Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-138/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X4 oğlunun Bakı şəhəri Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sərəncamın etibarsız hesab edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, 02.02.2022 Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxslər-X12, X5, X10, X6 və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı “sərəncamın etibarsız hesab edilməsi ” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2087/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən i şə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cəmilov X1 məcburi köçkündür. 1993-cü il tarixdən Bakı şəhəri, Nizami Rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, ev 2 ünvanında yaşayır və orada müvəqqəti qeydiyyatdadır.
2. Cavabdeh1 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı ilə Bakı şəhəri, R. Ağayev küçəsində yerləşən 17 nömrəli evin sahəsi 15.6 kv.m olan 1 otaqlı 2-ci mənzili X11 verilmişdir.
3. X12 öz ailə üzvləri ilə birlikdə həmin evə pasport qeydiyyatına alınmışdır.
4. İddiaçı Cavabdeh1 başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız hesab edilməsini tələb edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət ed ərək, R. Ağayev küçəsi, 17 nömrəli evin sahəsi 15.6 kv.m olan 1 otaqlı 2-ci mənzilinin müstəsna olaraq X11 verilməsi və onun pasport qeydiyyatına alınması haqqında Cavabdeh1 Başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamının hüquqi qüvvəsi olmayan hesab edilməklə etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək onlar ünvan 3 ünvanında fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşlər. Təxminən 2017-ci ilin əvvəllərində Nizami Rayon Məhkəməsindən ona bildiriş göndərilmiş v ə məhkəməyə dəvət edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, X12 öz ailə üzvləri ilə birlikdə onun evinə pasport qeydiyyatına götürülüblər. V. Muradov ona qarşı iddia qaldıraraq onun evinə köçmək istəyir. X8 iddiası ünvan 5 ünvana köçürülməsi barədədir. Belə ki, iddiaçının evi mənzil deyil fərdi evdir. Məhkəmə araşdırması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X8 qeydiyyata götürülməsi barədə Cavabdeh1 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı mövcuddur. Həmin sərəncam Cavabdeh1 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Cavabdeh1 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı V.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması barəsindədir. Əslində isə həmin 25 fevral 1997-ci il tarix li, 250 saylı sərəncam tamamilə saxtalaşdırılıb. Həmin sərəncamın X11 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncam Q. Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X2 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Bütün bu səbəblərdən iddiaçının hüququ kobud surətdə pozulmuşdur və hesab edir ki, Cavabdeh1 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı etibarsız hesab edilməlidir.
7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X11 müstəsna olaraq R.Ağayev küçəsi, 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Cavabdeh1 başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X13) 20 may 2021-ci il tarixli, 2-1(112)516/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh1 başçısının 25 fevral 1997-ci il tarixli, 250 saylı sərancamının etibarsız sayılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
10. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X16 qızısədrlik edən və məruzəçi, X9 və X18) 01 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2087/2021 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-516/2021 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin həmin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətin ə uyğundur. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya məhkəməsi tərəfindən X8 ünvan 6 ünvanına köçürülməsi barədə qətnamə qəbul edərkən yalnız 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncama istinad etmişdir. Həmin sərəncamla 2273 saylı sərəncama dəyişiklik edilmişdir. Lakin iş materiallarında 2273 saylı Sərəncam mövcud olmamışdır. Mahiyyəti üzrə işə baxıldıqdan sonra tərəfimizdən, 17 iyul 2019-cu il tarixdə AR Milli Arxiv İdarəsinə müraciət edilərək həmin 2273 saylı sərəncamın surəti istənilmişdir. Sorğumuza 29 iyul 2019-cu ildə həmin sərəncamın surəti verilməklə cavab verilmişdir. Həmin vaxtdan sərəncamın saxtalaşdırılması faktı aşkar edilmişdir. 17 oktyabr 2019-cu il tarixdə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edilmi şdir. Dekabr 2012-cu il tarixdə aidiyyət qaydaları pozulduğundan qərardad qəbul edilmişdir. 07 yanvar 2020-ci il tarixdə Cavabdeh1nə müraciət edərək həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamın ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası h aqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair qərarında qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərl iyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndiril-məsinə zəmin yaradardı.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növ bədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instan siya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qayda sında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnziba ti icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə, inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
25. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtlər i inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi sərəncamın etibarsız sayılmasına yönəlmişdir. Başqa sözlə, iddia inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, inzibati aktların etibarsızlığının tanınması haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu növ iddialar üzrə qanunverici tərəfindən konkret müddət məhdudiyyəti nəzərdə tutulmasa da, iddiaçının hüquqi marağı ən azından qısa müddət ərzində belə inzibati aktın yaratdığı hüquqi nəticələr görüntüsünün aradan qaldırılmasına yönəlməlidir. Yəni iddiaçı etibarsızlığın tanınmasında xüsusi müəyyən etmə marağına malik olmalı və bunu qısa müddət ərzində reallaşdırmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı yalnız qanunda birbaşa nəzərdə tutulmuş müəyyən şərtlər daxilində mümkündür. Bu səbəbdən, etibarsızlığın tanınması ilə bağlı qeyd edilən şərtlər (ən azından qısa müddət ərzində tanınma marağı) hazırkı mübahisəyə münasibətdə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunması, əslində müddətlə bağlı mümkünlük şərtindən və müddət məhdudiyyətindən qaçmaq cəhdi kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, iddianın mübahisə edilən sərəncamın etibarsızlığının tanınması haqqında iddia kimi təqdim olunmasına baxmayaraq, əslində qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır.
28. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisə edilən sərəncamdan məlumatlı olmasına baxmayaraq, nəinki həmin dövrdə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin sərəncamı mübahisələndirməmişdir.
30. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.09.2019-cu il tarixli, 2(102)-6275/19 saylı qərarının surətindən görünür ki, mübahisələndirilən sərəncam əsasında i ddiaçı X12 tərəfindən cavabdeh İddiaçı və başqalarına qarşı qaldırılmış mənzilə köçürülmə barədə iddia Nizami rayon məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, iddiaçı və ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R. Ağayev küçəsi 17 saylı evin 2-ci mənzilinə köçürülmələri qət edilmişdir. Həmin iş üzrə məhkəmə qərarlarından cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.
31. Mübahisələndirilən həmin sərəncamdan iddiaçının daha əvvəl (ən azından 2017-ci il tarixdən Cavabdeh1 Başçısının mübahisələndirilən 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamının mövcudluğu iddiaçıya məlum olmuşdur) məlumatlı olduğu iş materi alları ilə tam təsdiq olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair məlumat aşkar edilməmişdir. Kassasiya şikayətində də, qeyd edilən qərarın iddiaçı tərəfindən müddət ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmişdir. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd edilən sərəncamın qəbul edildiyi tarixdən iyirmi ildən artıq müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
32. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
33. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzürsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.10.2021-ci il tarixli, 21(103)-2087/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.