Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1381/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Balakən Bələdiyyəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR 16.07.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, tərəflərin iştiraki olmadan, İddiaçı Balakən Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və üçüncü şəxs X6 qar şı başqasına verilmiş plan və ölçünün ləğv edilməsi və çıxarışın verilməsi haqqında iddia tələbinə dairiş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarından iddiaçı Bələdiyyə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Balakən Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və üçüncü şəxs X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin üzərinə 3-cü şəxsin adına işlənmiş “Torpaq sahəsinin Planı və Ölçüsü”nün ləğv edilməsi 0,51 ha torpaq sahəsi üzərində iddiaçı Bələdiyyənin m ülkiyyət hüququ qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 16 oktyabr 2018-ci-ci il tarixli qərarı ilə (hakim V.Qasımov; iş No 2-1(084)814/2018) iddianın qismən təmin edilməsi, üçüncü şəxs X5 adına tərtib edilmiş A seriyalı 113914 nömrəli torpaq sahəsinin planı və ölçüsünün 0,051 ha hissədə ləğv edilməsi və 0,051 ha torpaq sahəsi üzərində iddiaçı Bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakındövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər G.Abbasov və R.Rəfiyev; iş № 21(107)-37/2019) ü çüncü şəxs X5 аpellyаsiyа şikаyətinin təmin edilməsi; Şəki İnzibatiİqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərаrının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı Bələdiyyə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı Bələdiyyənn kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə koll egiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsa slar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı Bələdiyyə Balakən şəhəri, M.Maqomayev küçəsində yerləşən 0,051 ha torpaq sahəsinin, həmin Bələdiyyə tərəfindən təsdiq edilmiş “Yerquruluşu xəritəsindən edilən çıxarış”a əsasən, bələdiyyə mülkiyyəti olmasına əsaslanaraq, bu torpaq sahəsinin qonşu-mülkiyyətçi X2 ilə bağlı ilkin prosedurlara başlamış; müvafiq ayrıc aktını hazırlamış, rəylər almış, müvafiq olaraq həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ olaraq qeydiyyata alınmasına dair cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçı Bələdiyyə yə ünvanladığı cavab məktubu ilə qeyd edilən torpaq sahəsinin 0,0384 ha hissəsinin kadastr **********0051 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üçüncü şəxs X6 məxsus olduğu müəyyən edildiyindən, bələdiyyənin hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Eyni zamanda işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli qərarına, X22 filialının 15.01.2019-cu il tarixli 03 nömrəli məktubuna və digər aiddiyyəti sənədlərə əsasən Balakən rayonu “Musabəyov”adına kolxozun 26.04.1989-cu il tarixli 2 nömrəli iclas protokolunun qərarı ilə Mаhаmаlаr kənd sаkini X6 0,07 hа həyətyаnı torpаq sаhəsi ayrılmışdır. Həmçinin Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 qərarı ilə təsdiq edilmiş torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 875-ci sırada X5 0,07 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi ilə əlaqədar əvvəllər də məhkəmə mübahisələri baş vermişdir, belə ki, əvvəlki məhkəmə qərarları əsasında iddiаçı X7 (hazırda 3-cü şəxsdir) cаvаbdehlər X16 və X4, Azərbаycаn Respublikаsı Dövlət Torpаq və Xəritəçəkmə Komitəsinin Bаlаkən rаyon şöbəsinə, Zаqаtаlа Regionаl Kаdаstr Mərkəzinə, Azərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Komitəsi yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Zаqаtаlа Ərаzi idаrəsinə qarşı torpаq sаhəsindən çıxаrılmа və dəymiş zərərin ödənilməsi, X18а məxsus JN-150 A sаylı torpаğın mülikyyətə verilməsinə dаir şəhаdətnаmənin ləğv edilməsi haqqında iddia ərizəsi ilə bağlı qeyd edilən yuxarı məhkəmə icstansiyalarının qəbul etdikləri qərar ları ilə iddia tələbinin təmin etməməklə qeyd etmişlər ki, X5 adına olan JN-0161A, KOD 40108018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq qaydada qeydə alınmamış və şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin müdiri hissəsində imza və möhür mövcud olmamışdır. Bunun əksinə X13 adına olan JN-150A KOD 40108038 saylı şəhadətnamə isə 9155 sayla qeydə alınmış və müvafiq qeydiyyatla təsdiq olunmuşdur. Ona görə də, məhkəmələr U.Z.Əzizovun adına olan şəhadətnaməni deyil, X14 adına olan şəhadətnaməni sübut kimi qəbul etmişlər. Yuxarıda qeyd edilən məhkəmə qərarlarında mübahisələndirilən 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi olan X21 27.06.2008-ci ildə vəfat etmiş, həmin torpaq sahəsi miras əmlak kimi anası X15 mülkiyy ətinə keçmiş, sonra sonuncu həmin torpaq sahəsini X1, sonuncu isə 24.05.2014-cü il tarixdə həmin torpaq sahəsini X8, sonuncu isə 14.04.2017-ci il tarixdə həmin torpaq sahəsini X3. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, A seriyalı 113914 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X6 məxsus 0,07 ha torpaq sahəsinin 0,0316 ha hissəsi hazırda mülkiyyətçi olan X9 adına olan torpaq sahəsinin sərhədlərinin daxilinə düşür (bu hal mübahisələndirilmir, belə ki, bununla bağlı yuxarıda qeyd edilən qüvvədə olan məhkəmə qərarları mövcuddur), 0,0384 ha hissəsi Balakən Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, işin materialla rında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri xidmətinin 24.05.2018-ci il tarixli **********43 nömrəli məktubu əsasında təqdim edilən mütəxəssis rəyində də 0,051 ha torpaq sahəsinin hüquqi statusu, yəni məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulduğu, torpaq sahəsinin Balakən bələdiyyəsinin mülkiyyətinə aid edilməsi, həmin torpaq sahəsinin bir hissəsinin yəni, 0,0383 ha üzərində X5 adına DTX tərəfindən 29.12.2008-ci il tarixdə tərtib edilmiş **********00051 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi ilə yüklü olduğu qeyd edilmişdir. Mübahisə premeti olan torpaq sahəsinin 0,383 ha hissəsinin Balakən bələdiyyəsinin mülkiyyətinə aid edilməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin torpaq sahəsinin bələdiyy ənin mülkiyyətində olmasını təsdiq edən sənəd yalnız yerquruluşu xəritəsindən çıxarışdır və bununla bağlı qeyri hər hansı bir sənədi mövcud deyildir. Halbuki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinin birinci bəndinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyatfondu torpaqları. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyin dəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiya sının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyun 2011-ci il tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sə nədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarı). Lakin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan və ya digər qanuni qüvvəyə malik olan qərar əsasında əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Bununla belə Konstitusiy a Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” 15 yanvar 2010-cu il tarixli Qərarına əsasən, mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qeyd olunanlarla yanaşı, 3-cü ş əxs Uldiz Əziziova torpaq sahəsi ayrılarkən qüvvədə olmuş qanunvericilikdə əks olunan vətəndaşlara torpaq sahələrinin ayrılması əsaslarını daqeyd etmək vacibdir. Azərbaycan SSR-in 07 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin dövrdə qüvvədə olan Torpaq Məcəlləsinə uyğun olaraq 3-cü şəxs Ulduz Əzizova 0,07 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Düzdür sonradan müvafiq məhkəmə qər arları əsasında həmin torpaq sahəsinin bir hissəsi başqa şəxsin (hazırda Mana Hacıyeva) mülkiyyətinə dair sənədlər daha mötəbər olduğundan onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinə daxil edilmişdir. Hazırkı vəziyyətdə isə iddiaçı Bələdiyyə ən azı 1989-cu il tarixdə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin geri qaytarılması barədə tələb irəli sürməsi yuxarıda qeyd edilən qanunların tələbləri baxımından haqlı deyildir. Bütün bunlardan əlavə üçüncü şəxsin qanuni istifadəsində həyətyanı torpaq sahəsi ilə bağlı müvafiq olaraq kolxozun torpaq ayrma barədə qərarı, aqrar islahat komissiyasının qərarı, müvafiq plan və ölçü sənədi mövcud olduğu halda iddiaçı Bələdiyyə yalnız ərazinin yerquruluğu xəritəsindən çıxarışa əsaslanaraq üçüncü şəxsin adına işlənmiş A seriyalı 113914 nömrəli ****** ****51 nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə tələbinin məhkəmə tərəfindən təmin edilməsi qanuni hesab edilə bilməz. Belə ki, bələdiyyələr ən azı həmin ərazidə yaşayan insanların maraqlarına xidmət etməli, onlar arasında yaranmış mübahisələri həll etməyə cəhd etməli, cavabdeh Bələdiyyə isə bunun əksinə olaraq müvafiq orqanların səhvi nəticəsində üçüncü şəxsə məxsus torpaq sahəsinin faktiki vəziyyətə uyğun olmayan formada hazırlanmış sənədlər nəticəsində yaranmış mübahisə üzrə yeni bir mübahisə yolu açır. Məlumdur ki, X19 həmin ərazidə üçüncü şəxslə qonşuluqda yerləşən müvafiq torpaq sahəsinin mülkiyyətçisidir, onun torpaq sahəsi mövcuddur, yenidən üçüncü şəxsin adına plan və ölçü sənədi əsasında qeyd edilmiş torpaq sahəsinin bir hissəsinin də həmin şəxsə (Ma na Hacıyevaya) satmaq üçün müvafiq sənədləşmənin aparılmasında Balakən Bələdiyyəsinin fəaliyyəti haqqa, ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə ziddir. Məlum olduğu kimi qanuna görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Hazırkı vəziyyətdən görünür ki, üçüncü şəxsin ona 1989-cu ildə verilmiş torpaq sahəsinin bir hissəsinə olan hüququ hələ bələdiyyələrin yaranmasından xeyli əvvəl meydana gəlmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli qərarına müvafiq olaraq mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olubolmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаimünаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаric i) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni bаşqа şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilən, mübahisəli torpaq sahəsi ilə əlaqədar olan əvvəlki məhkəmə qərarları hazırkı iş üzrə preyudisial xarakter daşımır, belə ki, həmin məhkəmə qərarları üçüncü şəxs X5 X17 və qey rilərinə qarşı müvafiq iddiası ilə bağlı olmuş, iddiaçının tələbi təmin olunmamış, cavabdeh X10 adına olan müvafiq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə daha mötəbər hesab edilmiş, həmin torpaq sahəsinə (hazırda Mana Hacıyevaya məxsus) torpaq sahəsinə müvafiq sənədlər hazırlanaraq verilmiş və həmin hal hazırkı tələbdə mübahisələndirilmir. Belə ki, Ulduz Əzizova məxsus olan 0,07 ha torpaq sahəsinin 0,0383 ha hissəsi hazırkı mübahisənin predmetidir. Həmin hissə ilə bağlı müvafiq olaraq preyudisial əhəmiyyətli qərar mövcud deyildir. Bu hal üçüncü şəxsin plan və ölçü sənədində olan torpaq sahəsinin 0,383 ha hissəsinə münasibətdə onun hüquqularını məhdudlaşdıra bilməz. Ona görə də, iddiaçı Bələdiyyənin idda tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icra atı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayət i təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Balakən Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1381/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1381/2019
16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver