Məhkəmə qərarları › İş №2-1(102)-1384/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1384/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1384/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü tarixli, 2-1(103)-622/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. O, 1978-ci ildə Azərbaycan Dövlət Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin institututda ağac emalının texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1974-ci il tarixədək A.Çaparidze adına 3 №-li Ş əhər Klinik Xəstəxanasının qəbul şöbəsində sanitar, xx.xx.1976-cı ildə yığım-eksperimental sexdə 1-ci dərəcəli dülgər işləmiş, xx.xx.1977-ci ildə yumşaq mebel sexinə 1-ci dərəcəli dülgər keçirilmiş, xx.xx.1977ci ildə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə Az.Mİİ 27a qrupunda hazırlıq bölməsinə qulluqçu qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə Azərbaycan Mühəndislik İnşaat İnstitutunun 0902 ixtisası üzrə inşaat-texnoloji fakültəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə institutu bitirmişdir. xx.xx.1988-ci ildə quraşdırma sexinə usta keçirilmiş, xx.xx.1988-ci ildə quraşdırma sexinin ustası işləmiş, xx.xx.1988-ci ildə “Krasniy Oktyabr” Bakı Mebel Fabrikinə dəyişdirilmiş, xx.xx.1990-cı ildə yığma sexinin ustası işləmişdir. xx.xx.1991-ci ildə əmək kollektivi şurasının, administrasiyasının və müəssisəsinin həmkarlar ittifaqının birgə iclasının qərarına əsasən “Krasniy Oktyabr” Bakı Mebel Fabrikinin adı "xxxx" konserv istehsalı və “Azərmebel tikinti” mebel işi barədə AXO satışı, xx.xx.1991-ci ildə MOM sexinə usta keçirilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmiş, xx.xx.1999-cu ildə “Samir” kiçik müəssisəsində mühasib vəzifəsində işə qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, 18.12.200-ci ildə “X7” səhmdar cəmiyyəti Mebel istehsal korpusu üzrə işə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir.

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 16 dekabr 2021-ci il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilmiş sənədlə rin surətlərinə əsasən, əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığı və xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövrlər, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla, onun sığorta stajı 21 il 2 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay sığorta stajına əsasən kapitalı 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pen siya kapitalı qeydə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrü araşdırılarkən məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 25 yanvar 2022-ci il tarixdə iddia ərizəsi, daha sonra iddia ərzəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə rək, “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 19 sentyabr 2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (20l7-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şə xslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 20l7-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1974cü il tarixdən xx.xx.2009-cu il tarixədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 34 il 6 ay 13 gün əmək stajı olduğunu iddia edir. İş üzrə icraat materiallarına əlavə edilmiş sənədl ərin surətlərindən məlum olur ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət müddəti, xx.xx.1978-ci tarixdən xx.xx.1983-cü ilədək ali təhsil və əmək kitabçasının surətində qeyd edilən digər iş illəri nəzərə alınmaqla 21 il 2 ay sığorta stajına malikdir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 19 il 6 ay sığorta stajına əsasən pensiya kapitalı 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 azn) az olmayan pensiya təminatına imkan vermir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 və Araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tari xindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək, "xxxx" ATSC-dəki əmək fəaliyyəti dövrü araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səbəblə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğum hesab edilmir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim E.Ə.Əliyev) 2-1(112)-5602/2022 saylı 3 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X4 hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiq ini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 22 fevral 2023-cü il tarixli, 21(103)-622/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarix li qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1, 7, 21.1-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin t əmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(103)-622/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci mad dəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənlə şdirir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək ha qqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Resp ublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 13 may 2022-ci il tarixli **********1 nömrəli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 21. “İnzibati icraat haqqında” Qanun Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tə tbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

30. Belə ki, cavabdeh kassasiya şikayətində qeyd edir ki, aparılan inzibati icraatın nəticəsi olaraq xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil illəri, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, həmçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci tarixədək olan dövrlər mübahisələndirilməyən dövrlər olaraq iddiaçının sığorta stajına hesablanmışdır. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının sığorta stajı 21 il 1 ay 23 gün təşkil edir.

31. Həmçinin, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yenidən qarşılıqlı yoxlama keçirilərək araşdırma nəticəsində müəssisənin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərə əsasən (əmrlə kitabı və əmək haqqı hesablanması cədvəlləri) iddiaçıya xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək fasiləsiz olaraq əmək haqqı hesablanmışdır.

32. Kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçının mübahisələndirilməyən iş stajı cəmi 23 il 2 ay 10 gün təşkil edir.

33. Cavabdeh iddiaçının xx.xx.2000-ci il tarixdə yenidən "xxxx" ASC-yə işə qəbul olunmasını və xx.xx.2009-cu ildə işdən azad edildiyini göstərib, həmin illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmasına görə qeyd edilən müddəti onun sosial sığorta stajına daxil etməyərək, hazırkı iş üzrə iddiaçının xx.xx.2000 - xx.xx.2009-cu il tarixləri arasındakı dövrə aid iş stajını mübahisələndirir.

34. Lakin cavabdeh tərəfindən iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Samir” kiçik müəssisəsində mühasib vəzifəsində işlədiyi müddətə (1 il 10 ay 16 gün) dair hər hansı münasibət bildirilməmiş, kassasiya şikayətində həmin müddətin iddiaçının mübahisələndirilməyən iş stajına aid edildiyi qeyd olunmamışdır.

35. Həmin müddətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

36. Qərarın 20-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vax tda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

37. Hazırkı qərarın 21-ci bəndində qeyd edilən normanın tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2000xx.xx.2009-cu il tarixləri arasında ödənişsiz məzuniyyətdə olduğu dövr nəzərə alınmadan, onun cavabdeh tərəfindən mübahisələndirilməyən iş illəri və iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Samir” kiçik müə ssisəsində işlədiyi müddətin cəmi 25 ildən çoxdur.

39. Belə olan halda, iddiaçının ümumilikdə 25 ildən artıq iş stajı olduğundan və bu hal ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən birinin – 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəldiyi üçün qanunun digər – “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.

40. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan normalar baxımından qiymət verərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

41. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü tarixli, 21(103)-622/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar