuş və cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna rəğmən cavabdeh tərəfindən qərar icra olunmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3850/2017 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1.000 (bir min) manat məbləğində cərimə edilməsi və tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün cərimə olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1433/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, G.Axundova və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edil məsini və işin yenidən apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət ehtiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir.

15. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2006-cı il tarixli, 1729 Sərəncamına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil yolları" X3 vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli, 13 nömrəli qərarı ilə “A vtomobil yolları” X3 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları” təsdiq edilmişdir.

17. Həmin qaydalara əsasən, Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir.

18. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.

19. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir.

20. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.

21. Bununla əlaqədar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldığı təqdirdə qərarın icrası təmin ediləcəkdir və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi, borclu olaraq üzərimizə düşən vəzifələri yerinə yetirsək də məhkəmə bu hallan araşdırmamış və nəticədə haqsız olaraq cərimə təyin etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 2

2. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə

129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 24. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ bənd

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin ed ilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarı Bənd

25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. Bənd

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

26. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlay a bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştir akçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya insta nsiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Mübahisəyə dair işin ap ellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2-1(81)-3850/2017 nömrəli qərarı qanuni qüvvəsini almışdır. Həmin qərarın icrası üçün cavabdehə müddət təyin olunmuş, qərarın müəyyən olunmuş müddət ərzində icra olunmayacağı təqdirdə cərimə tətbiq olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh qeyd edilən qərarı hazıra kimi icra etməmişdir.

34. Bununla bağlı nəzərə alınmalıdır ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən, məhkəmənin qəbul etdiyi qərar lar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.

35. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrində təsbit olunmuş məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. İcra olunmamış məhkəmə qərarı həmin hüququnun mahiyyətinin təhrif olunmasına səbəb olur.

36. Hazırk ı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin mövqeyi həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarına da uyğundur. Belə ki, həmin qərarın 25-ci bəndinə əsasən, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İstinad olunan qərarın 26-cı bəndinə görə, İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdə liklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1433/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar