Məhkəmə qərarları › İş №2-1(102)-1382/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1382/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1382/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: təyin edilmiş əlilliyə görə əmək pensiyası xx xxxxxxx 2014-cü il tarixdən təyin edilməklə hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx xxxxxxx 2014-cü il tarixdən təyin edilməklə hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-172/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1978-ci il tarixdə anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx xxxxxxx 2014-cü il tarixdən təyin edilməklə hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1978-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, əmək fəaliyyətinə 2005-ci ildə başlamış, 1999-2000-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət etmişdir. xx xxxxxxx 2014cü il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi verilmiş və əlilliyə görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də o Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2-1(85)-258/2017 npmrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Sənaye İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və əsgərlikdə olduğu 1 il müddətin iki qat ölçüdə götürməklə ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoy ulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən icra olunaraq xx xxxxxxxx 2018-ci il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən aparılmış təyinatın tarixi qanunsuzdur. Çünki iddiaçıya ikinci qrup əlillik dərəcəsi xx xxxxxxx 2014-cü il tarixdə verildiyindən, əlilliyə görə əmək pensiyası da həmin tarixdən təyin edilməklə hesablanmalıdır. Bununla bağlı iddiaçı yenidən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx xxxx 2019-cu il tarixli, **********0 saylı məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu qanunsuzdur və iddiaçının sosial təminat hüququ pozulmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1619/2019 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçı Ramin Eynulla oğluƏliyevə təyin edilmiş əlilliyə görə əmək pensiyası xx xxxxxxx 2014-cü il tarixdən təyin edilməklə hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinincavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-172/2020 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Telman Quliyev və Lətifə Məmmədova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alın mışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixdən qanunvericiliyə uyğun olaraq 154,80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci maddəsinə əsasən pensiyanın bir növündən başqa növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Nəticə olaraq iddiaçıya pensiya təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğun həyatakeçirilmişdir. Qeyd olunan hallar məhkəmələr tərəfindən araşdırılmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-172/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçıməhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesa b edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəy ə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixdən qanunvericiliyə uyğun olaraq 154,80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci maddəsinə əsasən pensiyanın bir növündən başqa növünə keçdikdə yeni növ pensiya n övbəti ayın 1-dən ödənilir. Nəticə olaraq iddiaçıya pensiya təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələblərinə uyğun həyatakeçirilmişdir. Qeyd olunan hallar məhkəmələr tərəfindən araşdırılmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin al i məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərinin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığor ta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı Azərbaycan Sənaye İnstitutunda təhsil almış, döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.2005-ci il tarixdən – xx.xx.2006-cı il tarixədək ”X1 Azəri” MMC-də inspektor vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixdən - xx.xx.2018-ci il tarixədək İİ qrup əlilliyə görə sosial müavinət almışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2017-ci il t arixli 2-1(85)-258/2017 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Sənaye İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və əskərlikdə (hərbi xidmətdə) olduğu 1 il müddətin iki qat ölçüdə götürməklə ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması və bununla da iddiaçının əlilliyə görə pensiya təyin edilməsi üçün lazım olan sığorta stajının olması müəyyən edilmişdir. İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyasının xx xxxxxxx 2014-cü il tarixdən təyin edilməklə hesablanması və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən iddiaçının müraciətini n təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən pensiya hüququ yarandığı xx.xx.2018-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq 154,80 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edildiyi, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci maddəsinə əsasən pensiyanın bir növündən başqa növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənildiyi göstərilmişdir. Əlilliyə görə əmək pensiyası hüququ üçün lazım olan şərtlər, yəni əlillik və tələb olunan sosial sığorta stajı şərti ödənilmiş, cavabdeh in zibati orqan özü əlilliyin müəyyən olunmasını nəzərə alaraq iddiaçıya sosial müavinət təyinat etmiş, həmin şəxsin əlilliyə görə pensiya almaq hüququnun yaranması üçün lazım olan sosial sığorta stajının olması isə məhkəmə qərarı ilə müəyyən olunmuşdur. İş materiallarından isə göründüyü kimi, iddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyi görə sosial müavinət təyin edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də iddiaçının əlilliyi görə əmək pensiyası hesablanması üçün lazım olan sosial sığorta stajı vardır, lakin cavabdeh inzibati orqan əsassız imtina edərək iddiaçının sosial təminat hüququnu pozmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm iş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. SumqayıtApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(105)-172/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar