Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1384/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli 2-1(103)-419/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xüsusi rütbəli şəxs kimi pensiyanın təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-7939/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-419/2022 nömrəli qərarına əsasən (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(112)-7939/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçının 29 iyul 1987-ci il tarixindən 29 iyul 1992-ci il tarixinədək Bakı Dövlət Universitetində 5 il əyani təhsil müddətinin 2 il 6 ayı, həqiqi hərbi xidmətdə olduğu 2 il 1 ay 3 gün, Lənkəran Hərbi polis Şöbəsində xidmət etdiyi 2 il 6 ay onun xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq stajına daxil edilərək 1 iyul 2017-ci ildən güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdehə həvalə edilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-419/2022 nömrəli qərarı nın ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
6. Kassasiya şikayətinə əlavə edilmiş 10 may 2022-ci il tarixli, ******* nömrəli vəkil orderində hüquqi yardım göstərilən şəxs qismində iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı deyil, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd olunmuşdur.
7. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə göndərilən bildirişdə yol verdiyi nöqsan barədə ona məlumat verilmiş, göstərilən çatışmazlığın 22 avqust 2022-ci il tarixinədək aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur. TƏT BİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunm alıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Mülki Prosessual Məcəllə: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əla və edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; (-) 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; KASSASİYANİN MÜMKÜNLÜYÜ
10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
11. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır.
12. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş kassasiya şikayəti DSMF-nin etibarnamə üzrə nümayəndəsi, Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Hüquq Departamentinin müdiri, Vəkil2 tərəfindən imzalansa da, şikayətə əlavə olunmuş vəkil orderində hüquqi yardım göstərilən şəxs qismində iş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı deyil, digər orqan - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd olunmuşdur. Odur ki, Vəkil2 cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili qismində kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır.
13. Qeyd olunan çatışmazlığın 22 av qust 2022-ci il tarixinədək aradan qaldırılması cavabdehə təklif olunsa da, həmin çatışmazlıq aradan qaldırılmamışdır.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-419/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.