Məhkəmə qərarları › İş №2-1(102)-1385/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1385/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1385/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə (üçüncü şəxs X3 iştirakı ilə) qarşı çıxarışın verilməsi tələbinə dai r Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 2-1(105)-31/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kv m torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməi barədə ərizə verərək, Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kv m torpaq sahəsi ilə bağlı müvafiq rəyin, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və to rpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasıvə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmsi öhdəliyinincavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(085)-85/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 01 saylı qərarları ilə sahibkarlıq məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 398, 5 kv m və 214,0 kv m torpaq sahələri barəsində rəylərin verilməsi, plan və ölçü sənədlərinin tərtib edilməsi və həmin torpaq sahələr i üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışların verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(105)-31/20 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fərmayıl Zeynallı və Məhəmmə dəli Rzayev) qərardadı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(085)-85/2019 nömrəli qərarının ləğv edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair müvafiq rəyin torpağın kateqoriyasına dair məlumatın, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi və çıxarışın verilməsi tələbinə dair işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37 -ci maddəsinin normasını düzgün olmayan şəkildə təfsir edərək bələdiyyənin mübahisələndirilən torpaq sahələri ilə bağlı iddia tələblərini birləşdirməsinə dair səhv nəticəyə gəlmişdir. Mübahisə eyni predmet və eyni imtina halları barəsində olduğundan və eyni məhkəməyə aid edildiyindən, Sumqayıt bələdiyyəsi hər iki iddia tələbini bir iddia ərizəsində birləşdirməkdə haqlı olmuşdur. Bu, həm eyni tipli işlərin birlikdə baxılmasına, həm də əlavə məhkəmə süründürməçiliyinə yol verməməyə yönəlmişdir. Həmçinin, işə baxan məhkəmə bələdiyyə torpaqlarına dair sənədləşmə işləri aparılarkən aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilən rəy və torpaq sahəsinin kateqoriyası barədə sənədin mahiyyəti barədə, yəni, həmin sənədlərin torpaq üzərində mülkiyyət növünün müəyyənləşdirilməsi haqqında sənə d olmasına dair səhv fikir bildirməklə həmin sənədlərin verilməsini Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətində olması kimi tamamilə əsassız və qanunazidd nəticəyə gəlmişdir. Ümumiyyətlə, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsini tətbiq edərkən də aşkar prosessual qanun pozuntularına yol vermişdir. Məhkəmənin birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində yanlışlıqla bələdiyyənin iddia ərizəsinə guya dəqiqləşdirmə aparılması barədə ərizə ilə müraciət etməsinə dair abzasın yazılmasını, habelə X1 fərqlı olaraq X6 üçüncü şəxs kimi məhkəmə prosesinə cəlb edilməməsini birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş ciddi prosessual pozuntu kimi qələmə verərək işi y enidən birinci instansiya məhkəməsinə göndərməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, həmin pozuntular az əhəmiyyətli olduğundan nə işin nəticəsinə təsir göstərmiş, nə də iş üzrə hər hansı əhəmiyyətli və geniş həcmli sübutların araşdırılmasına maneçilik törətməmişdir. X9 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsinin rəisi, sahə rəisi və mühəndisi tərəfindən imzalanaraq məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində mübahisələndirilən torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid edilmiş torpaqlar olduğu bildirilməklə cavab verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)31/2020 nömrəli qərardadının ləğv edilməsi və Sumqayıt Bələdiyyəsinin iddia ərizəsinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir (xx.xx.2020-ci il tarixdə müvafiq bildiriş göndərilmişdir). Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(105)-31/2020 sayl ı qərardadla, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(085)85/2019 saylı qərarının ləğv edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair müvafiq rəyin torpağın kateqoriyasına dair məlumatın, plan və ölçü sənədinin hazırlanaraq Sumqayit bələdiyyəsinə təqdim edilməsi və çıxarışın verilməsi tələbinə dair işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 37, 58.7, 82, 87.7.1, 87.9-cu maddələrinə, X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamən in 3.0.8, 3.0.24-cü bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(105)-31/2020 saylı qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki yuxarıda yazılmış dəlillərlə əlaqədar hesab edir ki, sözügedən dəlillər əsassızdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinin müddəaları və onların hazırkı mübahisəyə tətbiq edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmışdır, yəni, İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bil ər. Beləliklə, qanunverici bir neçə iddia tələbinin birləşdirilərək bir icraatda baxıla bilinməsi üçün ilk öncə onların bir-biri ilə əlaqəli olmasını vurğulamışdır. Yəni, tələblərin bir cavabdehə yönəlməsi və eyni məhkəməyə aid olması hələ onlara bir icraatda baxılması üçün yetərli deyil. Bunun üçün ən mühüm şərt həmin tələblərin bir-biri ilə əlaqəli olmuş olmasıdır. Məlum olduğu kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kvadrat metr və həmin ərazidə yerləşən 300 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması nı xahiş etmişdir, yəni, tərəflər arasında yaranmış mübahisə iki ayrıayrı - Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən ölçüsü 400 kvadrat metr və 300 kvadrat metr olan torpaq sahələri barəsindədir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «Lakin həmin torpaq sahələri arasında hər hansı əlaqənin olması işin hallarından müəyyən olunmur. Torpaq sahələrinın eyni ərazıdə yerləşməsi, bir-biri ilə yaxın qohumluq münasibətində olan şəxslərin istifadəsində olması (üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatına görə Bəşirov Ülvi onun oğludur), tələblərin və cavabdehin eyni olması hələ onlara dair mübahisəyə bir icraata baxılması üçün yetərli deyildir. Yuxarıda qeyd olunan normaya əsasən, bir necə tələbə bir icraatda baxılmasına yo l verilməsi üçün həlledici meyar həmin tələblərə birlikdə baxılması və buna dair birgə qərarın qəbulunun məqsədəuyğun olmasıdır. Tələblərə isə birlikdə baxılması o zaman labüd hal ala bilər ki, onlar arasında müəyyən bağlılıq, əlaqə olsun və ya biri digərindən asılı olsun və ya ayrılıqda baxılması mümkün olmasın, eləcə də iddia predmeti bölünməz, ayrılmaz olsun və s.». Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, yalnız bu şərtlər daxilində işə baxan məhkəmə irəli sürülən tələblərin eynicinsliyini və onların qarşılıqlı əlaqəsini müəyyən edərsə, məqsədəuyğunluq baxımından bir-biri ilə əlaqəli olan bir neçə tələbə bir icraatda baxılmasına yol verə bilər. Lakin hazırkı işdə tələblər, daha dəqiq desək torpaq sahə ləri arasında bağlılıq olmadığı və ya ayrılmaz bağlılığın olduğu iş materiallarından görünmədiyi halda işə baxan məhkəmə iddiaçının tələblərinə bir icraatda baxaraq vahid qərar qəbul etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) a) müvafiq rəyin, b) torpağın kateqoriyasına dair məlumatın, c) plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi, 2) torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması. Belə ki, iddiaçı həm torpaq sahəsi ilə bağlı rəyin, yəni, torpaq sahəsi üzərində mülkiyyətin hansı növünün olmasına dair rəy istəyir, həm də həmin torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun qeydiyyata alınmasını xahış edir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdehin imtinasının əsasını mübahisələndirilən torpaq sahələrinin dövlət mülkiyyətində olması dəlili təşkil edir. Belə olduğu halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında həll edilməli olan ilkin məsələ torpaq sahəsi ilə bağlı rəyin verilməsidir. İddia ərizəsindən görünür ki, iddiaçı torpaq sahələrinə dair həm müvafiq rəyin, həm də torpağın kateqoriyasına dair məlumatın verilməsi öhdəliyinin Azərbaycan Respublikası X9 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərınə qoyulmasını xahiş edir. Halbuki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarda qeyd edilir ki, iddianın mümkünl üyü ilə bağlı məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar". Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3-cü bəndinə istinad etməsi doğrudur. Belə ki, həmin Əsasnamənin 3-cü bəndində deyilir ki, xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: -3.0.8-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək; - 3.0.24-cü bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, torpaq sahəsinin kateqoriyası və mülkiyyət növü ilə bağlı rəyin verilməsi DƏDRX-in və ya onun ərazi şöbələrinin deyil, Daşınmaz Əmlakın Kadastrı və Ünva n Reyestri Xidmətinin səlahiyyətlərinə aid olan məsələdir, yəni, iddiaçı mübahisələndirilən torpaq sahələri ilə bağlı rəyin və kateqoriyası barədə məlumatın verilməsi bağli tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində qeyd edilmişdir ki, «Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 400 kvadrat metr torpaq sahəsi və həmin ərazidə yerləşən 300 kvadrat metr torpaq sahə si ilə bağlı müvafiq rəyin, plan və ölçü sənədinin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi və torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını məhkəmədən xahiş etdi». Lakin iş materiallarında belə ərizəyə rast gəlinmir. Eləcə də keçirilmiş məhkəmə iclaslarında iddiaçının nümayəndəsinin iddianın dəqiqləşmə ərizəsi verməsi, məhkəmənin həmin ərizəni icraata qəbul etməsi, surətini tanış olması üçün cavabdehə təqdim etməsi və ya göndərməsi işdən görünmür. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, i ddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən və faktiki istifadəsində olan 400 kvadrat metr torpaq sahəsinin, X7 isə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən və faktiki istifadəsində olan 300 kvadrat metr torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı onun istifadəsinə verilməsini xahiş etmişdir. Həqiqətən də iş materiallarının 12-ci vərəqindən görünür ki, X5 ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Eləcə də iş materiallarının 16-cı vərəqindən görünür ki, X7 ərizə il ə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, işə baxan məhkəmə xx xxxxxx 2018-ci tarixli qərardadı ilə yalnız X4 üçüncü şəxs qismində cəlb etsə də, X7 üçüncü şəxs qismində cəlb edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə təkrar baxılarkən sadalanan pozuntular aradan qaldırılmalı, iddiaçıya müvafiq olaraq hüquqi yardım olunmaqla tələblərini dəqiqləşdirmək və cavabdehin əsl cavabdehlə əvəz olunmas ı təklif olunmalı, dəqiqləşdirilmiş tələbin mümkünlüyü məsələsi aydınlaşdırıldıqdan sonra cəlb edilməli üçüncü şəxslərin dairəsi dəqiq müəyyən edilməklə mahiyyəti üzrə qərar qəbul edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 87.7.1-ci maddəsinə görə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Belə olan halda kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılma lıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(105)-31/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar