Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1380/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı, vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “Azərbaycan Respublikası Prez identinin 08.09.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi 01.09.2008-ci il tarixdən 21.10.2016-cı il tarixədək ödənilməmiş təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-20/19 saylı, 23 yanvar 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 26 noyabr 1989-cu il tarixdən 15.03.1990-cı il tarixədək keçmiş SSRİ-nin ordu sıralarında xidmət etmişdir. O, xidmətdə olduğu dövrdə xidməti vəzifələrini yerinə yetirərkən 16 deka br 1989-cu il tarixdə pilləkəndən yıxılaraq başından xəsarət almış, səhhətinin pisləşməsi nəticəsində əməliyyat olunduqdan sonra sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilərək xəstəliyi ilə əlaqədar 15 mart 1990-cı il tarixdə hərbi xidmətdən tərxis olmuşdur. Bundan sonra ona 2ci əlillik dərəcəsi verilmişdir. 21 oktyabr 2015-ci il tarixdə təkrar şəhadətləndirmə zamanı əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” kimi göstərilmiş, 22 dekabr 2016-cı il tarixdə aparılan təkrar şəhadətləndirmə zamanı əlillik qrupu 2-ci dərəcəli müəyyən edilməklə əlilliyin səbəbi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” kimi göstərilmişdir. Aparılan təkrar şəhadətləndirmədən sonra iddiaçının 9 yanvar 2017-ci il tarixdə Azərbaycan Resp ublikası Prezidentinin 8 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən müharibə əlillərinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün cavabdehə müraciətinə əsasən cavabdeh tərəfindən ona 21 oktyabr 2016cı il tarixdən 143 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis olunduğu tarixdən təqaüdün ona verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan 29 may 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik iddiaçıya 21.10.2016cı il tarixdən verildiyindən əvvəlki dövr üçün təqaüdün ödənilməsi mümkün deyil. İddiaçı 22 iyun 2018-ci il tarixdə cavabdehə qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 08.09.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi 01.09.2008-ci il tarixdən 21.10.2016-cı il tarixədək iddiaçıya ödənilməmiş təqaüdün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanuna zidd və əsassızdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.1, 85.2, 87.1, 87.2, 88.1, 88.2-ci, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezid entinin 8 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına istinad edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(84)-1183/2018 saylı iş) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, habelə Azərbaycan Respublikasının Silahlı qüvvələrinin tərkibində döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcunu yerinə yetirməmiş və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdə olduğu zaman xidməti borcunu yerinə yetirərkən əlil olmamışdır. O, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul e dilən 18 oktyabr 1991-ci il tarixdən əvvəl, yəni 26 noyabr 1989-cu il tarixdən 15.03.1990cı il tarixədək keçmiş SSRİ ordusunda xidmət etmiş və xidməti vəzifələrinin icrası zamanı əlil olmuşdur ki, onun Müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin 08.09.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ yoxdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X1, 2-1(107)-20/19 saylı iş) 23 yanvar 2018-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 31 yanvar 2019-cu il tarixdə qərarın surətini almış, 22 fevral 2019-cu il tarixdə k assasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən qanunauyğun olaraq iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirərək əlil olduğu nəzərə alınmış və 8 sentyabr 2008-ci il tarixli 823 saylı Fərmana uyğun olaraq iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidmətinin müayinə aktından çıxarışa əsasən, iddiaçıya 21 oktyabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək ödənilir. Azə rbaycan Respublikası İnzibati-İqtisadi məhkəmələrinin, Şəki İnzibati-İqtisadi məhkəməsi də daxil olmaqla bir çox qərarları ilə keçmiş SSRİ Silahlı Qüvvələrində və SSRİ Silahlı Qüvvələrinin Daxili Qoşunlarında hərbi xidmət keçərkən Çernobil AES qəzasının ləğvində iştirak etmiş və həmin vaxtda aldıqları xəsarət nəticəsində əlil olmuş şəxslərin Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən təsis edilmiş və cavabdeh inzibati orqanlar tərəfindən həmin qərarlardan verilmiş apellyasiya şikayətləri Azərbaycan Respublikası Apellyasiya Məhkəmələri tərəfindən, həmçinin Şəki Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş və birinci instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılmışdır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiy asının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-i n 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı hərbi xidmət vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar əlili kimi 2016-cı ilin oktyabr ayından təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi 1 yanvar 2008-ci ildən 21 oktyabr 2016-cı ilədək olan müddətin də ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qərarla r qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 saylı Fərmanı ilə “Müharibə əlillərinə Azərbaycan Respublikasının təqaüdü” təsis edilmiş və əlilliyin qrupundan asılı olaraq onun aylıq məbləği müəyyən edilmişdir. İşin hallarına görə iddiaçı 1989-cu ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət zamanı zədə almışdır. 5 mart 1990-cı ildə tərtib edilmiş xəstəlik haqqında şəhadətnamədə zədənin hərbi vəzifəni yerinə yetirdiyi zaman alması qeyd edilmişdir. İşdəki sənədlərdən görünür ki, iddiaçının əvvəlki dövrlə bağlı əlilliyinin səbəbi hərbi xidmət dövrü ilə əlaqədar qeyd edilmişdir. Yalnız ilk dəfə ikinci dərəcəli əlilliyin səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 22 dekabr 2016-cı ildə qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər-əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədb əxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə tibbi-sosial ekspert komissiyaları iki pilləli şəkildə təşkil olunur: ilkin pillə-zona tibbi-sosial ekspert komissiyaları; ali pillə-Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi və Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyası. Əsasnamənin 1.5-ci bəndində qeyd edilmişdir ki, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. İşdən görünür ki, iddiaçı 1990-cı ilin mart ayında hərbi vəzifəsini yerinə yetirən zaman zədə alması barədə şəhadətləndirilmişdir. Bundan sonra o, həmin vaxtdan 23 oktyabr 2015-ci ilə qədər əlilliyin müəyyən edilməsi, səbəbi və s. barədə məhkəmələrə sübut təqdim etməmişdir. Tibbi-Sosial Ekspertiza Mərkəzinin verdiyi 23 oktyabr 2015-ci il tarixli qərarı ilə iddiaçının əlilliyini səbəbi hərbi xidmət dövrü ilə bağlı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ləğv edilmiş və “Tibbi-sosial ekspert komissiyaları haqqında” yeni Əsasnamə təsdiq edil mişdir. Bu Əsasnamənin 1.6-cı bəndinə görə TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. İddiaçı barəsində əlilliklə bağlı verilən 23 oktyabr 2015-ci il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir. 23 oktyabr 2015-ci il tarixdə iddiaçıya əlillik təyin edilən vaxtda əlilliklə ba ğlı müayinə aktında TSEK-in diaqnozu qeyd edilmiş, həmin aktda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin sonrakı dövrdə həmin aktla bağlı mübahisə açmamış, inzibati qaydada və məhkəməyə şikayət verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi q üvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının əlilliyinin səbəbi barədə TSEK tərəfindən 23 oktyabr 2015-ci il tarixdə tərtib edilmiş akt iddiaçıya məlum olduğu vaxtdan onun tərəfindən mübahisə olunmayaraq qüvvədə olmuş və hüquqi cəhətdən etibarlı sayılmışdır. Həmin akt əlilliyin səbəbinin dəyişdirilməsi barədə yeni inzibati akt qəbul edilənədək geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə tarixi 22 dekabr 2016-cı il tarixli qərarında həmin qərarın ondan əvvəlki dövrə şamil edilməsi qeyd edilməmi şdir. “Əmək pensiyaları haqqında” Qanunun 11-ci maddəsinə görə əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət nəticəsində üz verərsə, müharibə əlili sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.4-ci bəndində qeyd edilir ki, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanv ar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır (4.26cı bənd). İddiaçıya hazırkı məzmunda - “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlilliyin təyin edildiyi 2016-cı il 22 dekabr tarixdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixl i, 1153-VQ №-li Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial eksp ert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Əlilliyin səbəbini TSEK müəyyən etdiyindən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından 2016-cı il 22 dekabr tarixdən əvvəlki dövr üçün Prezident təqaüdünün ödənilməsindən imtina olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanının, ümumiyyətlə, iddiaçıya şamil olunmasının mümkünsüzlüyü barədə isə apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməs i haqqında Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanında qeyd edilir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin... Fərmanın məzmununa görə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi ilə şərtləndirilmir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə borcunu yerinə yetirən şəxslə yanaşı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyən, lakin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslər də Fərmanın təsir dairəsinə düşən şəxslərin sırasına daxildir. Cavabdeh özü də bu barədə mübahisə açmamış, düzgün olaraq 2016-cı ilin oktyabr ayından başlayaraq iddiaçıya Azərb aycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanının müddəalarına uyğun Prezident təqaüdü təyin etmişdir. Odur ki, məhkəmənin iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlilliklə bağlı Prezident təqaüdünün verilməsinin qanunsuz olması barədə cavabdehə göndərdiyi təqdimat əsaslı olmamış, Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanının 21 oktyabr 2016-cı il tarixdən sonra iddiaçıya şamil olunmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Bəhs edilənlərə əsasən, iddiaçının kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması hissəsində təmin edilərək məhkəmə qərarı ləğv edilməli, iddia Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi 1 yanvar 2008-ci ildən 21 oktyabr 2016-cı ilədək olan m üddətin ödənilməsi hissəsində əsaslı olmadığından təmin edilməməli, kassasiya şikayəti bu hissədə əsaslı olmadığından təmin olunmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-20/2019 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1380/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1380/2019
21.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver