Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1384/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İsp əndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X4 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və Dö vlət Torpaq Kadastrı kitabında x xxxxxx 2007-ci il tarixdə 507 nömrəli uçota alınaraq tərtib edilmiş A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-163/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 9 saylı iclas protokolundan çıxarışın 2-ci bəndindən görünür ki, bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Çıxarışın 3-cü bəndinə görə iddiaçı satılan torpaq sahəsinin normativ qiymətindən az olmamaq şərti ilə torpağın nəzərdə tutulan satış qiymətinə görə dəyərini bələdiyyənin bankdakı xüsusi hesabına ödəməli və ödəmə barədəki qəbzi DT və XK-nin Quba rayon şöbəsinə təqdim etməlidir. xx xxxxxx 2006-cı il tarixli, nəğd ödəniş üçün 4 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Əski-İqriq Bələdiyyəsinin “Rabitəbank” SKB-də olan **********944- 03606 saylı xüsusi hesabına həyətyanı torpaq sahəsinin satılması təyinatı üzrə 130 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Quba rayon torpaq şöbəsində x xxxxxxx 2007-ci il tarixdə 1068 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Aktın 2-ci bəndində qeyd edilir ki, iddiaçı tərəfindən Quba rayon Rabitə bankının **********94403606 saylı hesabına əvvəlcədən 130 manat haqq ödənilmişdir. Həmçinin, ********* nömrəli və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin Quba rayon filialına xx xxxxxx 2015ci il tarixdə müvafiq olaraq 30 manat və 50 manat məbləğində torpaq vergiləri ödənilmiş və torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçı x xxxx 2016-cı il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək bələdiyyə qərarı ilə ona satılmış 0,10 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin xx xxxx 2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, “Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zam anı Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinin elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olmadığı aşkar olunmuşdur. Həmin torpaq sahələri elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahələridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyət torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddələrinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Belə torpaq s ahələri alqı-satqı predmeti deyildir”. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1 və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasından imtina olunmuşdur. Cavabdehin imtinası nəzərə alınaraq, iddiaçı tərəfindən Quba Bələdiyyəsinin sədrinə, surəti Quba rayonu Əski-İqriq kəndi üzrə nümayəndəsinə x xxxx 1016-cı il tarixli, 530 saylı və Quba Rayon İcra Hakimiyyətinin başçısına x xxxx 2016-cı il tarixli, 529 saylı eyni məzmunlu vəkil sorğuları ilə müraciətlər olunaraq, “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 9 saylı qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin satılmazdan əvvəl hansı orqanın mülkiyyətində (yəni, bələdiyyə və ya dövlət mülkiyyəti) olması və təyinatı (fərdi yaşayış evi tikmək üçün, kənd təsərrüfa tı təyinatlı və.s.) barədə məlumatları əks etdirən arayışın verilməsi xahiş edilmişdir. Quba Bələdiyyəsinə ünvanlanmış sorğuya xx xxxx 2016-cı il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, “X3 tərkibində olan Əski-İqriq kəndinin sabiq bələdiyyə sədri R.X2 dəvət edilmiş və ondan sorğuda qeyd olunan məsələlərə aydınlıq gətirməsini xahiş etmişik. Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin sabiq sədri R.İskəndərov sorğu məktubunuzda adı qeyd olunan vətəndaşa Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 09 saylı qərarı ilə satılmış torpaq sahəsinin satılmazdan əvvəl həqiqətən bələdiyyə mülkiyyətində olduğu və fərdi mənzil tikintisi üçün nəzərdə tutulan torpaqlar kateqoriyasına aid olması barədə məlumat vermişdir. Eyni zamanda Əski-İqriq Bələdiyyəsinin sabiq sədri R.İskəndərov bil dirmişdir ki, sorğuda adı qeyd olunan şəxsə həmin torpaq sahəsi satılmazdan əvvəl torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması barədə Quba Rayon Torpaq şöbəsindən müvafiq arayışlar alınaraq, bunun əsasında satılan torpaq sahəsinin kadastr planı təsdiq edilmişdir ”. Eyni zamanda xx xxxx 2016-cı il tarixli, 531 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunaraq, Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə ünvan 2 ünvanında qeydiyyatda olan iddiaçıya fərdi yaşayış məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsinin koordinatları ilə digər fiziki və ya hüquqi şəxslərə ayrılmış torpaq sahələrinin koordinatlarının elektron baza xəritə materiallarında ta m və ya qismən üst-üstə düşüb-düşməməsi barədə məlumatları əks etdirən arayışın verilməsi xahiş edilmişdir. Həmin sorğuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxx 2016-cı il tarixli məktubu ilə cavab olaraq, arayışın verilməsi ilə bağlı iddiaçının cavabdehə müraciət etməsinin məqsədəuyğunluğu bildirilmişdir. xx xxxx 2016-cı il tarixli, 532 saylı vəkil sorğusu ilə cavabdehə və xx xxxx 2016-cı il tarixli, 533 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 rayon şöbəsinə eyni məzmunlu ərizələrlə müraciət olunmuş, lakin 4 aydan artıq müddət keçməsinə baxmayaraq, bu günədək həmin idarələrdən sorğulara cavab verilməmişdir. İ ddiaçı x xxxxxx 2016-cı il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və Dövlət Torpaq Kadastrı kitabında x xxxxxx 2007-ci il tarixdə 507 nömrəli uçota alınaraq tərtib edilmiş A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 (Bakı şəhəri, Ə.Ələkbərov küç əsi, məhəllə 546) ünvanında qeydiyyatda olan xx xxxxxxxx 1979-cu il təvəllüdlü İddiaçı Quba rayonu, Əski-İqriq Bələdiyyəsinə x xxxxxxxx 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciəti əsasında ona Azərbaycan Respublikası, Nazirlər Kabinetinin xx xxxx 1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq, bələdiyyənin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. Bununla bağlı Torpaqların alqı-satqı sına dair Akt tərtib edilərək, Quba rayon torpaq şöbəsində x xxxxxxx 2007-ci il tarixdə 1068 nömrə ilə qeydiyyata alınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Əski-İqriq bələdiyyəsinin xx xxxxxxxx 2006-c ı il tarixli 09 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədlə 0,10 ha torpaq sahəsinin satılması barədə 571 nömrəli arayış verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış 1000 kv.m sahəsi olan torpaq sahəsi ilə bağlı A 022157 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2007-ci il tarixdə 507 nömrə ilə uçota alınmışdır. Cavabdeh iddiaya dair etirazını xx xxxx 2016-cı il tarixli imtina məktubu ilə eyni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin x xxxxx 2019-cu il tarixli qərardadı ilə bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı və k ənd təsərrüfatına yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019cu il tarixli 11673 saylı rəydə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyinə istinad edilərək iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yarasız olduğu qeyd edilmişdir. İş materiallarında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyi mövcud olmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(085)-9/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilər ək Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz ə ksini tapmışdır. Hazırkı işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X1, 2-1(105)-163/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh x xxxxx 2020-c i il tarixdə qərarın surətini almış, x xxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini araşdırmamış və mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid olmasını təsdiq edəcək heç bir sübutun cavabdeh tərəfindən təqdim edilməməsi bəhanəsi ilə şikayəti təmin etməmişdir. Bu zaman məhkəmə kollegiyası qərarında həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza zamanı iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına dair işə əlavə edilmiş Quba rayonu Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli 09 saylı iclas protokolundan çıxarışın surətində həmin torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsi olması göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş DT və XK-nın Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyevin imzası və şöbənin möhürü ilə təsdiq edilmiş rəydən də görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsi kənd təsərrüfatına yararlıdır. Əgər həmin sənədlər iddiaçının adına torpaq sahəsinin satılması üçün qanuni sənədlər hesab edilirsə, onlar bütövlükdə qanuni sənəd kimi qəbul edilməlidir. Belə olan halda həmin sənədlərlə mübahisəli torpaq sahəsinin məhz kənd təsərrüfatına yararlı torpaq sahəsi olması bilavasitə təsdiq olunur. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinin 5-ci bəndinə əsasən, bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəs inə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Həmin Qanunun 7.1.1 və 7.1.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. İşə baxmış apelyasiya instansiyası məhkəməsi bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsini tənzimləyən yuxarıda göstərilən maddi-hüquq normalarını nəzərə almamış, qərarında ekspertizanın keçirdiyi idarənin adı və onun keçirildiyi tarixi, nömrəsi göstərilməyən ekspertizaya istinadən qeyd edir ki, iddiaçıya məxsus 0.10 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız olduğu müəyyən edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəki li məhkəmə kollegiyasının əvvəlki iclasında şikayətin dəlillərinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı bələdiyyə qərarı ilə ona fərdi yaşayış evi tikmək məqsədilə satılmış 0,10 ha to rpaq sahəsinə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh hesab edir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmin torpaq sahələri elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaç ı subyektiv hüquqa malik olmuşdur. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1. 1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Həmin Qanunun 7.2-ci maddəsində isə təsbit edilmişdir ki, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı t əyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydi yyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alın ması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”. Mübahisəyə baxılması ilə əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu;torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı gös təricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Həmin Qanunun 3-cü maddəsinə görə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir... Həmin Qanunun 12-ci maddəsinə görə dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kad astr məlumatları və materialları daxil edilir. Apelyasiya məhkəməsi torpaq kadastr fondunda mübahisə predmeti olan 0,10 ha torpaq sahəsinin keyfiyyət göstəriciləri üzrə hansı məlumatın olmasını müəyyən etməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin x xxxxx 2019-cu il tarixli qərardadı ilə bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı və kənd təsərrüfatına yararlı olub-olmamasını müəyyən etmək üçün məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 11673 saylı rəyində “xxxxxxxx xxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssis rəyinə istinad olunaraq iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin kənd təsərrüfatına yarasız olduğu qeyd edilmişdir. Həmin rəyə əsaslanmaqla birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Apelyasiya məhkəməsi torpaq sahəsinin təyinatı və kənd təsərrüfatına yararlı olubolmamasını müəyyən etmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəy vermək səlahiyyətinə malik olub-olmamasını yoxlamamışdır. “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tələbinə görə məhkəmə ekspertinin rəyində məhkəmə ekspertizasının aparılmasının əsasları; istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri; tədqiqatın nəticələri nin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir. Tədqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə olunmaq üçün onlara göndərilə bilər. Məhkəmə ekspertizasının rəyində ekspertizasının aparılmasının əsasları, istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu, tədqiqatın nəticələri qiymətləndirilməmiş, qoyulmuş sual üzrə yekun nəticə əsaslandırılmamış, rəydə əks etdirən material rəyə əlavə edilməmiş, ekspert torpaq sahəsi nə baxış keçirmədən rəy vermişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə görə müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər (244, 7.1.1 və 7.1.2-ci maddələr). Torpaq Məcəlləsinin tələblərinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur (9.2, 10.4, 10.5-ci maddələr). Həmçinin torpaq qanunvericiliyinə görə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kate qoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir (12.5 və 17-ci maddələr). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun tələblərinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Dövlət torpaq kadastrı məlumatl arının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir.Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır (1, 5-7-ci maddələr). Mübahisəyə baxılan zaman qüvvədə olmuş “ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin müddəalarına görə bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlanması, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratması, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək, mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılma sı və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədi ilə tədqiqat və monitorinq aparmaq və çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək Xidmətin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir. Odur ki, torpaq sahələrinin keyfiyyət göstəricisi üzrə yuxarıda qeyd edilən aidiyyəti dövlət orqanlarına sorğu edilib rəsmi məlumatı alınmadan, belə məlumatlara istinad edilmədən, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən yerində baxış keçirilmədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmasına dair alınan rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdehin bu barədə bildirməsinə, eləcə də məhkəməni n də xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq mübahisəli torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) və ondan irəli gələrək satılmasının mümkünlüyü ilə bağlı məsələ tam araşdırılmamış və qiymətləndirilməmiş qalmışdır. İşin hallarından göründüyü kimi cavabdeh sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsi olduğunu və qanunvericiliyə görə onun alqısatqı predmeti ola bilməyəcəyini bildirmişdir. Bundan başqa, Quba rayonu, Əski-İqriq Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 09 saylı qərarından müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına yararlı sahə olmuşdur (səh. 14). Eləcə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyində də satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərr üfatına yararlı sahə olduğu bildirilmişdir (səh. 70). Belə olan halda, işə baxan məhkəmə ilk növbədə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğunu dəqiq müəyyən etməli olduğu halda, bunu etməmişdir. Təkrar apelyasiya baxışı zamanı həmin halın aydınlaşdırılması təmin edilməli, iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin hazırda kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olmasına dair səlahiyyətli orqanların rəyi alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.59-cu bəndinə əsasən, mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini n dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. Təkrar işə baxılan zaman iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin keyfiyyət göstəricisi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat alınmasının zəruri olub-olmaması müzakirə edilməlidir. Torpaq sahəsinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olduğu dəqiq müəyyən edildikdən sonra Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq onun xüsusi mülkiyyətə satılmasının mümkünlüyünə qiymət verilməli, eləcə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla həll edilməlidir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ek spertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kasasiya ic raatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi barədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-163/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.