Məhkəmə qərarları › İş №2-1(102)-138/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-138/2020

07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-138/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddia müddətinin bərpası 07.01.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə FondununKürdəmir rayon şöbəsinin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Vergilər Na zirliyinə (bundan sonra cavabdeh) qarşı“cavabdehin 25.02.2010-cu il tarixli əmrinin ləğv olunması, qanunsuz olaraq əmək fəaliyyətində 25.02.2010-cu ildən 21.10.2010-cu ilə kimi arada yaranan ayların bərpa olunması, əmək kitabçasında bu barədə qeydlər aparılması və əmək haqqının hesablanıb, son haqq hesab, məzuniyyət günlərinin əlavə edilərək verilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1660/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərardadlarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 4 mart 2010-cu il tarixli əmrindən çıxarışa əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departam entinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin ticarət və xidmət sahələri üzrə bəyannamələrin kameral yoxlanılması şöbəsinin pərakəndə ticarət və iaşə sahələri üzrə bölməsinin dövlət vergi müfəttişi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2 mart 2010-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və “Dövlət vergi orqanlarında xidmət Əsasnamə”nin 75-ci maddəsinin 4-cü bəndinə əsasən xitam verilərək tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. Müvafiq avadanlıqların təhvil təslimi ilə bağlı 4 mart 2010-cu il tarixdə akt tərtib edilmiş və akt Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin Koordinasiya şöbəsinin rəisi, 2-ci dərəcəli müfəttiş X5, komendant Quliyev Nurlan və ticarət və xidmət sahələri üzrə bəyannamələrin kameral yoxla nılması şöbəsinin pərakəndə ticarət və iaşə sahələri üzrə bölməsinin DVM-si hazırkı iş üzrə iddiaçı tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 24 fevral 2010-cu il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə uyğun olaraq tərtib edilmiş attestasiya vərəqəsinin 15-ci bəndində attestasiyanın nəticələrinə görə təşkilat rəhbərinin qərarı və onun qəbul olunduğu tarix (cavabdehin 4 mart 2010-cu il tarixli əmri) qeyd edilmiş və vərəqənin 14-cü bəndində iddiaçı attestasiya vərəqəsi ilə tanış olması faktını öz imzası ilə təsdiq etmişdir. Cavabdehin 21 oktyabr 2010-cu il tarixli vəzifəyə təyinat haqqında əmrindən çıxarışa əsasən iddiaçı Vergilər Nazirliyinin Tədris X7 bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 17 yanvar 2019-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, cavabdehin 25.02.2010-cu il tarixli əmrinin ləğv olunması, qanunsuz olaraq əmək fəaliyyətində 25.02.2010-cu ildən 21.10.2010-cu ilə kimi arada yaranan ayların bərpa olunması, əmək kitabçasında bu barədə qeydlər aparılması və əmək haqqının hesablanıb, son haqq hesab, məzuniyyət günlərinin əlavə edilərək verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ilk məhkəmə iclasında mübahisələndirilən əmrlə onun qəbul edildiyi tarixdən məlumatlı olduğunu və onun məzmunu ilə tanış olduğunu etiraf etmiş və bu faktı inkar etməmiş, lakin qeyd olunan əmrin qanunsuz olduğu üçün həmin əmri hazırda mübahisələndirdiyini bildirmişdir. Göründüyü kimi, mübahisələndirilən əmr qəbul edildiyi gündən 9 ildən çox müddət keçdikdən sonra iddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələb hüququnun axımı müvafiq təhvil-təslim işlərinin aparılması və son haqq-hesab sənədlərin verildiyi gündən başlandığından o, qanunvericiliyin tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı 13 may 2019-cu il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, işdən çıxan vaxt koordinasi ya şöbəsinin rəisi iddiaçıya zəng etmiş və iddiaçı geri qayıtmışdır. Kompüterin təhvil-təslim aktına imza etmişdir. İddiaçıdan başqa heç bir məsul şəxs imza etməmişdir. Eyni zamanda iddiaçı ilə heç bir son haqq-hesab aparılmamışdır. Attestasiya vərəqəsinin nə olduğunu görməmiş, imza atmamışdır. İddiaçı tərəfindən əmr 5 mart 2010-cu il tarixdə mübahisələndirilmişdir. 5 mart 2010-cu il tarixdə Vergilər Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Vidadi Məmmədovun qəbulunda olmuş və həmin tarixdə kadrlar idarəsinin müavini Süleyman adlı şəxsin iştirakı ilə yenidən attestasiyadan keçməsi üçün ərizə yazılmışdır. Etdiyi şikayətə baxılaraq 2010-cu ilin may ayında keçirilən növbəti attestasiya zamanı operativ vergi nəzarəti sahəsi üzrə imtahan verərək attestasiyadan keçmişdir. 4 mart 2010-cu ildə n 21 oktyabr 2010-cu il tarixə kimi qanunsuz olaraq əmək fəaliyyətində yaranmış günlərinin və əmək haqqının hesablanması barədə həmin dövrdə kadrlar idarəsinin rəisi olmuş Faiq Şahbazovla görüşdə dəfələrlə nəzərinə çatdırmışdır. Cavabdeh iddiaçının əmək fəaliyyətində yaranmış günlərin və əmək haqqının hesablanması barədə qanunsuzluğun aradan qaldırılacağını, əmək kitabçasında müvafiq düzəlişlər aparılacağını bildirmişdir. 17.10.2018-ci il tarixdə vergilər nazirinə ünvanladığı məktubda iddiaçı ilə aparılmış son haqq-hesab barədə hər il və hər ay üzrə ayrı dəqiq hesablanması və cədvəl formasında ona təqdim olunması barədə göstəriş verilmələrini xahiş etmişdir. 6 noyabr 2018-ci il tarixdə aldığı məktubun qoşmalarında 02.03.2010-cu ildən 21.10.2010-cu il tarixə kimi qanunsuz olaraq əmək fəaliy yətində yaranmış günlərin və əmək haqqının hesablanmaması aşkar olunmuşdur. Əmək kitabçasını rəsmi olaraq 14 dekabr 2018-ci il tarixdə götürmüşdür. Əmri mübahisələndirməməsinin səbəbi isə işlə təmin ediləcəyi barədə cavabdeh tərəfindən verilmiş vəd olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-1648/2019 saylı iş) 17 may 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçı 4 mart 2010-cu il tarixli əmrlə işdən azad edilsə də, cavabdehin 21 oktyabr 2010-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin Tədris X7 bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının “işdən azad edilməsi” barədə cavabdehin 4 mart 2010-cu il tarixli əmr barədə elə həmin tarixdən məlumatı olmuşdur, lakin hazırkı vaxtadək onu mübahisələndirməmişdir. Qeyd edilən halı iddiaçı özü də izahatında bildirmişdir. Mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim (elan) edildiyi vaxtdan hesablanmasına baxmayaraq iddiaçı tərəfindən 17 yanvar 2019-cu il tarixdə məhkəməyə müraciət edilərək iddia müddəti ötürülmüş, bununla da inzibati aktın mübahisələndirilməsi imkanı itirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin17 may 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyası (hakimlər X8məruzəçi, X6 və X11, 2-1(103)-1660/2019 saylı iş) 9 iyul 2019-cu il tarixli qərardadlarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirmədən saxlamışdır. İddiaçı 25 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadların ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi faktlara səthi yanaşaraq iddiaçının yenidən işdən çıxarılma qorxusundan işlədiyi dövrdə bu qanunsuzluqla bağlı nəsə öyrənməyinin, etiraz bildirməyinin qeyri mümkün olduğunu nəzərə almamışdır. İddiaçı qanunsuz olaraq şəkər xəstəsi ola-ola, bülletendə ola-ola vergilər nazirinin əmri ilə sərəncama göndərilmiş və sonra işdən azad olunmuşdu r. İddiaçı 17.10.2018-ci il tarixdə vergilər nazirinə ünvanladığı məktubda onunla aparılmış son haqq-hesab barədə hər il üzrə ayrı və hər ay üzrə ayrı dəqiq hesablanması və cədvəl formasında təqdim olunması barədə göstəriş verməsini xahiş etmiş, 06.11.2018ci il tarixdə aldığı məktubun qoşmalarında 02.03.2010-cu ildən 21.10.2010-cu il tarixə kimi qanunsuz olaraq əmək fəaliyyətində yaranmış günlərinin və əmək haqqının hesablanmaması aşkar olunmuşdur. İddiaçı əmək kitabçasını rəsmi olaraq 14.12.2018-ci il tarixdə götürmüşdür. İddiaçı bu qanunsuzluqdan 06.11.2018-ci il tarixdə xəbər tutmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığ ı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddiaçı köməksiz vəziyyətdə olaraq işdən çıxma qorxusu,4 uşağısaxlamaq qorxusu kabusu altında olmuşdur. Bu qanunsuzluğun aradan qaldırılması üçün iddiaçının Vergilər Nazirliyinə etdiyi müraciətə cavab olaraq, Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxıldığı bildirilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadlarının ləğv edilm əsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadlarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdehin 25.02.2010-cu il tarixli əmrinin ləğv olunması, qanunsuz olaraq əmək fəaliyyətində yaranmış 25.02.2010-cu ildən 21.10.2010-cu ilə kimi arada yaranan ayların bərpa olunması, əmək kitabçasında bu barədə qeydlər aparılması və əmək haqqının hesablanıb, son haqq hesab, məzuniyyət günlərinin əlavə edilərək verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, həmçinin sonradan iddia müddətinin bərpa olunması barədə məhkəməyə ərizə təqdim etmiş, ərizə ilə məhkəmələr tərəfindən yuxarıda bəhs olunan qərarlar qəbul edilmişdir. İşin hallarından görünür ki, iddiaçı 2003-cü ildən 2018-ci ilin noyabr ayına qədər vergi orqanlarında işləmişdir. Bu arada cavabdehin 2 mart 2010-cu il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, cavabdehin 21 oktyabr 2010-cu il tarixli əm ri ilə Vergilər Nazirliyinin Tədris X7 bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı hesab edir ki, onun 2 mart 2010-cu il tarixli (bəzi sənədlərdə əmrin tarixi 4 mart 2010-cu il qeyd edilmişdir) əmrdən məlumatı olmamış, əmrin surəti ona təqdim edilməmişdir. Hazırda həmin əmri mübahisələndirir və bu əmrin ləğvi ilə bağlı iddia müddətinin bərpa olunmasını arzu edir. İşin 99-cu səhifəsində olan iddiaçının özünün də imzaladığı 4 mart 2010-cu il tarixli aktdan görünür ki, iddiaçı istifadəsində olan avadanlıqları təhvil vermişdir. İşdə olan sübutlardan görünür ki, iddiaçı mart 2010-cu ildən oktyabr 2010-cu ilə qədər vergi orqanlarında işləməmiş, əmək haqqı almamış, istifadəsində olan avadanlıqları da təhvil vermişdir. İddiaçının bu dövrdə işləmədiyi və əmək haqqı almaması işdə olan sü butlarla təsdiq edilir. Yəni iddiaçı 2010-cu ilin mart ayından vergi orqanlarında işləməməsini bilmiş, həmin vaxt, habelə sonradan vergi orqanlarında işlədiyi vaxt bununla bağlı mübahisə açmamışdır. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə i lə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (298-ci mаddə). 2010 ilin mart ayından 2010-ci ilin oktyabr ayınadək vergi orqanlarında işləməyən iddiaçının həmin vaxt cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq həmin vaxt məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hans ı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini ara dan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilmə sini nəzərə almalıdırlar. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini buraxdığından, müddətin onun təqsiri olmadan buraxılmasına dair sübut təqdim etmədiyindən və müddətin buraxılmasından 1 il keçdiyindən məhkəmə haqlı olaraq müddətin bərpasına dair ərizəni təm in etməmişdir. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İddiaçı hüququn pozulduğu bаrədə onа məlum olаn gündən sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmadığından, iddia müddəti buraxıldığına görə iddianın mümkün sayılmamasına dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. İddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılması istisna olunur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və təmin edilməsi üçün əsaslar yoxdur. Apel yasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1660/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar