Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1380/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbəti səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-3455/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, qərarına əsasən cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması keçirilməsi qərara alınmışdır. Növbəti səyyar verg i yoxlaması xx.xx.2021-ci il tarixli KY211698686 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti: xx.xx.2021 – xx.xx.2022, yoxlanılan dövr: xx.xx.2018 – xx.xx.2021 müəyyən edilmişdir.
2. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153384 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 9 mart 2023-cü il tarixli, **********169068 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: • 372.960,36 manat MV və 186.480, 18 manat MS • 187.604,59 manat ƏDV (109.062,53 artıq hesablama) və 93.802,3 manat MS • 2.971,15 manat ÖMV və 1.485,58 manat MS • 653,54 MS (58.6). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 09 mart 2023-cü il tarixli, **********169068 nömrəli Qərarının tam ləğv edilməsi, həmin qərarla iddiaçıya əlavə olaraq hesablanmış 459462,83 manat vergilərin və tətbiq edilmiş 282421,61 manat maliyyə sanksiyalarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh mənfəətin birbaşa müəyyən edilməməsi nəticəsinə gələrək, mənfəətin müəyyən edilməsi üçün Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarını tətbiq etmişdir. Halbuki, iddiaçı tərəfindən gəlirlərin və xərclərin uçotu qanunvericiliklə müəyyən edilən qaydada aparılmış və aidiyyəti sənədlər yoxlamaya təqdim edilmişdir. Həmçinin mübahisələndirilən qərarda əlavə vergilərin hesablanması zamanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqi əsaslandırılmamışdır, bununla da Nazirlər Kabinetinin qərarı qanuna zidd olaraq tətbiq edilibdir. Əlavə hesablanan vergilərin və tətbiq edilən maliyyə sanksiyaları Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tələblərinin poz ulması nəticəsində hesablandığından ləğv edilməlidirlər. Həmçinin mübahisələndirilən qərar qəbul edilən zaman “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulmuşdur. Həmçinin bildirmişdir ki, yoxlama zamanı cavabdeh tərəfindən formal əsaslarla, lüzumsuz olaraq keçirilən yoxlamanın müddəti 8 dəfə dayandırılmış və 2 dəfə uzadılmışdır. Bundan əlavə 2018-2019-cu illər üzrə əlavə olaraq ƏDV-nin hesablanması qanunsuz olmuşdur. Belə ki, məsuliyyətə cəlb etmə barədə qərar 09 mart 2023-cü il tarixdə qəbul edilmişdir, belə olan halda 2018-2019-cu illər üzrə ƏDV hesablanması üçün müddət ötmüşdür. Həmçinin iddiaçının özü tərəfindən 2018-ci il üzrə 21 774,33 manat, 2019-cu il üzrə 71 276,11 manat, 2020-ci il üzrə isə 16 021,09 manat ƏDV artıq hesablanaraq dövlət büdcəsi nə ödənilmişdir. Bu səbəbdən də iddiaçıya 2018-2019-cu illər üzrə əlavə ƏDV hesablanması qanuna ziddir. Bundan əlavə cavabdeh əlavə vergilərin hesablanmasının əsaslarından biri olaraq "xxxx" MMC tərəfindən verilən 20 dekabr 2022ci il tarixli, “mütəxəssis rəyinə” istinad etmişdir. İddiaçı qeyd edir ki, Vergi Məcəlləsində SVY zamanı Ekspertiza keçirilməsi (maddə 44) və SVY-na kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi (maddə 45) nəzərdə tutulmuşdur. Lakin VM-nin ekspertiza keçirilməsi və mütəxəssis dəvət edilməsi ilə bağlı normalar kasaddır. Belə ki, VM-də mütəxəssisin hüquqları və ya vəzifələri yetərincə təsbit edilməmişdir. Həmçinin VM-də mütəxəssis rəyinin vergi hesablanması üçün meyar olaraq qəbul edilməsi haqlı olaraq təsbit edilməmişdir. Ekspertin iş materialları ilə tanış olm aq hüququ var, ekspert elmi bazaya xüsusi avadanlıqlara və laboratoriyaya malikdir, ekspertiza mərkəz, institut formasında fəaliyyət göstərir. Məhz elə bu səbəblərdən də Ekspert qarşısında qoyulan suallar, mütəxəssis qarşısında qoyulan suallardan fərqli olur, məsələn: tikinti zamanı istifadə edilən betonun markası, həcmi, mat-material sərfi, tikintinin normalara uyğunluğu, əmək haqqı xərcləri və sair bu kimi suallar. Mütəxəssis qarşısında qoyulan suallar isə məsləhət (konsaltinq), texniki dəstək xarakterli olur. Ekspert yeni hallar müəyyən edir, mütəxəssis isə mövcud hallar barədə izahlar verir. Ekspert rəyi onun qarşısında qoyulan suallara dair