Məhkəmə qərarları › İş №2-1(102)-1383/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1383/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1383/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddia, iddia müddəti ilə bağlı iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzı̇ Filialına qarşı "qərarın ləğvi və pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 21(103)-871/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Dövlət Sosial X5 rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik təşkil edir. Dayandırılmanın səbəbi: Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktub.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik, yenidən hesablanmış pensiya məbləği 4989 manat 14 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: **********0 nömrəli məktuba əsasən pensiya ödənişinin bərpa olunması.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X6 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı hazırkı pensiya məbləği 5936 manat 22 qəpik, pensiyanın təyin olunduğu tarix xx.xx.2010, yenidən hesablamanın səbəbi:37.3, inventar, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparılıb(qeydiyyat ünvanı), xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr tam tutulmalı, yenidən hesablanmış pensiya məbləği 537 manat 58 qəpik. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən dayandırılmış 5937 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı tarixdən (həmin məbləğdə) bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq ed ilmiş siyahı üzrə 50 yaşı tamam olduğu vaxtdan pensiya təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə əmək pensiya məbləğinin yanlış hesablandığı ona bildirilmişdir. Bununla bağlı olaraq hal-hazırda inzibati orqan tərəfindən ona məxsus pensiya məbləğindən azaldılmalar həyata keçirilir. Hazırda ona verilən pensiya məbləği olduqca aşağı olmaqla 5937 manatdan 537 manata azaldılmışdır.

7. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyündə əsaslı şübhələr yaranmışdır. Belə ki, 1 sentyabr 2008-ci il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Səbail rayon şöbəsinə müraciət edərkən təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətində yaşayış yerinin Səbail rayonu, Badamdar yolu, ev 111, mənzil 10 olduğu, vəsiqəni verən orqanın adı Səbail RPİ və verilmə tarixi xx.xx.2005-ci il, qan qrupunun A(İİ)RH+ olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE N° 00408757 seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yerinin Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “D” Y/S, ev 11, mənzil 96, vəsiqəni verən orqanın adı Suraxanı RPİ QvŞV şöbəsi, vəsiqənin verilmə tarixi xx.xx.2002-ci il, qan qrupunun lll(+) olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçının şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə s ahibinin imzası qrafasındakı imzasının fərqli olduğu aşkar edilib. Bundan başqa, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il t arixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, ona əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 5 ay 10 gün təşkil edir. xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsi nin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 37,12 manat (31,44 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,53 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7267,68 manat sığorta kapitalına uyğun 50,47 (7267,68:144) manat və baza hissəsi (75,00 manat) əlavə edilərək xx.xx.2010-cu il tarixinə 183,00 manat (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 193,00 manat) məbləğində əmək pensiyası müəyyən edilib.

8. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qa zanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2010-cu il tarixində iddiaçının işdən azad olması ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınan 4730,64 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4730,64: 138 ay (144 ay-6 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=34,28 manat) xx.xx.2010-cu il tarixindən yenidən hesablanaraq 193,00 manatdan 227,28 manata (193,00+34,28) artırılıb (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 537,58 manat). Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 599948,00 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 599948,00 manat pul vəsaitinin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Bununla əlaqədar, iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q256044/2023 nömrəli məktub göndərilmiş və 13 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənil mişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62449/2023 nömrəli qərar qəbul edilmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-362449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq öd ənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin -2-1(112)-5866/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3 - 62449/2023 nömrəli qərarı ləğv edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X2) cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması tələbinə dair iddia mümkün sayılmamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılmasına dair qərarın ləğvi və həmin qərarın hüquqi nəticəsi olan sentyabr 2020-ci ildən etibarən mart 2021-ci il daxil olmaqla ödənilməyən aylara görə pensiyanın ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İddiaçının əmək pensiyasının dayandırıldığı və dayandırılmış aylar üzrə pensiyanın ödənilmədiyi barədə uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkz ibedilməz sübutlar vardır. Belə ki, İddiaçı tərəfindən cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixdə plastik kart hesabına köçürülmüş 32658,89 manat məbləğin pensiyanın ödənişinin dayandırıldığı 1 sentyabr 2020-ci tarixdən 1 aprel 2021-ci il tarixinədək ödənilməli olan pensiyasından tam tutularaq pensiyanın ödənişinin bərpa edilməsinə göstəriş verməklərini xahiş edir.

14. Bundan əlavə iddiaçının xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək pensiya almaması və bunu xx.xx.2020 və xx.xx.2021-ci il tarixli öz ərizələrində etiraf etməsi belə iddiaçının sözügedən əmək pensiyasının dayandırılmasından qəbul olunduğu vaxtdan məlumatlı olduğunu bilavasitə təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan mə lumatı olduğu sentyabr 2020-ci il tarixdən 3 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(103)-871/2025 nömrəli qərardadı ilə (hakimlər X7 (məruzəçi), X3 və X4) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kas sasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

19. X1 Məcəllənin 35.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.

20. Belə ki, iddiaçı iddia müddətini ötürməmişdir. O, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə həmin hüquqlarının bərpa edilməsi üçün iddia ərizəsi ilə müraciət etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

2. İnziba ti mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə

34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 34.2. Müəyyən hərək ətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. 34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübah isələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qald ırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (t am və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. İddiaçının hüquqi m arağı və ondan irəli gələn tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsinə yönəlmi şdir.

26. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbinin bir hissəsi-xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi təmin edilmişdir.

27. Hazırda iddiaçı tərəfindən iddianın mümkün sayılmayan hissəsi yəni, xx.xx.2020ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğvi kassasiya məhkəməsinin baxış predmetidir.

28. İddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılığını ifadə edərkən bildirmişdir ki, hazırkı iddia tələbi mübahisləndirmə haqqında iddiadır və iddiaçı bu iddia növü üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

29. Mə hkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırılmasını məqsədə müvafiq hesab edir.

30. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. Qanunverici inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiaları öhdəliyin icrasına aid iddialar hesab edir.

31. Mübahisə premdeti ilə bağlı tələb sosial təminatla bağlı olduğundan, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanuna müəyyən edilmiş qərar anlayışından fərqli olduğundan, yəni qəbul edilmiş akt özlüyündə cavabdehin faktiki hərəkətini ehtiva etdiyindən hazırkı iddia tələbi öhdə liyin icrası haqqında iddia növü kimi qəbul edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt isə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının (şəxsin) müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Belə olan halda iddiaçının iddia müddətini ötürülməsi əsası ilə iddia tələbinin mümkün hesab edilməməsi barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgün qəbul edilə bilməz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tari xli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamal ıdır.

35. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsi qərardadı ləğv edilməli, iş cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması tələbinə dair hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 21(103)- 871/2025 saylı qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar