Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1383/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qiymətləndirilməsi və satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpağın 143.955 manata iddiaçıya satılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş ü zrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli 2-1(103)-1372/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 iyul 2003-cü il tarixli 2-1188/2003 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2007-ci il tarixli, 1MK-703/2007 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, lakin məhkəmə qətnaməsi avtobazanın yerləşdiyi sahənin ölçüləri hissəsində dəyişdirilərək cavabdehin üzərinə avtobazanın yerləşdiyi 6099,1 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18 iyun 2008-ci il tarixli, 2-(102)-1231 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
2. Məhkəmə qərarları icra olunmadığından iddiaçının Avropa İnsan Hüquqları Məhkəməsinə şikayəti qəbul edilərək 3 may 2018-ci il tarixli Ramixanov və digərləri Azərbaycana qarşı iş üzrə qərarı ilə iddiaçının barəsində qəbul edilmiş yerli məhkəmə qətnaməsinin 9 il 9 ay müddətində icra edilmədiy i Konvensiyanın 6-cı maddəsinin 1 saylı bəndinin və 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi tanınaraq cavabdeh Dövlətə icrasını gözləyən yerli məhkəmə qərarlarının icrasını 3 ay müddətində müvafiq vasitələrlə təmin etməsi həvalə edilmişdir.
3. İddiaçı tərəfindən 25 avqust 2020-ci il tarixli məktubla cavabdehə müraciət edilərək qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunaraq torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdehin 10 sentyabr 2020-ci il tarixli, **********65 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 17 noyabr 2016-cı il tarixli, **********47 nömrəli bildiriş məktubu ilə mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən istifadəsində olan dövlətə məxsus 6.099,8 kv.m. torpaq sahəsinin satın alınması iddiaçıya təklif olunmasına baxmayaraq, tərəfindən münasibət bildirilmədiyindən məhkəmə qərarının icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvandakı avtobazanın yerləşdiyi 6099,8 kv.m. torpaq sahəsinin Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998- ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143.955 manata iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001687 nömrəli, 11 sentyabr 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 30 nömrəli ünvanda yerləşən avtobaza iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı, özəlləşdirdiyi müəssisənin altında yerləşən torpaq sahəsinin satın alınması üçün dəfələrlə departamentə müraciət etmiş, lakin əsassız olaraq bundan imtina edilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsininin cavabdehə həvalə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olsa da, icra olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarı əsasında cavabdeh Dövlətə həmin qətnamənin icra olunması həvalə edildikdən sonra iddiaçı bu məqsədlə cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qətnamələri qəbul edilən zaman qüvvədə olan Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 2-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında əsasnaməni bir ay müddətində təsdiq etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnmənin 6-cı bəndinə əsasən, torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsalların 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilməs i təsbit edilmişdir. İddiaçının torpaq sahəsi Bakı şəhərində 5 zonada yerləşdiyindən onun qiyməti 7 nömrəli Əlavədə göstərilən bazis qiymətinə vurulmaqla müəyyən edilməlidir. Torpaq sahəsinin qiyməti qeyd edilən Əsasnaməyə uyğun hesablanmaqla 143.955 manat təşkil edir. Odur ki, cavabdehin yuxarıda istinad edilən imtina məktubu iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq s ahələrinin normativ qiyməti haqqında Əsasnaməyə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin bəndə əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi Qiymətləndirmə fəaliyyəti haqqındaQanuna uyğun olaraq həyata keçirilir. İddiaçıya 17 noyabr 2016-cı il tarixli bildiriş göndərilərkən artıq qanunvericilikdə yuxarıda qeyd edilən dəyişiklik edilmişdir. Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnməyə yeni məzmunda 6-1-ci hissə əlavə edilmiş və həmin yeni normaya əsasən müvafiq torpaq sahələrinin özəlləşdirmə qiyməti bazar dəyərinə uyğun müəyyənləşd irilə bilər. Qeyd edilən norma 5 oktyabr 2016-cı il tarixindən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır.
7. Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2-1(112)-5981/2021 nömrəli qərarına əsasən (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində, 30 nömrəli ünvandakı avtobazanın yerləşdiyi 6099,8 kv.m. torpaq sahəsinin Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət m üəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 143.955 manata iddiaçıya satılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəm qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 18 iyun 2008-ci il tarixli 2-(102)-1231 nömrəli qərarından sonra cavabdehin heç bir detallı ekspert qiymətləndirmə hesabatını təqdim etmədiyi bəlli olur. Cavabdehin 17 noyabr 2016-cı il tatrixli bildirişində əks olunan qiymət isə heç bir rəyə əsaslanmadan, Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxs lər tərəfindən inşa edilmiş müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməyə yeni məzmunda 6-1-ci hissə əlavə edildiyinə istinadən torpaq sahələrinin normativ qiymətinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduğundan qiymətləndirilməsinin Qiymətləndirmə fəaliyyəti haqqındaQanuna uyğun olaraq müəyyən edildiyinə əsaslanır. Avropa Məhkəməsinin 3 may 2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində müvafiq daxili məhkəmə icraatı başa çatdıqdan sonra 9 il 9 ay müddətində icra edilmədiyi və yerli məhkəmə qərarının 3 ay müddətində icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulduğu h alda, cavabdeh eyni mövqeyini 10 sentyabr 2020-ci il tarixli imtina məktubu ilə də iddiaçıya təkrarlamışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1372/2022 nömrəli qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 8 dekabr 2021-ci il tarixli 2-1(112)-5981/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq məhkəmə qərarlarının qəbul edilməsi zamanı torpaq sahəsinin iddiaçıya satılmalı olduğu qiymət müəyyən e dilməmişdir. Hazırkı tələb öhdəliyin icrası növünə aid olduğundan məhkəmə baxışının predmeti olan hüquq mübahisəsi cari qanunvericilik normalarının tələblərinə uyğun tənzimlənməlidir. Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun 9-cu maddəsinə əsasən isə qiymətləndiricinin qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək hüququ vardır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin satış qiymətinin cari qanunvericiliyə uyğun hesablanması qanuni və əsaslı olmuşdur.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1372/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmi n edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi 2008-ci ildən qanuni qüvvədə olan məhkəmə qətnaməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin həmin vaxt qüvvədə olan norma ilə deyil, 5 oktyabr 2016-cı il tarixində dəyişdirilmiş norma ilə icra olunmalı olması qənaətinə gəlmiş dir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İnzibati icraat haqqındaQanunun 10.1, 10.2-ci maddələrini də tətbiq etməmişdir. Halbuki, hazırkı mübahisənin həlli üçün həmin normalar tətbiq edilməli idi. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə yaranmış hüququnun, yəni torpaq sahəsinin həmin qətnamənin qüvvəyə mindiyi tarixdə olan qiymətə əsasən deyil, 5 oktyabr 2016-cı il tarixli qərarla edilmiş dəyişikliyə əsasən özəlləşdirilməli olmasını sübut edə bilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi məhkəmə qərarları ilə torpaq sahəsinin iddiaçıya hansı qiymətə satılmalı olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilərək Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 30 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən 6.099,8 kv.m. torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi ona təklif edilmiş, lakin iddiaçının hərəkətsi zliyi səbəbindən torpaq sahəsinin özəlləşdirilməsi həyata keçirilməmişdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni 6-1-ci bənd əlavə edilmiş və həmin norma özəlləşdirilmiş müəssisə və ya obyektlərin yerləşdiyi torpaq sahəsinin qiymətinin bazar dəyərinə uyğun hesablanması üçün əsasdır. Sözügedən norma da 5 oktyabr 2016-cı il tarixindən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunmalıdır. Torpaq sahəsinin dəyərinə dair mübahisə qanunvericilikdə 5 oktyabr 2016-cı il tarixində edilmiş dəyişiklikdən so nra yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı hüquq münasibətlərinin yarandığı vaxt torpağa istifadə hüququnun yarandığı zaman deyil, alqı-satqı müqaviləsinin bağlanılacağı zamandır. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir.
16. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən tam əsaslı olaraq hazırkı iddia tələbinin öhdəliyin icrası haqqında mübahisə növünə aid olduğunu, bu səbəbdən də qeyd olunan iddialar üzrə mübahisələrə baxılarkən məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiq olunmalı olduğunu bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
149. Normativ hüquqi aktlar (-) Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. (-) 18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə
87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş Özəlləşdirilən dövlət müəssisəvəobyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqındaƏsasnamə Bənd
1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-c i il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir. Bənd
2. Özəlləşdirilən dövlət müəssisə və obyektləri nin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə bölünür: texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür: üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (bundan sonra - tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (bundan sonra - sərbəst torpaq sahələri). Bənd
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmə küçün Bakışəhəri vəonunətrafındakıtorpaq sahələri 12 zonaya, Sumqayıt vəGəncəşəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi,Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax vəŞəkişəhərləri 4 zonaya, Naftalan,Şamaxı, Qazax,Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala vəGöyçayşəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəliƏlavələrdəgöstərilən müvafiq zonaəmsallarıtətbiq edilir. Bənd
4. Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrinin buƏsasnamənin 1-6 nömrəliəlavələrindəgöstərilən zonaların sərhədlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vərayon (şəhər) icra hakimiyyəti orqanlarıilərazılaşdıraraq təsdiq edir. Bənd 5.Respublikanın qəsəbəvəkənd yerlərindəözəlləşdirilən dövlət müəssisəvəobyektlərinin, habelə hüquqi və fiziki şəxslər tə rəfindən inşa edilmiş müəssisə və obyektlərinaltında yerləşəndövləttorpaq sahələrinin normativ qiyməti Azərbaycan RespublikasıNazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarıilətəsdiq edilmiş“Kadastr qiymət rayonlarıvəyarımrayonlarıüzrətorpaqların normativ qiyməti”nəuyğun olaraq müəyyən edilir. Bənd
6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəliəlavələrdəgöstərilənəmsallar 7 nömrəliəlavədəki zonaların bazis qiymətinəvurulmaqla müəyyən edilir. Bənd 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərb aycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (bu bənd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli qərarı ilə Əsasnaməyə əlavə edilmişdir).
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1321/2020 nömrəli qərarı
21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. M əhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.
4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, prosessual normaların tələblərinə əməl olunmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
24. Belə ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 iyul 2003-cü il tarixli 2-1188/2003 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin üzərinə ünvan 1 ünvandakı avtobazanın yerləşdiyi 7504,36 kv.m. torpaq sahəsinin iddiaçıya satılması və torpağa mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi qoyulmuş, bundan sonra verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instan siya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Buna baxmayaraq, məhkəmə qətnaməsi icra edilməmiş, iddiaçının çoxsaylı müraciətləri nəticəsiz qalmışdır.
25. Cavabdehin dəlillərinə görə iddiaçıya 17 noyabr 2016-cı il tarixində bildiriş göndərilərək daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 7.320.000 manat təşkil edən 6.099,8 kv.m. torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi təklif edilmiş, lakin iddiaçı buna münasibət bildirməmişdir. Cavabdeh hesab edir ki, Özəlləşdirilən dövlət müəssisəvəobyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqındaƏsasnaməyə 6-1-ci bənd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli qərarı ilə əlavə edildiyindən və həmin norma 5 oktyabr 2016-cı il tarixindən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinə münasibətdə tətbiq olunduğundan, iddiaçıya münasibətdə də bu qayda tətbiq olunmalıdır.
26. İddiaçı isə torpaq sahəsinin dəyərinin satılması barədə məhkəmə qərarının çıxarıldığı zaman, yəni 2008-ci ildə qüvvədə olan qanunvericiliyə uyğun müəyyən edilməsini tələb edir.
27. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı hesab edərək bu qənaətə gəlmişdir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialar üzrə mübahisələrə baxılarkən məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik tətbiq edilməli olduğundan, torpaq sahəsinin qiyməti cari qanunvericlik normalarının tələblərinə uyğun müəyyən edilməlidir. Məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır.
28. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, ərizəçinin xeyrinə çıxarılmış məhkəmə qərarı icra olunarkən qətnamə çıxarılan zaman mövcud olmuş vəziyyətin bərpa edilməli olması Avropa Məhkəməsinin qərarlarında dəfələrlə təsbit edilmişdir. Avropa Məhkəməsinin xatırladır ki, Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq ə vəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (X1rşı (əvəzin ədalətli ödənilməsi ), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
29. Bundan başqa, hazırkı qərarın 17-18-ci bəndlərində göstərilən normaların məzmununa əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlardan başqa digər normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. O cümlədən, törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edi lməsinə yol verilmir.
30. Hazırkı qərarın 20-ci bəndində göstərilən qərarda da Ali Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, “...iddiaçının 0,44 hektar torpaq sahəsini özəlləşdirilməsi (satın alma hüququ) göstərilən məhkəmə qərarının hələ qəbul edilməsinədək yarandığından, məhkəmə iddiaçının belə bir hüququnu nəzərə almaqla 30 iyun 2015-ci il tarixində göstərilən qərarı qəbul etmişdir. Odur ki, iddiaçının satın alma hüququ 30 iyun 2015-ci il tarixinədək qüvvədə olan qiymətlə həyata keçirilməlidir. Həmin tarixdən zaman etibarı ilə daha sonra müəyyən edilmiş qiymətlərin iddiaçıya tətbiqi onun vəziyyətini (maddi vəziyyətini) pisləşdirdiyindən, ona tətbiq oluna bilməz...Torpağın özəlləşdirilməsi ilə bağlı maneə məhz cavabdeh tərəfindən və hər hansı obyektiv səbəb olmadan törədilmişdi və qəra rın icra olunmadığı dövrdə şərtlər iddiaçının ziyanına dəyişmişdir...”
31. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış yuxarıda qeyd olunan hüquqi mövqeyini, eləcə də sadalanan normaları işin hallarına tətbiq edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı halda torpaq sahəsinin qiymətinin 2006-cı ildə edilən dəyişiklikdən sonrakı qanunvericilik əsasında müəyyən edilməsi iddiaçının vəziyyətini pisləşdirdiyindən həmin normalar iddiaçıya şamil oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən normaları nəzərə almamış, hüququn tətbiqində səhvə yol vermiş, eyni zamanda, İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərini pozmuşdur.
32. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə t əkrar baxan məhkəmə 5 oktyabr 2016-cı il tarixli dəyişiklikdən əvvəl, müvafiq məhkəmə qətnamələri qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə uyğun torpaq sahəsinin tarif qiymətini müəyyən etməklə ədalətli qərar qəbul etməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli 21(103)-1372/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhk əməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.