Məhkəmə qərarları › İş №2-1(102)-1385/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1385/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1385/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-622/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletə əsasən o, 4 noyabr 1974-cü ildən 6 noyabr 1976-cı ilədək Sovet ordu sıralarında xidmət etmişdir.

2. İddiaçı 1978-1980-ci illərdə Rusiya Federasiyasının Sverdlov vilayətində tibb texnikumunda əyani təhsil almış, diş texniki ixtisası üzrə tam kursu bitirmiş və ona QT 2 52075 nömrəli diplom verilmişdir.

3. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli və xx.xx.1983-cü il tarixli əmək kitabçalarına əsasən iddiaçı 1 noyabr 1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra 1 mart 1984-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliklinikada diş texniki vəzifəsinə təyin edilmiş və xx.xx.2006-cı il tarixə kimi həmin vəzifədə çalışmışdır.

4. İddiaçı ona əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 17 fevral 2021-ci il tarixli, **********0 nömrəli məktub ilə iddiaçının müraciətindən imtina etmişdir.

5. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilən xx.xx.1974-c ü il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-01269-2020 saylı 24 noyabr 2020-ci il tarixli məktubuna əsasən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilə qədər işlədiyi 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliklinikanın faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin illərin sığorta stajına qəbul edilməsi qanunun tələblərinə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş və ona NZ ******* nömrəli hərbi bilet verilmişdir. Həmçinin, 1978-1980-ci illərdə Rusiya Federasiyasının Sverdlov vilayətində tibb texnikumunda əyani təhsil almış və diş texniki ixtisası üzrə tam kursu bitirərək, buna dair QT 252075 nömrəli diplom verilmiş və 5 iyul 1980-ci il tarixdə 974 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Əmək fəaliyy ətinə 1 noyabr 1973-cü il tarixdə başlamış və 1983-cü il tarixədək müxtəlif təşkilatlarda çalışdıqdan sonra xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliklinikada diş texniki vəzifəsinə təyin edilmiş və həmin tarixdən xx.xx.2006-cı il tarixə kimi həmin vəzifədə çalışmışdır. Yəni, xx.xx.1984-cü ildən xx.xx.2006-cı il tarixədək fasiləsiz olaraq 22 il həmin yerdə işləmişdir. Cavabdehə müraciət edərək, xx.xx.1973-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 24 il 8 ay 19 gün iş stajının, 1 il 10 ay 2 gün təhsil və 2 il 2 gün hərbi xidmət müddətinin, cəmi 28 il 8 ay 23 gün sosial sığorta stajının xx.xx.2020-ci il tarixədək olduğunun nəzərə alınmaqla ona həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********0 nömrəli cavab məktubunda müraciəti təmin etməkdən imtina etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçı 1978-1980-ci illərdə təhsil almış, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İddiaçının xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasına əsasən işlədiyi illər 3 il 1 ay 21 gün təşkil edir. Lakin onun xx.xx.1983-cü il tarixində tərtib edilmiş əmək kitabçası ilə 22 il 11 ay 7 gün sosial sığorta stajı qeyd edilmişdir. Birinci əmək kitabçasında xx.xx.1980-ci il tarixində əmək fəaliyyətinə başlamağı barədə qeyd mövcud olsa da işdən hansı tarixdə azad olunması ilə bağlı hər hansı bir qeyd mövcud deyi ldir. İddiaçı xx.xx.1980-ci il tarixindən sonra ikinci dəfə ardıcıl olaraq xx.xx.1982-ci il tarixində işə qəbul edilmişdir. İddiaçının xx.xx.1982-ci il tarixində işə qəbul edildiyi müəssisədən işdən azad olunması ilə bağlı qeydi xx.xx.1983-cü il tarixində tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. Lakin həmin əmək kitabçasının üz qabığında rəsmi imzası mövcud deyildir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövr üzrə pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda xx.xx.1982-ci il tarixinə aid olan işə daxilolma barədə qeyddə əmr xx.xx.1982-ci il tarixində verilmişdir. Əmək kitabçasında xx.xx.1973-cü il tarixində edilmiş işə daxilolma qeydinin əmri xx.xx.1973-cü il tarixində verilmişdir. Əmrin əmək kitabçasında e dilmiş qeydlərdən sonra verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Lakin cavabdeh tərəfindən mübahisələndirilən əsas dövr iddiaçının xx.xx.1984-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikada olan əmək fəaliyyəti dövrüdür. Belə ki, qeyd edilən müəssisənin arxiv və faktiki sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində mühafizə olunmur. Bu səbəblə də iddiaçının həmin müəssisədə həqiqətən də işləyib-işləməməsi faktını təsdiq edən hər hansı bir sübut əldə etmək mümkün olmamışdır. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajını 3 il 1 ay 21 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır.

9. Cavabdeh tərəfindən məhkəməyə təq dim olunan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 21 may 2021-ci il tarixli, 1249-01/8 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan 1 nömrəli Stomatoloji Poliklinikası müstəqil balansa malik tibb müəssisəsi olmuşdur. Mühasibatlıq və kargüzarlıq sənədləri poliklinikada olduğundan və Səhiyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 33 nömrəli əmri ilə Nazirliyin tabeliyindən çıxarıldığından iddiaçının xx.xx.1984-xx.xx.2006-cı illərə aid əmək haqqı barədə arayışını təqdim etmək mümkün deyil.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 iyul 2021-ci il tarixli, **********667300 nömrəli məktubunda göstərilmişdir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikanın (VÖEN **********) xx.xx.1998-ci il tarixdə D-239 nömrə ilə qeydiyyatdan keçməsi barədə məlumat mövcuddur. Dövlət reyestrində həmin poliklinikanın təşkilati-hüquqi formasında hər hansı dəyişikliyin olması, varisliyin müəyyən edilməsi barədə məlumat mövcud deyildir.

11. Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5202/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, iddiaçının 1984-2006-cı illərdə işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikası xx.xx.1998-ci il tarixdə qeydiyyatdan keçsə də, həmin Poliklinikanın xx.xx.1984-cü ildən fəaliyyət göstərməsi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən təkzib edilməmişdir. İddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etmiş, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 saylı Təsərrüfat hesablı Poliklinikasında xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajı, hərbi xidmət dövrü və təhsil dövrü də nəzə rə alınmaqla 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 fevral 2022-ci il tarixli, **********23 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olmuş 1 saylı təsərrüfat hesablı stomatoloji poliklinikası “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2006-cı il tarixli, 1635 nömrəli Sərəncamı ilə özəlləşdirilməyə açıq elan olunmuş və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 2008-ci ildə hərrac vasitəsilə özəlləşdirilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində iddiaçının həmin müəssisədə işləməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Müəssisə özəlləşdirilərək xüsusi mülkiyyətə verildiyindən hazırkı fəaliyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətində məlumat yoxdur.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 2-1(103)-622/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5202/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh kassasi ya şikayətində əlavə olaraq göstərir ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin sorğuya cavab məktubunda 1 saylı Təsərrüfat hesablı Poliklinikanın xx.xx.1984-cü ildə fəaliyyət olması təkzib edilməsə də, həmin poliklinikanın fəaliyyətdə olması təsdiq də edilməmişdir. İş üzrə zəruri hal isə poliklinikanın xx.xx.1984cü ildə fəaliyyətdə olmasının təkzib edilməsi yox, təsdiq edilməsidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, poliklinikanın hansı tarixdən fəaliyyətdə olması, həmçinin fəaliyyət göstərdiyi müddətdə Dövlət Sosial Müdafiə Fondu ilə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarının mövcud olub-olmamasını araşdırmamışdır. İddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şika yətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məc buri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş h əddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonr a əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (6 mart 2007-ci il tarixinədək qüvvədə olmuşdur): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kit abçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 25. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə

1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. M əhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 64 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübu tları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun qanunvericililikdə göstərilən yaş həddinə çatması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olması zəruridir.

34. Cavabdehin mübahisələndirdiyi 1 mart 1984 – 7 yanvar 2006-cı il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, Bakı şəhəri Baş Səhiyyə İdarəsi nin tabeliyində olan 1 saylı Təsərrüfat hesablı Stomatoloji Poliklinikasının arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.

35. Cavabdehin imtina məktubuna və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 1 mart 1984-cü ildə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 7 yanvar 2006-cı ilədək davam etdirmiş, bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil.

36. Hazırkı qərarın 24-cü bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlill ər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

38. Qərarın 21-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

39. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının mübahisələndirilən müəssisədə işlədiyi müddətdə həmin müəssisəni n Dövlət Sosial Müdafiə Fondu ilə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarının mövcud olubolmamasının araşdırılmaması barədə dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Hazırkı qərarın 25-ci bəndində qeyd edilən normaya əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

41. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sonuncu iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən həmin məsəl ənin araşdırılmasına zərurət yoxdur.

42. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insdtansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2022-ci il tarixli, 21(103)-622/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar