Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-138/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 saylı qərarının ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-616 /2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X1 cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 30 noyabr 2006-cı il tarixli, 12 saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-905/2022 nömrəli qərardadı (hakim Vəfa Əzizova) ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-616/2022 nömrəli qərardadı ilə (hakimlər F.Məmmədov-sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmşıdır.
5. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini, iş üzrə yeni qərardad qəbul edilməsini və iddia tələbinin mümkün hesab olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçının nəzərinə çatdırılmışdır ki, onun tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə olunmamışdır.
7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 16 yan var 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM) Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.
2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Mülki Prosessual Məcəllə (bundan sonra mətndə - MPM) Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hall ar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayət i yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
12. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. İddiaçıya bu barədə xəbərdarlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, qeyd olunmuş çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır.
13. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-616/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassa