Məhkəmə qərarları › İş №2-1(102)-1383/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1383/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1383/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyinindən imtina barədə qərarın ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tar ixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-727/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ailəsinə ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı cavabdeh orqana xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir.

2. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir.

3. İdd iaçının xx.xx.2023-cü il tarixli ikinci müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 körpə övladının olmağı, maddi vəziyyəti ilə əlaqədar DSMF-nin ünvanlı sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın təyin edilib tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində nazirliyin tanınması və bildirmişdir ki, xx.xx.2023 tarixində 2-1(118)-2526/2023 nömrəli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə Ünvanlı Sosial Yardımın təyini ilə bağlı müraciət etmişdir. Məhkəməyə müraciət müddətində təyinatla bağlı DSMF-yə ikinci dəfə müraciət etmiş, İlk dəfə etdiyi müraciətdən fərqli olaraq birbaşa Fondun İnzibati binasında haqqını tələb etməyə getdikdən sonra 4 dənə körpə olan 6 nəfərdən ibarət olan ailəsinə 755.07 AZN Ünvanlı Sosial Yardımın təyini mümkün olmuşdur. Lakin bu dəfə təyin olunan məbləğ Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 dekabr 2022-ci tarixli Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının məbləğinə uyğunlaşdırılmamışdır. Məbləğin təyinatı əmək qabiliyyətli ailə üzvlərinin qazancından asılı olaraq dəyişir. Aylıq gəlirim VEMTAS tərəfindən hesablama zamanı illik 3413.33 manat olduğu, aylara böldükdə adambaşına düşən aylıq 47.41 AZN olduğ u halda, təyin olunmuş 755.07 AZN məbləğ Prezidentin Fərmanına uyğunlaşdırılmamışdır. Həmin sərəncamda göstərilən məbləğ adambaşına 246 AZN qeyd edilsə də təyin edilmiş adambaşına məbləğ 755.07 / 6 = 125.85 AZN olmuşdur. Aylıq gəlirin maksimum 200 AZN civarında olduğunu nəzərə almadan DSMF tərəfindən təyin olunmuş 755.07 AZN sosial yardım məbləğinin dəyişdirilərək, 2023-cü il üçün ehtiyac meyarı məbləğinə uyğunlaşdırılaraq 246x6200=1276 AZN olaraq təyin edilməsi və 27 yanvar tarixində ilk etdiyi müraciətinə əməkdaşlarının haqsız, qərəzli şəkildə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ÜDSY təyinini gecikdirdiyi üçün DSMF-nun əvvəlki iki ayın ödənişini də etməyinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixində dö rd körpəsi olan aztəminatlı ailə olaraq Ünvanlı Dövlət Sosial Yardım almaq üçün Vemtas vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət etmiş, keçən il təyin olunmuş Ünvanlı Sosial Yardımı xx.xx.2023-cü il tarixində maddi vəziyyətinin ağırlığı, keçən il təyin olunmuş məbləğin bu il, yəni 2023-cü ildəki, minimal xərcləri qarşılamadığı səbəbindən təkrar müraciət etmək üçün bilərəkdən özü dayandırmış, İlkin olaraq o 2010-cu ildən davamlı şəkildə Sadələşdirilmiş Vergi və DSMF ödəyicisi (VÖEN:**********). Davamlı şəkildə vergi və DSMF ödənişləri ilə bağlı öhdəliyinə düşən ödənişləri vaxtı-vaxtında dövlətimizin büdcəsinə keçirmiş, hal-hazırda ailə üzvlərinin sayının artması və maddi çətinliklər səbəbindən son iki ildə ÜSY yardım üçün mür aciət etmək məcburiyyətində qalmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu xx.xx.2023 tarixli **********01 nömrəli ərizəsinə xx.xx.2023 tarixində, düz 40 gündən sonra xx.xx.2023 tarixində heç bir konkret səbəb olmadan, ümumiləşmiş şəkildə “X2 yoxlanışı aparılmış, kənarlaşma aşkar edilmişdir" deyə cavab verilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi olaraq Sosial yardıma müraciət edərkən Vemtas tərəfindən ailənin gəlirləri son 365 gün ərzində sahibkar olaraq ödənilən vergilərə olaraq sistemdə göstərilir və ona hansısa müdaxilə etmək mümkün deyil. Əlavə olaraq Vemtas portalında ailənin digər gəlirlər bölməsi mövcuddur. Yəni orda mal-qara və ev quşları varsa onlar göstərilməli, xarici ölkələrdən sosial yardım üçün müraciət etmiş ailəyə göndərilmiş hansısa vəsaitlərin sistemdə göstərilməsi tələb o lunur. Bu qeyd elədiyi şərtlərin heç birisi olmadığı Vemtas tərəfindən təsdiqləndiyi üçün DSMF ailənin X2 yoxlanılması üçün yaşadığı ünvana əməkdaşlar göndərmiş və bütün proses video çəkilişlə həyata keçirilmiş, həyət, ev və otaqlara baxış keçirilmişdir. Ən sonda isə elektron formada Vemtas portalında göstərilmiş məlumatlarla, faktiki yoxlanış zamanı şahidi olunmuş faktlar arasında uyğunsuzluq aşkar edilmədiyi, bunun haqqında müvafiq yoxlamanı həyata keçirən qurumun əməkdaşları ilə və mənim razılığımla həmin vaxt evdə olan həyat yoldaşı X1 arasında akt imzalanmışdır. Bütün bunlara baxmayaraq 40 gündən sonra, (halbuki vətəndaş müraciətlərinə cavab 15 iş günü, əgər xüsusi araşdırma labüddürsə uzağı 30 günə cavablandırılmalıdır) konkret səbəb göstərilmədən “Ailənin maddi-məişət şəraiti yoxlan ılmış və ailənin gəlirlərində kənarlaşma aşkarlanmışdır” deyə cavab verilmişdir. Bildirir ki, ailənin gəlirləri dedikdə mən tək işləyir, öhdəliyində ən böyük övladının 4 yaşı olduğu 4 körpə var. Həyat yoldaşı işləmir, evdar xanımdır. Evin tək övladı olmuş, valideynləri dünyalarını dəyişmişlər. Dolayısı ilə qıraqdan heç bir əlavə gəlir yoxdur. Sumqayıt şəhərində balaca obyekt icarəyə götürüb orda kserokopiya (surətçıxarma) işinə baxır. Davamlı olaraq da 2010-cu ildən aralıqsız olaraq, vergi ödəyicisidir. Aylıq gəlir isə müştəridən asılı olaraq 150-200 AZN civarındadır. Halhazırda Dövlət Sosial Müdafiə Fondunun verdiyi haqsız cavab onun ailə büdcəsinə, və 4 körpə övladının təminatı ilə bağlı hədsiz dərəcədə maddi sıxıntıya səbəb olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərə k bidirmişdir ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumatı təmsilçi özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın uyğunluğunun müəyyən edilməsi zamanı təmsilçinin gəliri kimi daxil etdiyi məlumatlarla qurumlardan əldə olunan məlumatlar əsasında onun gəlirlərində 6816 manat məbləğində fərq yarandığı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi “Ərizə-bəyannamə”də ailənin gəlirləri kimi göstərdiyi məlumatlar araşdırma zamanı t əsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydalara görə “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2526/2023 nömrəli qərarı ilə (hakim C.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üz ərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərinin sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı cavabdeh tərəfindən ailəyə təyin edilmiş sosial yardımın ödənişini düzgün təyin etmədiyi qənaətinə gələrək, Prezidentin Fərmanına uyğun təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın yuxarıda qeyd olunan hesablama qaydalarına uyğun hesablama aparmış və iddiaçının bildirdiyi fikirlər onun şəxsi mülahizələrinə əsaslanmışdır. Bu səbəbdən də cavabdehin imtinası əsaslıdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-727/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı 2023-cü ilin yanvar və fevral ayları üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərin ə qoyulmuşdur.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçıya 2 ay sonra təkrar müraciəti əsasında ünvanlı sosial yardım təyin edilmişdir. Yəni, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi son nə ticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, VEMTAS tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********68401 nömrəli müraciətinə ərizəçi tərəfindən ailə gəlirləri barədə məlumatın düzgün göstərilməmə si səbəbi ilə (ailənin gəlirlərində 6816 manat məbləğində fərq yarandığından) ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir.

16. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövq eyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq (ünvanda yaşayan şəxslərin düzgün göstərilməməsi) birmənalı olaraq imtina əsasıdır.

17. Yuxarıda qeyd olunanlara daha da aydınlıq gətirsək, imtinanın əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1 -ci bəndinə əsasən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması olmuşdur.

18. Qeyd edirik ki, məhkəmənin iddiaçının ailə gəlirləri barədə məlumatlarının düzgün göstərilməməsi əsasının ona ünvanlı dövlət sosial yardımının təyin olunmasında imtina olunması əsası kimi saymaması birbaşa olaraq qanunvericiliyə ziddi olmaqla qərəzliliyi nümayiş etdirir.

19. Sonuncu əsas qanunvericilikdə təsbit olunmaqla imtina əsasıdır.

20. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 2

1. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

22. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkə məsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddiası ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

26. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-1(118)-2526/2023 nömrəli qərarı ilə iddiaçının iddiası rədd edilmişdir.

27. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-727/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin sözügedən qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə həmin nəticəyə gələrkən öz qərarında bunu onunla əsaslandırmışdır ki, “iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hal kimi qiymətlə ndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçıya 2 ay sonra təkrar müraciəti əsasında ünvanlı sosial yardım təyin edilmişdir. Yəni, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.”

29. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, cəmi 2 ay sonra iddiaçıya sosial yardımın təyin olunması edilmiş imtinanın formal olmasını təsdiqləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3, 4.1, 7.1-ci maddələrinin tələbləri baxımından iddiaçıya ilk dəfə müraciət etdiyi tarixdən (2023-cü ilin yanvar ayı) ünvanlı dövlət sosial yardımının təyin olunmasını qeyri-mümkün edən hallar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

30. Eyni zamanda apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımının 2023-cü ilin yanvar və fevral ayları üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə edilən dəyişikliyin–dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, kollegiya ərizəni məhkəmə nin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.”

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq, həmin nəticəni yanlış və qanuna zidd hesab edir.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)727/2023 saylı qərarında apellyasiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, “məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ünvanlı dövlət sosial yardımının 2023-cü ilin yanvar və fevral ayları üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya məhkəməsi ərizəni məhkəmənin icraatına qəbul etmiş və bu iddianı təmin etmişdir.

34. Beləliklə apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı ünvanlı dövlət sosial yardımını 2023-cü ilin fevral ayı daxil olmaqla cavabdeh tərəfindən verilməlidir.

35. Belə ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında).

36. Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur.

37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı suby ektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır.

38. Belə ki, Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki iki ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********8402 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(105)-727/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar