Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1385/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “21 dekabr 2020-ci i ldən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-263/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının övladı Əliyev Əliəkbər Ceyhun oğlunun (xx.xx.2007-ci il təvəllüdlü) xx.xx.2015-ci il tarixdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, həmin tarixdən ona sağlamlıq imkanları məhdud 18 yaşınadək məhdud uşağa verilən sosial müavinət verilmiş, iddiaçıya isə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş dir.
2. Əliyev Əliəkbər Ceyhun oğlunun sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2020-ci il tarixdə bitmiş, nəticədə sosial müavinətin və təqaüdün ödənilməsi dayandırılmışdır.
3. Daha sonra, Əliyev Əliəkbər Ceyhun oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yenidən “sağlamlıq imkanları məhdud uşaq” hesab edilmiş, xx.xx.2021-ci il tarixdən sosial müavinətin və təqaüdün ödənilməsi bərpa edilmişdir.
4. İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etdiyi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün 2020-ci ilin dekabr ayından ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən müraciətin icrasından imtina edilərək, xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Ə.Nümayəndə1 (iddiaçının övladının) xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 18 yaşın adək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyindən, həmin dövr üzrə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi qanunvericiliyin (Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 saylı Fərmanı) tələbləri baxımından mümkün deyildir.
5. Bundan əlavə, iddiaçı övladına sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən 2020-ci ilin dekabr ayından sosial müavinətin ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli məktubla bildirilmişdir ki, Qanunun istinad olunan norması xx.xx.2021-ci il tarixdən qüvvəyə mindiyindən, iddiaçının övladının əlilliyi isə xx.xx.2021-ci il tarixdə müəyyə n olunduğundan, sosial müavinətin 2020-ci ilin dekabr ayından ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən qanunsuz və əsassızdır.
8. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda işin hallarına və imtina məktublarının dəlillərinə istinad etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-4475/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 21 dekabr 2020-ci ildən 12 aprel 2021ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün iddiaçıya müavinət və təqaüd ödəməkdən imtinasını qeyd edilən qanun normasının iddiaçının övladına əlilliyi müəyyən edildikdən (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə minməsi ilə əsaslandırsa da, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X1ın qüvvəsi geriyə şamil edilir. Həmçinin, “X1 haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanun ilə əlavə edilmiş 3.3-1-ci maddədə göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməli və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. 11.Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 2-1(103)-263/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4475/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs h esab edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya m ümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İlk öncə iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı cavabdehə qarşı sağlamlıq imkanı məhdud olan uşağına görə 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsinə yönəlmişdir. İddiaçı öz mövqeyini “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa istinad etməklə əsaslandırmışdır.
23. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən yuxarıda qeyd olunan qanun normasının iddiaçının övladına əlillik müəyyən edildikdən, yəni 12 aprel 2021-ci il tarixindən sonra qüvvəyə minməsi əsası ilə imtina edilmişdir. Bundan sonra, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddia tələbi təmin edilmişdir.
24. İşin apellya siya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.2007-ci il təvəllüdlü oğlu Əliyev Əliəkbər Ceyhun oğluna 2008-ci ildə “spinal meninqomiosele” diaqnozu qoyulmuş, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən 2015-ci ildən xx.xx.2020-ci il tarixədək onun həmin xəstəliklə bağlı sağlamlıq imkanları məhdud uşaq olması səbəbi ilə əlilliyi müəyyən edilmiş, bununla bağlı iddiaçıya uşağına qulluqla bağlı cavabdeh tərəfindən sosial müavinət və təqaüd təyin olunmuş və ödənilmişdir.
25. Sonuncu müayinəyə əsasən xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək eyni diaqnoz ilə bağlı iddiaçının övladına əlillik “18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması” səbəbi ilə müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixəd ək Ə.Əliyevin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh həmin dövr üzrə müvafiq müavinət və təqaudü ödəməkdən imtina edir.
26. Apellyasiya məhkəməsində icraat zamanı məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş qiymətləndirmə məlumatından görünür ki, Əliyev Əliəkbər Ceyhun oğlu ilk dəfə xx.xx.2011-ci il tarixdə Bakı 19 nömrəli Uşaq Poliklinikasında tibbi nəzarətə götürülmüş, sonra ilkin olaraq xx.xx.2015-ci il tarixli göndəriş əsasında xx.xx.2015-ci ildə müayinədən keçmiş və ona 2 il müddətinə müavinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2017-ci il göstərilmişdir. xx.xx.2017-ci il tarixdə təkrar müayinənin nəticəsi olaraq ona 3 il müddətinə müa vinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. Bundan sonra isə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə göndərişlər əsasında müvafiq olaraq iddiaçınn övladı xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müayinə olunsa da, ona yalnız xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmə nəticəsində 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2025-ci il göstərilmişdir.
27. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli göndərişlərin “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”ndə qeydiyyatı ilə bağlı bildirişlərdən görünür ki, hər bir göndəriş reyestrdə qeydiyyata alınmaqla yanaşı, həmin göndərişlərdə id diaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağının diaqnozu dəyişməz olmuşdur. Buna görə də sonuncu dəfə iddiaçının övladına xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək eyni diaqnoz ilə bağlı əlillik “18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması” səbəbi ilə müəyyən edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsaslanaraq hesab etmişdir ki, iddiaçı övladına xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə həm müvafiq müavinətin, həm də təqaüdün verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 38, 71 və 149-cu maddələrinə, “X1 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə (bu maddə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmişdir) istinad etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır.
30. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: (...)77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciy yəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi m üəyyən edilmişdir.
78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. (...)92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.
93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənm əsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən X1ın qüvvəsi geriyə şamil edilir. Başqa X1ın qüvvəsi geriyə şamil edilmir. 94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....
31. Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2020 - xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.
32. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər K abinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
33. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
34. İddiaçının istinad etdiyi qanunun yuxarıda göstərilən müddəalarından (bax: 17-ci bənd) göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yen ilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.
35. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmə lər əlillik təyin edilmiş şəxsin, eləcə də iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləlilklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvv əlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.
36. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-263/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.