Məhkəmə qərarları › İş №2-1(102)-1381/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1381/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1381/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daş ınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-1743/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)5806/2018 nömrəli qətnaməsi ilə X3 25 dekabr 1995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)3356/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 6, ev 1 (köhnə Kommunist küçəsi, döngə 6, ev 1) ünvanındakı evin texniki pasportunda göstərilən Musalyan Araş adının, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə və həmin qətnaməyə əsasən verilən AZ-1 № 987485 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 kimi oxunması və həmin texniki pasportun məhz X6 mənsub olması (eyni şəxsə aid olması) faktının müəyyən edilməsi qət edilmişdir.

3. İddiaçı müraciəti əsasında Bakı şəhəri 35 saylı notariat kontorunda X3 25 dekabr 1995-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mərhum X3 adına olan ünvan 2 ünvan Kommunist) döngə 6, 1 saylı evə dair çıxarış və daşınmaz əmlakın təsv irinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən (1 saylı forma üzrə) arayış verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qə rar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi döngə 6, ev 1 (Əvvəlki Kommunist küçəsi) ünvanında yerləşən əmlak X6 məxsus olmuşdur. Həmin ünvana dair 1961-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən texniki pasport çəkilərək verilmişdir. Texniki pasportda Musalyan Araş kimi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə texniki pasportun X6 mənsub olması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 25 dekabr 1995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi döngə 6 ev 1 (Əvvəlki Kommunist küçəsi) ünvanında yerləşən əmlak və torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsində köməklik göstərilməsi üçün iddiaçı cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdehin müraciətin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyasına və qiymətləndirilməsinə dair” pasportun nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”na əsasən texniki pasport da qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və ümumi ərazi mişar daşı ilə 4 hissəyə bölünmüşdür, “B” yaşayış evində yenidənqurma işləri aparılaraq əlavə otaqlar inşa edilmişdir. Qeyd olunanlarla yanaşı “A” yaşayış evinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12037/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə İddiaçı arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının qanun üzrə vərəsəsi olduğu X8 vəfat edənə qədər qanuni əsaslarla Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 6, ev 1 üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qanunvericiliyin tələbinə əsasən qanun üzrə vərəsə olan iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X6 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur.

10. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 2-1(103)-1743/2024 nömrəli qərardadı ilə X9 hazırkı iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-1743/2024 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X2 və X5) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12037/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ilə müəyyən edilir ki, iddiaçının qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsi mişar daşı ilə 4 hissəyə bölünüb və ərazidə bir neçə ailə yaşayır, rekonstruksiya işləri aparılmış və əlavə otaqlar inşa edilmiş, habelə ərazidə bir neçə fərdi yaşayış evi inşa edilmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi təqdim edilmiş texniki sənədlə müqayisədə çox dəyişikliyə uğramış, rekonstruksiya işləri aparılmış və əlavə tikililər tikilmiş, torpaq sahəsi bir neçə şəxs arasında bölüşdürülmüşdür. Qeyd olunan ərazi bir neçə şəxs arasında mişar daşı ilə bölünərək ayrı-ayrı şəxslərin istifadəsindədir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanuni və əsasl ı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.

14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə bildirilir ki, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutları ətraflı təhlil etməmiş, heç bir əsaslandırma aparmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res publikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sə nədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqı nın tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzif əsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülki yyət hüququnun mərhum X6 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

22. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı hesab etsə də, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanunvericiliyin tələbinə zidd hesab etmişdir. İddia tələbini rədd edən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi təqdim edilmiş texniki sənədlə müqayisədə çox dəyişikliyə uğramış, rekonstruksiya işləri aparılmış və əlavə tikililər tikilmiş, torpaq sahəsi bir neçə şəxs arasında bölüşdürülmüşdür. Qeyd olunan ərazi bir neçə şəxs arasında mişar daşı ilə bölünərək ayrı-ayrı şəxslərin istifadəsindədir. Belə olan halda cavabdeh inzibati orqan ın imtinası qanuni və əsaslı olmuşdur.

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.

24. Gəlinmiş nəticə ilə əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırılma aparılmasını məqsədə müvafiq hesab edir. İddia tələbindən də göründüyü kimi mübahisə predmeti ev və onun altında olan torpaq sahəsidir. Evlə bağlı

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd lərin Siyahısının 1.11-ci maddəsinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır.

26. Hazırkı iş üzrə mübahisə predmeti olan ev ilə bağlı 439 nömrəli fərmanda qeyd edilən hüquqmüəyyənedici sənəd-Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur (iş vər 33-40). Həmin texniki pasportda tikililərin ölçüləri də öz əksini tapmışdır.

27. Apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən bildirmişdir ki, torpaq sahəsi üzərində olan tikililərdə rekonstruksiya işlər aparıl mış və əlavə olaraq otaqlar inşa edilmiş, habelə ərazidə bir neçə fərdi yaşayış evi inşa edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, həm təqdim edilmiş texniki pasporta, həm də cavabdeh tərəfindən aparılmış müayinə aktına nəzər yetirilərkən mübahisəli tikililərlə bağlı hüquqmüəyyənecidi sənəddə olan ölçü ilə faktiki vəziyyətdəki ölçünün bir birinə bərabər olduğu müəyyən edilir (iş vər 31). Texniki göstəricilər Torpaq dövlət sahəsi Hüquq müəyyənedici sənəd 0.131482 ha 0.131482 ha 4 otaq-65.82 m köməkçi-7.78 m3 Ümumi-73.6m3 4 otaq-65.82 m3 köməkçi-7.78 m3 Ümumi-73.6 m3 +əlavə sahələr inşa edilib 2 otaq-27.52 m3 köməkçi-25.20 m3 ümumi 52.72 m3 2 otaq-27.52 m3 köməkçi-25.20 m' Ümumi-52.72 m3 +əlavə sahələr inşa edilib 3 A fye Faktiki B fye

29. Beləliklə, göründüyü kimi torp aq sahəsində olan ilkin tikililərin əsaslı rekonstruksiya edilməsi, yəni sökülərək fərqli ölçülərdə yenisinin tikilməsi cavabdehin özü tərəfindən tərtib edilmiş müayinə aktı ilə təsdiq edilmir.

30. Apellyasiya instansiya məhkəməsi isə tikililər üzərində əlavə rekonstruksiya işlərinin aparıldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin bu mövqeyi növbəti apelyasiya baxışında araşdırma premdeti olmalıdır. Yəni, köhnə tikililərə münasibətdə rekonstruksiya halının mövcud olub olmaması araşdırılmalıdır.

31. Torpaq sahəsi üzərində tikilmiş əlavə sahələrə gəlincə növbəti apelyasiya baxışı zamanı həmin tikililərlə bağlı həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 4 39 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməlidir.

32. Belə bir araşdırılma aparılmasının məqsədi iddia tələbindən qaynaqlanır. Belə ki, iddiaçı torpaq sahəsi üzərində olan əmlaklar üzərində məxsusluq hüquqlarının tanınmasını bildirsə də, texniki pasportda öz əksini tapmayan, sonradan tikilmiş tikililərlə əlaqədar hər hansı sənəd təqdim etməmişdir. Odur ki, növbəti apelyasiya baxışı zamanı əlavə tikililərlə bağlı hallar da araşdırma predmeti olmalıdır. Torpaq sahəsi ilə bağlı

33. Azərbaycan Respublikası Preziden tinin 2015-ci il 13 yanvar tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin hüquqmüəyyənediciliyi təsbit edilmişdir. Başqa sözlə səlahiyyətli orqanlar öz səlahiyyətləri çərçivəsində şəxsə yaşayış sahəsi verərkən onun altında olan torpaq sahəsi də şəxsin mülk iyyətinə verilmiş olur.

34. Qeyd edilən Fərmanı rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti olan evin altındakı tikintialtı torpaq sahəsinə münasibətdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport hüquqmüəyyənediciliyə malikdir.

35. Apellyasiya instansiya məhkəməsi torpaq sahəsinin mişar daşı ilə 4 hissəyə bölünmə faktına əsaslanaraq iddia tələbini torpağa aid hissədə rədd etmişdir. Cavabdeh öz növbəsində apellyasiya şikayəti verərək bildirmişdir ki, texniki pasportda qeyd edilən perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq vardır.

36. Məhkəmə kollegiyası cavabdehin özü tərəfindən tərtib edilmiş müayinə aktına istinad edərək bildirir ki, hüquqmüəyyən edici sənəddə qeyd edilmiş torpaq sahəsinin ölçüsü ilə faktiki ölçü eynidir. Bu 0.131482 ha bərabərdir.

37. Cavabdeh etirazda və apellyasiya şikayətində texniki pasportda göstərilən perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğunu qeyd etsə də, bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi də öz xidməti vəzifəsinə uyğun olaraq cavabdehdən bu uyğunsuzluğun nədən ibarət olmasını dəqiqləşdirməmişdir.

38. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən, formalaşmış presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidir (Papon Fransaya qarşı, (qər.)). Əsaslandırılmış qərarlar tərəflə rə eşidildiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (X7rşı, § 29). Məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da (Van de Hurk Niderlanda qarşı, § 61), qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb (bax: Boldea Rumıniyaya qarşı, § 30).

39. Məhkəmə kollegiyası bildirir ki, növbəti apelyasiya baxışı zamanı texniki pasportda göstərilən perimetrik ölçülər lə faktiki vəziyyət arasında uyğunsuzluğun nədən ibarət olması araşdırılmalı və buna uyğun olaraq məsələyə hüquqi qiymət verilməli, gəlinmiş nəticə isə qanunvericiliyə uyğun olaraq əsaslandırılmalıdır. Eyni zamanda torpaq sahəsinin 4 hissəyə bölünməsinin digər vətəndaşların hüquqlarına müdaxilə edilib edilməməsi halı aydınlaşdırılmalı, yəni, belə bölgü aparılarkən başqasının mülkiyyət, istifadə hüququnun məhdudlaşdırılması faktı da müəyyən edilməlidir.

40. Bir məqama da diqqət yetirmək lazımdır. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, mübahisəli torpaq sahəsi 4 yerə bölünməklə müxtəlif şəxslərin istifadəsinə verilmişdir. Növbəti apelyasiya baxışı zamanı həmin şəxslərin dairəsi müəyyən edilməli, işin hallarından asılı olaraq zərurət olduğu təqdirdə həmin evlərdə yaşayan şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi halı müzakirə olunmalı, eyni zamanda onların bir biri, eləcə də iddiaçı ilə ailə bağlarının olması faktı müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hallara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçılar ın konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir

43. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayəti təmin edilərək apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-1743/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikay

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar