Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1383/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətə verilməsi; torpaq sahəsinə hüquqların qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində çıxarışın və plan və ölçü sənədini n verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-182/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Quba rayonu x kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2016-cı il 23 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış həmin 0,10 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə ai d deyildir. Elektron baza kadastr xəritə materiallarında həmin torpaqların kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahələri olduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2016-cı il 07 dekabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba rayonu x Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli xsaylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında xx xxxxxx 2007-ci il tarixdə x nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu x Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli xsaylı Qərarı ilə bələdiyyənin ümumi istifadəsinə aid olmaqla alğı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı torpaqların alğı-satqısına dair akt tərtib edilərək DTXK-nın Quba rayon şöbəsində xx xxxxxxx 2007-ci il tarixdə x nömrə ilə qeydiyyata alınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı həyətyanı məqsədlə 0,10 ha torpaq sahəsinin satılması barədə x nömrəli arayış verilmiş və sözügedən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)8/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Quba rayonu x Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli xsaylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında xx xxxxxx 2007-ci il tarixdə x nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsa sında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya satılarkən qanunun tələbləri gözlənildiyindən, cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(105)-182/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (2007-ci ildə qüvvədə olmuş redaksiyada): Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... Maddə
17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları...
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilməsi kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər... Maddə
86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri...
2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, hab elə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. 16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun (2007-ci ildə qüvvədə olmuş redaksiyada): 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərr üfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti ü zrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatl ar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə cav abdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Yuxarıda istinad edilən, torpaq münasibətlərini tənzimləyən normaların tələblərindən göründüyü kimi: - bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər; - bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəy ə və icarəyə verilir; - bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... - bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər, kənd təsərrüfatına yararlı torpaq sahələri isə yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Həmin torpaq sahələri alqı-satqı obyekti ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi qərarında həmin normalara istinad etsə də, normaların tələbləri təmin olunmamışdır. Belə ki, iddiaçının əsaslandığı 2006-cı il 20 sentyabr tarixli bələdiyyə qərarında alqı-satqının predmeti kimi kənd təsərrüfatına yararlı torpaq sahəsi göstərilmişdir.
23. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıya satılmış torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmışdır. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Quba rayonu x kəndində 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olmasının müəyyən edilməsi barədə torpaqşünaslıq ekspertizası həyata keçirilmişdir. Həmin torpaq nümunəsində torpaq keyfiyyəti və məhsuldarlıq analizinin cavabına əsasən, torpaq əkin üçün yararsız, analiz olunmuş torpaqda azotun yetərli dərəcədə olmaması, kaliumun yetərli dərəcədə olmaması müəyyən olunmuş, torpaq sahəsinin münbitləşdirilməsi üçün tövsiyələr qeyd edilməmişdir. Aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində İddiaçı məxsus Quba rayonu, x kəndində 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması müəyyən edilmişdir... Hazırki iş üzrə də verilmiş mütəxəssis rəyindən göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olsa da, həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədləri üçün yararsız olması müəyyən edilmişdir. Yuxarıda aparılan dəyərləndirməyə əsasən isə qanunvericiliklə bələdiyyələrin kənd təsərrüfatına azyararlı və yararsız torpaqlarının özəlləşdirilə bilməsinin mümkünlüyü təsbit edilmişdir.”.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini əsaslı, İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsinin 17-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin normanın tələbinə görə, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir.
25. Hazırkı işdə iddia olunan torpaq sahəsinin hal-hazırda kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığının dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edildiyinə dair məlumat yoxdur. Məhkəmənin istinad etdiyi mütəxəssis rəyi isə dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilən nəticəni əvəz edə bilməz.
26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normalar ın tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
28. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(105)-182/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olun mur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev