Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-138/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 15.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-452/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981ci il tarixədək Sumqayıt şəhər 49 nömrəli orta texniki peşə məktəbində “elektrik qaynaqçısı, yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı, qaynaq işləri üzrə nəzarətçi” peşəsi üzrə peşə təhsili almış, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Azərenerjitikinti” Trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İ darəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Yeni Bakı” İEM TQİ-də elektrik qaynaqçısı, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt TQİ-də elektrik qaynaqçısı, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" DŞ-nin “Santexquraşdırma” İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində qaynaqçı işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 43 nömrəli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı əmək kitabçasına, "xxxx" ASC-nin arxivində olan əmrlərə və əməkhaqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinə kimi “Azərenerjit ikinti” Trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. xx.xx.1987-ci il tarixindən “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək, “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsi adlandırılmış, iddiaçı da həmin idarədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1988-ci il tarixindən “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsindən köçürmə yolu ilə, həmin trestin “Yeni Bakı” İEM TQİ-yə keçirilmişdir. İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinə kimi “Yeni Bakı” İEM TQİ-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. xx.xx.1992-ci il tarixdə n “Azərenerjitikinti” İTQB-nin xx.xx.1992-ci il tarixli, 200 nömrəli əmrinə əsasən “Yeni Bakı“ İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti” Tİ, sonuncunun nəzdində isə Sumqayıt TQİ yaradılmış, iddiaçı da köçürmə yolu ilə Sumqayıt TQİ-yə keçirilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixinə kimi "xxxx" DŞ-nin ’’Santexquraşdırma” İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1998-ci il tarixdən işdən azad olunmuşdur. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixinə kimi ’’Santexquraşdırma” İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.2002-ci il tarixdən işdən azad olunmuşdur. Zərərli sahələrdə işlədiyi dövr üzrə faktiki stajı 12 il 1 ay olmuşdur. İddiaçı zərərli sahələrdə işlədiyi dövr üzrə Azərbaycan Respublikasını n xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğun olaraq imtiyazlı pensiya almaq hüququna malikdir
4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2021-ci il tarixli, 43 nömrəli əməkhaqqı arayışında qeyd edilənlərə əsasən, xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 98 ay (8 il 2 ay) iddiaçıya əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilm əyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına daxil edilmədiyi üçün qeyd olunan 98 ayı (8 il 2 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 6 ay 5 gün) təşkil edir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabının qanunsuz hesab edilməsi, ona güzəştli şərtlərlə əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılma sını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5490/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
8. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox olmuş və həmin müddətin də 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmişdir. O, cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən ona pensiya təyinatından imtina edilərək onun pensiya hüququ pozulmuşdur.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş aktdan məlum olur ki, xx.xx.1984-cü il tarixdən xx.xx.2002-c i il tarixədək işlədiyini iddia etdiyi dövrlərdə iddiaçının adına sadəcə olaraq 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək əmək haqqı hesablanmışdır. Bu səbəbdən əməkhaqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin müvafiq aktda iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olunmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (12 il 27 gün) təşkil edir. Həmçinin yuxarıda qeyd edilənlərə əsasən iddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işlədiyi dövr 12 il 6 aydan az (6 il 1 ay 25 gün) təşkil edir.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 17 fevral 2023-cü il tarixli, 2-1(118)-208/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş arayışlardan göründüyü kimi, iddiaçının xx.xx.2017-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajı vardır. Arayışlarda qeyd edilmiş dövrlər iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində təhsil aldığı, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olduğu illər də nəzərə alındıqda 25 ildən artıq ümumi iş stajı yaranmış olur. Bu baxımdan, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pe nsiyası təyin edilməlidir.
12. Birinci instansiya məhkəməsi cavabdehin əməkhaqqı ödənilməyən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün hesab edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
13. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğunun müəyyən edilm əsi dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi 1 il 10 ay nəzərə alınmasa belə iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zahid Məmmədov və Gülnar Cabbarova) 22 iyun 2023-cü il tarixli, 2-1(105)-452/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı – qərarın nəticə hissəsində “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri ilə əvəz edilməklə – dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh imtinasında xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər nəzərə alınmadan iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajının 18 il 6 ay 5 gün təşkil etdiyini qeyd etsə də, daha sonra etiraz və şikayətinin dəlillərində xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək iddiaçının adına əməkhaqqı hesablandığını, bu baxımdan, mübahisələndirilməyən ümumi iş stajının 12 il 27 gün olduğunu bildirmişdir. Beləliklə, hazırda cavabdeh tərəfindən iddia çının "xxxx" ASC-də işlədiyini iddia etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr mübahisələndirilir. İşdə olan, cavabdehin mütəxəssisləri və "xxxx" ASC-nin baş mühasibi və arxivçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin müəssisə tərəfindən iddiaçının adına verilən xx.xx.2021-ci il tarixli, 43 nömrəli arayışda qeyd edilən faktlar yerində sənədlərlə qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1984-cü ildən adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilməklə, xx.xx.2002-ci ilədək eyni peşədə işləməsi müəssisədə saxlanılan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlərdə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il üzrə iyu n ayı daxil olmaqla, adına əməkhaqqı hesablanmış, 2000-ci il iyul ayından xx.xx.2002-ci il tarixədək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Cavabdeh dəlillərində mübahisələndirilən 19842002-ci illər ərzində iddiaçıya yalnız 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əmək haqqı hesablandığını qeyd etsə də, işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əməkhaqqı cədvəllərinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya 1984-1991-ci illər, 1992-ci ilin yanvar, fevral, mart ayları, 1996-cı il aprel ayından 1998-ci ilin dekabr ayınadək, 1999-cu ilin may, iyun, dekabr ayları, 2000-ci ilin yanvar ayından iyun ayın adək əməkhaqqı ödənilmişdir.
