Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1386/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və qeyd edilən daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)2276/2015 nömrəli qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilmiş, X18, X11, X25, X19, X15, X22, X20, X23, X21, X16, X6 və X2 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 78 saylı evi n 178 sayıl mənzilindən çıxarılması, hazırki qətnamənin Laçın rayonundan məcburi köçkün olan X7, X3, X17, X8, X4, X12, X9, X13, X10, X5, X1 və X2 Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən mənzilə təmin edilməsi üçün əsas olması qət edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)1509/2018 nömrəli qərardadı ilə icra sənədi üzrə tələbkarın (hazırkı iş üzrə iddiaçı) ərizəsi təmin edilmiş, Xətai rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)-2276/2015 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2018-ci il tarixli, 8(103)-820/20 18 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı cavabdehlərə ərizə ilə müraciət edərək onların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində məhkəmə qətnaməsi icra edilmədiyinə görə dəymiş real zərərin məbləği – 117 752 manat, mənəvi zərərin məbləği – 10 000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi 128 452 manat məbləğində kompensasiyanın verilməsini xahiş etmişdir.
6. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə iddiaçının müraciətinə cavab verməmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi 11 oktyabr 2021-ci il tarixli, 01/5708 nömrəli məktubunda göstərmişdir ki, Laçın r ayonundan məcburi köçkün X18 ailə üzvləri ilə birgə Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən işğal olunmuş rayonlar işğaldan azad edilənə qədər məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X7 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş real zərərin məbləği – 116576 manat, bank faizinin uçot dərəcəsinin məbləği – 34937,50 manat, mənəvi zərərin məbləği - 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi 162213,50 (yüz altmış iki min iki yüz on üç manat əlli qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ev 19 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində xüsusi mülkiyyət kimi onun adına qeydiyyata alınmışdır. 28 ildən artıq müddətdir ki, borclular, Laçın rayonundan məcburi köçkün olan X18 və onun ailə üzvləri onun mülkiyyətində olan mənzili zəbt edib bu günə kimi orada yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-188 nömrəli, 12 yanvar 1998-ci il tarixli, 2(011)-3007/2008 nömrəli, xx.xx.2008-ci il tarixli və 2(011)-2276/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli qətnamələri ilə iddiaçılar T.A.Mehdiyev, S.S.Quliyev və İddiaçı cavabdehlər A.M.Həsənova və digərlərinə qarşı mənzildən çıxarılmasına dair iddiası təmin edilmiş, Asif Həsənovun və onun ailə üzvlərinin Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, hazırki qətnamə Laçın rayonundan məcburi köçkün olan X7 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-1509/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” ərizəsi təmin edilmiş və Xətai rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.20155-ci il tarixli, 2(011)-2276/2015 n ömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)820/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmışdır. Baxmayaraq ki, borcluların mübahisəli mənzildən çıxarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin üç qanuni qüvvəyə minmiş qətnaməsi vardır, 23 ildən artıq (1998-ci ilin yanvar ayından bugünə kimi) bir müddətdir ki, həmin məhkəmə qətnamələri icra olunmur, borclular ona məxsus mənzili zəbt edərək uzun müddətdir ki, orada qanunsuz olaraq yaşayır və bununla da, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Xətai rayon İcra şöbəsi m əhkəmə aktı əsasında verilən icra sənədini 23 ildən artıq müddət ərzində icra etməmiş və bunun üçün hər hansı konkret hərəkət keçirtməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən də bu 23 il ərzində 3 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsi üçün heç bir tədbir görülməmiş, Laçın rayonundan məcburi köçkün olan A.M.Həsənovun ailəsinə hər-hansı yaşayış sahəsi ayrılmamış və onlar bugünə kimi mənzillə təmin edilməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmədiyinə görə ona və ailəsinə vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməlidir. "xxxx" MMC-nin 16 avqust 2021-ci il tarixli, 213 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək pros pektində yerləşən 78 saylı evin 178 saylı mənzilinin hazırkı respublika daxili orta bazar qiyməti 86 000 (səksən altı min) manat, bir aylıq kirayə haqqının orta bazar qiyməti isə 392 (üç yüz doxsan iki) manat müəyyən edilir. Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, əmlakdan məhrum olduğuna (86 min manat) və bu 6 il 6 ay ərzində məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə (özü, həyat yoldaşı və azyaşlı uşaq) kirayədə yaşadığına görə (78 ay x 392 manat = 30576 manat) ailələrinə 116576 (yüz on altı min beş yüz yetmiş altı) manat məbləğində maddi ziyan (real zərər) dəymişdir. Digər tərəfdən, cavabdehlərin bu 6 il 6 ay ərzində məhkəmə qətnaməsinin icra edilməsini gecikdirdiyinə görə, ona məxsus əmlakın dəyərinin məbləğindən faizlər ödənilməlidir. 19 mart 2021-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi 6.25 % təşkil edir. Cavabdehlərin 2015-ci ilin aprel ayından 2021-ci ilin noyabr ayına kimi ona məxsus dəyəri 86 000 (səksən altı min) manat olan mənzilin qaytarılmasını gecikdirdiyinə və məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinə görə, həmin əmlakın dəyərinin 6.25 % məbləğində - hər il üçün 5375 (beş min üç yüz yetmiş beş) manat, 6 il 6 ay üçün 34937,50 (otuz dörd min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul cavabdehlərdən tutulub onun xeyrinə ödənilməlidir. Eyni zamanda, Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində ona və yaxınlarına mənəvi zərər dəym işdir, çünki bu müddət ərzində ailələri mənəvi sarsıntı və iztirab keçirtmişdir. Cavabdehlər tərəfindən ailələrinə vurulmuş mənəvi zərəri 10 000 manat məbləğində qiymətləndirir.
10. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsi iddia tələbinə dair məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçının “vurulmuş ziyanın ödənilməsi” ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən xx.xx.2021-ci il tarixli 01/5708 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, Laçın rayonundan məcburi köçkün X18 ailə üzvləri ilə birgə Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə tə min olunmamışlar. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X7 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, deportasiya sı, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçıya dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün X18, həmin ünvanda Komitə tərəfindən yerləşdirilməmişdir. İddiaçı öz iddia ərizəsində həmçinin “10.000 manat mənəvi zərərin ödənilməsi”ni tələb etmişdir. İddiaçı ona cavabdehlərin hərəkət və hərəkətsizlikləri nəticəsində mənəvi zərərin vurulması, həmçinin özünün və ailə üzvlərinin iztirab keçirməsi ilə bağlı hər hansı sübutedic i sənəd təqdim edə bilməmişdir. Laçın rayonundan məcburi köçkün X18 ailə üzvləri ilə birgə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzildə müvəqqəti məskunlaşmışdır. Digər məcburi köçkün ailələri kimi X18 da həmin mənzildə müstəqil şəkildə məskunlaşmış, sözügedən mənzildə Komitə tərəfindən yerləşdirilməmiş və Komitə ilə məcburi köçkün X18 arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən ona dəymiş ziyanı təsdiq edən hər hansı etibarlı bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən, Komitə müvafiq iddia tələbi üzrə cavabdeh şəxs qismində göstərilə bilməz.
12. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)- 3850/2022 nömrəli qərardadı (hakim A.A.Abdullayeva) ilə iddia mümkün sayılmamışdır.
13. Birinci instansiya məhkəməsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddianın mümkünlüyünə dair qeyd etmişdir ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi, eləcə də bu fəaliyyət gedişində vurulmuş ziyanla bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar publik hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönələn inzibati akt deyil, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçiril ən fəaliyyət gedişində qəbul edilən prosessual qərarlardır. Bu qərarlara isə məhkəmə araşdırmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra məmuru digər inzibati orqanlardan fərqli olaraq hüquq müəyyən etmir, o yalnız məhkəmənin icra sənədində müəyyən olunmuş tələblərini icra edir. Bu baxımdan icra məmurunun fəaliyyəti nəyisə yaratmır, dəyişdirmir, ləğv etmir, ona görə də onun fəaliyyəti müstəqil, hüquqmüəyyənedici hesab oluna bilməz. Bu icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş icraedici fəaliyyətdir.
14. Bundan başqa, məhkəmə digər cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı da iddianın mümkünlüyü ilə bağlı göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)2276/2015 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin üzərinə məcburi köçkünlərin mənzildən çıxarılması ilə bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Yalnız həmin qətnamənin məcburi köçkünlərin Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsas olması göstərilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi hazırki iddiaya cavab verməli olan şəxs deyil və iddia ərizəsi iddiaya cavab verməli olan şəxsə qarşı yönəlməmişdir.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-1515/2022 nömrəli qərardadı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və M.N.Tağızadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(112)-3850/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
19. İddiaçı hesab edir ki, apellyasiya instansiya məhkəməsi t ərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1 və 2.2.7-ci maddələrinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1 və 87.4-cü maddələrinin tələbləri pozulmuşdur. Hazırkı iddiaya inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi öz qərardadında iş üzrə digər cavabdeh olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə münasibətdə hazırki iddianın mümkünlüyü barədə ümumiyyətlə öz münasibətini bildirməmişdir. Qeyd edilən cavabdeh də 24 il ərzində 3 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi üçün heç bir tədbir görməmiş, Laçın rayonundan məcburi köçkün olan A.M.Həsənovun ailəsinə hər hansı yaşayış sahəsi ayırmamış və onlar bu günə kimi mənzillə təmin edilməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə ai d olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə m ünasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 22. “İnzibati məhkəmə icraa tında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asıl ı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir id diada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.... 23. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtınd a və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə
87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir....
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə b aşqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddianın mümkünlüyünə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddianın mümkün sayılmaması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırıl madığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisənin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı hissəsi üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı hissəsi üzrə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Ona görə də kollegiya, apellyasiya məhkəməsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddianın mümkünlüyünə dair gəldiyi nəticə ilə r azılaşır. İddiaçının kassasiya şikayətinin dəlilləri cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı hissədə əsassızdır və apellyasiya məhkəməsinin qərardadı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı iddianın mümkünlüyü ilə bağlı işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən, yəni cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərardadı işin müəyyən olunmu ş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv olunmalı və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
33. Belə ki, apellyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırarkən “İcra haqqında” Qanunun 14.1, 26, 29.1, 87.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır, çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü yoxlanılan zaman işin hallarının araşdı rılması prinsipi pozulmuşdur.
35. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı ilə icra sənədi üzrə tələbkarın (hazırkı iş üzrə iddiaçı) ərizəsi təmin edilmiş, Xətai rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2015-ci il tarixli, 2(011)-2276/2015 nömrəli qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2018-ci il tarixli, 8(103)-820/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
36. Göründüyü kimi, iddiaçı müvafiq olar aq məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən ilk öncə məhkəmə qətnaməsinin icrasına nəzarət etməli olan məhkəməyə müraciət etmiş və müvafiq məhkəmə qərardadları ilə Xətai rayon İcra və probasiya şöbəsinin icra sənədini icra etməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir.
37. Hazırkı iddia tələbi isə cavabdehin (məhkəmə qərardadı əsasında qanunsuz hesab edilən) hərəkətsizliyi nəticəsində vurulmuş ziyanla bağlı mübahisədir və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə verilən icra sənədinin icrasına nəzarət həmin icra sənədini verən müvafiq məhkəmə tərəfindən həyata keçirilməlidir. Lakin hazırkı iddia tələbi icra sənədinin icrasına nəzarətlə bağlı olmamaqla birbaşa olaraq inzibati orqanın hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsindən ibarətdir.
39. Apellyasiya instansiya məhkəməsi hazırkı qərardadı qəbul edərkən nəzərə almalı idi ki, iddiaçı icra sənədi üzrə icra məmurunun hərəkətsizliyi ilə bağlı mülki mühakimə qaydasında icra sənədinin icrasına nəzarəti həyata keçirən müvafiq məhkəməyə - Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qərardadları ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhz bu mərhələdən sonra, iddiaçının vurulmuş ziyana görə kompe nsasiya tələbi ilə bağlı iddiası ümumi (publik) hüquq normaları ilə tənzimlənməlidir.
40. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilm iş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
41. Yəni məhkəmə qətnaməsinin icrası zamanı yaranan münasibətlər ona görə xüsusi hüququn predmeti hesab olunur ki, bu münasibətlər fiziki şəxslərin arasında yaranmaqla mülki hüquq normaları ilə tənzimlənir.
42. Hazırkı iş üzrə cavabdehin funksiyaları məhkəmə qətnaməsi əsasında müəyyən edilən xüsusi hüququn icra edilməsindən ibarətdir. İcra sənədinə nəzarəti həyata keçirən məhkəmə tərəfindən cavabdehin hərəkətsizliyi qanunsuz hesab edilmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasındakı münasibətlər xüsusi hüquq müstəvisindən ümumi (publik) hüquq müstəvisinə keçmişdir.
43. Belə ki, hazırkı iddia tələbi inzibati orqan olan cavabdehin qanunla ona həvalə edilmiş inzibati funksiyaları yeri nə yetirməsi (və ya yetirməməsi) nəticəsində yaranan münasibətləri ehtiva edir. Bu münasibətlər sırf cavabdehin inzibati funksiyaları ilə bağlı olduğundan, cavabdehin hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məsələsinin həlli (iddianın təmin və ya rədd edilməsindən asılı olmayaraq) qətnamənin icrasına məhkəmə nəzarəti qaydasında həyata keçirilmədiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
44. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlərə ilkin müraciəti ilə iddia ərizəsində ona ödənilməli olan kompensasiya məbləğində fərqlilik var. Belə ki, həm ilkin müraciətdə, həm də iddia ərizəsində mənəvi zərər (10 000 manat), hüquqi yardıma görə xərclər (500 manat), ekspertiza xərcləri (200 manat) eyni ols a da, ilkin müraciətdə dəymiş real zərər 117 752 manat, cəmi məbləğ isə 128 452 manat göstərilmiş, lakin iddia ərizəsində irəli sürülən tələb dəymiş real zərər görə 116 576 manat, bank faizinin uçot dərəcəsinə görə 34 937,50 manat, cəmi məbləğ isə 162 213,50 manat göstərilmişdir.
45. Qeyd edilən hal apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım etməyə borclu olduğu halda bunu etməmişdir.
46. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə məhz yuxarıda qeyd edilən məzmunda iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bu, baş verməmişdir. Beləliklə, apell yasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 13, 35.1 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmişdir.
47. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
48. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-1515/2022 nömrəli qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 21(103)-1515/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.