Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1384/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiyanın mümkünlüyü ilə bağlı hüquqi yardımın apellyasiya məhkəməsi tərəfindən yerinə yetirilməsi, şikayət üzrə müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar-iyul və sentyabr-dekabr ayları, 1977ci ilin yanvar-iyul və sentyabr-dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982-ilin mart-dekabr ayları,1983cü il,1984-cü ilin yanvar-may ayları, 1985-ci ilin mart-dekabr ayları, 1986-cı ilin fevral-iyun avqust, oktyabr və dekabr ayları,1987-ci ilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr aylarında Şamaxı rayonu N.Nərimanov sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 1 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Həmin qərardan narazı q alan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarı (hakimlər: Z.T.Məmmədov (sədrlik edən), H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2023cü il tarixli, 2-1(102)-1293/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(105)-103/2023 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarı (hakimlər: G.İ.Cabbarova (sədrlik edən), S.A.Qafari və A.M.Süleymanova) ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1( 118)-1729/2022 nömrəli ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
10. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötür ülməklə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdi metmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar a radan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarı xx.xx.2023- cü il tarixdə, saat 14:28-də elektron məhkəmə sistemi vasitəsi ilə iddiaçının nümayəndəsi Nümayəndə1 elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən kassasiya şikayətinin təqdim edilməsi üçün son tarix 20 dekabr 2023-cü il olmasına baxmayaraq iddiaçı 12 fevral 2024-cü il tarixdə kassasiya şikayətini vermiş, yəni kassasiya şikayəti prosessual müddətə riayət edilmədən verilmişdir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqda apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatd an keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.
15. Lakin iddiaçı qanunvericilikdə göstərilən tələbə (kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir) əməl etməmiş, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmiş, müddətin buraxılmadığına dair sübutlar, o cümlədən şikayət üzrə müddətin buraxılmas ına dair ərizə verməmişdir.
16. Nəzərə alınmalıdır ki, kassasiya icraatı zamanı iddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi təklif edilmiş və kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
17. Buna baxmayaraq, iddiaçı ərizə təqdim edərək iddiaçının nüma yəndəsi Nümayəndə1 məhkəmə qərarı qəbul edilən zaman elektron kabinet istifadəçisi olmamasını, sonuncunun adına məhz xx.xx.2024-cü il tarixdə elektron kabinet yaradıldığını və bu səbəbdən kassasiya şikayəti verilmə müddətinin qərarın iddiaçıya poçt vasitəsi ilə təqdim edildiyi 16 yanvar 2024-cü il tarixdən hesablanmalı olmasını bildirmişdir.
18. Məhkəmə kollegiyası ərizəyə münasibətdə bildirir ki, elektron məhkəmə informasiya sistemindən də göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-765/2023 nömrəli qərarı 20 noyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 adına 05 iyul 2021-cü il tarixdə qeydiyyatdan keçdiyi şəxsi kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə1 adına xx.xx.2024-cü il tarix dən sonra elektron kabinet yaradılmasına dair qeyd etdiyi hallar iş materialları ilə tam təkzib edilmişdir.
19. Beləliklə, qeyd edilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsas olduğundan, kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbulundan imtina olunmalıdır.
20. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2023-cü il tarixli, 2-1(105)-765/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.