aparılmış araşdırmalar, tədqiqatlar, sınaqlar, yoxlamalar nəticəsində əldə olunan məlumat barədə sənəddir, mütəxəssis rəyi isə onun qarşısında qoy ulan suallar üzrə sadəcə mülahizələrdir, izahlardır. Göründüyü kimi, Cavabdeh mütəxəssis ("xxxx") qarşısında onun fəaliyyət dairəsinə aid olmayan suallar qoymuşdur. MBA LTD” MMC tərəfindən verilən 20 dekabr 2022-ci il tarixli, “mütəxəssis rəyinə” nəzər yetirdikdə bəlli olur ki, rəy verilən zaman heç bir araşdırma, tədqiqat, sınaqlar, ölçmələr, hesablamalar, müqayisələr aparılmadan formal xarakterli, əsası olmayan nəticələrə gəlinmişdir. Mütəxəssis tərəfindən müəyyən olunan pul xərcləri, mal-material sərfiyyatları elmi və praktik nəticələrə, müqayisələrə belə əsaslanmamışdır. Həmçinin mütəxəssisin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla yanaşı faktiki vəziyyətə də uyğun deyildir. Bu cur qanunsuz və əsassız rəyə istinadən iddiaçıya əlavə vergilərin hesablanması qanuna ziddir. VM-nin 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh tərəfindən birbaşa Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə istinad olunaraq şərti rentabellik norması tətbiq olunmuş və real vergi öhdəliyini müəyyən etmək imkanı olduğu halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, xərc sənədlərinin qismən təqdim edildiyi bildirilmiş, hansı sənədlərin təqdim edilmədiyi və ümumiyyətlə təqdim edilməli olan sənədlərin hansılardan ibarət olması göstərilməmiş, sənədlərin əldə olunması ilə bağlı hansı addımların atıldığı, Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbləri nə əməl olunması ilə bağlı sənədləşmələrin aparıldığı qeyd olunmamışdır. Həmçinin, sənədlərin qismən olması halında niyə birbaşa şərti rentabellik norması tətbiq olunduğu, Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlardan istifadə olunub-olunmaması, bu mümkün olmadıqda həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilib-edilmədiyi barədə heç bir qeyd aktda əks olunmamışdır. Bütün bunlardan isə aydın olur ki, cavabdeh qeyd olunan normaların tələblərinə əməl etmədən birbaşa Məcəllənin 67.14-cü maddəsini tətbiq etmişdir. İddiaçının 2018, 2019 və 2020-ci illər üzrə xərc sənədləri tamlıqla qaydasında olmuşdur, lakin cavabdeh tərəfindən həmin sənədlərin bir qismi qəbul olunmadığı üçün qanunvericiliyin impe rativ tələbləri pozulmaqla şərti rentabellik norması tətbiq olunaraq əlavə vergi yükü yaradılmışdır. Cəmiyyətin həmin dövrlər üzrə xərclərini təsdiq edən sənədləri yenidən təqdim edirik. Məhkəmə tərəfindən həmin sənədlər araşdırıldığı təqdirdə xərclərin tam olaraq sənədlə təsdiq olunduğu müəyyən ediləcəkdir. Həmçinin bildirilmişdir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunan əlaqəli məlumatlar, həmçinin Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinə əsasən analoji vergi ödəyicisinin məlumatları əsasında vergilərin hesablanması mümkün olmadığı halda şərti rentabellik norması tətbiq oluna bilər. Cavabdehin etirazları:
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2021-ci il tarixli **********152522 nömrəli Qərarı ilə "xxxx" MMC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: noyabr 2018-oktyabr 2021) təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********153384 nömrəli aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 23-cü və 43cü maddələrinə əsasən həmin sənədlərin götürülməsi zərurəti yarandığı üçün xx.xx.2022ci il tarixli **********160412 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və vergi ödəyicisi tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli **********160412 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərara əsasən müəssisəyə məxsus (Müqavilələr, Əsas vəsaitlər üzrə hesablanmış amartizasiya, Təhvil-təslim aktları, Borc müqaviləsi, ödəniş tapşırıqları, Forma 2-lər, İcarə,Debitor və Kreditor, mal-material qalıqları barədə arayışlar və s.) sənədlərin təsdiq edilmiş surətləri götürülərək xx.xx.2022-ci il tarixli **********160414 nömrəli protokolla rəsmiləşdirilmişdir. Qərarda qeyd edilən sənədlərin bir qismi (material hesabatı və sair sənədlər) müəssisədə olmadığı üçün götürülməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2022-ci il tarixli Akt tərtib edilmiş və iddiaçı tərəfindən imzalanmışdır.
6. Ödəmə mənbəyində tutulan vergi üzrə - yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanıldı. Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyic isinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 796 708,00 manat borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyrirezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənb əyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 29 711,47 manat faiz məbləğinə 2 971,15 manat ödəmə mənbəyindən vergi hesablanmışdır. Beləliklədə, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq müəssisəyə yoxlanılan dövrdə 2 971,15 manat ödəmə mənbəyində vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 2 971,15 manat azaldılmasına görə 1 485,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
7. ƏDV üzrə- Səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisinin hesablanmasının düzgünlüyünün yoxlanı lması zamanı 2018-ci ilin yanvar-oktyabr aylan üzrə AVİS baza məlumatlarına əsasən 3 294 713,86 manat, 2018-ci il noyabr-dekabr aylan üzrə 3 814 572,88 manat, 2019-cu il üzrə ƏDV tutulan dövriyyə 4 320 639,65 manat, ƏDV 0 dərəcə ilə cəlb edilən dövriyyə 121 040,9 manat, 2020-ci ildə 2 719 723,87 manat, 2021-ci ildə isə 613 403,49 manat dövriyyə müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi mal qalıqları barədə arayışlara əsasən 2018-ci ilin sonuna mal qalığı 25 875,05 manat, 2019-cu ilin sonuna 53 835,76 manat, 2020-ci ilin sonuna malmaterial qalığı olmamışdır. Yoxlama dövrünün əvvəlinə mal qalığı, dövr ərzində alışlar və mütəxəssis rəyinə əsasən mal məxariclərinin müqayisə olunması nəticəsində aşkar olundu ki, xx.xx.2021-ci ilin sonuna 186 159,95 manat dəyərində mal qalığı (profil) görülmü ş işlərdə istifadə olunmamışdır. VM-nin 159.1-ci maddəsinə əsasən həmin məbləğ satış kimi qəbul edilərək 33 508,79 manat vergi məbləği hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2021-ci ilin oktyabr ayına aid edilmişdir. Vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla ƏDV-nin cəmi 78 542,06 manat azaldılması (hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılması və 112 870,68 manat artıq hesablanması), Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən hesabat aylan üzrə cəmi 191 412,74 manat azaldılmasına görə 95 706,37 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
8. Mənfəət vergisi üzrə - İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2018-ci il üzrə gəlir 7 047 735,67 manat, xərc 6 850 884,54 manat, mənfəət 196 851,13 manat və mənfəət vergisi 39 370,23 manat, 2019-cu il üzrə gəlir 4 159 208,99 manat, xərc 3 910 585,57 manat, mənfəət 248 623,42 manat və mənfəət vergisi 49 724,68 manat, 2020-ci il üzrə gəlir 3 221 368,26 manat, xərc 3 125 662,04 manat, mənfəət 95 706,22 manat və mənfəət vergisi 19 141,24 manat hesablanmışdır. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərdə göstərilən xammal və materiallar üzrə material və texniki hesabatların apanlmadığı müəyyən edilmişdir. Yoxlama zamanı əldə olunmuş sənədlərə əsasən Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tututlan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədl əşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparmasını təmin etməyə borcludur. Belə ki, iddiaçı tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı yoxlamaya təqdim olunmamışdır. Vergi Məcəlləsinin 67.14-cü mad dəsinə əsasən, cəmiyyətin 2018-cı il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. Yoxlama ilə 2018-cı il üzrə cəmiyyətin əldə etdiyi 7 047 735,67 manat (yerinə yetirilmiş işlərə dair Forma 2-lərə, əsasən) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. M1= 7 047 735,67/ (100+20) x 20= 1 174 622,61 manat 2018-ci il üzrə hesablanmış 1 174 622,61 mənfəətdən 20% dərəcə ilə 234 924,52 manat mənfəət v ergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 195 554,29 manat (234 924,52 - 39 370,23) azaldılması müəyyən edilmişdir. Cəmiyyətin 2019-cu il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. M1= 4 171 278,9/ (100+20) x 20= 695 213,15 manat 2019-cu il üzrə hesablanmış 695 213,15 man at mənfəətdən 139 042,63 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 89 317,95 manat (139 042,63 - 49 724,68) azaldılması müəyyən edilmişdir. Cəmiyyətin 2020-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1= 3 216 880,78/(100+20) x 20= 695 213,15 manat Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 20182020-ci illər üzrə azaldılmış 372 960,36 manat vergi məbləğinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 186 480,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
9. Eyni zamanda Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə ƏDV məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd ediləni nəzərə alaraq vergi Məcəlləsinin 58.6-cı maddəsinə mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-ci ildə 1 307,07 manat əlavə dəyər vergisi məbləğləri malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənildiyi üçün Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 1 307, 07 manat gec ödənilmiş ƏDV məbləğinə 653,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2-1(112)-8192/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169068 nömrəli qərarı ləğv edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, vergi orqanı tərəfindən hesablam a xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmış, mütəxəssis rəyində yoxlanılan dövr üzrə görülmüş işlərdə əmək tutumunun müəyyən edilməsinə baxmayaraq, yoxlama aktında həmin məlumatlardan istifadə olunaraq hesablama aparılmamış və ya əsası göstərilməmişdir. Ümumiyyətlə, hesablamanın əsasında duran mütəxəssis rəyi hər hansı şəkildə əsaslandırılmamışdır. Mütəxəssis rəyində mal-material sərfiyyatının müəyyən edilmə mexanizmi açıqlanmamış, mütəxəssis tərəfindən rəy formal olaraq tərtib edilmiş, hər hansı əsaslandırma qeyd edilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-3455/2023 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və M.Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərar ına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Cavabdeh əlavə vergilərin hesablanması zamanı Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqini zəruri edən halları qeyd etməmiş, həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələbləri nə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Lakin cavabdeh tərəfindən VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin təblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamışdır.
15. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə apellyasiya məhkəməsi bildirmişdir ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin xüsusiyyətləri sadalanmışdır. Həmçinin həmin Məcəllənin 104.1-ci maddəsində qeyd edilmişdir ki, rezident müəssisə üçün ve rgitutma obyekti onun mənfəətidir. Lakin cavabdeh iddiaçının mənfəətini müəyyən etməmiş, şəxsin təsisçisi olduğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmədiyini, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividentdən ödəmə mənbəyində vergi ödəməli olduğunu nəzərə almamışdır.
16. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 12.3, 53.3, 67, 83.9, 85.4, 104.1-ci maddələrinə istinad etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qe yd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı gəlirlər barədə məlumatlara əsasən gəlirlər müəyyən edilmiş, xərcləri təsdiq edən sənədlər, o cümlədən mal-material barədə hesabat təqdim edilmədiyi üçün, iş üzrə gəlirləri müəyyən etmək mümkün olmuş, lakin xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin qarşılıqlı təhlili və göndərici xüsusiyyəti deməyə əsas verir ki, iş üzrə şərti rentabellik normalarının tətbiqi üçün gəlirlər və ya xərclər müəyyən edilməlidir. İş üzrə də xərcləri müəyyən etmək mümkün olmadığı üçün gəlirlərə əsasən mənfəət müəyyən edilmiş və vergilər hesablanmışdır.
19. Digər tərəfdən işin faktiki hallarına nəzər yetir dikdə mütənasiblik prinsipinin pozulduğunu görməyin mümkün olmadığı halda, hansı mütənasibliyin və hansı şəkildə mütənasibliyin pozulduğunu məhkəmə kollegiyası qərarında əsaslandırmamış, ümumi şəkildə yanlış rəy formalaşdımağa və hesablamaların əsaslarını şübhə altın almağa cəhd etmişdir.
20. Həmçinin qeyd edilmişdir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Vergi Məcəlləsinin 123.1-ci mad dəsinə əsasənrezident Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasənrezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyrirezident bankların, maliyyə lizinqini həyata keçirən qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyind ə 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 29711.47 manat faiz məbləğinə 2971.15 manat ödəmə mənbəyindən vergi hesablanmışdır.
21. Kassator hesab edir ki, məhkəmə kollegiyası işin faktiki hallarının fərqinə varmadan və həmin halları qanunvericiliklə əsas tutmalı olduğu halda əsas tutmadan, qanunvericiliyin tələbləri tam araşdırılmadan, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Belə ki, mənfəət vergisi hesablanarkən, rəsmi (bəyannamə) və mənbəyi bəlli olan məlumatlardan istifadə edilmişdir ki, məhkəmə kollegiyası iş üzrə ar aşdırma aparmadığı üçün qeyd olunanlardan məlumatsız olmuşdur. Bu baxımdan vergilərin hesablanması məqsədilə gəlirlər müəyyən olunarkən mənbəyi bəlli olan istənilən məlumat əsas götürülür. Əks təqdirdə vergidən yayınma sxemi üzrə hərəkət edən və vergidən hər hansı yolla yayınan şəxslərin öhdəliklərini müəyyən etmək mümkün olmayacaqdır ki, bu halda da formalaşan mənfi praktika dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnəcəkdir. Yuxarıda əks olunanları nəzərə alaraq, nəticə etibarı ilə qeyd edirik ki, məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda, yanlış təfsir edərək iş üzrə düzgün tətbiq etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Vergi Məcəlləsi: Maddə
12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavab ların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qa nunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə
54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz:... 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qur tarması. Maddə
55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törədilməsi;... 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) isti sna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərc ləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarl ıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çı xılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə ver ginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı s urətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitu tma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir.) Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən s ığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun ola raq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə
104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir 24. “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanun Maddə
12. Ekspertin hüquqları Eks pertin aşağıdakı hüquqları vardır: məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq; rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək; məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək; məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək; verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif ed ilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək; qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək; məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək. Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirə bilər. Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir: məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə; verilən suallar ekspertin zəru ri biliyindən kənara çıxdıqda; tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə; tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda; ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda. Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir. Ekspertə aşağıdakıları etmək qadağandır: məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq; məhkəmə ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində, h əmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək; məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq; məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq; təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq; dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq; məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv et mək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək. Maddə
13. Ekspertin vəzifələri Ekspertin aşağıdakı vəzifələri vardır: Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək; məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq; təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək; təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin) çağırışı üzrə gəlm ək; aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə təhqiqat, ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə vermək; məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə yazılı formada məlumat vermək; təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək. Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.
25. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yal nız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2021-ci il tarixli, qərarı ilə iddiaçı cəmiyyətdə xx.xx.2018 – xx.xx.2021-ci il tarixədək olan dövrdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlamanın nəticəsinə dair xx.xx.2022-ci il tarixli, **********153384 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozul masına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********169068 nömrəli qərar qəbul edilmiş. Həmin qərarla iddiaçıya aşağıdakı vergilər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: • 372.960,36 manat MV və 186.480,18 manat MS • 187.604,59 manat ƏDV (109.062,53 artıq hesablama) və 93.802,3 manat MS • 2.971,15 manat ÖMV və 1.485,58 manat MS • 653,54 MS (58.6).
32. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, **********169068 nömrəli qərarın ləğvinə yönəlmişdir.
33. İşin araşdırılmış hallarına əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə ƏDV-nin, mənfəət vergisinin, ödəmə mənbəyindən verginin və maliyyə sanksiyasının hesablanmasına əsas "xxxx" MMC tərəfindən verilən 20 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi o lmuş, hansından ki, "xxxx" MMC-nin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən yerinə yetirilmiş işlərə görə çəkilən əmək haqqı xərcini və norma daxilində istifadə olunan mal-materialın həcmini müəyyənləşdirmişdir.
34. Cavabdeh tərəfindən təqdim olunmuş mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis iddiaçı tərəfindən görülmüş işin adının, forma 2-nin məbləğinin və işçiliyin dəyərini özündə əks etdirən cədvəl təqdim etmişdir. Lakin, forma 2-lər üzrə vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində əmək haqqı xərclərinin və tikintidə istifadə olunan mal-materialların həcmi hansı qaydada, hansı metod və üsulla hesablandığı göstərilməmiş, sadəcə müvafiq rəqəmlər əks etdilməklə kifayətlənilmişdir. Ümumiyyət lə,əlavə vergi borcu hesablamanın əsasında duran mütəxəssis rəyi hər hansı şəkildə əsaslandırılmamış və mütəxəssis rəyində tikintidə malmaterial sərfiyyatının müəyyən edilmə mexanizmi açıqlanmamışdır.
35. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mütəxəssis tərəfindən tikintiyə şərf olunmuş tikinti materiallarının həcmini müəyyən edilməsi üçün mütəxəssis tikintinin aparıldığı yerdə ölçü işləri aparmaqla obyektiv nəticəyə gələ bilərdi. Lakin cavabdeh tərəfindən cəlb olunmuş mütəxəssis tikinti aparıldığı yerdə hər hansı bir ölçü işləri aparmamışdır. Halbuki mütəxəssis yerində baxış və ölçü işləri aparmadan Forma 2 sənədlərində göstərilən tikinti materiallarının istifadə edilməməsi kimi nəticəyə gəlmək mümkün deyil
36. Məhkəmə qeyd edir ki, hazırkı qərarın 24-cü bəndi ndə qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd tərtib edilmiş, lazımi şəkildə əsaslandırılmamış mütəxəssis rəyi əsasında əlavə vergi borcunun hesablanması qanuni hesab edilə bilməz. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən mütəxəssisin məhkəmədə iştirakı və rəyin əsaslandırılması üçün ağlabatan vaxt verilmiş, lakin mütəxəssisin məhkəmədə iştirakı cavabdeh tərəfindən təmin edilməmişdir.
37. Hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, göstərilə mütəxəssis rəyi vergilərin hesablanmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz.
39. Bundan əlavə məhkəmə kollegiyası q eyd etməyi zəruri hesab edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparı lması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
40. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Odur ki, hər hansı kalkulyasiya və əsaslandırması olmayan mütəxəssis rəyinə əsaslanan vergi yükünün inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) əs aslandırılması və bu istiqamətdə araşdırmanın aparılması (məsələn ekspertizanın təyin edilməsi) yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz.
41. Həmçinin məhkəmə kollegiyası iddiaçıya hesablanmış mənfəət vergisi ilə bağlı qeyd edir ki, həmin vergi borcu şərti rentabellik norması tətbiq etməklə əlaqəli məlumatlardan istifadə olunaraq "Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarına istinad edilərək hesablanmışdır.
42. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan vergin in məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər.
43. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.
44. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.
46. Beləliklə, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ö dəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmışdır.
47. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməyə, diskr esion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.
48. Ödəmə mənbəyində tutulan vergiyə və ona hesablanan maliyyə sanksiyasına münasibətdə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin xüsusiyyətləri sadalanmışdır. Həmçinin həmin Məcəllənin 104.1-ci maddəsində qeyd edilmişdir ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Lakin cavabdeh iddiaçının mənfəətini müəyyən etməmiş, şəxsin təsisçisi olduğu hüquqi şəxsə investisiya qoyuluşu etdikdə (o cümlədən faizsiz borc verdikdə) bu əməliyyatdan birbaşa gəlir əldə etmədiyini, yalnız biznesin nəticəsindən asılı olaraq əldə edəcəyi dividentdən ödəmə mənbəyində vergi ödəməli olduğunu nəzərə almamı şdır.
49. Apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, vergi orqanı iddiaçının müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən təsisçisi olduğu hüquqi şəxslə arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Lakin nəzərə almamışdır ki, faizsiz borc özlüyündə vergitutma məqsədləri üçün mal (iş, xidmət) hesab edilə bilməz.
50. Belə ki, pul məbləğinin faizə verilməsi yalnız bankların fəaliyyətinə aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təmina tsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
51. Apellyasiya məhkəməsinin VM-in 85.4-cü maddəsinin tədbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, “29 noyabr 2019-cu il tarixli 1704-VQDnömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020ci il yanvarın1-dən qüvvəyə minmişdir.Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda da qeyd edildiyi kimi, həmin qanun 2020-ci il y anvarın 1-dən qüvvəyə mindiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2018-2019-cu illər üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır.”
52. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçının fəaliyyət dövrü üzrə 3 illik dövrü yoxlanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəl b edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar tarixindən əvvəlki 3 illik dövrü əhatə edir. Aylıq hesabatlar üzrə yoxlama barədə qərarda qeyd olunduğu ki, yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir. Aylıq hesabatlar üzrə yoxlama barədə qərarda qeyd olunmuşdur ki, yoxlanılan dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etmişdir.
53. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı id diaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. İşin faktiki halları baxımından qeyd olunan iş üzrə normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsindən söhbət gedə bilməz. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 1 yanvar 2020-ci il tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur.
54. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1-ci və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəy işikliyin səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və məsuliyyət qərarının qəbul olunduğu dövrdə qüvvədə olmuşdur.
55. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin digər dəlilləri ilə razılaşır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasının əsaslı olduğunu sübut edə bilməmişdir.
56. Beləliklə, cavabdeh orqan inzibati icraat haqqında normaların, prinsiplərin və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilmə sini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.
57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 21(103)-3455/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.