17. Həmçinin "xxxx" Dövlət Şirkəti Sumqayıt Tikinti Quraşdırma İdarəsi tərəfindən işə baxan məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinə kimi Sumqayıt Tikinti Quraşdırma İdarəsində 6-cı dərəcəli qaynaqçı peşəsi ilə faəliyyət göstərmişdir. Həmin illərin əməkhaqqı cədvəlləri saxlanılmadığı üçün iddiaçıya həmin vaxt verilən aylıq və illik əməkhaqqının miqdarı barədə arayış vermək mümkün olmamışdır. Göründüyü kimi, əmək kitabçasındakı məlumatların uyğunluğu cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş əməkhaqqı cədvəlləri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin 1984-2002-ci illər ərzində müvafiq dövrlərdə iddiaçıya əməkhaqqı ödə nilmədiyindən həmin dövrlərin onun iş stajına daxil edilməməsi ilə bağlı dəlili ilə bağlı bildirir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial sığorta haqlarına istinadən mübahisələndirilən 1984-2002-ci il tarixləri aralığındakı əmək stajı dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir. Bu baxımdan, müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 2002-ci ilədək işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilm əsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
18. Cavabdehin iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək, yəni ümumilikdə 1 il 10 ay ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədə n əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin normanın tələbindən göründüyü kimi qanunamüvafiq qaydada verilən ödənişsiz məzuniyyətin maksimal müddəti 6 ayadək müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-1394/2021 nömrəli analoji işdən görünür ki, kassasiya instansiya məhkəməsi ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsi məsələsi ilə bağlı Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə istinad edərək işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərl ə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə biləcəyini qeyd etmiş, bu səbəbdən, ödənişsiz məzuniyyət dövrünün ən çoxu ilk altı ayını qanuna uyğun hesab etməklə iddiaçının əmək stajına aid edilə biləcəyi qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün 2000-ci il iyul ayından ilk 6 ayı onun sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən, cavabdehin müvafiq dəlili həm də ona görə əsassızdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu abzası əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin d axil edildiyini müəyyən etsə də, həmin tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajının həmin maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmasını müəyyən etmişdir ki, bu halda da ən azından iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilən dövrləri də əhatə edən ödənişsiz məzuniyyət dövrünə düşən 2000-ci il iyul ayından 6 ayadək müddət, yəni 2001ci il yanvar ayınadək olan dövrlər onun əmək stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.
19. İddiaçının güzəştli iş stajı ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh dəlillərində iddiaçının güzəştli iş stajını xü susi olaraq mübahisələndirməmiş, yalnız ümumi iş stajı ilə bağlı yuxarıda qeyd edilən əsaslarla, yəni işlədiyi dövrdə əməkhaqqı ödənilməməsi və ödənişsiz məzuniyyətdə olması əsasları ilə mübahisələndirmişdir. Yuxarıda şərh olunan mövqeyə əsasən cavabdehin həmin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də güzəştli arayışdan göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. (17 il 10 ay 22 gün). İddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndan görünür ki, iddiaçının "xxxx" ASC-də işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000—19906 şifrinə uyğun gəlir. İddiaçı həmin müəssisədə işlədiyi müddət ərzində 2000-ci il iyul ayından 2002-ci il may ayınadək ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrün yuxarıda qeyd edilən qaydada 6 ayı güzəştli iş stajı kimi qəbul edildikdə, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir.
20. Birinci instansiya məhkəməsi yaranmış münasibətə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək həmin normada qeyd edilən şərtlərin iddiaçıya münasibətdə ödənildiyini qeyd etmişdir. Kollegiya edir ki, həmin norma iddiaçıya münasibətdə o halda tətbiq edilə bilərdi ki, onun xx.xx.2017-cı il tarixədək 57 yaşı tamam olmuş olsun. Lakin işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, onun xx.xx.2017-cı il tarixdə hələ 54 yaşı olmuş, yəni normanın yaşla bağlı ilkin şərti iddiaçıya münasibətdə ödənilməmişdir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qismən əsaslı olsa da, iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qəra rının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
21. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda qeyd etmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu tarix xx.xx.2020-ci il olsa da, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözlərinin əvəzinə “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri qeyd edilərək aşkar yazı səhvinə yol verilmişdir. Lakin həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlilləri onu n imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qa dınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və mü raciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azə rbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümu mi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birl iklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlill ərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 23200000 – XXXİİİ. Ümumi peşələr 23200000—19906 – əl ilə qaynaq aparan elektrik qaynaqçıları
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2 017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiy a şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etmə yi zəruri hesab edir.
41. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması m əqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
42. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim e tdiyi sübutlarla bağlı deyildir.
43. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 44. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiy alar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
45. Bu qərarın 25-26-cı bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qaz anması.
46. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
47. Həmçinin iddiaçının işlədiyi peşənin (“əl ilə qaynaq aparan elektrik qaynaqçısı”) və sahənin ümumi peşələr sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur.
48. Cavabdeh imtinasında xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqqı ödənilməyən dövrlər nəzərə alınmadan iddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajının 18 il 6 ay 5 gün təşkil etdiyini qeyd etməsinə rəğmən, sonradan etirazının, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində onun ödənişsiz məzuniyyətdə olduğunun müəyyən edildiyini, bu baxımdan mübahisələndirilməyən ümumi iş stajının 12 il 27 gün təşkil etdiyini bildirmişdir.
49. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılmas ı onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.
50. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
51. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən mə hkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-452/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.