Məhkəmə qərarları › İş №2-1(102)-1385/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1385/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1385/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7, X5, X6 və X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X7, X5, X6 və X4) qarşı “X7, X5, X6 və X2 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)867/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4 ünvanında yerləşən 1 nömrəli mənzil xx.xx.2005-ci il tarixdə Niganə Bağırova tərəfindən iddiaçıya bağışlanmış və sonuncunun adına xx.xx.2006-cı il tarixli 22 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

2. X7, X5, X6 və X4 həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.

3. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh polis orqanına müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respu blikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə üçüncü şəxslər qeydiyyatdan çıxarıla bilərlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7, X5, X6 və X2 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4 ünvanında yerləşən 1 nömrəli mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxslərin ona məxsus mənzildə qeydiyyatda olması, onun hüquqlarının pozulmasına səbəb olur. Həmin şə xslərin qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

6. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 14 avqust 2023-cü il tarixli 2-1(114)-2661/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X7, X5, X6 və X2 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və old uğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına istinad etmişdir.

9. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli 13 sentyabr 2005-ci il tarixli qətnaməsinə əsasən, X3 icarəçi X1 adına olan Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1, mənzil 2də (hazırda Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1) yaşayış hüququ verilmiş və o, iki uşağı ilə birlikdə həmin evə köçürülmüşdür.

11. Gəncə Şəhər Məhkəməsinin apel lyasiya icraatı zamanı müvafiq sorğuya əsasən təqdim etdiyi 12 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-708/2005 nömrəli mülki iş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində “icrası bitmiş sənədlərin məhkəmənin arxiv fonduna daxil edilməsi” nəticəsində 2-708/2005 nömrəli iş üzrə sənədlər və iş materialları məhv edilmişdir. Bu səbəbdən də hazırkı qətnamənin hansı tarixdə qanuni qüvvəsini almasını müəyyən etmək mümkün deyildir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-21-3-33/2-11408/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 Gəncə şəhər 7 saylı dövlət notariat kontorunun 13 dekabr 2005-ci il tarixli, 4Ə-4-830 reyestr nömrəli “mənzil bağış lama” müqaviləsinə əsasən iddiaçıya bağışlanmış və onun adına xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 1 ünvanı ilə Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvanı eyni ünvandır.

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-867/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2661/2023 nömrəli qərarı qismən - X2 Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməmiş, qərar qalan his sədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, üçüncü şəxslərdən X2 qeyd edilən mənzildən istifadə hüququnun tanınması və köçürülməsinə dair məhkəmə qətnaməsi var. Belə ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005ci il tarixli qətnaməsindən görünür ki, X3 icarəçi X1 adına olan Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1, mənzil 2-də yaşayış hüququnun verilməsi və onun iki uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Gəncə şəhər Məhkəməsinin apellyasiya icraatı zamanı müvafiq sorğuya əsasən təqdim etdiyi 12 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2-708/2005 nömrəli mülki iş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsin də “icrası bitmiş sənədlərin məhkəmənin arxiv fonduna daxil edilməsi” nəticəsində 2708/2005 nömrəli iş üzrə sənədlər və iş materialları məhv edilmişdir. Bu səbəbdən də, hazırkı qətnamənin hansı tarixdə qanuni qüvvəsini almasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, Nərgiz Abbasovanın qeyd edilən mənzildən istifadə hüququnun tanınmasına dair qətnamənin mövcudluğu və qüvvədə olması iş materialları ilə sübut edilmişdir və sonuncunun mənzilə dair istifadə hüququna xitam verilməsi barədə hər hansı qərar mövcud deyildir. Üçüncü şəxs də məhkəmə kollegiyasına verdiyi izahatda həmin evdə cehiz əşyalarının olduğunu, iddiaçının həmin ünvanda yaşamasına imkan vermədiyini, qətnamənin təkrar icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab etmişd ir ki, mülkiyyətçinin yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının sahibi olan şəxsin qeydiyyatdan çıxarılması tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qəbul edilən deyildir. Başqa sözlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınan istifadə hüququna xitam verilməsinə dair hər hansı bir sənəd olmadığı təqdirdə şəxsin qeydiyyatdan çıxarılması üçün hüquqi əsas mövcud deyildir. Digər üçüncü şəxslər Yeganə Abbasova və Zaman Abbasov isə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsi qəbul edilən zaman, yəni 2005-ci il tarixdə yetkinlik yaşına çatmamış və Nərgiz Abbasovanın himayəsində olmuşlar. Bu səbəbdən onlar himayəsində olduqları analarına münasibətdə mənzilə köçürülmüşlər və bu hal, Nərg iz Abbasovanın himayəsində olduqları müddət ərzində keçərli olmuşdur.

15. İddiaçı həmin qərarın iddianın təmin edilməyən hissəsindən kassasiya şikayəti verərək, qərarın həmin hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı özü İ qrup əlil olmaqla, həmin mənzildə azyaşlı uşağı və ruhi əsəb xəstəsi olan anası ilə birlikdə yaşayır. Mənzil 2 otaqdan ibarət olmaqla, sahəsi 28.1 kv.m-dir. Üçüncü şəxs Nərgiz Abbasova 17 ildir ki, atası evinə getmişdir, könüllü olaraq evi tərk edərək hazırda da orada yaşayır. İşə baxan məhkəmələr isə bu halların heç birini qərarda qeyd etməmiş və işin bu hallar ına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin həmin mənzildən könüllü getdiyini nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona məns ub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə

228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayar aq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Maddə 9.1. Müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hes ab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, N.Abbasovanın Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, bina 1, mənzil 2-də (hazırda Gəncə şəhəri, Teymur Hacıyev küçəsi, ev 4, mənzil 1) istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2-708/2005 nömrəli, 13 sentyabr 2005-ci il tarixli qətnaməsi mövcuddur. Qətnamənin hansı tarixdə qanuni qüvvəsini almasını müəyyən etmək mümkün olmasa da, həmin qətnamənin mövcudluğu və qüvvəyə minməsi iş materialları ilə öz təsdiqini tapır.

30. İddiaçının İ qrup əlil olmaqla, həmin mənzildə azyaşlı uşağı və ruhi əsəb xəstəsi olan anası ilə birlikdə yaşaması, mənzilin ölçüsünün kiçik olması, habelə N.Abbasovanın könüllü surətdə mənzildən gedərək, atası evində yaşaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi bu hallar mövcud olsa belə, iddiaçının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas ola bilməz. Belə ki, N.Abbasova həmin yaşayış sahəsinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən köçürülmüş və istifadə hüququ əldə etmişdir. Onun həmin yaşayış sahəsindən istifa də hüququna xitam verilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. Beləliklə də, N.Abbasovanın sözügedən yaşayış sahəsinə istifadə (əşya) hüququ olduğundan, o, öz razılığı və ya istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadan həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilməz. Odur ki, iddia tələbi ona aid hissədə əsassızdır.

31. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-867/2023 nömrəli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar