Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1386/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinəqarşı iş üzrə QƏRAR Açar sözlər: növbədənkənar səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış məbləğin və maliyyə sanksiyasının əsassız hesab edilməsi və qərarın ləğv edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili və nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası V ergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (bundan sonra cavabdeh) qarşı “21 avqust 2018-ci il tarixli qərarın ləğv edilməsi və hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının əsassız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-104/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavab dehin 02.04.2018-ci il tarixli qərarı əsasında iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 06.07.2018-ci il tarixli aktla rəsmiləşdirilərək 21.08.2018-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 06.07.2018-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin aprel ayında ƏDV-nin 139.377,56 manat azaldılmasına yol verilməsi aşkar edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 %i miqdarında, yəni 69.688,78 manat məbləğində mailiyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. 21.08.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən iddiaçıya 2018-ci il üzrə 139.377,56 manat ƏDV hesablanmış və 69.688,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2018-ci ilin may ayı üzrə iddiaçı tərəfindən təqdim edilmiş Əlavə dəyər vergisi bəyannaməsinin 301-ci sətrində hesabat dövrü üzrə ƏDV-yə cəlb edilən əməliyyatların cəmi 774.319,77 manat, hesablanmış ƏDV isə 139.377,56 manat bəyan edilmişdir. X11-fakturalara əsasən 717.914,56 manat dəyərində 3183,9390 m³ taxta və 56405,20 manat dəyərində 23 ədəd mobil evlər, ümumilikdə 774.319,77 manat dəyərində mal 21.03.2018-ci il tarixli HS seriyalı 043726 nömrəli X11-Fakturası əsasında ilk öncə “xxxx” MMC-yə, daha sonra 10.04.2018-ci il tarixli HS seriyalı 298913 nömrəli EVHF əsasında “xxxx” MMC-yə, ən sonunda isə 10.05.2018-ci il tarixli HS seriyalı 71123 0 nömrəli EVHF əsasında “xxxx” MMC-yə təqdim edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ikiqat vergitutma ilə nəticələnən, cavabdeh tərəfindən aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış 139.377 manat 56 qəpik məbləğinin və 69688 manat 78 qəpik məbləğində maliyyə sanksiyasının əsassız hesab edilməsi və cavabdehin 21 avqust 2018-ci il tarixli **********160757 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2 aprel 2018-ci il tarixli qərarla növbədənkənar səyyar vergi yoxlaması aparılması qərara alınmışdır. Qərarla yoxlamanın əhatə etdiyi dövr kimi 01.09.2017-01.04.2018-ci il göstərilmişdir. Vergi Məcəlləsinin 38.2 -ci maddəsinə əsasən 30 gün müddətində yekunlaşmalı yoxlama əsassız olaraq uzadılmış, bununla da prosessual qaydalar pozulmuşdur. Belə ki, yoxlamanın başa çatma müddəti 02.05.2018-ci il olmasına baxmayaraq 15.05.2018-ci ildə başa çatmış, daha sonra geri tarixlə guya yoxlama müddəti artırılmışdır. Bundan başqa vergi orqanı ƏDV-ni hesablayarkən də qanunsuzluğa yol vermişdir. Belə ki, 21.03.2018-ci il tarixdə cəmiyyətin anbarında qalan, ticarət əlavəsi ilə birlikdə dəyəri 774.319 manat 78 qəpik (ƏDV-siz) olan mal-materiallar “xxxx” MMC-yə satılmış və ona HS seriyalı 043726 saylı X11 fakturası təqdim edilmişdir. Həmin məbləğə 18 % dərəcə ilə hesablanmış 139.377 manat 56 qəpik məbləğinin vergi öhdəliyi kimi yaranması haqqında məlumat iddiaçı tərəfindən 2018-ci ilin aprel ayında təqdim etdiyi ƏDV bəyannaməsində bəyan edilmişdir. 04.04.2018-ci il tarixdə cəmiyyətin anbar təsərrüfatının ləğv edilməsi və onun balansında mal-materiallarının olmamasını təsdiq edən izahat verilmişdir. 10.04.2018-ci il tarixdə “xxxx” MMC-nin ödəmə qabiliyyətinin məhdud olduğunu nəzərə alaraq 21.03.2018-ci il tarixdə ona təqdim edilmiş HS seriyalı 043726 saylı EVHF ləğv edilmiş və 2018-ci ilin mart ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək həmin ay üçün yaranmış vergi öhdəliyi sıfırlanmışdır. Həmin mallar 10.05.2018-ci il tarixdə “xxxx” MMC-yə satılmış və ona HS seriyalı 711230 saylı EVHF-sı təqdim edilmişdir. Yoxlama müddətinin əsassız artırılması 10.05.2018-ci il tarixdə “xxxx” MMC-yə satılmış malmaterialların yoxlamanın əhatə olunduğu dövrdə müəssisənin 3 anbarında qalan malmateriall ar kimi nəzərə alınması qənaətə gəlinməsinə şərait yaratmış və yoxlama aktında həmin dövrdə müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatda anbarının olmaması səbəbindən, həmin mallar 2018-ci ilin aprel ayında satılmış, lakin bəyan edilməmiş, həmin məbləğ isə vaxtında bəyan edilməyən məbləğ kimi nəzərə alınmış, nəticədə iddiaçıya 139.377 manat 56 qəpik məbləğində ƏDV və müvafiq olaraq 50 % həcmində maliyyə sanksiyası hesablanmışdır. Halbuki, həmin mallar 10.05.2018-ci il tarixdə “xxxx” MMC-yə satılmış və iddiaçının özü tərəfindən 139.377 manat 56 qəpik məbləğində ƏDV şəklində 2018-ci ilin may ayında təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmişdir. Bu halda həmin məbləğin təkrar hesablanması və ona 50 % məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qanunsuz hesab edilməlidir. Satılar aq büdcəyə ödənilməli olan vergi məbləği gizlədilən kimi düşünülən mal-materialların harada saxlanılmasını aydınlaşdırmaq zərurəti 2018-ci ilin aprel ayında yaranmasına baxmayaraq, bu barədə izahat iddiaçı müəssisənin rəhbərliyindən 02.07.2018-ci il tarixdə alınmışdır. Göründüyü kimi, iddiaçı 2018-ci ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində satılmış mallar üzrə vergiyə cəlb edilən dövriyyəni bəyan etdiyi halda, cavabdeh vergi orqanı eyni dövriyyəni və vergini hər hansı əsas olmadan və qanunvericiliyinin tələblərinin kobud pozuntusu nəticəsində təkrar olaraq (ikiqat) 2018-ci ilin aprel ayı üzrə “azaldılmış və ya yayındırılmış” vergi məbləği qismində iddiaçıya hesablamışdır. Bu halda göstərilən məbləğin təkrarən hesablanması və ona maliyyə sanksiyası tətbiq edilməsi qanunsuz hesab edilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(085)-172/2019 saylı iş) 13 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh tərəfindən qəbul edilmiş 21 avqust 2018-ci il tarixli qərar ləğv edilmiş, həmin qərara əsasən hesablanmış əlavə vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı X11 fakturası əsasında may ayında təqdim edilmiş 774.319,77 manat dəyərində malları həmin ayda deyil, aprel ayında təqdim edilmiş hesab edərək, bu əsasla mübahisələndirilən 21.08.2018-ci il tarixli inzibati aktı qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Sumqayıt İn zibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər Məmmədov Zaur İkram oğlu-məruzəçi, X6 və X7, 2-1(105)-104/2020 saylı iş) 10 mart 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 8 aprel 2020-ci il tarixdə qərarın surətini almış, 6 yanvar 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Cavabdehin 02.04.2018-ci il tarixli qərarı əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 06.07.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. 21.08.2018-ci il tarixli “Vergi ödəyicisinin verg i qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə iddiaçıya 139.377,56 manat ƏDV hesablanmış, 69.688,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının 2017-ci ilin yekunu üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 31.12.2017-ci il tarixə mövcud olan mal qalığının bir hissəsi 2018-ci ilin fevral ayında satılaraq bəyan edilmişdir. İddiaçının mal qalığında qalan 3.183,93 m3 taxta 717.914,57 manata, 23 ədəd mobil ev 56.405,20 manata olmaqla, qeyd olunan mallar ümumilikdə (ƏDV-siz) 774.319,77 manata (717.914,57+56.405,20) 21.03.2018-ci il tarixli HS seriyalı 043726 nömrəli X11 faktura (bundan sonra - E-VHF) ilə “xxxx” MMC-yə (VÖEN: **********) təqdim edilmiş, 139.377,56 manat (774.319,77x18%) Ə DV hesablanaraq 2018-ci ilin mart ayı üzrə bəyan edilmişdir. Yoxlama zamanı cavabdehin qərarı ilə müəssisədə operativ vergi nəzarəti tədbiri təyin edilmiş, ödəyicinin icarəyə götürdüyü təsərrüfat subyektləri ləğv edildiyindən OVN tədbirini həyata keçirmək mümkün olmamışdır. Müəssisə rəhbəri yoxlamaya təqdim etdiyi 04.04.2018-ci il tarixli izahatında qalıqda olan malların fevral-mart aylarında təqdim edildiyini bildirmişdir. Lakin 10.04.2018-ci il tarixdə mart ayında tərtib edilmiş E-VHF ləğv edilmiş, mart ayı üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi boş təqdim edilərək hesablanmış ƏDV müəssisənin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmin tarixdə 774.319.77 manat dəyərində olan eyni mallar 10.04.2018-ci il tarixli HS seriyalı 298913 nömrəli E-VHF üzrə “xxxx” MMC-yə (VÖEN **********) təqdim edil mişdir. İddiaçının məlumatlarına istinad edilərək 10.04.2018-ci il tarixli faktura nəzərə alınmaqla ona 139.377,56 manat (774.319,77x18%) ƏDV (aprel/2018) hesablanmışdır. Bütün bunlara baxmayaraq, iddiaçı yoxlamanın 2018-ci ilin may ayınadək olan dövrü əhatə etdiyini, başqa sözlə may ayının yoxlama ilə əhatə olunmadığını nəzərə alaraq malların aprel ayında “xxxx” MMC-yə təqdim edilməsi barədə E-VHF-ni ləğv etmiş, həmin malların “xxxx” MMC-yə (VÖEN: **********) təqdim edilməsi barədə 10.05.2018- ci il tarixdə HS seriyalı 711230 nömrəli E-VHF tərtib etmişdir. Məhkəmə isə öz növbəsində işin hallarını ətraflı araşdırmamış, maddi və prosessual normaların tələblərini pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Prosessual normaların pozulmasına münasibətdə bildirilir ki, yoxlama ilə əhatə o lunan dövrdə təqdim olunan mallara dair EVHF yoxlama zamanı vergi ödəyicisi tərəfindən ləğv edilərək malların yoxlama ilə əhatə olunmayan dövrdə iddiaçının qarşılıqlı asılı şəxs hesab olunduğu digər müəssisəyə (“xxxx” MMC) təqdim edilməsinə dair e-VHF tərtib edilmişdir. Bu baxımdan aşağıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə tərəfindən həmin əməliyyatın həqiqətən baş tutub-tutmadığı araşdırılmalı olduğu halda, məhkəmə qeyd olunan halları ümumiyyətlə araşdırmamışdır. Belə ki, malların təqdim edilməsinə dair sonuncu e-VHF-nin tərtib edildiyi 10.05.2018-ci il tarixdə İddiaçının və malların təqdim edildiyi görüntüsü yaradılan “xxxx” MMC-nin direktoru eyni şəxs-X3 olmuşdur. (X1 “xxxx” MMC-yə rəhbər təyin edilməsi və azad edilməsi barədə sənədlər iş materiallarında mövcuddur) Başqa sözlə, 10.05.2018-ci il tarixli E- VHF hər iki tərəfdən müəssisələrin rəhbəri olan X3 tərəfindən təsdiq edilmişdir. İddiaçının və apelyasiya instansiya məhkəməsinin əsas dəlili malların əlavə vergilərin və maliyyə sanksiyasının hesablandığı dövrdə (aprel/2018) deyil, 10.05.2018-ci il tarixdə “xxxx” MMC-yə təqdim edilməsi olduğundan, iş üzrə mübahisə predmetinin əsasını malların iddiaçı tərəfindən təqdim edilib-edilmədiyi, malların dəyəri və ya həcmi təşkil etmir. Mübahisənin əsasını iddiaçı tərəfindən malların “xxxx” MMC-yə təqdim edilibedilmədiyi təşkil edir. Bu baxımdan, iddiaçının yoxlama ilə əhatə olunan dövrdə satdığı malların sonradan “xxxx” MMC-nin ödəmə qabiliyyətinin olmaması səbəbindən qaytarılaraq “xxxx” MMC-yə təqdim edilməsi barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, “xxxx” MM C-yə mal təqdim edilməsi ilə bağlı e-VHF-nin tərtib edilməsindən 1 ay müddət keçməmiş, həmin müəssisənin ödəmə qabiliyyətinin olmaması əsas gətirilərək geri alındığı iddia edilən 774.319,77 manat (ƏDV-siz) dəyərində mallar ödəmə qabiliyyəti daha yüksək kimi qiymətləndirilmiş “xxxx” MMC-yə təqdim edilirmiş kimi E-VHF tərtib olunmuşdur. E-VHF-nin tərtib edilməsindən 18 ay müddət keçməsinə və təqdim edildiyi iddia edilən malların ƏDV-sinin 139.377,56 manat (774.319,77x18%) olmasına baxmayaraq, bu günədək “xxxx” MMC tərəfindən iddiaçının ƏDV depozit hesabına ümumilikdə 4.500 manat, yəni ona təqdim edildiyi iddia edilən malların ƏDV-sinin 3,2 %-i (4500x100/139377,56) köçürülmüşdür (iddiaçının 10.05.2018-ci il tarixdən indiyədək olan dövr üzrə ƏDV depozit hesabından çıxarış iş materiallarında mö vcuddur). İddiaçının rəhbəri tərəfindən yoxlama ilə əhatə olunan sonuncu ayda (aprel/2018) təqdim edilmiş mallara dair e-VHF-nin yoxlamanın əhatə etmədiyi dövrdə ləğv edilərək özünün rəhbər olduğu başqa müəssisəyə təqdim edilmiş kimi sənədləşmə aparması əvvəlki əməliyyatı pərdələmək üçün atılmış bir addımdır. Belə olan təqdirdə malların “xxxx” MMC-yə təqdim edilməsi barədə 10.05.2018-ci il tarixli əqd uydurma əqd olmaqla əhəmiyyətsiz hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 10.05.2018-ci il tarixli e-VHF əsasında iddiaçının 3.183,93 m3 taxta, 23 ədəd mobil evi 5 (gözətçi postu) eyni gündə təqdim etdiyi iddia edi lən “xxxx” MMC-nin indiyədək aşağıdakı obyektləri olmuşdur (“xxxx” MMC- nin obyektləri barədə məlumat iş materiallarında mövcuddur): (s/ s ünvan təyinat uçota alınma tarixi Sahəsi (m2 ) 1 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, məhəllə 2113 anbar 02.04.2018 137 2 Sumqayıt şəhəri, 53-cü məhəllə, İSKO QTSC anbar 15.04.2018 400) İddiaçının mövqeyindən yanaşmaq mümkündürsə, malların 10.05.2018-ci il tarixdə təqdim edildiyi iddia edilən “xxxx” MMC ümumi sahəsi 537 m2 olan 2 anbarına eyni gündə 3.183,93 m3 taxta və 23 ədəd mobil ev yerləşdirmiş yaxud həmin malları aldığı gün təqdim etmişdir. Belə olan halda qeyd olunan malların həmin iki anbara yerləşməyəcəyi mübahisə predmeti belə ola bilməz. Belə ki, anbarların hündürlüyü 5 metr olsaydı, anbarın ümumi həcmi 2.685 m3 (5 mx537 m2) olar dı ki, 3.372,01 m3 taxta və 23 ədəd mobil ev həmin anbara yerləşə bilməzdi. “xxxx” MMC-nin həmin həcmdə malları saxlamağa şəraiti olmadığını nəzərə alsaq, mallar alındıqdan sonra təqdim edilməli idi. “xxxx” MMC-nin bəyannamə məlumatlarına əsasən 2018-ci ilin may-iyun aylarında heç bir vergi tutulan əməliyyatı olmamış, üstəlik malları aldığı iddia edilən 10.05.2018-ci il tarixdən indiyədək qeyd olunan mallardan heç bir hissəsini təqdim etməmişdir. (“xxxx” MMC-nin may-iyun/2018-ci il tarixli bəyannamələri və indiyədək təqdim etdiyi mallar barədə məlumat iş materiallarında mövcuddur). Bununla yanaşı, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 21.06.2018-ci il tarixli qərar əsasında “xxxx” MMC-də aparılan səyyar vergi yoxlaması zamanı, 20.12.2018-ci il tarixdə inventarizasiya təyin edilmiş, lak in müəssisə rəhbərliyi tərəfindən vergi orqanı əməkdaşlarına inventarizasiyanın aparılması üçün zəruri şərait yaradılmamışdır. Bunun səbəbi isə inventarizasiya aparılacağı təqdirdə malların faktiki olaraq “xxxx” MMC-yə təqdim edilmədiyinin aşkarlanacağı olmuşdur. Bütün qeyd olunanlar məhkəmənin və iddiaçının nəzərinə çatdırılsa da, inzibati iş üzrə məhkəmə baxışı zamanı iddiaçı malların 10.05.2018-ci il tarixdə həqiqətən “xxxx” MMC-yə təqdim edilməsi barədə zəruri sübutları (malların təqdim edilməsinə dair sübutları, o cümlədən ödəniş sənədlərini) təqdim edə bilməmiş, məhkəmə də öz növbəsində həmin halları araşdırmamışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh tərəfindən aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində əlavə hesablanmış ƏDV üzrə 139.377,56 manat vergi məbləğinin və 69.688,78 manat 78 maliyyə sanksiya sının hesablanması barədə cavabdehin 21 avqust 2018-ci il tarixli **********160757 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu ha llarda da bu qayda tətbiq olunur. İşin mübahisə olunmayan hallarına görə cavabdehin 02.04.2018-ci il tarixli qərarı əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 06.07.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir. 21.08.2018-ci il tarixli qərarla iddiaçıya 139.377,56 manat ƏDV hesablanmış, 69.688,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının 2017-ci ilin yekunu üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 31.12.2017-ci il tarixə mövcud olan mal qalığının bir hissəsi 2018-ci ilin fevral ayında satılaraq bəyan edilmişdir. İddiaçının mal qalığında qalan 3.183,93 kub.m taxta 717.914,57 manata, 23 ədəd mobil ev 56.405,20 manata olmaqla, qeyd olunan mallar ümumilikdə (ƏDV-siz) 774.319,77 mana ta (717.914,57+56.405,20) 21.03.2018-ci il tarixli HS seriyalı 043726 nömrəli X11 faktura ilə “xxxx” MMC-yə (VÖEN: **********) təqdim edilmiş, 139.377,56 manat (774.319,77x18%) ƏDV hesablanaraq 2018-ci ilin mart ayı üzrə bəyan edilmişdir. Lakin 10.04.2018-ci il tarixdə mart ayında tərtib edilmiş X11 faktura iddiaçı tərəfindən ləğv edilmiş, mart ayı üzrə dəqiqləşmiş ƏDV bəyannaməsi boş təqdim edilərək hesablanmış ƏDV müəssisənin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmin tarixdə 774.319.77 manat dəyərində olan eyni mallar 10.04.2018-ci il tarixli HS seriyalı 298913 nömrəli X11 faktura üzrə “xxxx” MMC-yə (VÖEN **********) təqdim edilmişdir. İddiaçının məlumatlarına istinad edilərək 10.04.2018-ci il tarixli faktura nəzərə alınmaqla ona 139.377,56 manat (774.319,77x18%) ƏDV (aprel/2018) hes ablanmışdır. Bundan sonra iddiaçı malların aprel ayında “xxxx” MMC-yə təqdim edilməsi barədə E-VHF-ni ləğv etmiş, həmin malların “xxxx” MMC-yə (VÖEN: **********) təqdim edilməsi barədə 10.05.2018- ci il tarixdə HS seriyalı 711230 nömrəli E-VHF tərtib etmişdir. Beləliklə, yoxlanılan dövr üzrə iddiaçının 3.183,93 kub.m taxta və 23 ədəd mobil evin təqdim edilməsi baş tutmamışdır. Cavabdeh isə iddiaçının yoxlama dövrünə aid məlumatlarında təqdim edilmə ilə bağlı sübut olmamasına baxmayaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi-mallar üzərində mülkiyyət hüququnun başqasına keçməsi, o cümlədən, lakin bununla məhdudlaşmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə görə xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir... Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəli r hesab edilmir. İşdə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin yoxlanıldığı dövrdə 3.183,93 kub.m taxta və 23 ədəd mobil evin təqdim edilməsi, bununla bağlı xidmət (iş) görməsi, nəticədə iddiaçının gəlir əldə etməsi hər hansı sübutla təsdiq edilmir. Cavabdeh yoxlanılan dövr üzrə iddiaçının 3.183,93 kub.m taxta və 23 ədəd mobil evin başqasına keçməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı hazırkı vəziyyətdə vergi ödəyicisi kimi yoxlanılan dövr üzrə malların təqdim edilməsi sübuta yetirildiyi halda qanunla müəyyən edilmiş verg ini ödəmək vəzifəsi daşıya bilər. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisi təqvim ayı üzrə vergi tutulan dövriyyənin (əməliyyatların) həcmini, yəni həmin a y üzrə təqdim edilmiş mallara (görülmüş işlərə, göstərilmiş xidmətlərə) görə müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın məbləğini özündə əks etdirən bəyannaməni vergi orqanına təqdim etməli və hesabat dövrü üzrə vergini, yəni vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqi büdcəyə ödəməlidir. Göründüyü kimi, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicisinin hər hansı hesabat dövrü üzrə vergi öhdəliyini müəyyən etmək üçün ilk öncə həmin hesabat dövrü (təqvim ayı) üzrə vergi tutulan əməliyyatların həcmi, yəni həmin təqvim ayında təqdim edilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) dəyəri və bunun müqabilində müştəridən alınan və ya almaq hüququ olan haqqın məb ləği müəyyən edilməlidir. İddiaçı 2018-ci ilin may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində həmin təqvim ayında satılmış mallar üzrə vergi tutulan əməliyyatların həcmini və hesabat dövrü üzrə büdcəyə ödənilməli olan ƏDV məbləğini bəyan etmiş, lakin vergi orqanı həmin vergiyə cəlb edilən əməliyyatların faktiki olaraq aprel ayında baş verməsini əsas götürərək, eyni göstəriciləri öz təşəbbüsü ilə aprel ayı üzrə tətbiq etmişdir. Cavabdeh X11 faktura əsasında 2018-ci ilin may ayında təqdim edilmiş 774.319,77 manat dəyərində malları həmin ayda deyil, aprel ayında təqdim edilmiş hesab edərək, bu əsasla mübahisələndirilən 21.08.2018-ci il tarixli inzibati aktı qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh səyyar vergi yoxlaması zamanı iddiaçının mal qalığının yoxlanılması məqsədilə 01.04.2018-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirmiş və tədbir nəticəsində hər hansı mal qalığı aşkar etməmişdir. Bu isə cavabdeh vergi orqanı həmin malların may ayında deyil, məhz 01.04.2018-ci il tarixədək satılması nəticəsinə gəlməsinə əsas olmuşdur. Halbuki, operativ vergi nəzarətindən 10 gün əvvəl, yəni 21.03.2018-ci il tarixdə iddiaçıya məxsus 3.183,9390 kub.m taxta və 23 ədəd mobil evi “xxxx” MMC-yə təqdim edilmiş, operativ vergi nəzarətindən 10 gün sonra isə, yəni 10.04.2018-ci il tarixdə geri qaytarılmışdır. Başqa sözlə, operativ vergi nəzarəti tədbirindən əvvəlki tarixdə tikinti materialları faktiki olaraq təqdim edilmiş olduğundan cavabdeh vergi orqanı tərəfindən həmin tədbir zamanı hər hansı mal qalığ ı aşkar edilə bilməzdi. Bundan başqa, cavabdeh vergi orqanı həyata keçirdiyi operativ vergi nəzarəti nəticəsində tikinti materiallarının fevral-mart aylarında satılması və 01.04.2018-ci il tarixdə hər hansı mal qalığının olmaması nəticəsinə gəldiyi halda, təqdim edilmiş mallara görə əlavə vergi məbləğini öz gəldiyi nəticəyə zidd olaraq aprel ayı üzrə hesablamışdır. İddiaçının fəaliyyətinin yoxlanıldığı dövr üzrə 3.183,9390 kub.m taxta və 23 ədəd mobil evi təqdim etməsi sübuta yetmədiyindən vergi məsuliyyətinə cəlb edilməsinə dair cavabdehin hərəkəti qanuna uyğun olmamışdır. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kol legiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-104/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1386/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1386/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver