Məhkəmə qərarları › İş №2-1(102)-1383/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1383/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1383/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyasından qeyri-qanuni tutulmuş məbləğin bərpa edilərək hesaba köçürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun h esabına köçürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 31 yanvar 2012-ci il tarixdə hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 21(82)-4740/2017 saylı qərarından görünür ki, iddiaçının iddiası təmin edilərək, Ali Məhkəmə hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalic ə üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əməkhaqqı məbləğində müavinətin və hakimlik stajının hər 5 ilinə görə, hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) pulun iddiaçının pensiya hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli 2-1(103)413/2018 saylı qərarına əsasən 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2 -1(82)-4740/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin bərpa edilərək onun hesabına köçürülməsini cavabdehdən xahiş etmişdir.

5. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçıya xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunm aqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 22 aprel 2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453.94 manat məbləği bərpa edərək hesabına köçürməyi, 2013-cü il 1 dekabr tarixdən 2018-ci il 30 aprel tarixədək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. 7. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması qərara alınmışdır.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürməyi, eyni zamanda ona pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, 2020-ci ilin oktyabr ayında heç bır xəbərdarlıq edilmədən cavabdeh tərəfindən pensiya köçürülmədiyi üçün iddiaçı tərəfdən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2021-ci il 5 yanvar tarixli ********** nömrəli məktubla onun pensiyasından tutulma barədə cavab məktubu göndərmişdir. Hesablama düzgün aparılmadığından 2021-ci il 1 fevral tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya məbləği xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilə qədər düzgün hesablanmamışdır. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına (1992-ci il 25 fevral tarixli 78 nömrəli) uyğun olaraq Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidmətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilirdi. “Məhkəmələr və hakiml ər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə (1997-ci il 10 iyun tarixli 310-İQ nömrəli) əsasən Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində vəzifə maaşı təyin edilmişdir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa (2013-cü il 17 dekabr tarixli 841- İVQD nömrəli) görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı 2250 manat həcmində müəyyən edilmişdir. Beləliklə iddiaçının vəzifə maaşı 1800 manat təşkil edir (2250 manatın 80% = 1800 manat). Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2013-cü il 1 dekabr tarixindən etibarən hər 5 il üçün 15% məbləğində vəz ifə maaşıma 45% artıq olmamaqla 810 manat, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergidən azad olunan 25% miqdarında 450 manat əlavə verilməlidir. Beləliklə əmək haqqının cəmi 3060 manat təşkil edir. Əlavə olaraq ona Mərkəzi Filial tərəfindən 13624 manat qaytarılmalıdır (262manat x52 ay = 13642 manat). Hakimlərin məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün verilən müavinətlər Mərkəzi Filial tərəfindən hesablanmamışdır. Ərizəsinə cavab məktubunda Mərkəzi Filialın göstərdiyi hesablanma qaydası məlum deyil. Həmin məbləğ 1033 manat təşkil etməlidir (3101 x 4 = 12404: 12 = 1033). İddiaçının pensiya məbləği 3307 manat təşkil etməlidir. Mərkəzi Filialın 2019-cu il 1 sentyabr tarixindən 2020-ci il 30 noyabr tarixədək apardığı hesabat da həqiqətə uyğun deyil. Belə ki, 1980 manat vəzifə maaşının 45% 891 manat, 25% isə 495 manat edir. Ümumi əmək haqqı 3366 manat təşkil edir. Məzuniyyətə çıxarkən verilən müavinət və müalicə üçün verilən məbləğ 1122 manatdır (3366 x 4 12 = 1122). Orta əmək haqqı 4488 manat onun 80 % isə 3590 manatdır. Mərkəzi Filial tərəfindən ona məxsus pensiya 132 manat əskik hesablanmışdır (3590 3458 = 132). Göstərilən müddət ərzində 1980 manat qeyri-qanuni tutulmuşdur. Tərəflər arasında mübahisə yaranmasının əsas səbəbləri Mərkəzi Filial tərəfindən bəzi hüquqi aktların nəzərə alınmaması, onların düzgün tətbiq edilməməsi və hesab səhvlərinə yol verilməsidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakiml ərinin ixtisas dərəcələri haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Alı Arbitraj Məhkəməsinin hakimlərinə ali, birinci və ikinci ixtisas dərəcələri verilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 6 dekabr tarixli 766 nömrəli qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqa verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 4 noyabr tarixli 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğındə üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, alı ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilir. “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli 1160 nömrəli Sərəncamının 1ci hissəsi ilə Azərbaycan Respublikası Alı Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Yuxa rıda qeyd edilən hüquqi aktların tələblərinə görə hakimlərə məzuniyyət və müalicə üçün müavinət onların iki aylıq əmək haqqı məbləğində verilir. Göründüyü kimi həmin məbləğlər vəzifə maaşı məbləğində deyil əmək haqqı məbləğindən hesablanır. Cavabdehin etirazları:

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən etibarən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1490,20 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-670,59 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-372,55 manat, hakimlərə məzuniyy ətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 720,26 manat olmaqla orta aylıq əmək haqqı 3253,60 manat təşkil etmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-820,80 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-456,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 881,60 manat olmaqla orta aylıq əmək haqqı 3982,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3982,40 manat) 80 faizi-3185,92 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 3307,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1945,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu madd əsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4323,00 manat) 80 faizi- 3458,40 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.201930.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 51876,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 53184,34 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1308,34 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdi r. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə- hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı ilə iddia “iddiaçıya pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır.

12. Məhkəmənin 17 may 2022-ci il tarixli qəra rı ilə iddia qalan hissədə təmin edilmiş, iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin bərpa edilərək onun hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir.

14. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022ci il tarixli q ərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

15. İddiaçı, həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2577/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmi n edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-899/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci ins tansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı qeyd olunan məhkəmə aktlarından kassasiya şikayəti verməmişdir.

22. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavə nin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 26. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilmə si və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi q üvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiy yətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdi r.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri o lan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir. 33. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzi bati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

34. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə zidd olaraq iddiaçını inzibati icraata cəlb etmədən, onun dinlənilmə hüququnu təmin etmədən, pensiyanın həqiqətən də artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini iddiaçının iştirakı ilə tədqiq etmədən, habelə onun razılığı alınmadan, xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləği hesablandığı qənaətinə gəlmiş, iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən onun razılığı olmadan çıxılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-898/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar